Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə37/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   29   30   31   32   33   34   35   36   37
(?). Ayənin son, kursivlə verilən hissəsi namazın huşu ilə qılınması tələbinə uyğun olmadığı üçün, anlaşılmazdır. Ayənin əslində belə bir söz və ya söz birləşməsi yoxdur. Təfsirin mətnindən də aydın olur ki, ayədə “rüku halında zəkat vermək” ifadəsi ilə bağlı şərhə yer verilməmişdir. F.S.

27 Buraya həmçinin hər hansı əşyaların vasitəsi ilə fala baxmağı da aid etmək olar. F.S.

28 Burada mərhumun ölüm ayağında vəsiyyətnaməsini təsdiq edən şahidlər nəzərdə tutulur. F.S.

29 “Müqəddəs mətn” dedikdə, naslar (yəni Quran ayələri və İslam Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) hədisləri nəzərdə tutulur. Tərc. F. S.

30 Təhtəlşüur – şüuraltı (rus dilində: «подсознание»), insan təfəkkürünün ruhi aləmlə bağlı xüsusi forması. F.S.

31 Burada: İnsanın sağlam təxəyyülü, haqq elmə əsaslanan təfəkkürü. F.S.

32 Qrammatik kateqoriya mənasında. F.S.

33 Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcək son elçi olması haqqında Uca Allahın əvvəlki peyğəmbərlərə nazil etdiyi Kitablardakı məlumatlar nəzərdə tutulur. F.S.

34 Lövhi-Məhfuz. F.S.

35 Deyildiyi kimi anlamaq lazımdır. F.S.

36 Lut (ə) İbrahim peyğəmbərin (ə) qardaşı Haranın oğludur. (Bax: Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”, 2-ci c., səh. 54, Ənam surəsinin 86-cı ayəsinin təfsiri, türk dilində, Quraba Yayınları, 2006. ). F.S.

37 Fərdi müddəalar (ərəbcə, “fəri”) – yəni, fərdi hökmlər. Şəriət hökmləri iki qismə ayrılır: əsas hökmlər və fərdi (fəri) hökmlər. Əsas hökmlər imanın əsasları ilə bağlı olan hökmlərdir. Buraha Allahın varlığı, təkliyi, mələklərə, peyğəmbərlərə, Kitablara, Qiyamət gününə iman və b. daxildir. Bu hökmlər təvil edilə, yozula bilməz. Bunlar alimlərin onlara dair ictihad etməsinə ehtiyacı olmayan aydın hökmlərdir. Onların əsası Quran və Sünnədir. Fərdi (ərəbcə “fəri”) hökmlərə aid olanlar isə namaza, oruca, həccə, zəkata və onlara bənzər müddəalara aid olan hökmlər nəzərdə tutulur. “Fərdi hökm” (“fərdi müddəa”) termini tərəfimizdən “ikinci dərəcəli hökmlər” ifadəsini əvəz etməkdən ötrü işlədilmişdir. Tərc. F.S.

38 Başqa cür desək, “can”, “nəfs” (rus dilində: «душа», «дух»). Tərc. F.S.

39 Müəllifin bu aydın müddəası onu göstərir ki, Allahın haqq dininə qarşı inadla mübarizə aparanlar şeytanların bilavasitə təhriki ilə hərəkət edirlər. F.S.

40 Ölü heyvan cəmdəyinin. F.S.

41 Allah bizi belələrindən uzaq etsin! F.S.

42 Peyğəmbərlik. F.S.

43 Ayənin tərcüməsinin mətni redaktə edilmişdir. F.S.

44 İmam Müslim, Zühd, 46; İbn Macə, Zühd, 21; Tirmizi, Təfsir 18, surə 6. Tərc. F.S.


45 Nazik tellərdən hörülmüş qəfəsşəkilli çəpər, sipər və s. sarmaşan bitkilər, ağaclar onlara dolaşaraq yerdən qalxır. F.S.

46 Dəvə balası. F.S.

47 Yəni, haram məhsuldan yeməmək, onun həyatını aclıq üzündən təhlükə altında qoyduqda. F.S.

48 Quranda. F.S.

49 Yəni, “doğru yollar” (cəm halında) demir və yeganə bir doğru (düz) yolun olduğunu bildirir. F.S.

50 Burada: fərdi müddəalar dedikdə, İslam dini ədəbiyyatında əsas müddəalardan başqa ikinci dərəcəli fəri müddəalar adlandırılan istilah nəzərdə tutulur. Tərcüməçi “ikinci dərəcəli”, “fəri” sözlərinin qarşılığı kimi “fərdi” sözünün işlədilməsini məqsədəuyğun sayır. Çünki azərbaycanca “fəri” və “ikinci dərəcəli” müddəa bu ifadələrlə əks etdirilən İslam anlayışlarının mənasını azaldır. İslam elmində “fəri” adlandırılan prinsiplər heç də ikinci dərəcəli hesab oluna bilməz. Terminə müvafiq qarşılıq tapılana qədər dilimizdə onu, müvəqqəti olaraq “fərdi müddəalar, prinsiplər, hökmlər” kimi ifadə etmək olar. F.S.

51 Yəni fəri məsələlərdə. F.S.

52 Bu ifadə ilə Qüdrətli və Müdrik Allahın Özünün hərşeyiəhatəedən Elmi ilə yaratdığı məxluqlardan heç vaxt uzaq olmadığı ehtiva edilir. Bu, Fövqəlucanın misilsiz sifətlərindən biridir. F.S.

53 Qalın şrift və kursiv tərcüməçinindir. F.S.

54 Təqva – Allah qorxusu. F.S.

55 Burada Z. Bünyadovun və V. Məmmədəliyevin tərcüməsində verdiyim ayənin ərəbcəsində “zinətlərinizi” (() sözü “gözəl libaslarınızı” ifadəsi ilə verildiyi üçün ayənin çevirisi ilə şərhin mətni arasında, ilk nəzərdə, müəyyən uyuşmazlıq hiss oluna bilər ki, bunu nəzərə almaq lazımdır. F.S.

56 Burada çayın bir sahilindən digər sahilədək olan quru yatağı, məcrası (axdığı təbii ərazi) nəzərdə tutulur. F.S.

57 Hasar” – çəpər, sədd, divar mənalarını bildirir. F.S.

58 Yəni, “salam əleykum” deyəcəklər (salamlaşacaqlar). F.S.

59 Həm bu ayə (7.53) və həm də digər ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcümə etdikləri Qurandan (Bakı, “Çıraq” nəşriyyatı, 2004) iqtibas edilmişdir və mənim rus dilindən tərcümə etdiyim şərhdə “peyğəmbərliyin həyata keçirilməsi” və ya “peyğəmbərliyin gerçəkləşməsi” ifadəsi ayədə (həmin tərcümədə) “xəbər verilən aqibət” kimi çevrilmişdir. F.S.

60 Bu ayə, etiqad prinsipləri ilə əlaqədar, Əs-Səədi təfsirinin rus dilindəki mətnindən sərbəst çevrilmişdir. F.S.

61 Gizli, yəni səssizcə, başqalarına bildirmədən və nümayiş etdirmədən. F.S.

62 Bir başqa təfsirdə isə İbn Abbasdan (r. a) rəvayət edilən bir hədisdə o, bu ayə haqqında belə demişdir: “Allah (c. c), bu ayədə verdiyi örnək kimi təmiz torpağı möminə, yararsız torpağı isə kafirə bənzətmişdir”.  Yəni, mömin gözəl və tez bitki yetişdirən torpaq kimidir. Kafir isə bitkilərin çətinliklə bitdiyi yararsız torpağa bənzəyir. “Müfəssəl Təfsir”, Abdulvahid Mətin (İQRA 2. 0), 2004, İstanbul, abdulvahidmetin@mynet.com. Tərc. F.S.


63 (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır)”. Dırnağa alınmış və iki mötərizə arasında olan bu iqtibas Müqəddəs Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən tərcümə edilmiş variantında həmin ayənin bilavasitə mətninə əlavə edilmiş izahdır. Mən ayənin ərəb mətni ilə yaxınlığına riayət etmək məqsədilə, həmin əlavəni Quran ayəsinin çevrilmiş mətnindən çıxarıb burada ayrıca verməyi məqsədəuyğun saydım. F.S.

64 Hud peyğəmbərin (ə) vəfatından sonra Səmudun törəmələri Şimali Ərəbistan ərazisində məskunlaşdılar. Özlərinə imarətlər, saraylar tikdilər. Daşları yonub heykəllər düzəltdilər. Evlərini və saraylarını bu heykəllərlə bəzədilər. Səmud xalqı Allahın Təkliyi etiqadını yadırğayıb, Ona şərik qoşdular və heykəltaraşların hazırladığı bütləri özlərinə tanrı saydılar. Bu xalqın içində əxlaq və fəzilət baxımından ən üstünü olan Salehə qırx yaşında Allah peyğəmbərlik verdi. Mənbə: İqra-2, elektron proqram, “Peyğəmbərlər tarixi” bölməsi (Türkiyə Cümhuriyyəti). F.S.

65 Kursiv mənimdir. F.S.

66 Yəni, hətta peyğəmbərin (ə) belə bu maddi aləmdə Allahı görə bilməsi mümkünsüzdür. F.S.

67 Ayənin bu (Z.Bünyadov. və V.Məmmədəliyev.) variantında bir sıra kiçik təshihlərə yol verilmişdir ki, bu da bu günədək “risalət” və onun təki olan “risalə” sözünün Azərbaycan dilində qarşılığının mənaca tam sabitləşməməsi və birmənalı istilaha çevrilməməsi ilə əlaqədardır. Risalət, sözün qrammatik formasından asılı olmayaraq, ərəb dilindən, əsasən, “peyğəmbərlik” və ya “peyğəmbərlik vəzifəsi” kimi və yaxud da “müraciətnamə”, “bəyanat” və bir sıra başqa mənalarda tərcümə edilir ki, bu da onun çoxvariantlı anlaşılmasına səbəb olur. Ayələrin tərcüməsində isə bu incəliklərə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Məsələn, istifadə etdiyimiz ayənin mətnində “risalələrimlə” sözü “risalətlərimlə” formasında (-“t” ilə) verilmişdi. Halbuki həmin sözün “t” cəm formasında verilməsi Allahın Musa peyğəmbərə (ə) bir sıra peyğəmbərliklər və ya Kitablar verməsi kimi başa düşülə də bilər. Lakin Allah Musaya (ə) bir ali vəzifə - peyğəmbərlik və eyni zamanda Tövratı bəxş edir və buna görə də, “onu götür” deyir. Ayənin şərhinin doğru anla­şılması və istifadə edilmiş Quran tərcüməsinin özəlliyinin oxucu tərəfindən nəzərə alınması məqsədilə mən bu qeydləri etmək məcburiyyəti qarşısındayam. Bir məsələni də vurğulamaq yerinə düşərdi ki, böyük İslam alimi və müfəssiri Əbdürrəhman əs-Səədinin bu məşhur əsəri Quranın əsli əsasında şərh edildiyi halda, sonrakı tərcüməçilər, bəzən istər-istəməz, onun kitabını orijinallığını tam saxlamamış tərcümələrin əsasında öz ana dillərinə çevirmək zəruriyyətində qalırlar ki, bu onların üzərinə böyük məsuliyyət qoyur. Buna görə etiraf etmək lazımdır ki, bu gün bu – dünya şöhrətli təfsirin dilimizə səlis və oxunaqlı tərzdə çevrilməsi və əksər insanlarımız tərəfindən aydın başa düşülməsi üçün ölkədə indiyədək həyata keçirilmiş Quran tərcümələrinin mətninə bəzi (imkan daxilində) təshihlər edilmədən onların istifadəsini çətinləşdirir. Düşünürəm ki, Müqəddəs Quranın ölkəmizdəki möhtərəm tərcüməçiləri Allahın Kitabının bu ilk geniş şərhinin Azərbaycan dilində işıq üzü görməsi üçün Böyük Allah xatirinə etdiyim bir sıra təşəbbüsləri nəzərə alıb, məni o qədər də çox qınamazlar. Həm olsun Allaha – aləmlərin Rəbbinə! Onun xatirinə məzəmmət olunmaq da xoşdur! F.S.

68 İlk öncə ayənin (7.155) bu tərcüməsi ilə (Z.B. və V.M.) qarşınızda olan şərhin mətni arasında bir sıra cüzi də olsa fərqlər mövcuddur (“sarsıntı yaxalayanda (ildırım vuranda...”). Təfsir müəllifi bu sarsıntının “zəlzələ” olduğunu konkretləşdirmiş və “ildırım” haqqında məlumat verməmişdir. Tərc. F.S.

69 ...həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi” ifadəsi növbəti abzasda (“O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı.” ) cümləsi ilə başlayaraq geniş şərh edilir.

70 Ayənin tərcüməsinin mətni qismən redaktə edilmişdir. F.S.

71 Həmin fraqmentin qalın şrift və kursivlə verilməsi mənimdir. F.S.

72 Bu hərəkət, hələ ayaq üstə durmağa alışmamış körpə uşağın yanları üstə bardaş quraraq yanları üstə hərəkət etməsinə bənzərdir. F.S.

73 Xeyirxah, yaxşı, faydalı. F.S.

74 Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.

75 Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.

76 Müşriklər – Allaha şərik qoşanlar, bütpərəstlər. F.S.

77 Ayənin tərcüməsinə bəzi dəyişikliklər edilmişdir. F.S.

78 Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.

79 Burada bəhs edilən əvəzi veriləcək günahlar – bu dünyadan köçməzdən öncə vaxtında tövbə edilməmiş və bağışlanılmamış günahlardır. F.S.

80 Ayənin tərcüməsinin birinci hissəsi bu variantda daha anlaşıqlı və əslinə daha yaxındır: “O fitnədən qorxun ki, təkcə zalımlara toxunmaqla qalmayacaq...”. F.S.

81 Ayənin tərcüməsinin mətninə edilmiş Quranda olmayan bir sıra tərcüməçi əlavə-izahları çıxarılmışdır. Çünki tərcümə etdiyim Səədi Şərhi ayənin tərkibinə əlavə edilmiş bu “izahlara” ehtiyacı aradan qaldırır. F.S.

82 Rus dilindən tərcümə etdiyim əsərin həmin fraqmenti belədir: “Второе и третье преимущества – это отпущение прегрешений и прощение грехов...”. Bu, ərəb dilindən tərcümə edilmiş orijinalda tərcüməçinin rusdilli oxucular üçün nəzərdə tutduğu stilistik üslubdur. Lakin İslamda nə kiçik, nə də böyük günahların “buraxılması” anlayışı və praktikası yoxdur. Müsəlman təkcə Allah qarşısında tövbə edir. Xristianlıqda isə günahların “buraxılması” (və ya başqa cür desək, “yuyulması”) keşişlərin qarşısında günahları etiraf etmə mərasimidir ki, bunun Allah qarşısında tövbə etməklə birbaşa bağlılığı yoxdur. Bu da, xristianlığa xas olan digər “yeniliklər” kimidir. Məhz buna görə, hörmətli tərcüməçinin mətnini İslam anlayışlarına müvafiq verməyi məqsədəuyğun hesab etdim. Çünki Q. Elmir müəllim həmin fraqmenti отпущение прегрешений kimi vermişdir və bu isə yuxarıda qeyd etdiyim kimi, xristianların keşişlər qarşısında günahlarını etiraf etməsi mərasiminə aiddir. Halbuki müsəlmanlar Allahdan başqa heç kimə tövbə etmirlər. Hər bir müsəlman Allaha ibadət zamanı vasitəçisiz tövbə edir. Günahların bağışlanması isə Allaha məxsusdur və Onun bağışlama və əfv etmə haqqından kimsəyə pay verilməmişdir. F.S.

83 Burada, cümlənin ikinci dərəcəli üzvü olan “əvəzlik” nəzərdə tutulur. F.S.

84 Məhz Öz Kitabında təsvir etdiyi keyfiyyətlərinə görə. F.S.


85 Səhih Buxaridə səhih yuxularla bağlı hədisdə deyilir: “Peyğəmbərlikdən sonraya təkcə mübəşşirat (müjdə verənlər) qalacaqdır. Səhabələr: “Mübəşşirat nədir?” – deyə ondan soruşan kimi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Səhih yuxulardır” – deyə buyurmuşdur. (Buxari, 6990). F.S.

86 Ayənin tərcüməsi, əsasən, redaktə edilmişdir. F.S.

87 Ayənin tərcüməsinə daxil edilmiş əlavə (Z.B. və V.M. məxsus) tərcüməçi izahı (Quranın həmin ayəsinin Səədi Təfsirindəki məzmunu nəzərə alınaraq) mətndən çıxarılmış və bu sətiraltı qeyddə verilmişdir: (“Həmin tayfalar Allahın nemətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi”). F.S.


88 Burada ayənin rus mətninin tərcüməsini (Quran mətninə daha müvafiq olduğu üçün) verməyi lazım bildim. F.S.

89 Kursiv mənimdir. F.S.

90 Ayənin tərcüməsi redaktə edilmişdir. Z.B və V.M-də belə idi: ((Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)” Redaktə olunmuş mətn ayənin əslinə daha yaxındır.. F.S.

91 Ayənin tərcüməsi redaktə edilmişdir. Buna ehtiyacın yaranmasının səbəbi Təfsirin mətninin özəlliyi ilə izah oluna bilər. Z.B. və V.M.-in tərcüməsində “təvəkkül etməklə” bağlı ifadə tamamilə yox idi. Halbuki bu, ayədə vacib hökmlərdən birini: müsəlmanın bütün əməllərində Allaha təvəkkül etməsini nəzərdə tutan müddəanı ifadə edir. F.S.

92 Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.

93 Ayənin tərcüməsi tam redaktə edilmişdir. F.S.

94 Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.

95 Ayənin tərcüməsi tam redaktə edilmişdir. F.S.



96 Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.

97 Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.

98 Bu ayənin sonuna tərcüməçilər tərəfindən edilmiş əlavə izahı mətndən çıxarıb səhifəaltı qeyddə verməyi daha məqsədəuyğun saydım. Çünki bəzi bəzi oxucular belə əlavələri, tərcüməçi izahlarını ayənin əsli mətninə məxsus sayırlar və Müqəddəs Quranın digər Azərbaycan dilinə digər çeviriləri ilə müqayisə edərək yanlış nəticələr çıxarırlar. Bax: (“Ənfal” surəsinin 75-ci ayəsinin sonuna əlavə edilmiş izah: “Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqə­lərindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi”). Tərc. F.S.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə