Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə3/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   ...   37

(5.4.) “Onlar üçün nəyin halal edildiyini səndən soruşurlar. De: “Təmiz olan bütün şeylər sizə halal edilmişdir. Allahın sizi öyrətdiyi kimi, sizin də təlim keçdiyi­niz vəhşi heyvanların tutub gətirdiyi ovdan, “Bismillah” deyə­rək, yeyin. Allahdan çəkinin. Bilin ki, Allah Tezhesabçəkəndir”.
Fövqəluca Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yadına salır ki, adamlar ondan yeyilməli halal məhsullar haqqında soruşurlar və ona (ona Allahın salavatı və salamı olsun!) əmr edir desin ki, onlara təmiz olan bütün yeyiləcək məhsullar halal edilmişdir. Bunlar, faydalı və ya ləzzətli olan və insan orqanizminə və ağlına zərər verməyən istənilən ərzaq məhsullarıdır. Onlara insanların yaşadığı və ya məskunlaşma­dığı ərazidə bitən hər cür taxıl məhsulları və meyvələr aiddir. Onlara həm də quruda yaşayan, Qanun Sahibinin yeyilmə­sini qadağan etdiyi yırtıcı və murdar heyvanlar istisna edilməklə, bütün digər heyvanlar daxildir. Natəmiz məhsulların yeyilməsinin haram edilməsi bu ayənin mahiyyətindən irəli gəlir və Fövqəluca Allahın bu kəlamında aydın xatırlanır: “...O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləş­dirər və onları buxovlardan xilas edər...” (Əraf, 7/157).

Sonra Allah, Özünün insanlara öyrətdiklərindən onların təlim verdikləri ov itləri və ya quşları tərəfindən tutulmuş heyvanların yeyilməsinə icazə verir. Lakin insanlar tutulmuş heyvanlar üzərində öncədən “Bismillah” deməlidirlər.

Buradan bir neçə faydalı nəticələr çıxarmaq olar. Birincisi, Allah qullarına mərhəmət göstərib rəhm etməklə halal qapısını onların qarşısında geniş açmış və onlara hətta şəriət qaydaları ilə kəsilməyən heyvanların da, onlar ov heyvanları tərəfindən ovlandıqda belə, yeyilməsinə icazə vermişdir. Bu heyvanlara itlər, bəbirlər, şahinlər, qırğılar və köpək dişləri və dimdiyi vasitəsi ilə ovu tutan əhliləşdirilmiş digər vəhşi heyvanlar və quşlar da şamil edilir.

İkincisi, ov heyvanları ilə hökmən təlim keçilməlidir. Bu isə o deməkdir ki, onlar hazırlaşdırılmalıdır. Adətən, ov heyvanları ilə belə hazırlıq keçirilir. Ov heyvanlarını ovun ardınca göndərdikdə, ona basqın etməli və onları ovdan kənarlaşdırmaq istəyəndə isə kənara çəkilməli və ovu tutandan sonra onu yeməməlidir. Məhz buna görə, Allah ov heyvanının insan üçün ovladığı heyvanı yeməyə icazə verir. Əgər heyvan ovladığını özü yeməyə başla­yarsa, biz onun ovu öz sahibi üçün tutduğuna inana bilmərik və tam ehtimalla güman etmək olar ki, ov heyvanı yediyi ovu özü üçün tutubmuş.

Üçüncüsü, ov iti və quşu ovladığı qurbanını yaralamalıdır, “cərih” (“yırtıcı”) sözü “cərəhə” (“yaralamaq”) felindən törəmişdir. Öncə biz qeyd etmişdik ki, boğulmuş heyvanları yemək haramdır və əgər ov iti və ya başqa yırtıcısı tutduğu ovu boğmuş və ya öz ağırlığı altında qoyub öldürmüş olsa, onda onu yemək olmaz. Bu rəyə görə ərəb dilində, öz köpək dişləri ilə və ya dimdiyi ilə ovu yaralayan heyvanları yırtıcı adlandırırlar. Lakin daha geniş yayılan rəy – heyvanı qovub ona çata bilən və onu tuta bilən heyvanlar yırtıcı adlandırılır. Bu şərh bizim çıxartdığımız nəticənin xeyrinə deyildir. Bu barədə ən yaxşısını bilən Allahdır.

Dördüncüsü, şəriətin ov iti saxlamağa icazə verməsi səhih hədislə təsdiq edildiyi halda, adi itlərin saxlanması qadağan edilmişdir. Bu onunla izah olunur ki, itlərlə ov etməyə və onlara təlim verməyə icazə verilməsi onların saxlan­masını da nəzərdə tutur.

Beşincisi, ov itinin ağzının toxunduğu ovun hissəsi təmiz hesab olunur, çünki Allah onu yeməyə icazə vermiş və it toxunandan sonra o hissəni yumaq əmri vermə­mişdir. Bu o deməkdir ki, ov bundan sonra da təmiz qalır.

Altıncısı, şərh etdiyimiz ayə biliyin üstünlüyünü xüsusilə vurğulayır, çünki təlim görmüş yırtıcı heyvanın tutduğu ovun yeyilməsinə icazə verildiyi halda, təlim görməmiş yırtıcının tutduğu ov haram sayılır.

Yeddincisi, ov itlərinin, quşlarının və digər heyvanların təlimləndiril­məsinə qınaq yoxdur və bu faydasız vaxt itirməyə aid edilmir. Əksinə, bu məşğələ tərifəlayiqdir, çünki onun sayəsində insanlar ovladıqları heyvanı yeyə və ya onları başqa məqsədlər üçün isti­fadə edə bilirlər.

Səkkizincisi, şərh etdiyimiz ayə ov itlərinin satılmasına icazə verilməsinin lehinə olan bir dəlildir, çünki bəzən bu yol ov itlərinin əldə edilməsinin yeganə vasitəsi olur.

Doqquzuncusu, ovçu ov itini və ya quşunu ovun dalınca göndərərkən, “Bismillah” deməlidir. Əgər o, bunu bilərəkdən etmirsə, onda həmin ovun yeyilməsi haramdır.

Onuncusu, ov heyvanının tutub gətirdiyi ovun ölməsinin, onu tutan yırtıcının basqınının nəticəsi olub olmamağından asılı olmayaraq, yeyilməsinə icazə verilir. Lakin ovçu tutulmuş heyvanın canı çıxanadək ona çatdıqda, həmin ov şəriətə müvafiq kəsilərsə, halal olar. Allah bunu xatırlatdıqdan sonra qullarına təqvalılığa etiqad göstərmək hökmü verərək, xəbərdar edir ki, Qiyamət günü onların hamısı cavab verməli olacaqlar. Allah xatırladır ki, həmən Gün artıq yaxınlaşmışdır və çox tez gəlib çatacaqdır.

ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(5.5.) “Bu gün sizə təmiz və yaxşı yeməklər halal olundu. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də onlara halal olundu və həmçinin iman gətirmiş iffətli qadınlar və sizə qədər Kitab verilmişlərdən olan iffətli qadınlar da, əgər siz onlara, ismətinizi qorumağı diləyərək, mehrlərini versəniz, pozğunluq etməsəniz, onları özünüzə aşna kimi götürməsəniz, sizə halal edilmişlər. Dindən üz çevirənin əməlləri əbəsdir, çünki Qiyamət günü o, zərərə uğramışların arasında olacaq”.
Fövqəluca Allah insanlara göstərdiyi nemətini izah etmək üçün bir daha bildirir ki, təmiz və pak məhsullar halaldır. Onlar isə, öz növbəsində, minnətdar qullar olmalı və öz Rəbbini tez-tez xatırla­malıdırlar. Axı O, onlara, kəskin ehtiyac duyduqları və onlara fayda verə bilən nemətlərdən istifadə etməyə icazə vermişdir.

Allah müsəlmanlara Kitab əhlinin kəsdiyi heyvanları yeməyi də halal etmişdir. Bu, digər kafirlər tərəfindən kəsilmiş heyvanlara aid edilmir və müsəlmanların onların kəsdiyi heyvanların ətini yeməyə ixtiyarı yoxdur. Bunun səbəbi ondadır ki, Kitab əhli özlərini peyğəmbərlərin ardıcılları və Müqəddəs Kitabların tərəfdarları hesab edirlər, ancaq məlum olduğu kimi, Allahın elçiləri Allahdan başqa kiminsə adı ilə qurban kəsməyi qadağan edirdilər, çünki bu əməl müşrikliyin təzahürü idi. Yəhudilər və xristianlar etiraf edirlər ki, Allahdan başqa kiməsə qurban kəsmək qəti qadağandır və bu səbəbə görə müsəlmanlara onların kəsdiyi əti yeməyə icazə verilmişdir. Bununla onlar qalan bütün başqa kafirlərdən fərqlənirlər.

“Kitab əhlinin yeməyi” adı altında nəzərdə tutulan onların kəsdikləri heyvanların yeyilməsinin dəlili, Kitab əhlinin taxıl və meyvələrinin digər kafirlərin taxıl və meyvələ­rindən fərqlənməməyindədir. Buna görə, müsəlmanların, istənilən dini inanc nümayəndə­lərinin istehsal etdikləri taxıl və meyvələri yeməsinə icazə verilir. Bundan başqa, bu ayədə söhbət Kitab əhli ilə bağlı olan yeməkdən gedir. Bu isə o deməkdir ki, yemək sözü ilə onların kəsdikləri heyvan nəzərdə tutulur.

Biz deyə bilmərik ki, burada söhbət Kitab əhlinə məxsus istənilən bütün yemək­lərdən gedir, çünki müsəlmanlara onların yeməyini güclə əllərindən almağa icazə veril­məmişdir. Sonra Allah bildirir ki, müsəlmanların yeməklərini yeməyə də Kitab əhlinə icazə verilmişdir. Bu o deməkdir ki, müsəlmanlara yeməklərini onlarla bölüşməyə icazə verilir.

Bundan sonra, Allah müsəlmanlara azad və ismətli mömin qadınlarla və həmçinin Kitab əhlindən olan azad və ismətli qadın­larla, yəni yəhudi və xristian qadınlarla evlənməyə icazə vermişdir. Bu ayə Fövqəluca Allahın: ““Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin...” (Bəqərə, 2/221) kəlamını daha da dəqiqləşdirir.

Şərh olunan ayənin mənasından aydın olur ki, azad müsəlman kişilərin mömin kölə qdınlarla evlənmək haqqı yoxdur və çıxarılmış bu nəticə doğrudur. Kölə qadın Kitab əhlinə mənsub olduqda, azad müsəlman kişi heç bir şəraitdə onunla evlənmək hüququna malik olmur, çünki Fövqəluca Allah buyurmuşdur: ““Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlər­dən alsın...” (Nisa, 4/25). Əgər kölə qadın müsəlmandırsa, müsəlman kişiyə onunla evlənməyə ancaq iki şərtlə icazə verilir: kifayət qədər maddi imkanı olmadıqda və subay qalmasının ona zərər vuracağından və yaxud onu zinakarlığa sövq edəcəyindən ehtiyat etdikdə.

Əgər qadın əxlaq sahibi deyilsə və zinakarlıq edirsə, onun müsəlman və ya Kitab əhlinə mənsubiyyətindən asılı olmayaraq, müsəlmana onunla evlənmək qadağandır, çünki Fövqəluca Allah bu­yurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, mömin­lərə haram edilmişdir”.

Sonra Allah xəbər verir ki, qadınlarla evlənməyə, onlara mehr verdikdən sonra, icazə verilir və əgər kişi mehr vermək niyyətində olmazsa, ona nikah bağlamağa icazə verilmir. Allah mehri həddi-buluğa çatmış qadının özünə verməyi əmr etmişdir. Əks halda, ər onu gəlinin qəyyumuna verməlidir.

Mehrin zövcələrin mükafatı olduğunun xatırlanması, cehizin bütövlükdə arvadın şəxsi mülkiyyətinə məxsusluğunu göstərir. Qadın öz razılığı ilə onu öz ərinə, qəyyumuna və ya hər hansı başqa bir adama verməsə, heç kim onu mənimsəmək haqqına malik deyil.

Sonra Allah ərlərə əmr edir ki, öz zövcələrinin əxlaqı haq­qında qayğı çəksinlər və digər qadınlarla cinsi yaxınlıqdan uzaq olsunlar. Bunlarla yanaşı, Allah hər hansı qadınla zinakarlıq etməklə pozğun həyat sürməyi, aşnalarla nikahsız yaşamağı qadağan edir. Bu onunla izah edilir ki, cahillər arasında elə əxlaqsızlar da var ki, istənilən qadınla zina etməyə və elələri də var ki, öz rəfiqələri və ya sevgililəri ilə zina etməyə hazırdırlar. Fövqəluca Allah bildirir ki, bütün buna bənzər əməllər ismət və namusla bir araya sığmır və evlənən kişi zinakar olmamalıdır.

Daha sonra, Allah xəbər verir ki, hər bir insan, iman gətir­məyə borclu olduğu Allaha, Müqəddəs Kitablara və ya elçilərə iman gətirməkdən boyun qaçırırsa və əgər o, dini qanunların hər hansı birini şüurlu surətdə rədd edirsə, onda onun bütün əməlləri əbəs və faydasız olacaqdır. Bu, o, kafir kimi ölərsə, belə olacaqdır. Oxşar bir ayədə Fövqəluca Allah buyurur: “...Sizlərdən hər kim dinin­dən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar...” (Bəqərə, 2/217). Axirət həyatında belə insanlar ziyana uğramışların arasında olacaqlar. Qiyamət gününün başlaması ilə onlar özlərini itirəcək, var-dövlətlərindən və öz ailələrindən məhrum olacaq və əbədi olaraq bədbəxtliyə düçar ediləcəklər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙﭚﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥﭦﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(5.6.) «Ey iman gətirənlər! Namaz qılmağa qalxarkən, üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınıza məsh çəkin və ayaqlarınızı topuğadək yuyun. Cinsi əlaqədən sonra qüsl edin. Xəstə və ya səfərdəsinizsə, ayaq yolundan gəlmişsinizsə və ya qadınlarla yaxınlıqdan sonra su tapa bilmirsinizsə, əllərinizi təmiz torpağa vu­rub, əvvəlcə üzünüzə, sonra da əllərinizi bir-birinə sürtün. Allah sizə çətinlik yaratmaq fikrində deyil, sizi pak etmək və sizə Öz nemətini axıradək çatdırmaq istəyir ki, bəlkə təşəkkür edəsiniz”.
Bu əzəmətli ayə özlüyündə çoxlu hökmlərdən ibarətdir ki, onlardan Allahın bizim üçün asanlaşdıracağının bir neçəsini nəzərdən keçirməyə çalışacağıq.

1. Ayədə sadalanan bütün hökmlərin yerinə yetirilməsi imanın vacib tələblə­rin­dəndir, çünki o, möminlərə müraciətlə baş­layır. Bu isə o deməkdir ki, möminlər hər hansı bir əməli imanın tələblərinə uyğun olaraq, onlara əmr edilən tərzdə yerinə yetir­məlidirlər.

2. Allahın “namaz qılmağa qalxarkən” ifadəsi, əslində nama­zın müsəlman üçün vacibliyini bəyan edir.

3. Namaz qılmaq üçün niyyət etmək lazımdır, çünki onu şüurlu surətdə və qəti niyyətlə yerinə yetirmək lazımdır.

4. Namazın qəbul olunması üçün dəstəmaz alınması vacib şərtidir. Allah namaz­dan qabaq təmizlənməyi əmr edir. Məlumdur ki, hər hansı əmr, onun əksi sübuta yetiril­məyibsə, vacib hökm hesab olunur.

5. Dəstəmaz almaq üçün fərz namazın vaxtının girməsi vacib deyil, sadəcə, namaz qılmağa niyyətin olması kifayətdir.

6. Dəstəmaz, fərz və ya könüllü olmasına, əsasən camaat üçün vacibliyinə14 və ya cənazə üzərində yerinə yetirilməsindən asılı olmayaraq, namaz adlandırıla bilən hər hansı bir ibadət ayi­ninin vacib şərtidir. İslam alimlərinin bir çoxu belə hesab edir ki, hətta Quran oxunarkən edilən səcdələri və şükür səcdəsini ancaq dəstəmazlı olarkən yerinə yetirmək olar.

7. Dəstəmaz alınan zaman üzün, yəni başın ön hissəsinin tük bitən nahiyədən çənə kənarı və buxaq altının uzununa və bir qulaqdan digərinə qədər eninə olan bütün səthinin yuyulması vacibdir. Üzün yuyulmasına ağzın yaxalanması, buruna su çəkil­məsi və saq­qalın yuyulması da daxildir ki, bunlar Sünnə ilə təsdiq edilir. Saqqal seyrək olduqda, su üzün dərisinə toxunmalıdır. Saqqal gur olduqda, onun ön hissəsini yumaq kifayətdir.

8. Müsəlmanlara əllərini dirsəklərinə qədər yumaq əmr olunmuşdur. Quranın əksər şərhçiləri hesab edirlər ki, “ilə” (“qə­dər”, “...dək”) şəkilçisi burada “...ilə birlikdə” məna­sını bil­dirir. Bu mənada həmin şəkilçi: “...Onların mallarını öz malla­rınızla birlikdə yeməyin...” (Nisa, 4/2) ayəsində istifadə edilmiş­dir. Həm də dəstəmaz alan hər iki dirsə­yini tam yumadıqca, onun dəstəmazı qəbul olunmur.

9. Müsəlman başına məsh çəkməlidir.

10. Baş bütövlüklə məsh edilməlidir, çünki burada “bi” ön şəkilçisi başın ancaq bir hissəsinin məsh edilməsi ilə özünü məh­dudlaşdırma mənasını vermir. Məsh edilərkən əllərlə başın bütün səthinin əhatə edilməsi nəzərdə tutulur.

11. Başı istənilən üsulla: iki əllə, bir əllə, əski parçası ilə, taxta parçası ilə və ya digər oxşar əşya ilə məsh etmək olar, çünki Allah məshi ən geniş mənada xatırlatmışdır. Allah başı məsh etmənin müəyyən formasını təyin etməmişdir və buradan belə aydın olur ki, onu istənilən üsulla məsh etmək olar.

12. Çimərkən başa məsh çəkilməlidir və əgər müsəlman başını yuyub ona əli ilə məsh çəkməsə, o, Allahın əmrini yerinə yetirməmiş sayılır.

13. Allah ayaqları topuğa qədər yumağı əmr etmişdir və əllərin yuyulması haq­qında deyilənlər ayaqlara da aiddir.

14. Alimlərin yekdil rəyinə görə “ərcul” (ayaqlar) sözü tə­sirlik halındadır. Bu isə rafizilərin məsələyə baxışlarının əksinə olaraq göstərir ki, yalın ayağa məsh çəkilməsi qəbul edilmir.

15. Bu ayədə dəri məstlərə məsh çəkilməsinin qanuniliyini təsdiq edən göstəriş vardır. Bununla əlaqədar “ərcul” (“ayaqlar”) sözünün yiyəlik halında olan oxunuşu möv­cuddur. Bu iki oxu­nuşun hər birini öz mənasına görə təfsir etmək lazımdır. Əgər ayaqlar ya­lındırsa, təsirlik halında olan sözün oxunuşuna uyğun olaraq onları yumaq zəruridir. Əgər ayaqlar dəri məstlərdədirsə, həmin sözün yiyəlik halında olan oxunuşuna uy­ğun ol­a­­raq, onlara məsh çəkmək kifayət edir.

16. Dəstəmaz alınarkən hərəkətlərin ardıcıllığına riayət etmək əmr edilmişdir. Allah onları müəyyən ardıcıllıqla sıralamış­dır. Bu ayədə başın məsh edilməsi bədənin digər hissələrinin yuyulması arasında xatırlanır ki, bunun da yeganə izahı göstərilən ardıcıllığa riayət edilməsinin vacibliyidir.

17. Ardıcıllığa riayət edilməsi ayədə xatırlanan təkcə dörd hərəkətə aiddir. Ağzın və burunun yaxalanması ilə üzün yuyul­masından əvvəl ardıcıllığa gəldikdə isə, habelə sağ və sol əl-ayağın yuyulması arasında ardıcıllığa riayət edilməsi vacib deyil. Lakin üzün yuyulmasından öncə ağız və burunun yaxalanması, sağ ətrafların soldan əvvəl yuyulması və başın qulaqlardan əvvəl məsh edilməsi arzu olunandır.

18. Müsəlmanlara Quranın hökmünü dəqiqliklə yerinə yetirmələri üçün hər namaz­dan əvvəl dəstəmazı təzələmək əmr edilmişdir.

19. Cinsi kirlənmədən sonra müsəlman qüsl etməlidir.

20. Qüsl zamanı hökmən bütün bədən yuyulmalıdır, çünki Allah bədənin tamamilə təmizlənməsini əmr etmiş və bu hökmü onun ayrı-ayrı hissələri ilə əlaqələndirməmişdir.

21. Cinsi kirlənmədən sonra çimərkən nəinki saçın səthini, həm də baş tüklərinin diblərini də yumaq əmr olunmuşdur.

22. Kiçik kirlənmə böyük kirlənməyə daxil olduğu üçün hər iki halda kirlənmədən sonra onları yumalı olan şəxsin niyyət etdikdən sonra bədənini tamamilə yuması kifayətdir. Çünki bu halda Fövqəluca Allah ancaq təmizlənməyi əmr edərək, dəstəmaz almağı yad etmir.

23. Yuxuda və ya oyaq ikən və cinsi əlaqədə olduğu zaman insanın mənisi çıxdıq­dan sonra və ya hətta məni çıxmasa da, cinsi kirlənmə baş verir.

24. Əgər insan erotik yuxu gördüyünü xatırlayarsa, lakin məni çıxmadığını görərsə, kirlənmədiyi üçün qüsl etməyə ehtiyac yoxdur.

25. Fövqəluca Allah Öz qullarına təmiz torpaqla təyəmmüm etməyə icazə verməklə onlara böyük mərhəmət göstərmişdir.

26. Xəstəlik zamanı sudan istifadə edilməsinin sağlamlığa zərər vura biləcəyi hallarında, torpaqla təyəmmüm etməyə icazə verilir. Səfərdə olarkən və dəstəmazın kiçik və böyük pozulması zamanı su tapılmadıqda da, buna icazə verilir. Xəstəlik zamanı suyun istifadə edilməsinin sağlamlığa zərər bura biləcəyini nəzərə alaraq, hətta su olduqda belə, təyəmmüm etməyə icazə verilir. Bütün qalan hallarda isə ancaq su olmadıqda təyəmmümə icazə verilir. Bu, daimi yaşayış yerlərində yaşayanlara da aiddir.

27. Sidik kanalından və anus dəliyindən çıxan ifrazatlar dəstəmazı pozur.

28. Bu ayəyə istinad edərək bəzi alimlər iddia edirlər ki, dəstəmaz ancaq sidik və düz bağırsaqdan nəcis çıxanda pozulur, ancaq cinsi orqana toxunanda və bir sıra başqa hallarda isə dəstəmaz pozulmur.

29. Xoşagəlməz və murdar şeylərdən bəhs edildikdə eyham­lardan istifadə edilmə­lidir, çünki Fövqəluca Allah təbii ehtiyacı təmin etməyi – ayaqyolundan qayıtmaq forma­sında ifadə etmişdir.

30. Qadına ehtiras və məmnuniyyətlə toxunmaq dəstəmazı pozur.

31. Suyun olmaması təyəmmümün qanuniliyinin vacib şərtidir.

32. İnsan suyun gəlməsi ilə, hətta o, namaz üstündə olsa da, təyəmmüm öz qüvvəsini itirir, çünki Allah ondan su olmadığı zaman istifadə etməyə icazə vermişdir.

33. Namaz vaxtı girdikdən sonra su olmazsa, insan onu yaxınlıqda axtarmağa başlamalıdır, çünki ancaq suyu axtaran şəxs onu tapmaya bilər15.

34. Ritual təmizlənməsi üçün su çatmadıqda, olan suyu tam istifadə etdikdən sonra, təyəmmüm edilməlidir.

35. İçinə müxtəlif təmiz şeylərin düşməsi nəticəsində keyfiyyəti dəyişmiş sudan istifadə etmək təyəmmümdən daha üstündür. Belə su dəstəmaz üçün təmiz və yararlı qalır, çünki onun keyfiyyətinin dəyişməsinə baxmayaraq, o, su olaraq qalır, Fövqəluca Allah isə ancaq su olmadıqda təyəmmüm etməyə icazə verir.

36. Təyəmmüm edərkən qəti niyyət tutmaq lazımdır, çünki “təyəmməmə” feli “niyyətli olmaq”, “cəhd göstərmək” deməkdir.

37. Təyəmmüm etmək üçün narın torpaqdan, qumdan və yaxud hər hansı torpaqdan istifadə etməyə icazə verilir. Bu şərhə uyğun olaraq, üzü və əlləri torpaqla təyəmmüm etmək onunla izah edilir ki, yerin üstündə, adətən, narın torpaq və toz olur və onlarla üzə və əllərə məsh çəkmək mümkündür. Bunu həm də onunla izah etmək olar ki, Allah həmişə daha üstün tutulanı göstərir və əgər torpaqla və ya tozla təmizlənmək imkanı varsa, onu yerinə yetirmək daha yaxşıdır.

38. Natəmiz torpaqla təmizlənmək məqbul deyil, çünki təyəmmüm təmiz tozla edilməlidir.

39. Torpaqla təyəmmüm edəndə torpağı ancaq üzə və əllərə sürtmək lazımdır, onu bədənin başqa üzvlərinə çəkmək olmaz.

40. Üz bütövlüklə təyəmmüm edilməlidir, amma torpağı ağıza almağa, buruna çəkməyə, saqqal seyrək olsa da tüklərin dibinə sürtməyə ehtiyac yoxdur.

41. Əllər biləklərə qədər təyəmmüm edilməlidir, çünki əllər haqqında əlavə izahat verilmədən xatırlandıqda əlin ancaq bilək­lərə qədər hissəsi nəzərdə tutulur. Əlləri dirsəyə qədər məsh etmək lazım gəlsəydi, Allah dəstəmaz alınması qaydasını təsvir etdiyi kimi, bunu da izah edərdi.

42. Torpaqla təyəmmüm insanı kiçik və böyük kirlənmə nəticəsində dəstəmazın pozulmasından və hətta bədəndəki natəmizliklərdən təmizləyir, çünki Allah torpaqla təmizlənməyə ən geniş mənada icazə vermişdir və əlavə izahlara ehtiyac görmə­mişdir. Buna baxmayaraq, alimlərin əksəriyyəti belə hesab edirdilər ki, torpaqla təyəmmüm etməklə bədəndən natəmizlikləri təmizləmək olmaz, çünki Quran ayəsində söhbət təkcə müxtəlif kirlənmə formalarından gedir.

43. Böyük və kiçik kirlənmə zamanı bədənin eyni sahələri, yəni təkcə əllər və üz torpaqla təyəmmüm edilməlidir.

44. Hər iki kirlənmə formasından təmizlənmək üçün müva­fiq niyyətlə ancaq bir dəfə torpaqla təyəmmüm edilməlidir, çünki şərh etdiyimiz ayə ümumi məna daşıyır.

45. Üzü və əlləri təyəmmüm etmək ya əllərlə, ya da hər hansı bir əşya ilə edilə bilər. Allah bədənin bu hissələrini təyəmmüm etməyi əmr edib, amma nə ilə təyəmmüm etməyi bildirməyib. Deməli, onların hər hansı bir üsulla təyəmmüm edilməsinə yol verilir.

46. Dəstəmaz alındığı kimi, torpaqla məsh edilmə zamanı da ardıcıllığa riayət edilməlidir. Allah əldən qabaq üzün məsh edilməsini xatırlatmışdır.

47. Fövqəluca Allah nazil etdiyi qanunları bizim üçün ağır və yorucu etməmişdir. Əksinə, O, Öz qullarına mərhəmət göstərərək, onları təmizləmək və onlara olan lütfkarlığını sona çatdırmaq istəmişdir.

48. Su və torpaq vasitəsilə maddi təmizlənmə, Allahın vahidliyini qəbul etməklə və səmimi tövbə vasitəsi ilə həyata keçirilən mənəvi paklaşmanı tamamlayır.

49. Torpaqla təyəmmüm hiss olunan və ya gözlə görülə bilən təmizliyi gətirmir. Bu təmizlik mənəvi təmizlikdir və onun mahiyyəti – insanın Fövqəluca Allahın əmrini yerinə yetirmə­sindən ibarətdir.

50. Qul, Allahın təmizlənmə ayini və digər hökmləri ilə bağlı hikməti və qanunlarının sirri üzərində yaxşıca düşünməli və bunun sayəsində o, öz biliyini artırmalı, Allaha daha yaxşı həmd etməyi öyrənməli və qullarına böyük yüksəkliklərə nail olmağa imkan verən qanunlar müəyyənləşdirdiyinə görə Onu daha möhkəm sevməlidir.
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(5.7.) “Yadınıza salın Allahın sizə göstərdiyi lütfünü və: “Eşidirik və itaət edirik” dediyiniz vaxt sizlə bağladığı əhdini! Qorxun Allahdan! Bilin ki, Allah köksünüzdəkilərdən agahdır”.
Fövqəluca Allah qullarına əmr edir ki, Onun onlara bəxş etdiyi mənəvi və dünyəvi nemətləri qəlbən və dillə xatırlasınlar. Əgər insan bu nemətləri daima xatırlayırsa, bu onu Fövqəluca Allaha həmd etməyə və Onu sevməyə sövq edir və onun qəlbi Allahın yaxşılıqlarını dərk etməklə vəcdə gəlir. Bunun sayəsində insan mənəvi zənginlik əldə edir, özündənrazılıq hissindən qurtulur və Rəbbin daha çox lütfkarlığına nail olur.

Fövqəluca Allah həmçinin möminlərlə bağladığı əhdi, yəni Ona verdikləri vədi yadla­rına salmalarını əmr edir. Bu, onların həmin vədi dillə verdiklərini bildirmir. Vədin mahiyyəti ondadır ki, onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməklə öz üzərlərinə hər ikisinə itaət edəcəkləri öhdəliyini götürmüşlər. Onlar demişdilər: “Ey Rəbbimiz! Biz Sənin bizə yönəltdiyin dəvətini eşitdik. Biz Quran ayələrini dinlədik və Öz möcüzələrini bütün Kainata yaydığını dərk etdik. Biz onlara o dərəcədə diqqətlə yanaşdıq ki, mənalarını başa düşüb itaət etdik. Biz Sənin əmrlərinə tabe oluruq və Sənin qoyduğun haramları pozmuruq. Biz dinin bütün hökmlərini qəlbimiz və canımızla yerinə yetiririk”.

Möminlər Allaha verdikləri vədi həmişə xatırlayırlar və həmişə Allahın hökmlərini ən mükəmməl tərzdə, heç nəyi unutmadan yerinə yetirməyə can atırlar. Onlara Allahdan qorxmaq tapşırılmışdır, çünki Ona, insanların qəlbində yerləşən bütün fikirləri, sirləri və niyyətləri haqqında hər şey məlumdur. Qoy onlar Allahın onların qəlbində aşkar edəcəklərindən çəkinsinlər, qoy onlar Onu qəzəbləndirən əməllərdən çəkinsinlər. Onlar Allahı dərk etmələri, Ona məhəbbət və Onun qullarına xeyirxah münasibət bəsləmək sayəsində öz qəlblərini yenidən qurmalıdırlar, çünki əgər onlar buna nail olsalar, onda Allah mütləq biləcək ki, onların qəlbi artıq möminlik mənbəyinə çevrilmişdir. Belə olduqda, O, onların günahlarını bağışlayar və saleh əməllərini artıracaqdır.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə