Əl-maiDƏ (SÜFRƏ)


Abdullah b. Əbdüləziz əl-Aqil



Yüklə 2,81 Mb.
səhifə2/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   ...   37

Abdullah b. Əbdüləziz əl-Aqil

Şeyx Bəkir b. Abdullah Əbu Zeydin

QEYDLƏRİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə

Həmd təkcə Allaha məxsusdur! Peyğəmbər­lərin sonuncu­suna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!

Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdi­matdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.

Bu hadisə barəsində təəssüratımı oxucularla bölüş­mək istəyirəm.

Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin5 (Allah ona rəhmət etsin) 8 cild­dən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşi­dirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsu­siyyətlərinə görə seçil­məkdə idi:

Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özün­də əks etdirir.

Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrə­dəndir.

Daha sonra digər alimlərin və elm öyrənən tələbə­lə­rin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.

Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:

Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;

əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;

Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.

Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinə­də olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiy­yətinin çap etdiyi nüsxəsi­nin son araşdır­malarını apar­dığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.

Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kita­bını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəmə­si idi.

Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asan­laşdırıb bizə təqdim etmişdir.

Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na...iman gətirdik...” (136-cı) ayəsi6 və “Ma­idə”surəsində keçən dəs­tə­­mazla bağlı 6-cı ayə7 dediyi­mi­zə ən gözəl nümunədir.

Xüsusilə peyğəmbərlər haqqında hekayətlə­rin sonunda qiy­mətli və faydalı nəticələr çıxarmış­dır... Əhzab surəsinin bir ayə­sində8 bu incə və lətif mövzuya belə toxu­nul­muşdur: “Onlar­dan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);

Din qardaşlığını və İslam bağını atıb millətçi­lik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.

Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görmə­mişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.

Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasın­dan bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcü­meyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxah­lığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:

Məkkə xəzinələrindən olan Siddiqə kitabxa­nasının sahibi Şeyx Əbdür­rəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağ­lılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:

“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.

Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyə­nin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:

“Lədunni elminə9 gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlan­madığı şeylərdən təmizlən­mələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqala­rının qəlbini açmadığı bir tərzdə açar.

Bu isə, hz. Əlinin (Allah ondan razı olsun) de­diyi: “...Allahın Kitabı barədə quluna verdiyi anla­yış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Fövqəluca Allah bilmədiyi­nin elmini də verir”.

Quranda bu məsələyə bir çox ayələrdə toxunul­muş­dur. Belə ki, Allah buyurur:

...Əgər onlar özlərinə verilən öyüd – nəsihətlərə əməl etsəy­­­dilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəm­məl olardı ...və onları doğru yola yönəldər­dik” (Nisa, 4/66,68).

Ayrıca olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yeti­rənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:

Allah Onun razılığını axtaran şəxsləri bu Kitab­la əmin-aman­lıq yollarına yönəldir, onları Öz izni ilə zül­mətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayə­tini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).

...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).

Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inanan­lar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).

...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”10

Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdür­rəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quran­la rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.

Mən, Şeyx Səədidə də bu şərtin olmuş oldu­ğuna inanıram və həqi­qətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətin­dəndir.

Allah ona əvəzini versin!

Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahibləri­nin qəlbidir” (Bax: əl-Fətava, 13/245).

Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazan­lardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alim­lər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.

Həqiqətən də, Fövqəluca Allah bizə bu təfsirin müsəlmanlar arasında qəbul edilmə­sini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.

Kitabın bəzi nəşrləri:

1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmaz­lıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.

O zamanın mətbəə və nəşriyyat şərtləri çərçi­vəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxa­rılmış və nöqsanlar yaran­mışdır.

2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səu­diyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korla­mışdır. Onun ardınca tələ­bəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.

3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.

4. Daha sonra düzəlişlər verilərək Nəccarın əla­vələ­rindən təmiz­lənmiş nəşrlər çap edilməyə başlandı.

5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.

İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdu­rularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.

Bacarıq Allahdandır!


Şeyx Bəkir b. Abdullah Əbu Zeyd
8 şəvval 1421-ci hicri ili

\ a



ƏL-MAİDƏ

(SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﮎﮏ ﮜﮝ
(5.1) “Ey iman gətirənlər! Öhdəliklərinizə sadiq qalın! Ehramda oldu­ğunuz zaman heyvanları ovlamayın, haram olma­sını nəzərə alaraq sizə bəyan ediləcək­lə­rindən başqa, qalan heyvanları ovlamağınıza icazə verilir. Bilin ki, Allah İstədiyinedəndir”.
Fövqəluca Allah mömin qullarına dinin tələblərinə uyğun dav­ranmağı və öz öhdəliklə­rini pozmadan və səhvlərə yol vermədən qüsursuz yerinə yetirməyi əmr etmişdir. Bu o deməkdir ki, qul öz Rəbbinə layiqincə ibadət etməli, Onun qarşısında vəzifələrini pozma­dan yerinə yetirməlidir. O, öz vəzifələrini Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qarşısında da, ona itaət edərək, onun yolu ilə gedərək yerinə yetirməli, həmçinin onları öz vali­deynləri və qohumları qarşısında yerinə yetirməli, onlara yaxşılıq etməli və qohumluq əlaqələrini kəsməməlidir.

O, öz vəzifələrini dostları qarşısında, varına və kasıblığına, firavan və çətinlik içində yaşamasına baxmayaraq, yerinə yetirməlidir. O, insanlarla bağla­dığı müqavilələ­rin, istər ticarət əqdləri, icarə haqqında müqavilə olsun və ya ianə və yaxud hədiyyə etmək barədə saziş olsun, şərtlərinə riayət etməlidir. O, Allahın Özünün müəyyən etdiyi qardaşlıq telləri ilə bağlandığı müsəlmanlar qarşısında bütün vəzifələrini yerinə yetirməlidir. Fövqəluca Allah buyurur: “Mömin­lər, həqiqətən, qardaşdırlar...” (Hucurat, 49/10). Bu o deməkdir ki, onlar bir-birilərinə kömək etməli, yaxşı işlərdə bir-birini müdafiə etməli, bir yerdə olmalı və ayrı düşməməlidirlər.

Bu hökm dinin bütün əsas və ikinci dərəcəli müddəalarına şamildir, çünki dini hökmlər Allahın qullarına həvalə etdiyi vəzifələrdir.

Sonra Allah qullarına, onlara ev heyvanlarının (dəvə, inək və qoyunların) yeyil­məsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Hərçənd heyvanlar sırasına vəhşi heyvanlar, o cümlədən, antilop və ya zebr də daxildir ki, onları ovlamağa icazə verilir. Qeyd etmək lazımdır ki, bu ayənin əsasında bir sıra səhabələr kəsilmiş heyvanların bətnindən çıxan balaların yeyilməsinə də icazə verirdilər.

Lakin bəzi heyvanları yemək haram edilmişdir. Fövqəluca Allah buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, döyülüb öldürülmüş, yıxılıb gəbər­miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvanlar tərəfindən parça­lanıb yeyilmiş, ölməmiş kəsdikləriniz istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsil­miş heyvanlar... sizə haram edildi...” (Maidə, 5/3).

Mal-qaranın qida məhsulu kimi istifadə edilməsinin geniş mənada istəni­lən şəraitə və vaxta aid edilməsinə baxmayaraq, Fövqəluca Allah bu ümumi qaydadan istisnalar edir və zəvvarlara ehramda ikən cəsarət göstərib ovladığı quş ətini yeməyi haram buyurmuşdur. Ehramda olan zəvvarlara ovunda iştirak etdiyi heyvanın ətini yemək də qadağandır. Ovla əldə etmək deyildikdə, əti yeyilən çöl heyvanlarının, məsələn, antilopun ovlanması nəzərdə tutulur.

Allah istədiyi hökmü verir. Bu o deməkdir ki, dini hökmlər Allahın istədiyi mənanı daşıyır. O, belə qanunları ilahi müdrikliyi əsasında yaradır və sizə vəzifələrinizi yerinə yetirməyi əmr edir ki, siz bundan faydalanasınız və ziyandan çəkinəsiniz. O, sizə ev heyvanlarının ətini yeməyə icazə verməklə mərhəmət göstərmiş, rəhm etmişdir və ölmüş heyvanların və digər haram edilmiş heyvanların ətini yeməyi qadağan etməklə isə sizi onların zərərindən xilas etmişdir. Bundan başqa, O, ehramda ov etməyi qadağan etməklə bu mərasimin xüsusilə böyük əhəmiyyət daşıdığını insanların nəzərinə çatdırmağa nail olmuşdur.
ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(5.2) «Ey iman gətirənlər! Allahın mərasim nişanələrinə, qadağan aya hörmət­sizlik göstərməyin. Qurbanlara və ya boyunbağılı heyvanlara (və ya insanlara) və yaxud öz Rəbbinin mərhəmətini və razılığını əldə etmək üçün Beytülharamı ziyarət etməyə gələnlərə qəsd edilməsinə yol verilmədiyini bilin. Siz ehramdan azad olan kimi ov edə bilərsiniz. Məscıdülharama getməyinizə maneçilik edən insanların nifrəti sizi cinayətə sövq etməsin. Möminlikdə və təqvalılıqda bir-birinizə kömək edin, amma günah işlərdə və zalımlıqda bir-birinizə kömək etməyin. Allahdan qorxun, bilin ki, Allahın cəzası sərtdir”.
Burada mərasim nişanələri adı altında Allahın müsəlmanlara ehtiram göstərmə­lərini və pozmamalarını əmr etdiyi hədlər nəzərdə tutulur. O, bu hədləri aşmamağı və onlara yol verildiyini hesab etməyi qadağan etmişdir. Buraya həm də ziyarət zamanı ehramda ikən qadağan olunmuş və haram ərazidə qadağan edilmiş hərəkətlər və həmçinin, Allahın aydın buyurduğu, haram aylar zamanı qadağan edilmiş əməllər də daxil edilir.

Müsəlmanlar haram ayların paklığını, bu aylar ərzində döyüşməklə və ya digər ədalətsiz əməllər törətməklə pozmamalı­dırlar. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylarıdır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin...” (Tövbə, 9/36).

İslam alimlərinin əksəriyyəti haram aylarda döyüşün qadağan edilməsi ilə əlaqədar hesab edirdilər ki, Fövqəluca Allah: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qur­un...” (Tövbə, 9/5) ayəsi ilə onu ləğv etmişdir. Kafirlərə qarşı istənilən şəraitdə döyüş­mək və cihaddan boyun qaçıranların ünvanına sərt təhdid hökmündən ibarət digər mətn­lər də mövcuddur ki, o həmçinin geniş mənaya malikdir. Bu rəyi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhz haram olan zül-qədə ayında Taif əhalisi ilə döyüş aparması da təsdiq edir.

Bir sıra alimlər hesab edirdilər ki, bu aylarda döyüşməyin haram olması ləğv edilməmişdi. Onlar şərh etdiyimiz ayəyə və məhz həmin aylarda döyüşün qadağan edilməsinin əks olunduğu digər vəhylərə istinad edirdilər. Onların fikrincə, bu vəhylər kafirlərə qarşı döyüşmək hökmünün ümumi mənasını konkretləşdirir, çünki ümumi mənalı müqəddəs mətnləri konkret mənalı mətnlərin əsasında anlamaq lazımdır.

Bəzi alimlər də hesab edirdilər ki, qadağanın özünün izah edilməsinə əlavə ehtiyac var. Onlar güman edirdilər ki, haram aylarda döyüşə başlamaq qadağan olduğu halda, əgər o, başqa aylarda başladılıbsa, onu davam etdirməyə və ya sona çatdırmağa icazə verilir. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Taif əhalisinə qarşı apardığı döyüşləri bu qaydaya uyğun olaraq izah edirdilər. Məsələ orasındaydı ki, bu qarşıdurma şəvval ayında Hüneyn döyüşləri zamanı başlamışdı.

Yuxarıda bütün deyilənlərin müdafiə döyüşlərinə dəxli yoxdur, çünki ka­firlər birinci olaraq müsəlmanlara qarşı döyüşə başladıqları üçün müsəlmanlara müdafiə olunmaq məqsədilə hətta haram aylarda belə onlara qarşı vuruşmağa icazə verilir. Özü də alimlər bu barədə yekdildirlər.

Müsəlmanlar, həcc və ya ümrə zamanı boyunlarına boyun­bağı taxılaraq Allahın Evinə gətirilən qurbanlıqlara və heyvanlara da qəsd etməməlidirlər. Onlar heyvanları qurban kəsiləcək yerlərə gətirən insanlara maneçilik törətmə­məli, heyvan­ları oğurlama­malı və ya güc tətbiq etməklə almamalı, onlara zərər vurmamalı, onları, kəsiləcək yerə çatanadək gəbərdə biləcək həddə yükləməmə­lidirlər. Əksinə, onlar qurbanlıq heyvanlara mərhəmət göstərməli və onları gətirənlərə hörmətlə yanaşmalıdırlar. Boyunbağı taxılmış heyvanlar deyildikdə, boyunlarına həmail və ya ilgək taxılan qurbanlıq heyvanların xüsusi bir növü nəzərdə tutulur. Boyunba­ğını heyvanların boynu­na keçirməklə onların qurban­lıq olduğunu bildirirdilər. Bunu ona görə edirdilər ki, başqa insanlar da bu xeyirxah əməldən nümunə götürsünlər, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənərək, bilsinlər ki, bu heyvanlar qurban kəsilməsi üçün təyin olunublar. Məhz buna görə qurbanlıq heyvanlara taxılan boyun­bağılar11 Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsidir və qanuniləşdirilmiş dini ayindir.

Allah Onun mərhəmətini və lütfkarlığını qazanmaq üçün Beytülharama yola düşən insanlara qəsd edilməsini haram etmiş­dir. Bu, Məscidülharama ticarət etmək və ya başqa yol verilən üsullarla pul qazanmaq məqsədi ilə və yaxud da Allahın iltifatına layiq olmaq ümidi ilə həccə və ya ümrəyə, Kəbəni təvaf etməyə, məsciddə namaz qılmağa və ya başqa ayinləri yerinə yetirməyə gələn şəxslərə də şamildir. Müsəlmanlar belə insanları incitməməli və ya onları təhqir etməməlidirlər. Əksinə, onlar belə insanlara hörmətlə yanaşmalı və öz Rəbbinin məbədini ziyarət edənlərə qayğı göstərməlidirlər.

Bu tələbdə zəvvarların rahatlığının və əmin-amanlığının, şəxsi təhlükəsiz­liyinə inamın, onların öz həyatı və əmlakından ötrü qorxu keçirməmələri, qətl olunma təhlü­kəsinə, soyğunçuluğa, rüşvət və vergi alınmasına məruz qalmama­ları və Allahın Evinə aparan yollarda təhlükəsizliyin təmin edilməsi hökmü əks olunmuşdur.

Bu şərəfli ayə Fövqəluca Allahın aşağıdakı kəlamı ilə daha da dəqiqləşdiril­mişdir: «Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar... (Tövbə, 9/28). Buna görə müşrik­lərə Məscidülharama ayaq basmağa icazə verilmir.

Şərh olunan ayədə xatırlanan şərtlərə görə Allahın mərhə­mətini və lütfünü qazanmaq məqsədilə Məscidülharamı ziyarət etməyə can atanlara maneçilik törətmək olmaz. Beləliklə, əgər oraya gələn şəxs orada günah işlətmək istəyərsə, haram torpağa ehtiram göstərilməsinin ciddiliyinin qorunması məqsədi ilə, ona Allahın Evi yaxınlığında şuluqluq salmağa yol verilməməlidir. Fövqəluca Allah buyu­rur: “... Məscidülharamdan sapdıranlara və orada zülm etməklə haqdan dön­mək istəyənlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 22/25).

Bundan əvvəlki ayədə Allah, ehramda ikən heyvan ovlamağı qadağan etdiyinə görə, həcc və ümrə zamanı ehramdan çıxdıqdan sonra zəvvarlara ov etməyə icazə verir. Onlar ehramdan çıxan kimi o qadağa da götürülür. Qadağan edildikdən sonra əmr formasından istifadə edilməsi onu göstərir ki, şəriət müddəası, qadağana qədər olan vəziyyətə qayıdır12.

Sonra Allah buyurur ki, müsəlmanların haqqına qəsd edən və onları Məscidülharama getməyə imkan verməyən insanların kinliliyinə və düşmənçilik münasibətinə qarşı, onlardan qisas almaq məqsədi güdən düşmənçilik hərəkəti ilə cavab verilmə­məlidir. Qul Allahın əmrlərinə sadiq qalmalı və əgər insanlar ona qarşı günah işlədib, ədalətsizlik etsələr, onun haqqını tapdasalar da, o, ədalətli olmalıdır. O, ona böhtan atana, böhtan atmamalı və yaxud ona xəyanət edənə, o da xəyanət etməməlidir.

Allah qullarına əmr edir ki, dindarlıqda və müttəqilikdə bir-birilərinə kömək etsinlər. Dindarlıq dedikdə, insanın Allah qarşısında və insanlar qarşı­sında vəzifələrini qəlbən və cismən yerinə yetirdiyi və Allahın da sevdiyi və Onun razı qaldığı bütün əməllər məcmusu nəzərdə tutulur. Müttəqilik adı altında isə, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nifrətini doğuran və qulun qəlbən və cismən törətdiyi bütün əməllərdən əl çəkməsi nəzərdə tutulur. Bir sözlə, müsəlman Allahın mənimsə­nil­məsini əmr etdiyi bütün keyfiyyətlərə can atmalı və Onun tərk edilməsini buyurduğu bütün sifətlərdən azad olmalıdır. O, özü bu əmrləri yerinə yetirməli və bu məsə­lələrdə iman sahibi olan qardaşlarına, onları xeyirxahlıq və istənilən müvafiq əməllər etməyə ruhlandıran zəruri sözlər işlətməklə köməklik göstərməlidir.

Bununla yanaşı Allah günah işləməkdə və zalımlıq etməkdə bir-birinə kömək göstərməyi qadağan edir. Burada günah adı altında başa düşülən itaətsiz­likdir ki, o, insanın özünə zərər vurur, zalımlıq isə, insanın başqa adamların həyatına, əmlakına və ya namusuna qəsd etməsi kimi başa düşülür. Bu o deməkdir ki, Allahın qulu bütün günahlardan və ədalətsiz əməllərdən çəkinməli və başqalarına da belə etməyə kömək göstərməlidir.

Qoy insanlar Allahdan qorxsunlar və bilsinlər ki, O, Onun haramlarını pozaraq Ona itaətsizlik göstərənləri sərtliklə cəzalandırır. Qoy onlar haram edilmiş əməllərdən qorxub çəkinsinlər ki, onlardan nə bu dünyada və nə də Axirətdə dəhşətli intiqam alınmasın.


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(5.3) “Sizə ölmüş heyvan əti, qan, donuz əti və (kəsilərkən) Allahın adı çəkil­məyən və ya boğulmuş və yaxud vurulub öldürülmüş, bir yerdən yıxılıb canı çıxmış və ya vəhşi heyvanlar tərəfindən buynuzlanmış və ya parçalanmış (ölməmiş kəsmə­yə macal tapdığınız istisna edilməklə), bütlər üçün kəsilmiş hey­vanlar və oxlarla falabaxma qadağan edilmişdir. Bütün bunlar günahdır. Kafirlər bu gün artıq sizi dininizdən çəkindir­məkdən ümidlərini kəsdilər. Artıq onlardan deyil, Məndən qor­xun! Bu gün Mən sizə görə dininizi kamil­ləşdirdim və sizə olan neməti­mi tamamladım və din kimi İslamı seçməyə razılaşdım. Əgər kimsə, günah etmək məqsədi güdmədən, aclıq üzündən məcbur qalaraq bunlardan yeyərsə, bilsin ki, Allah Bağışlayandır və Rəhmli­dir”.

Bu ayədə Allahın surənin əvvəlində bəyan etdiyi qadağaları xatırlanır. Bilmək lazımdır ki, Hərnövxeyirxahlıq Sahibi olan Fövqəluca Allah qida məhsullarını yeməyə icazə verilən və ya qadağan olunan ona görə elan edir ki, qullarını onlara zərər vura biləcək haram məhsullardan qorusun. Bəzi hallarda O, bu qadağaların hikmətini izah etsə də, başqa hallarda bunu etmir.

Allah bildirir ki, ölü heyvan əti müsəlmanlara haramdır. Bu ad altında şəriətin nəzərdə tutduğu tərzdə kəsilmədən tələf olan heyvanların əti başa düşü­lür. Onların ətini yemək üçün istifadə etmək olmaz, çünki belə ət zərərli olur. Bu, qanın belə heyvanların ətində və daxili orqanlarında laxtalanması və onu yeyən insanın sağlamlığına zərər vurması ilə izah olunur. Bəzi heyvanlar xəstəliklərdən gəbərirlər ki, bu xəstəliklər insan orqanizminə də zərər vurur. Bu qaydadan yeganə istisna – ölmüş çəyirtkə və ölü balıqdır – şəriət onları yeməyə icazə verir.

Allah həmçinin qidalanmaq məqsədilə axıdılmış qanı içməyi qadağan edir. Bu hökmün mənası Fövqəluca Allahın bu sözləri ilə dəqiqləşdirilmişdir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmib murdarlanmış heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (Ənam, 6/145).

Allah donuz ətini yeməyi də haram etmişdir. Bu qadağa həmin heyvanın cəmdəyinin bütün hissələrinə aiddir. Allah onu digər murdar heyvanlardan fərqləndir­mişdir, çünki bəzi xristianlar belə güman edirlər ki, O, onlara onu yeməyə icazə ver­mişdir. Möminlər buna aldanmamalıdırlar, çünki donuz əti haram və natəmiz məhsuldur.

Müsəlmanlar Allahın adı ilə deyil, bütlərin, “müqəddəs­lərin”, ulduzların və ya digər məxluqların adı ilə kəsilən heyvan ətini də yeməməlidirlər. Heyvan kəsilərkən Allahın adının xatırlanması onun ətini halal edir, lakin məxluqların adlarının çəkilməsi isə onları ruhi mənada murdarlayır, çünki belə əməl Fövqəluca Allaha şərik qoşmaqdır.

Əllə və ya kəndirlə boğulmuş heyvanların yeyilməsi də haramdır. Buraya, başı dar bir yerə keçmiş və onu oradan çıxara bilmədən gəbərmiş heyvanlar da daxildir. Həmçinin əsa, daş zərbəsindən və ağacla döyülməkdən və ya qəsdən törədilmiş və yaxud təsadüfi uçqun altında qalmaqdan gəbərmiş heyvanların yeyilməsi haramdır. Yüksəklikdən – dağdan, divardan, damdan düşərək murdar olmuş heyvanların əti də haramdır. Başqa heyvan tərəfindən buynuzlanaraq gəbərmiş heyvanı yemək də haramdır. Canavar, şir və ya pələng kimi vəhşi heyvanlar və ya vəhşi quşlar tərəfindən parçalanıb-dağıdılmış heyvanlar da haramdır. Əgər heyvan vəhşi heyvanların hücumuna məruz qalaraq gəbərmişsə onun ətini yemək olmaz.

Lakin əgər heyvan boğulduğu13, ağacla vurulduğu, hün­dür­lükdən düşdü­yü, buy­nuzlandığı, vəhşi heyvan tərəfindən parça­landığı halda canı çıxmamış­dan öncə şəriət qaydalarına uyğun olaraq kəsilmişsə, onda onun ətini yemək olar. Bu zaman o heyvanı kəsərkən şəriət qaydalarının bütün tələblərinə riayət edilməlidir və buna görə bəzi alimlər qeyd etmişlər ki, əgər vəhşi heyvanın basqını nəticəsində heyvanın içalatı görünərsə və ya boğazı kəsilmişsə, onu yemək olmaz, hətta o, hələ ölməmiş belə olsa, çünki bu halda heyvanın kəsilməsi tamamilə mənasızdır.

Başqa şəriət alimləri heyvanın canı çıxmadığı halda buna diqqət yetirmə­miş və belə heyvanın ətini, o, tam ölməmişdən qabaq kəsilmişsə, içalatı görünsə də, onu yeməyə icazə vermişlər. Bu rəy şərəfli ayənin aydın mənasına da uyğun gəlir.

Allah oxlarla fala baxmağı da haram etmişdir. Belə falabaxmanın mahiy­yəti onun vasitəsi ilə hər bir insan üçün müəyyən edilmiş taleyin müəyyənləş­dirilməsinə cəhd etməkdir. Cahillik dövründə ərəblər fala baxmaq üçün üç oxdan istifadə edərdilər. Onlardan birinin üstündə “et”, digərində “etmə” yazar, üçüncünü isə yazısız qoyardılar. Əgər bir nəfər səfərə çıxmaq, evlənmək və ya hər hansı mühüm bir addım atmaq istəsəydi, onda o, eyni ölçüdə olan belə oxlardan götürüb, birini çəkərdi. Əgər “et” yazılmış oxu çıxarsaydı, niyyət etdiyini yerinə yetirərdi. Əgər çıxartdığı ox “etmə” yazısıyla olsaydı, onu yerinə yetirməzdi. Çəkdiyi ox yazısız olsaydı, o, yazılı oxlardan birini çıxarana qədər bu əməliyyatı aparardı. Allah bu və ya hər hansı başqa bir tərzdə fala baxmağı qəti olaraq qadağan etdi və bunun əvəzində Öz qullarına bütün hallarda ancaq Onun razılığını almağı əmr etdi.

Allah bəyan edir ki, Öz qullarının xilası üçün nazil etdiyi sadalanan haramların pozulması günahdır, yəni bu, Allaha itaətdən boyun qaçırmaq və şeytana tabe olmaqdır. Bundan sonra, O, qullarının yadına salır ki, O, onlara böyük iltifat göstərməklə, kafirlərin onları dindən çıxaracaqlarına olan ümid­lərini kəsmişdir.

Ayədə Allahın Öz dinini tamamladığından, qulu və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qəti qələbə bəxş etdiyi Ərəfə günündən bəhs edilir. Həmin gün müş­riklər sarsıdıcı məğlubiy­yətə uğradılar və öz gücsüzlüklərini anladılar. Əvvəllər onlar bütün imkanlarından istifadə edərək möminləri dinlə­rindən döndərməyə çalışırdılar. Həmin gün onlar İslamın zəfər çalmasının və qüdrətinin şahidi oldular və möminləri öz dinlərinə çəkə biləcəklərinə dair ümidlərini tamamilə itirdilər. Onlar artıq müsəlman­lardan qorxmağa başlamış­dılar və həmən il bir nəfər də olsun müşrik Kəbənin ziyarətinə lüt gəlməyə və beləcə də onu təvaf etməyə cürət göstərə bilmədi. O zaman hicrətdən sonrakı on birinci il idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vida həccini yerinə yetirirdi.

Məhz buna görə Allah sonra müsəlmanlara müşriklərdən qorxmağı haram sayır və təkcə Ondan qorxmalarını əmr edir. O, iman sahiblərinə düşmənləri üzərində qələbə bəxş edir, onların düşmənlərini isə Öz köməyindən məhrum edir və onların bəd niyyətlərini özlərinə qarşı çevirir. Allah möminlərin dinini kamilləşdirir, yəni, onlara qəti qələbə verir, İslam şəriətinin bütün aydın və qaranlıq tərəflərini təkmilləşdirir və həmçinin onun əsas və fərdi müddəalarını qəti şəkildə təsdiq edir. Bu o demək idi ki, Quran və Sünnə bütün qanunları və habelə dinin əsas və fərdi ehkamlarını başa düşmək üçün artıq kifayət idi.

Əgər insan özünə əlavə vəzifələr yükləyərək düzgün baxışlara və qanunlara nail olmaq üçün Qurandan və Sünnədən başqa dini fəlsəfə və digər fənləri bilməyin vacib olduğunu iddia edirsə, onda o, cahildir və yolunu azmışdır. Onun bu yanlış bəyanatları göstərir ki, o, dinin tamlığını və kamilliyini ancaq öz təbliğatı və dəvəti sayəsində ola biləcəyini düşünür. Bu tərzdə davranan insan ən böyük zalımlıq edir, Allahın Özünü və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) nadanlıqda günahlandırır.

Allah Özünün insanlara açıq və gizli göstərdiyi lütfünü sona qədər tamamlayır və onlar üçün din olaraq İslamı bəyənir. O, İslamı Öz dini edir və onun davamçılarını müəyyənləşdirir. Qoy insanlar İslama etiqad bəsləsinlər və öz Rəbbinə minnətdarlıq bildirsinlər. Qoy onlara ən gözəl, ən şərəfli və ən kamil din Əta Edənə həmd etsinlər!

Sonra Allah qeyd edir ki, əgər insan bu ayənin əvvəlində sadalanan haram edilmiş məhsullardan yeyərək, onlara qarşı həvəs göstərməzsə və əgər o bunu böyük ehtiyac üzündən edərsə və zəruri olduğundan artıq yeməzsə, onda Allah ona bu haramı yeməyə icazə verir, çünki O, Bağışlayandır və Rəhmlidir. O, belə adama onun niyyətinə görə iltifat göstərir və onun əməlini dinində qüsur saymır.


ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə