Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə4/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   ...   37

(5.8.) «Ey iman gətirmişlər! Allah xatirinə qərəzsiz şahidlik edərək dö­zümlülük göstərin və insanların nifrəti sizi zalımlığa sövq etdirməsin! Ədalətli olun, çünki bu, təqvalılığa daha yaxındır. Allahdan ehtiyat edin, bilin ki, Allah et­dik­lərinizdən agahdır”.
Ey Allahın iman gətirilməsini əmr etdiyi hər şeyə iman gətirənlər! Dininizin tələblərini yerinə yetirin və ədalətliliyi müdafiə edərkən həm qəlbən və həm də bədəncə dözümlü olun! Allah xatirinə səmimiyyətlə davranın və tamahkar dünyəvi məqsədlər güdməyin! Ədalətli və qərəzsiz olun! Sözlərinizdə və əməllərinizdə ifrata varmayın və səhlənkarlıq göstərməyin! Bu rəftarı həm yaxınlarınıza və kənar insanlara, həm də dostlara və düşmənlərə eynilə göstərin!16

Qoy insanların nifrəti sizin ədalətsizlik etməyinizə səbəb olmasın, çünki ancaq zalımlar belə davranırlar17. Əgər siz yaxınlarınızın və dostlarınızın lehinə qərəzsiz şahidlik etməyə hazırsınızsa, onda onların əleyhinə şəhadət verməyə məcbur olduğunuz zaman da eynilə qərəzsiz olmağa çalışın. Əgər siz öz düşmənlərinizə qarşı qərəzsiz şəhadət verməyə hazırsınızsa, onda siz onların lehinə də qərəzsiz olaraq şahidlik edin. Əgər onlar hətta kafir və ya bidət əhli olsalar belə, siz onlara ədalətlə yanaşmalı, onların söylədiyi həqiqəti qəbul etməlisiniz və bilin ki, siz onu, düşmənlərinizin xatirinə deyil, həqiqət olduğuna görə qəbul edirsiniz. Sizin, o həqiqəti, ancaq düşməninizin söylədiyinə görə, rədd etmək haqqınız yoxdur, çünki belə bir hərəkət həqiqətə qarşı haqsızlıq olardı.

Ədalətli olun, çünki bu rəftar təqvalılığa yaxındır. Əgər siz belə davranmağa səy göstərsəniz və bu yöndə qeyrətlə çalışsanız, təqvalılığa yaxınlaşmağa nail olarsınız və əgər bütün əməllərinizdə insaflı olsanız, onda Allahdan qorxu hissiniz kamilləşər. Allaha sizin əməlləriniz məlumdur və siz mütləq öz xeyirxah və şər, böyük və kiçik əməllərinizə görə əvəz alacaqsınız. Siz əvəzi həm bu dünyada və həm də ölümünüzdən sonra alacaqsınız.
ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(5.9.) “Allah iman sahiblərinə saleh əməllərinə görə əfv olunma və böyük mükafat vəd etmişdir”.
Allah vədini heç vaxt pozmur və Onun sözləri ən doğrudur. O, Ona, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirmiş və dinin fərz və nafilə hökmlərini yerinə yetirən möminlərə onların günahlarını bağışlamağı, günahlarının pis nəticələrindən onları xilas edəcəyini və onlara, ölçüsü təkcə Ona məlum olan böyük ənam verəcəyini vəd etmişdir. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Etdikləri əməllərin mükafatı kimi onların gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir” (Səcdə, 32/17).
ﭑﭒﭓﭔﭕﭖ ﭗ ﭘ
(5.10.) “Məhz iman gətirməyib ayələrimizi yalan sayanlar Cəhənnəm sakin­ləridir”.
Haqqı təsdiq edən açıq-aydın ayələrimiz onlara bəyan edildikdən sonra, iman gətirməkdən boyun qaçıraraq, onları yalan hesab edən kəslər mütləq Cəhənnəm sakinləri arasında olacaqlar. İnsan öz yoldaşı və dostundan ayrılmadığı kimi, onlar da Cəhən­nəm­dən ayrılmayacaqlar.
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(5.11) «Ey iman gətirmişlər! Adamlar sizə əl qaldırmaq istədikdə, Allahın, sizi onların əlindən qurtarmaqla, sizə göstərdiyi mərhəmətini xatırlayın. Allahdan qorxun və qoy iman gətirənlər Allaha təvəkkül etsinlər”.
Fövqəluca Allah mömin bəndələrinə bəxş etdiyi böyük nemətlərini yadlarına salır və insanları onları ürəklərində və dilləri ilə xatırlamağa çağırır. Onlar düşmənləri darma­dağın etməyə, onların əmlakını və torpaqlarını ələ keçirməyə və bəzilərini əsir götürməyə nail olsalar, bunu Allahın mərhəməti sayarlar. Qoy onlar bilsinlər ki, Allah onları düşmənlərdən qoruyanda da möminlərə mərhəmətini göstərir və onların düşmənlə­rinin məkrli hiylələ­rini özlərinə qarşı yönəldir.

Düşmənlər həmişə plan çəkir və zənn edirlər ki, onları həyata keçirə biləcəklər. Onlar möminlər üzərində istədikləri qələbəni qazana bilmədikdə isə, bunu Allahın köməyi ilə möminlərin qələbəsi adlandırmaq olar. İman sahibləri Allaha bu köməyinə görə minnətdarlıq bildirməli, ibadət etməli və Onu xatırlamalıdırlar.

Bu ayə mömin müsəlmanlara pislik etmək niyyətində olan, lakin, Allahın müsəlmanlara yardım etməsi sayəsində, məqsədlə­rinə çata bilməyən bütün kafirlərə, müşriklərə və zülmkarlara şamil edilir. Həmin ayə onların hər birinə aiddir.

Sonra Allah möminlərə əmr edir ki, bütün qalan məsələ­lərdə, düşmənlə mübarizədə köməklə əlaqədar ancaq Ona yal­varmalıdırlar. Onlar Allaha təvəkkül etməli, yəni Ona ümid bəsləməlidirlər ki, dini və dünyəvi işlərdə xeyir əldə etməkdə O, onlara kömək etsin. Onlar öz qüvvə və bacarıqlarına bel bağlamamalı və qəti inanmalıdırlar ki, sevdiyi şeyləri əldə etmək üçün onlara təkcə Fövqəluca Allah yardım göstərəcəkdir.

Qulun Allaha təvəkkül etməsi onun imanından asılıdır və bu, insanın qəlbində gerçəkləşdirməli olduğu vacib əməllərdən biridir.
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(5.12) “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onların arasında on iki başçı müəyyənləşdirdik. Allah buyurdu: “Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar”.
Fövqəluca Allah bildirir ki, İsrail oğulları Onunla mühüm və məsuliyyətli bir əhd bağlamışdılar. O, ayədə onlarla bağladığı əhdin və mükafatın mahiyyətindən bəhs edir. Həmin mükafat onlara vədlərinə sadiq qaldıqları halda veriləcəkdi. Allah həmçinin onların, verdikləri vədi pozarlarsa, batacaqları günahın ağırlı­ğından da xəbər verir. Elə oldu ki, onlar bu əhdlərini də pozdular və buna görə, daha sonra Allah onların məruz qoyulduqları cəzadan bəhs edir.

Allah İsrail oğullarından mühüm bir vəd almış və onların içindən on iki nəfər başçı ucaltmışdı. Onlar tabeliklərində olan insanların üzərində hakimiyyətə malik idilər, onlara nəzarət edir və onları öz vəzifələrini yerinə yetirməyə dəvət edirdilər. Bu başçıların çiyninə ağır yük qoyulmuşdu və buna görə, Allah onlara söz vermişdi ki, onlarla olacaq, yəni onlara kömək edəcək və yardım göstərəcək. Şübhəsiz ki, ediləcək köməyin ölçüsü onların vəzifələri ilə müəyyənləşdirilirdi.

Sonra Allah İsrail oğullarından aldığı söz haqqında xəbər verir. Onlara əmr olunmuşdu ki, bütün həyatları boyu, tələb olunan bütün zəruri ehkamları yerinə yetirərək canla-başla namaz qılmalı və zəkatı sədəqə almaq haqqı olanlara verməli idilər. Bununla yanaşı onlar Allahın bütün elçilərinə və onların arasında ən yaxşısı və ləyaqətlisi olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməliydilər. Onlara əmr olunmuşdu ki, elçilərə kömək etsinlər, yəni, ehtiramla yanaşsınlar, lazımi hörmət göstərsinlər və layiqincə onlara itaətkarlıq etsinlər. İsrail övladlarına həm də əmr edilmişdi ki, Allaha gözəl borc versinlər, yəni yaxşılıq etsinlər və halal yolla qazandıqları gəlirlərindən xoş niyyətlə sədəqə paylasınlar.

Onlara vəd edilmişdi ki, öhdələrinə götürdükləri vəzifələrini yerinə yetirsələr, Allah onların günahlarını hökmən bağışlayar və onları çaylar axan Cənnət bağlarına daxil edər. Allah onları görmədikləri hər cür nemətlərin cəmləşdirildiyi Cənnətə daxil edərək, onlara bütün arzu etdiklərini verəcəyini və günahlarını bağışlayaraq və günahlara görə onları gözləyən cəzadan qoruyaraq, istənilən xoşagəlməz şeylərdən xilas edəcəyini vəd etmişdi.

Onlara bəyan edilmişdi ki, içdikləri and və üzərilərinə götürdükləri öhdəliklərlə və onlara əlavə olaraq vəd edilmiş mükafatla təsdiq edilən əhd bağlandıqdan sonra iman gətirməkdən boyun qaçırsalar, açıq-aydın azğınlıq içində qalacaqlar. Onlar bunu artıq şüurlu surətdə edəcəklər və ona görə də azğınların məruz qalacağı nə varsa, onlara düçar olacaq. Onlar mükafatdan məhrum ediləcək və məşəqqətlərə məhkum olunacaqlar.

İsrail oğullarının özlərini sonradan necə apardıqlarını bilmək yaxşı olardı. Onlar öhdəliklərini yerinə yetirdilərmi? Verdikləri vədi pozdularmı? Sanki bu suallara cavab verərək, sonra Allah açıqlayır ki, onlar öz Rəbbi qarşısında əhdi pozdular.
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(5.13) “Əhdi pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini codlaş­dırdıq. Onlar sözlərin yerini dəyişərək onları təhrif edir və onlara öyrədilənin bir qismini yaddan çıxartmışlar. Sən hər dəfə, bəziləri istisna olmaqla, onların xəyanəti ilə rastlaşacaqsan. Onları bağışla və alicənablıq göstər, çünki Allah xeyirxahlıq edənləri sevir”.
İsrail oğulları əhdi pozdular və buna görə də Allah onları eyni vaxtda bir neçə cəzaya məhkum etdi.

Birincisi, O, onları lənətləyərək Öz mərhəmətindən uzaqlaşdırdı. Onlar Allaha verdikləri vədi yerinə yetirmədikdə öz qarşılarında olan mərhəmət qapısını bağladılar, çünki onun yerinə yetirilməsi Allahın mərhəmətinə layiq olmağa imkan verən ən böyük amil idi.

İkincisi, O, onların ürəklərini o qədər codlaşdırdı18 ki, heç bir dəvət və öyüd-nəsihət artıq onlara kar etmir, fayda vermirdi. Allahın ayələri və nəsihətləri onlara təsir etmirdi, odlu çağırışlar onlarda heç bir həvəs doğurmurdu, qorxuducu xəbərdarlıqlar isə onları dəhşətə gətirmirdi. Bu, qulun məruz qoyula biləcəyi ən ağır cəzalardan biri idi, çünki onun qəlbi elə bir vəziyyətə gətirilmişdi ki, belə hallarda, hətta ən doğru təlimatlar və xeyirxah nəsihətlər də onda yaramazlıqlardan başqa bir şey doğurmur.

Üçüncüsü, onlar tovlanmışdılar və Allahın kəlamlarını və Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin sözlərə verdikləri mənaları təhrif etməyə başlamışdılar.

Dördüncüsü, onlar onlara xəbər verilənlərin böyük bir hissəsini yaddan çıxar­mışdılar. Bu o deməkdir ki, onlar Tövratda nazil edilənlərdən və Musa peyğəmbərə (s) vəhy olunanlardan çox şeyləri unutmuş və itirmişdilər. Allah bunlardan əksəriyyətini, törətdikləri azğınlıqlara görə, cəza olaraq, onlara unutdurmuşdur. Beləliklə, əgər Kitab əhli onların Kitablarında nazil edilmiş bəzi vəhyləri və ya o zamanlar baş vermiş bəzi hadisələri inkar edirlərsə, onda həmin məlumatlar onların unutduqlarına aid edilməlidir.

Beşincisi, onlar həmişəlik satqınlıq və xəyanətkar əməllər törətməyə məhkum edilmişdilər. Buna görə də onlar Allaha və Onun iman sahibləri olan qullarına xəyanət­karlıq edirdilər. Onların satqınlığının və xəyanətkarlığının ən dəhşətli təzahür­lərindən biri də onlara inanan şəxslərdən həqiqəti gizlətmələri idi. Onlar istəyirdilər ki, insanlar kafir olaraq qalsınlar, bu isə onların tərəfindən ən böyük xainlikdi.

Bu pozğunluq sifətləri özünü İsrail oğullarına oxşadan hər kəsə xas olan keyfiy­yətlərdir. Əgər insan Allahın ona yerinə yetirməyi buyurduğunu etmirsə və öz öhdəsinə götürdüyü vəzifələri icra etmirsə, o, özü özünü lənətlənməyə məhkum etmiş olur və qəlbi isə daşa çevrilir. O, aldanmağa meyl edir və Rəbbinin sözlərini təhrif etməyə başlayır. Allah ona düz yol tapmağa kömək etmir və o, ona vaxtilə verilmiş öyüd-nəsihətlərin çoxunu yaddan çıxarır. Bununla yanaşı, belə bir insan hökmən satqına və xəyanətkara çevrilir. Biz isə Allahdan bizi bundan qorumasını diləyirik!

Fövqəluca Allah dini nəsihətləri qismət adlandırır, çünki onlar insanın payına düşən taleyidir. Bütün yerdə qalan nemətlər isə insana bu dünyada nəsib olanlardır. Fövqəluca Allah buyurur: “Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzula­yanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir” (Qəsəs, 28/79).

İnsana fayda verən qismətdən bəhs edərək, Fövqəluca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).

O, sonra buyurur ki, yəhudilərdən ancaq bəziləri əhdə sadiq qaldılar. Rəbb onlara yardım etdi və onları düz yolla apardı. Daha sonra Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların ona (ona Allahın salavatı və salamı olsun!) qarşı törətdikləri haqsızlığı və təhqirləri bağışlamaq olarsa, onlara bağışlasın, çünki alicənablıq – xeyirxahlıqdır, Allah isə yaxşılıq edənləri sevir.

Allaha münasibətdə xeyirxahlıq dedikdə, Ona edilən elə bir ibadət nəzərdə tutulur ki, bu zaman insan sanki Onu görür, əgər o, Onu görmürsə də, Allah onsuz da onu görür. Məxluqlarla bağlı münasibətdə isə xeyirxahlıq adı altında onlara mənəvi və dünyəvi işlərdə fayda verməyə can atmaq başa düşülür.
ﭑﭒﭓﭔﭕﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤﭥ ﭦﭧ ﭨﭩﭪ ﭫ
(5.14) “Biz “Biz xristianlarıq” deyənlərdən də əhd almış­dıq. Onlar yadlarına salınanın bir qismini unutduqları üçün Biz onların arasında Qiyamət gününədək düşmənçilik və nifrət oyatdıq. Allah onlara törətdiklərini xatırladacaqdır”.
Allah əhdi təkcə yəhudilərlə bağlamamışdı. O, özlərini Məryəm oğlu İsanın (ə) ardı­cılları hesab edən şəxslərlə də əhd kəsmişdi. Onlar bəyan edirlər ki, Allaha və Onun elçilərinə və onların dəvət etdikləri hər şeyə iman gətiriblər, lakin onlar öz vədlərini pozdular, onlara verilən nəsihətlərin çoxunu yaddan çıxarıb, biliklərini itirdilər və müvafiq hökmləri yerinə yetirmədilər. Allah da onların arasına elə bir düşmənçilik və kin-küdurət saldı ki, Məhşər gününə qədər onlardan xilas ola bilməyəcəklər. Onların bir hissəsi digərlərini özlərinə tabe edir və aralarında ədavət və nifrət hissi baş qaldırır. Onlar bir biriləri ilə düşmənçilik edəcək, bir birinə nifrət bəsləyəcək, bir birinə düşməncəsinə baxacaq və aralarındakı nifaqdan əziyyət çəkəcəklər. Çox tezliklə isə Allah onların bütün törətdiklərini yadlarına salacaq və onları cəzalandıracaq.
ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(5.15) “Ey Kitab əhli! Sizin Kitabdan gizlətdiklərinizin çoxunu sizə açıqlayan və çoxunun da üstündən keçən Elçimiz yanınıza gəlmişdir. Sizə Allahın Nuru və açıq-aşkar Kitab gəlmişdir”.
Allahın yəhudilər və xristianlarla bağladığı əhdi barədə, çox az bir qisim insanlar istisna olmaqla, qalanlarının vədlərini pozduqlarını xatırlatmasından sonra Fövqəluca Allah onlara Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmələrini əmr edir və onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyini sübut edən təkzib­olunmaz dəlillər gətirir. Bu dəlillərin gerçəkliyinin əsasında Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onların insanlardan, hətta öz nadan dindaş­larından belə gizlətdikləri bir çox şeyləri özlərinə açıqlaması faktı dururdu. Onlar elmə malik olanlar sayılırdılar və onlardan başqa heç kim onların bildiklərini bilmirdilər. Eyni zamanda, bu biliklərə nail olmaq istəyən hər kəs ancaq onların vasitəsilə bunu əldə edə bilərdi.

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu Əzəmətli Quranı gətirərək, onun köməyi ilə Kitab əhlinin öz aralarında gizlətdiklərindən çox şeyləri izah etdi. O (ona Allahın salavatı və salamı olsun!), yazıb-oxumağı bilməyən bir insandı ki, bu özü də onun (ona Allahın salavatı və salamı olsun!) peyğəm­bərliyini təsdiq edən inandırıcı dəlillərdən biriydi. Kitab əhlinin gizlətdikləri biliklər arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təsviri, onun gələcəyi haqqında onların Müqəddəs Kitablarında xatırlanan pey­ğəm­bərlərin öncə­dən xəbər verdikləri və həmçinin zinakarların daşqalaq edilməsi haqqında ayə və bir çox başqa şeylər var idi.

Allah bildirir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) deyilməsi məqsədəuyğun olma­yan məsələlər haqqında açıqlama verməkdən vaz keçirdi. O (ona Allahın salavatı və salamı olsun!), Allahdan insanlara Nur, yəni Müqəddəs Quran gətirmişdi ki, onun sayəsində nadanlıq və azğınlıq zülmətində haqq yolu işıqlandırırdı. Bu Aydın Kitabda insanların ehtiyac duyduqları bütün dini və dünyəvi məsələlər öz izahını tapmışdı. Onda Allah, Onun adları, sifətləri və əməlləri haqqında biliklər və həmçinin dini qanunlar, ədalətli mükafat­landırma və cəzalandırma qanunları cəmlənmişdi.
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎﮏﮐﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(5.16) “Allah Onu razı salmağa can atanları onun vasitəsilə əmin-amanlıq yolları ilə aparır. O, Öz İradəsi ilə onları qaranlıqlardan aydınlığa çıxarıb doğru yola yönəldir”.
Fövqəluca Allah ayədə bu Quranı rəhbər tutan insanlar və Allahın qulunun buna nail olmaq üçün hansı keyfiyyətlərə malik olması haqqında xəbər verir. Allah, Onun iltifatını qazanmaq ümidi ilə səy göstərən və insana cəzalardan xilas olmağa və Səadət Diyarına düşməyə imkan verən sülh yolunu tapmağa çalışanları doğru yola yönəldir. Bu, özünü düzgün biliklər əldə etməklə və onları bütövlükdə və xüsusilə həyata keçirməklə göstərir. Allah bu yollarla gedənləri imansızlıq, bidətçilik, itaətsizlik, nadanlıq zülmətlərindən çıxarib, iman, Sünnə, itaətkarlıq, elm, Fövqəluca Allahı zikr etmə nuruna yönəldir. Bütün bunlara ancaq Allahın öyüd-nəsihəti sayəsində nail olmaq mümkündür, çünki təkcə Onun istədiyi baş verir, Onun istəmədiyi bir şey isə baş verə bilməz.
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(5.17) “Şübhəsiz ki, Məryəm oğlu Məsih – Allahdır” – deyənlər kafirdirlər. De: “Əgər O, Məryəmin oğlu Məsihi, onun anasını və bütün yerdə olanları məhv etmək istəsəydi, kim Allaha bir az da olsa, maneçilik törədə bilərdi?” Allah göylərin, yerin və onların arasında olanlar üzərində hökmrandır. O, istədiyini xəlq edir. Allah hər şeyə qadirdir!”
Əvvəlki hər iki Kitab əhlinin Allahla əhd bağlaması və sonradan onu pozması barəsində xatırlatdıqdan sonra, Fövqəluca Allah onların bir sıra yaramaz ifadələrini sadalayır.

Xristianlar elə sözlər danışırlar ki, onları başqaları söyləmir. Onlar Məryəm oğlu Məsihi Allah hesab edirlər və pozğun baxışlarını onun atasız doğulması ilə izah edirlər. Lakin onlar unudurlar ki, Həvva bu cəhətdən Məsihə bənzəyir, axı o, dünyaya anasız gəlmişdir, Adəm isə hətta ondan daha da üstündür, çünki o, atasız və anasız xəlq edilmişdir. Onda bəs onlar niyə hər ikisini Allah saymırlar, amma Məsihi ilahiləşdirirlər?

Buradan belə çıxır ki, xristianlar heç bir inandırıcı dəlil, hətta şübhə doğuran sübutlar belə olmadan öz istədiklərini qəbul edirlər. Allah onların iddialarını Özünün aydın məntiqi dəlilləri ilə təkzib edərək deyir ki, nə Məsih, nə onun anası, nə də Yerin digər sakinləri, Allah onları məhv etmək istəsə, özlərini heç bir vasitə ilə müdafiə edə bilməzlər. Əgər kimsə müsibətdən qorunmağa və özünü məhv olmaqdan xilas etməyə qabil deyilsə, o, ilahiləşdirilməyə layiq deyildir.

Yenə bir məntiqi dəlil ondan ibarətdir ki, Allah göylərin, yerin və onların arasında olan nə varsa hamısının üzərində mütləq hakimiyyətə malikdir. O, Kainatı Öz Qədərinin, dininin qanunlarına, ədalətli əvəzalma qanunlarına uyğun olaraq idarə edir. Bütün məxluqlar Ona məxsusdur və Onun İradəsinə tabedirlər. Məgər öz Rəbbinə mənsub olan aciz qul Allah ola və heç bir ehtiyac hiss etməyə bilərmi? Həqiqətən, belə bir şey qətiyyən mümkün deyil.

Xristianlar Məryəm oğlu İsanın (ə) atasız dünyaya gəlməsinə təəccüb etməmə­li­dirlər, çünki Allah istədiyini yaradır. O, istədikdə, insanlar ata və analarından dünyaya gəlirlər ki, bu da Adəmin nəsillərinin əksəriyyəti ilə baş verir. Əgər O, lazım bilsə, insan dünyaya ata-anasız da gələr, buna misal Həvvadır. Əgər O, lazım bilsə, insan atası olmadan anasından doğula bilər ki, buna da misal İsa əleyhissalamdır. Əgər Allah istəyərsə, insan dünyaya ata-anasız da gələ bilər. Adəmin yaradılması da buna nümunə­dir. Fövqəluca Allah Öz məxluqlarını müxtəlif yaratmışdır, çünki Onun İradəsi sözsüz icra edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰﭱﭲﭳ ﭴ
(5.18) “Yəhudilər və xristianlar dedilər: “Biz Allahın oğul­larıyıq və Onun se­v­imliləriyik”. De: “Bəs o, sizə günahlarınıza görə niyə əziyyət verir? Xeyir! Siz Onun yaratdığı insanlardan ancaq birisiniz. O, kimi istəyirsə, bağışlayır, kimi də istəyirsə, əziyyətə salır. Göylər, Yer və onların arasında olanlar Allahın mülküdür və axırda qayıdış Onadır”.
Yəhudilər və xristianlar özlərini günahsız insanlar hesab edir, Allahın oğulları və Onun sevimliləri olmalarını yalandan iddia edirlər. Onların dilində sevilən bir insanı oğul adlandırmaq olar, onlar isə özlərini birbaşa mənada Allahın oğulları saymır­lar. Kitab əhlindən heç kim belə bir söz işlətmir, təkcə xristianlar Məsihi birmənalı olaraq Allahın Oğlu kimi qəbul edirlər.

Allah onların əsassız iddialarını rədd edərək, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onlara desin: “Bəs Allah sizi günahlarınıza görə niyə cəzalandırır? Əgər siz Onun sevimliləri olsaydınız, O sizi cəzalandırmazdı. Bilin ki, Allah ancaq xeyirxah işlər görənləri sevir. Siz isə adi insanlarsınız və Allahın ədalətli qanunlarına və Onun rəhmliliyinə uyğun olaraq mühakimə ediləcəksiniz. Allah istədiyi kəsi bağışlayır, istədiyini də cəzalandırır. Bu isə sizin əməllərinizdən asılı olacaqdır və məhz onların nəticəsi kimi bağışlanmaya və ya cəzalandırılmaya layiq görüləcəksiniz. Allah göylərdə, Yerdə və onların arasında olanların üzərində mütləq Hakimiyyət Sahibidir və biz hamımız Onun yanına qayıtmalıyıq. Əgər siz qullarımızdan birisisinizsə, onda nəyin əsasında digər insanlardan üstün olduğunuz fikrinə düş­müş­­sünüz? Siz hamınız Axirət həyatında Allaha qaytarılacaqsanız və öz əməllərinizə müvafiq əvəz alacaqsınız”.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(5.19) “Ey Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə bəyan etmək üçün yanınıza gəlmişdir ki, bir daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq edən gəlməmişdir”. Artıq müjdəçi və xəbərdarlıq edən nəsihətçi gəlmiş­dir. Allah hər şeyə qadirdir”.
Pak və Fövqəluca Allah Kitab əhlinə lütfkarlığını göstərərək, onlara Müqəddəs Kitabını nazil etmişdi. O, onları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə və insanların möhkəm ehtiyac duyduğu bir şəraitdə, bəşəriyyətə elçilərin gəlmədiyi dövrdə, O, onlara Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) göndərdiyi üçün Ona minnətdar olmağa dəvət etmişdi.

Belə vəziyyət insanları Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə məcbur edir, çünki o (ona Allahın salavatı və salamı olsun!) onlara Allahın məqsədini və dini hökmləri izah edirdi. Allah həqiqəti Öz qullarına çatdırmışdı ki, onlar sonradan narazılıq edərək: “bizə müjdə verən və xəbərdar­lıq edən bir nəsihətçi gəlməmişdir” – deməsinlər. Müjdəçi və nəsihətçi artıq gəlmişdir. O (ona Allahın salavatı və salamı olsun!) onları həm bu dünyada və həm də Axirətdə mükafatlandırılacaqları xəbəri ilə sevindirdi, onlara mükafata layiq görüləcəkləri əməlləri bir-bir izah etdi, möminlərin məziyyətlərini təsvir edərək, onları həm bu dünyada və həm də ölümdən sonra cəzalandırılma haqqında da xəbərdarlıq etdi, insanları məşəqqətə məhkum edən əməlləri törətməkdən çəkindirdi və günahkarların xüsusiyyətlərini izah edib anlatdı.

Allah hər şeyin hakimidir. Bütün məxluqlar, istəsələr də, istəməsələr də Ona tabedirlər, çünki O, elə bir qüdrət Sahibidir ki, heç bir şey Ona müqavimət göstərə bilməz. Allah Öz Qüdrəti sayəsində elçilər göndərmiş, Kitablar nazil etmiş və onun sayə­sində O, elçilərə itaət edənləri mükafatlandırır, onlara saymamazlıq edənləri isə cəzalandırır.
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə