Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə5/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   ...   37

(5.20) “Bir vaxt Musa öz xalqına demişdi: “Ey xalqım! Allahın sizə mərhəmət göstərərək aranızdan peyğəmbərlər yaratdığını və sizdən hökmdarlar qoyduğunu xatırlayın. Aləmlərdən kimsəyə vermədiyini təkcə sizə əta etdi”.
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(5.21) “Ey xalqım! Allahın (bəxtinizə) yazdığı müqəddəs torpağa girin və geriyə dönməyin, əgər dönsəniz zərərə uğra­yarsınız”.
Allah Musaya (ə) və onun xalqına rəhm edərək onları Firondan və misirlilərdən xilas edir. Allah onları əsirlikdən və qul olmaqdan qurtarır və bundan sonra onlar öz vətənlərinə, doğma evlərinə yola düşürlər. Bu ərazi Qüds və onun həndəvərləri idi. Onlar müqəddəs torpağa yaxınlaşdıqları zaman, Allah onlara düşmənlərlə vuruşmağı və onları oradan qovub çıxarmağı əmr edir. Musa (ə) öz qəbilədaşlarına öyüd verməyə başlayır və onlara nəsihət edir ki, özlərində qüvvə tapıb düşmənlə döyüşsünlər. O (ə) deyir: “Allahın sizə göstərdiyi mərhəməti yadınıza salın. Onu qəlbinizlə və dilinizlə xatırlayın ki, bu sizə Allahı daha böyük məhəbbətlə sevməyə imkan versin və Ona ciddi-cəhdlə ibadət edəsiniz. O, sizə peyğəmbərlər göndərir ki, sizi düz yola dəvət etsinlər və məhv olmaq­dan qorusunlar, sizi əbədi səadətə qovuşmağa ruhlandırırlar və bilmədiklərinizi sizə öyrədirlər. O, sizi öz taleyini müstəqil həll edən hökmdarlar etmişdir. O, sizi öz qullarına çevirmiş düşmənlərinizdən xilas etmiş və sizə müstəqil qərarlar qəbul etmək, öz dininizə azad şəkildə etiqad etmək imkanı vermişdir. O, sizə mənəvi və maddi nemətlər əta etmişdir ki, onları sizdən əvvəl heç kimə verməmişdi”.

Peyğəmbərin (ə) bu sözlərindən aydın olur ki, o uzaq zamanlarda israillilər insanların ən yaxşılarından idilər və Allah da onları, hələ heç kimin layiq görülmədiyi bol nemətlərlə şərəflən­dirmişdi. Musa (ə) öz qəbilədaşlarına Allahın onlara əta etdiyi maddi və mənəvi nemətləri xatırlatmaqla onları iman gətirməyə, mətanət göstərməyə və Allah yolunda döyüşlərdə iştirak etməyə sövq etdirməliydi. Sonra o (ə) onlara əmr edir ki, müqəddəs Qüds torpağına daxil olsunlar və onlara bir xəbər də verir ki, əgər onlar həqiqətən də mömin idilərsə və Allahın sözlərinin doğruluğuna inanırdılarsa, bu onların qəlbinə iman gətirməliydi. O (ə) onlara xəbər verir ki, Allah artıq onların Qüdsü zəbt etməsini və düşmən üzərində qələbəsini təyin etmişdir. Musa (ə) deyir: “Əgər siz geriyə çəkilsəniz, onda zərərçəkmişlər kimi dönərsiniz. Maddi nemətlər­dən məhrum olar, düşmənlər üzərində qələbəni əldən verər və torpaqlarınızı geri qaytara bilməzsiniz. Bununla yanaşı siz Son həyatınızı da itirərsiniz, çünki mükafatlarınızdan məhrum olaraq, özünüzü cəzalandırılmağa məhkum edərsiniz”.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
(5.22) “Onlar dedilər: “Ey Musa! Orada çox güclü adamlar yaşayırlar və onlar oradan çıxıb getmədikcə biz oraya girmərik. Onlar oradan çıxsalar, biz ora girərik”.
İsraillilərin cavabı onların qorxaqlığına, ruh düşkünlüyünə, Allahın və Onun elçisinin (ə) hökmlərinə sayğısız münasibət bəslədiklərinə dəlalət edirdi. Onlar dedilər: “Ey Musa, bu yerdə güclü və cəsur insanlar yaşayırlar və bu bizə oraya girməyə mane olur. Həmin insanlar oranı tərk etmədikcə, biz o yerə ayaq basmarıq. Onlar oradan getsələr, biz oraya girərik”. Onlar qorxaq adamlar idilər və qəti etiqad sahibi deyildilər. Əgər bu belə olmasaydı, onlar başa düşərdilər ki, bütün insanlar – Adəmin nəsilləridir və ancaq Allahın kömək göstərdikləri kəslər güclü olurlar, çünki Ondan başqa heç kimin gücü və qüdrəti yoxdur. Onlar anlayardılar ki, Allahın Özünün vəd etdiyi qələbəni əldə etməyi bacara bilərdilər.
                     
(5.23) “Allahın mərhəmət göstərdiyi iki təqvalı kişi dedilər: “Onların içinə darvazalardan girin. Siz oraya daxil olsanız, hökmən qələbə çalarsınız. Əgər iman gətirənlərsinizsə, ancaq Allaha təvəkkül edin!”
Allahdan qorxan təkcə iki kişi öz xalqını doğma torpaqları azad etmək üçün düşmənlə müharibəyə ruhlandırmağa başladılar. Allah onlara iltifat göstərib onları doğru yola yönəldərək, həmin çətin anda lazım olan sözləri onlara öyrətdi. Bununla yanaşı Allah onlara səbir və etiqad bəxş etdi. Onlar dedilər: “Şəhərə darva­zalarından soxulun və onda hökmən qalib gələrsiniz. Düşmən üzərində üstünlük qazanmaq üçün, sizə təkcə qəti qərar qəbul etmək və darvazalardan zorla içəri girmək kifayətdir. Siz şəhərə daxil olan kimi düşmən məğlub olacaq”. Sonra onlar öz xalqına ən qüdrətli silahla silahlanmaq və Allaha təvəkkül etmək hökmü verdilər, çünki Ona ümid bəsləmək, xüsusilə belə bir şəraitdə, tapşırığı yerinə yetirməyə və düşmən üzərində qələbə qazanmağa kömək edir. Buradan aydın olur ki, mömin bəndə Allaha təvəkkül etməlidir və qulun təvəkkülü onun imanının dərəcəsindən asılıdır.
                

(5.24) “Onlar dedilər: “Ey Musa! Biz, onlar orada qaldıqca, heç vaxt oraya getmərik. Sən Rəbbinlə gedib vuruşun, biz isə burada oturacağıq”.
Heç bir nəsihət və məzəmmət israillilərə fayda vermədi və onlar özlərini ən alçaq adamlar kimi apardılar. Onlar belə dedilər: “Ey Musa! Şəhərin sakinləri orada qaldıqca biz oraya girmərik. Get öz Rəbbinlə döyüş, biz isə bax burada oturacağıq!”

Öz peyğəmbərinə söylənilən bu sözlərdən və bəslənən bu münasibətdən iyrənc və mənfur nə ola bilər?! Onlar bu rəftarı özləri çox ağır vəziyyətdə olduqları bir vaxtda etmişdilər, halbuki şərait onlardan peyğəmbəri müdafiə etməyi, gücə və qüdrətə malik olmağı tələb edirdi.

Bu və buna bənzər olan digər rəvayətlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) milləti ilə ondan əvvəlki millətlərin arasındakı fərqi xüsusilə vurğulayır. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz səhabələri ilə məsləhətləşdikdə və onlara müşriklərlə Bədr yaxınlığında vuruşmağı təklif etdikdə, o (ona Allahın salavatı və salamı olsun!) öz qərarı üzərində israr etmədi və buna baxmayaraq, onlar dedilər: “Ey Allahın Elçisi! Əgər sən dənizdən piyada keçib getmək istəsən, biz də səninlə bərabər onu keçib gedərik. Sən döyüşə girmək istəsən, bir nəfərimiz də kənarda qalmaz. Biz, Musanın qəbilə­daşlarının ona: “Get öz Rəbbinlə döyüş, biz isə bax burada otu­racağıq” dediklərini sənə demərik. Get öz Rəbbinlə birlikdə döyüş və biz də sizinlə birlikdə: qarşında və arxanda, səndən sağda və solda döyüşəcəyik”.
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(5.25) “O dedi: “Ey Rəbbim! Hökmüm özümdən və qardaşımdan başqa kimsəyə təsir etmir. Bizimlə o fasiq xalqın arasını Sən ayır”.
Musa peyğəmbər (ə) qəbilədaşlarının inadcıllığını görəndə ucadan dedi: “Ey Rəbbim! Mən ancaq özümə və bir də qardaşıma hökm edə bilirəm. Onlar düşmənləri ilə vuruşmaq istəmirlər, mən isə onları məcbur edə bilmirəm. Bizi bu fasiq xalqdan ayır və İlahi müdrikliyinə müvafiq olan qaydada Özün bizi mühakimə edib günahkarları cəzalandır”. Bu deyilənlərdən aydın olur ki, israil­lilərin söylədikləri sözlər ağır günah idi və onları yoldan çıxmağa və şərəfsizliyə salmışdı.
ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(5.26) “O dedi: “Elə isə ora onlara qırx il müddətinə qada­ğan olacaq. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Fasiq kimsə­lərə görə kədərlənmə”.
Allah Musanın (ə) duasına qulaq asaraq, İsrail oğullarını cəzalandırdı və onları müqəddəs şəhərə girməkdən məhrum edərək, onun müddətini qırx il müəyyən­ləş­dirdi. Bütün bu illər ərzində onlar doğru yol tapmadan və rahatlıq bilmədən yer üzündə dolaşmalıydılar. Yəqin ki, bu cəza bu dünyada israillilərin günahlarını yumalı və onları daha dəhşətli əzab-əziyyətdən xilas etməli idi. Buradan belə çıxır ki, günaha görə cəza, mövcud nemətlərdən və ya insanın artıq layiq olduğu lütfkarlıqdan məhrum edilməsi və yaxud da onun daha sonrakı dövrə saxlanması kimi də ola bilər.

Ola bilsin ki, İsrail oğullarının sərgərdan gəzib dolaşması ona görə belə çox uzadılmışdı ki, səbir və dözümlülükdən məhrum ürəklərində doğmuş o dəhşətli sözləri işlədənlərin əksəriyyəti öləydi. Onlar artıq qul olmağa alışmış və əzəmətlilik iddiasında olmayan insanlara çevrilmişdilər. Allah istəyirdi ki, İsrail oğulları arasında düşmənlərini darmadağın etmək arzusu ilə tərbiyə almış insanların yeni nəsli yaransın və insanları xoşbəxt olmağa imkan verməyən quldarlıqdan və alçaldılmalardan xilas olsunlar.

Musa (ə) insanlara, o cümlədən, öz həmqəbilələrinə qarşı olduqca mərhəmətliydi və Fövqəluca Allaha məlum idi ki, o, öz xalqına ürəyiyananlıq edə bilər, onların məruz qaldığı cəzadan qüssələnə bilər, hətta onları artıq qəti müəyyən olunmuş cəzadan qurtarmağı Ondan xahiş edə bilər. Buna görə Allah ona günahkar xalqa görə kədərlənməyi və itaətdən boyun qaçıranlara acımağı qadağan etmişdi. Onların belə cəzaya məruz qalmalarının səbəbi öz əxlaqsızlıqları idi, Allah onlarla zalımcasına davranmırdı.
ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(5.27) “Adəmin iki oğlu haqqında gerçək hekayəti onlara oxu. Budur, onların hər ikisi qurban verdilər və o, onların ancaq birindən qəbul edildi, o birisindən isə qəbul edilmədi. O dedi: “Mən hökmən səni öldürəcəyəm”. O biri isə dedi: “Həqiqətən, Allah ancaq Ondan qorxanlardan qəbul edir”.

ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ

(5.28) “Əgər sən məni öldürmək üçün əlini mənə uzatsan, mən onsuz da səni öldürmək üçün əlimi sənə uzatmayacağam. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram”.
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ
(5.29) “Mən istəyirəm ki, sən mənim günahımla və öz günahınla qayıdıb Od əhlinin arasına düşəsən. Zalımlar belə əvəz alırlar”.
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(5.30) “Nəfsi onu öz qardaşını öldürməyə sövq etdi və o, onu öldürərək zərərə düşənlərdən biri oldu”.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ
(5.31) “Allah qarğanı göndərdi ki, torpağı qazıb, qarda­şı­nın meyitini gizlətməyi ona göstərsin. O, dedi: “Vay mənim halıma! Məgər mən bu qarğa kimi edib, qardaşımın meyitini gizlədə bilmərəmmi?” Beləliklə, o, təəssüflənənlərdən biri oldu”.
Ey Muhəmməd! İnsanlara Adəmin iki oğlu arasında baş verən hadisə haqqında həqiqəti danış ki, qoy istəyən hər kəs özü üçün ondan faydalı bir nəticə çıxartsın. Doğruçu ol, yalan danışma, vicdanla danış və məzələnmə!

Tamamilə aydındır ki, söhbət Adəmin iki doğma oğlundan gedir. Bu, ayənin mətninin mənasından da aydınlaşır və bu rəyi şərhçilərin əksəriyyəti müdafiə edirlər. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onların necə qurban verdiklərini və onun nə ilə nəticələndiyini insanlara danışmağı əmr edir.

Adəmin iki oğlundan hər biri öz əmlakının bir hissəsini Allaha yaxınlaşmaq üçün qurban verir, Uca Rəbb onlardan ancaq birinin qurbanını qəbul edir. Onlar bu barədə ya göylərdən gələn açıqlama vasitəsilə və yaxud da qədim xalqların mənimsədikləri adətlər vasitəsilə öyrənib bilirlər. Bu adətə uyğun olaraq, Allah qurbanı qəbul etdikdə, göydən od püskürər və onu yandırardı.

Adəmin qurbanı qəbul olunmamış oğlunu paxıllıq və acıq tutmuşdu və o, qardaşına dedi: “Mən səni öldürəcəyəm!” Qardaşı isə, ona ürəyi yanaraq, dedi: “Allah qurbanı ancaq Ondan qorxan qullarından qəbul edir. Mən nə günah etmişəm ki? Sən məni hansı cinayətə görə öldürmək istəyirsən? Yoxsa sən məni Allahdan qorxduğuma görə öldürmək istəyirsən? Halbuki həm biz səninlə Onun qarşısında qorxmalıyıq və həm də qalan məxluqlar qorxmalıdırlar”.

Qeyd edim ki, ən səhih təfsirlərə uyğun olaraq, xeyirxah əməllər, onları Allah qarşısında qorxu hissi, səmimiyyətlə Onun xatirinə və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinə uyğun yerinə yetirənlərdən qəbul edilir.

Sonra qəlbində Allah qorxusu Adəm oğlu qardaşına deyir ki, o, ona hücum edərək və ya özünü müdafiə məqsədilə onu öldürməyəcək. O belə deyir: “Əgər sən məni öldürməyə cəhd etsən, mən onsuz da əlimi uzadıb səni öldürməyəcəyəm. Bunun səbəbi mənim qorxaqlığımda və ya zəifliyimdə deyil. İş orasındadır ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. İnsan Ondan qorxduqda günah, xüsusilə onlardan ağırını işlətməz. Əgər sən qətl etməyə hazırlaşırsansa, onda Allahdan qorxmalısan. Lakin iş o yerə çatsa ki, mən ya öldürməli və ya sənin əlinlə öldürülməli olsam, onda mən ölməyi üstün tutaram. Amma bu halda, sən həm özünün günahlarının və həm də mənim günahlarımın ağırlığını öz üstünə götürməli olacaqsan və sonra da sən Cəhənnəm odunun sakinləri arasına düşəcəksən. Zalımlıq edənlərin alacaqları əvəz belədir”.

Bu sözlərdən aydın olur ki, qətl ağır günahlara aiddir və insanı Cəhənnəm cəzasına məhkum edir. Buna baxmayaraq, hətta belə sözlər də cinayətkarı günah törətməkdən saxlamadı və o, qəti qərara gəldi ki qardaşını öldürsün. Ona hətta elə gəldi ki, bu rəftar yüngül və düzgündür, hərçənd Allahın qanunu və pak fitrət insan həyatının toxunul­maz­lığını göstərir. O öz qardaşını öldürməklə öz həyatını həm bu dünyada və həm də axirətdə məhv edənlərdən biri oldu.

O, birinci olaraq ondan sonra qətl törədənlərə yol açdı və səhih hədisdə deyilir: Kim başqa insanlara pis nümunə göstərsə, onun həm öz günahlarının ağırlığı və həm də onun nümunəsini Qiyamət gününə qədər davam etdirənlərin günahlarının ağırlığı onun üstünə düşər”. Digər bir səhih hədisdə də deyilir: “Hər dəfə bir insanı qətlə yetirəndə axıdılan qanın bir hissəsi Adəmin birinci oğlunun üstünə düşür, çünki qətllərə yol açan adamların birincisi o olmuşdur”.

Qardaşını öldürdükdən sonra o onun cəsədi ilə nə edəcəyini bilmirdi, çünki qətl edilən Adəmin birinci oğlu idi ki, öldürül­müşdü. Belə olduqda, Fövqəluca Allah onun yanına bir qarğa göndərir ki, yeri qazıb başqa bir ölü qarğanı basdırsın. Beləliklə, O, ona qardaşının cəsədi ilə nə edəcəyini göstərdi və elə onda da Adəmin oğlu törətdiyi əmələ peşman oldu. Həqiqətən, təəssüf və zərər – bütün günahların nəticəsidir.

Sava” sözü “bədənin örtülməli olan hissəsinə deyilir”. Cəsədin belə adlandırıl­ma­sı­nın səbəbi onun bir şeyə bürünməli olduğuna işarədir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭫﭬ
(5.32) “Bu səbəbə görə Biz İsrail oğullarına yazdıq ki: “qətl törətməyən və ya yer üzündə fəsad yaymayan bir insanı öldürən kəs bütün insanları öldürmüş kimi­dir, kim də bir insanın həyatını qoruyarsa, o, bütün insanların həyatını qorumuş kimi­ olar. Bizim elçilərimiz artıq açıq-aydın ayələrimizlə onların yanına gəlmişlər, lakin bundan sonra da, onların əksəriyyəti yer üzündə qudurğanlıq edir”.
Adəmin iki oğlu haqqında hekayət onunla sona yetdi ki, onlardan biri öz qardaşını öldürdü və ondan sonra qətl törədənlər üçün yol açdı. Bu hekayətdən aydın olur ki, qətlin kədərli nəticəsi həm bu dünyada və həm də Axirət həyatında peşmançılıq və zərər olacaqdır. Buna görə Allah Səma Kitablarına uyğun olaraq yaşayan İsrail oğullarına əmr edir ki, bir insanın, başqasını öldürməsi və ya yer üzərində fitnə-fəsad yayması istisna edilməklə, öldürülməsi bütün insanları eyni vaxtda öldürmək kimidir. Bu, öldürülənlə digər insanlar arasında fərqin olmaması ilə və həm də insanın təkcə şəriətin yol verdiyi halda öldürülməsinə icazə verilməsi ilə izah edilir. Əgər qatil ölümə layiq olmayanı həyatdan məhrum edirsə, onda bu o deməkdir ki, onun üçün qətl etdiyi ilə qalan insanlar arasında fərq yoxdur və o, ancaq onu pislik törətməyə yönəldən nəfsinin istəklərinə tabe olmuşdur.

Eyni şeyi, Fövqəluca Allah qarşısında qorxu hissi keçirdiyinə görə, nəfsinin ona başqa əmr verməsinə baxmayaraq, insanı öldürməyib həyatını xilas edən haqqında da demək olar. Belə insan sanki bütün insanların həyatını xilas edir, çünki Allah qarşısında qorxu hissi onu ölümə layiq olmayan hər hansı bir adamı öldürməkdən hökmən saxlayar.

Bu ayədən aydın olur ki, iki halda insanı öldürməyə icazə verilir.

Birincisi, insan qanuni əsasları olmadan qəsdən qətl törət­dikdə, əgər o həddi-buluğ yaşına çatmışsa, törətdiyi qətlə görə məsuliyyət daşımalıdırsa, yəni, öldürülənin valideyni deyilsə, onu edam etməyə icazə verilir.

İkincisi, əgər insan yer üzündə dinə, insanların həyatına və mülkiyyətinə zərər vuraraq şərəfsizlik, fitnə-fəsad yayırsa. Bu, mürtədlərə, döyüşkən kafirlərə və bidət təbliğatçılarına aiddir ki, onların qarşısını ancaq edam etməklə almaq mümkündür. Bu həmçinin yol kəsən soyğunçulara və insanlara hücum çəkərək onların həyatını və malını təhlükə altına alan digər cinayətkarlara aiddir.

Sonra Allah bildirir ki, insanlara aydın mənalı ayələr göndərilmişdi və onlar insanların öz şərəfsizliklərinə haqq qazan­dırmasına imkan vermir. Buna baxmayaraq, insanların əksəriyyəti onları düz yolla getməyə məcbur edən təkzibolunmaz dəlilləri dinləyərək, yenə də haram edilmiş sərhədləri aşmaqda davam edir, günahlar törədir, onlara aydın ayələr və dəlillər gətirən Allahın elçilərinə müqavimət göstərirlər.

ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(5.33) “Həqiqətən, o kəslər ki, Allaha və Onun Elçisinə qarşı vuruşurlar və yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, əvəzində ya öldürülməli, ya çarmıxa çəkilməli və ya da əlləri və ayaqları çarpaz kəsilməli və yaxud da onlar ölkədən sürgün edilməlidirlər. Bu, onlar üçün bu dünyada biabırçılıqdır və Axirət həyatında onlar üçün böyük əzab hazırlanmışdır”.
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.

Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Fövqəluca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.

Şərhçilər bu cəza tədbirləri arasında hansını seçmək barədə rəylərində müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edirdilər ki, hökmdar və ya onun canişini hər hansı qulduru göstərilən cəza növlərindən məqsədəuyğun saydığı biri ilə məhkum etmək haqqına malikdir. Bu rəy təfsir olunan ayənin aydın mənasına uyğun gəlir.

Digər bir təfsirə görə isə, quldurlar törətdikləri cinayətlərə müvafiq olaraq cəzaya məhkum edilməlidirlər. Ayədən aydın olur ki, hər bir cinayət növü üçün Fövqəluca Allahın müdrikliyi ilə təyin olunmuş müvafiq cəza müəyyənləşdirilmişdir. Əgər quldurlar qətl və soyğunçuluq törətmişlərsə, onda onları edam etmək və çarmıxa çəkmək lazımdır ki, onlar insanların gözü qarşısında biabır edilib rüsvay olsunlar və başqaları da belə əməllərdən çəkinsinlər. Əgər onlar soyğunçuluq etmədən qətl törətmişlərsə, onda onlar ancaq edam edilməlidirlər. Əgər onlar yolçuları ancaq qarət etmiş və öldürməmişlərsə, onda onların ancaq əlləri və ayaqları çarpaz kəsilməli, yəni, sağ əlləri və sol ayaqları kəsilməlidir. Əgər quldurlar insanları ancaq qorxutmuşlarsa, kimsəni öldürməmiş və soymamışlarsa, onları təkcə ölkədən qovmaqla və insanlar onların tövbə etdiklərinə əmin oluncayadək şəhərlərdə yaşamağa imkan verməməklə qane olmaq. İbn Abbas və bir çox görkəmli İslam alimləri bu rəyə tərəfdar idilərsə də, onların arasında da bəzi fərqli münasibətlər vardı.

Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabır­çılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir.
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ

(5.34) “Siz onların üzərində hakimiyyət əldə etməzdən öncə tövbə edib qayı­dan­lar istisnadır. Həqiqətən, Allah Bağışlayandır və Mərhəmətlidir”.
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların hakimiy­yəti altına düşməzdən öncə tövbə etsələr, onda Allah qarşısında əvvəllər yerinə yetir­mədikləri vəzifələrinə görə məsuliyyət daşımaqdan azad ediləcəklər. Belə günahlara görə19 onlar edam edilə, çarmıxa çəkilə, əlləri və ayaqları çarpaz kəsilə və ya ölkədən sürgün oluna bilməz. Onların insanların hüquqlarına qəsd etmələri məsələsinə gəldikdə isə, əgər onlar belə cinayətləri İslama daxil olana qədər törətmişlərsə, o cinayətlər onlara bağışlanır. Yox, əgər onlar müsəlman olduqları halda belə cinayətlər etmişlərsə, onda törətdikləri qətllərə və soyğunçuluqlara görə məsuliyyət daşıyırlar.

Bu ayənin mənasından aydın olur ki, əgər Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların əlinə keçdikdən sonra tövbə etsələr, bu onları törətdik­ləri cinayətlərə görə məsuliyyətdən xilas etmir. Bu hökmün hikməti tamamilə aydındır. Əgər cinayətkar ədalət məhkəməsinin əlinə düşənə qədər onun tövbəsi yer üzündə fitnə-fəsad yaymağa görə məsuliyyətdən xilas edirsə, onda digər cinayətlərə qarşı bu hökm daha artıq dərəcədə aid olur.
ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(5.35) «Ey iman gətirmişlər! Allahdan qorxun və Ona yaxınlaşmağa vasitə ax­tarın və Onun yolunda vuruşun, ola bilsin ki, uğur qazanasınız”.
Allah Öz mömin qullarına imanın tələblərinə uyğun olaraq davranmağı, təqva­lı­lı­ğa etiqad etməyi və Rəbbin qəzəbi və narazılığından qorunmağı əmr edir. Qul səy göstərməli və mümkün olan hər şeyi etməlidir ki, qəlbi, dili və bədən üzvləri ilə yerinə yetirilən əməllərlə Allahın qəzəbinə səbəb ola biləcək hərəkətlərdən uzaq olsun. O, Allahdan xahiş etməlidir ki, Onun qəzəbindən və cəzasından xilas olmaq üçün belə günahlardan çəkinməyə ona kömək etsin. O, öz Rəbbinə yaxınlaşma yolları axtarmalı, Onun lütfünü qazanmağa və Onun məhəbbətinə layiq olmağa can atmaqla dinin bütün vacib hökmlərini yerinə yetirməlidir.

Bu ehkamlara qəlblə edilən əməllər, məsələn, Allaha məhəbbət, Onun xatirinə sevmək, Onun qarşısında qorxmaq, Ona ümid etmək, Onun qarşısında tövbə və ya Ona təvəkkül etmək daxildir. Belə əməllərə həmçinin bədənlə yerinə yetirilən ayinlər, məsələn, zəkat ödənilməsi və ya həcc ziyarətinə getmək və qarışıq ayinlər, məsələn, namaz aid edilir. Onlara həm də Quran oxunması, Allahın zikr edilməsi və məxluqlara qarşı xoş rəftarın müxtəlif formaları, məsələn, maddi yardım, elm öyrətmək, himayəçilik, fiziki kömək və ya yaxşı məsləhət vermək də aid edilir.

Bütün bu əməllər qulun Allaha yaxınlaşmasına imkan verir və bu, Allahın məhəb­bətinə nail olana qədər davam etdirilir. Bu baş verdikdə, yəni, Allah qulunu sevməyə başladıqda, O, onun eşidən qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı olur20 və bunlarla yanaşı Allah onun bütün dualarına cavab verir.

Sonra Bərəkət Sahibi Fövqəluca Allah qulları Ona yaxın­laşdıran bütün ibadət ayinlə­rindən Onun yolunda cihadı xüsusilə qeyd edir. Cihad dedikdə, kafirlərlə müba­rizədə səy göstərilməsi nəzərdə tutulur ki, bunu da insan maddi ianələr vasitəsilə və ya onda bilavasitə iştirak etməklə gerçəkləşdirir. O, faydalı təkliflər verməklə, bu mübari­zədə sözü ilə iştirak etməklə və yaxud bacardığı digər imkanlardan istifadə etməklə, Allahın dininə kömək göstərir. Cihada Allahın bəyəndiyi ən şərəfli əməllərdən və Allaha yaxınlaşmanın ən ləyaqətli yollarından biridir və əgər insan bu hökmü yerinə yetirirsə, onda o, dinin başqa hökmlərini də hökmən icra edir.

Sonra Allah vurğulayır ki, əgər insanlar Ondan qorxsalar, günahlardan çəkinsələr və əgər Allahın bəyəndiyi əməlləri yerinə yetirməklə Ona yaxınlaşma yolları axtarsalar və Onun lüffkarlığını qazanmaq üçün Onun yolunda mübarizədə iştirak etsələr, hökmən müvəffəqiyyətə nail olarlar. Burada müvəffəqiyyət dedikdə isə arzu edilən hər şeyin əldə edilməsi və hər hansı dəhşətli və xoşagəlməz şeylərdən xilas olmaq nəzərdə tutulur ki, bunun da mahiyyəti əbədi xoşbəxtliyə və sonsuz səadətə nail olmaqdan ibarətdir.
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə