Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə6/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   ...   37

(5.36) “Həqiqətən, yer üzündə olan hər şey və bir o qədər də kafirlərin olsaydı və onlar Qiyamət günü əzab-əziyyətdən xilas olmaq üçün onu fidyə versəydilər, onlardan qəbul olun­mazdı. Onlara dəhşətli işgəncələr hazırlanmışdır”.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ
(5.37) “Onlar Oddan çıxmaq istəyəcəklər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün əbədi iztirab hazırlanmışdır”.
Fövqəluca Allah kafirlərin Qiyamət günü düşəcəkləri pis vəziyyətdən xəbər verərək bildirir ki, onlar üçün dəhşətli cəza hazırlanmışdır. Əgər onlar Allahın cəzasından qurtul­maq üçün yer böyüklükdə və bir o qədər də üstəlik qızıl fidyə versələr, onsuz da onlardan qəbul edilməyəcək və onlara heç bir fayda verməyəcək, çünki Qiyamət gününün başlaması ilə insanların etdikləri əməllərinin onlara fayda verə biləcəyi vaxt artıq keçmiş olacaqdır. Kafirlərə məşəqqətli, ağrıdıcı və əbədi əzabı dadmaqdan başqa bir şey qalma­yacaq, ondan qurtulmaq mümkün olmayacaq və onlar orada sonsuzluğa qədər qalacaqlar.

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ
(5.38) “Oğru kişiyə və oğru qadına etdiklərinin əvəzi olaraq əllərini kəsin. Allahın cəzası belədir, axı Allah Qüdrətli­dir və Müdrikdir”.
Oğru, haqqı olmadığı özgə malını gizlicə götürən adamdır. Oğruluq ağır günahlara aiddir və nəticəsi dəhşətli cəza – sağ əlinin kəsilməsidir. Səhabələrdən bizə qədər gəlib çatmış Quran oxunuş­larının birində məhz sağ əldən bəhs edilir.

Əlavə izahlar olmadan söhbət əldən getdikdə təkcə bilək nəzərdə tutulur və buna görə, oğurluq üstündə əlin kəsilməsi biləyə qədərdir ki, kəsildikdən sonra onu qaynar yağa salırlar ki, qan damarları tıxansın və qan axması dayansın. Sünnə bu ayənin ümumi mənasını bir neçə müddəalarla konkretləşdirmişdir.

Birincisi, oğurlanmış əşya, adətən, qorunan əmlaka aid olmalıdır. Əgər oğurlanmış şey belə mühafizə olunan əşyalara aid olmadığı halda əlin kəsilməsi nəzərdə tutulmur.

İkincisi, oğurlanmış əşyanın dəyəri dörddə bir dinardan21 və ya üç dirhəmdən22 az olmamalıdır. Əgər oğru bundan az dəyərli şeyi oğurlamışsa, onun əlini kəsmirlər. Aydındır ki, bu hökm “sirka” (“oğurluq”) ərəb sözünün leksik mənasından irəli gəlir. Qarşısı alınması (qorunması) mümkün olmayan məhz bu üsulla əmlakın oğurlanması “sirka” adlandırılır. Deməli, qorunmayan əşyanın icazəsiz götürülməsini, şəriətə görə, oğurluq adlandırmaq olmaz.

Sağlam mühakimə göstərir ki, xırda oğurluğa görə əl kəsmək lazım deyil. Əgər əlin kəsilməsi üçün oğurlanan əşyanın müəyyən dəyərə malik olması tələb edilirsə, onda şəriət artıq bu ayənin mənasını konkretləşdirmişdir.

Oğurluq üstündə əlin kəsilməsi ona görə əmr olunmuşdur ki, insanların əmlakının təhlükəsizliyi təmin edilsin, belə cinayətlərin qarşısı alınsın və bədənin bu cinayəti törətmiş üzvü kəsilsin. İnsan təkrar oğurluq etdikdə, onda onun sol ayağı kəsilməlidir. O, üçüncü dəfə oğurluq edərsə, onda sol əli kəsil­məlidir, dördüncü eyni cinayətə görə isə sağ ayaq kəsilməlidir. Başqa bir rəyə görə, belə bir adam ömürlük həbsə məhkum edilməlidir.

Oğrunun əlinin kəsilməsi başqasının əmlakını oğurlamasının əvəzi olaraq Allah tərəfindən verilən ibrətamiz cəza, ona və başqa insanlara xəbərdarlıqdır. Hər bir oğru bilməlidir ki, belə bir cinayətə görə əlindən məhrum ola bilər. Qüdrətli və Müdrik Allahın qərarı belədir.
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(5.39) “Allah, zülm etdikdən sonra tövbə edib, islah olanın tövbəsini qəbul edir, çünki Allah Bağışlayandır və Rəhmlidir”.
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(5.40) “Məgər sən bilmirsən ki, göylərin və yerin üzərində hakimiyyət Allaha məxsusdur? O, istədiyini əzaba düçar edir, istədiyini də bağışlayır. Allah hər şeyə qadirdir”.
Allah tövbə edən, günahdan əl çəkən, əməllərini islah edən və qüsurlardan təmizlənən hər kəsi bağışlayır. O, göylər və yer üzərində hakimiyyət Sahibidir və Özünün kainat və dini qanunları əsasında onları istədiyi kimi idarə edir. O, Öz Müdrikliyinə, hərşeyiəhatəedən Rəhminə və hərşeyibağışlayanlığına əsaslanaraq bağışlayır və cəzalan­dırır.
ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(5.41) “Ey Elçi! Qoy kafirliyə etiqad etməyə can atanlar və öz dilləri ilə: “Biz iman gətirdik” – deyib, əslində qəlbən iman gətirməyənlər səni kədərləndirməsinlər. Yəhudiliyə etiqad edənlər arasında elələri də var ki, yalanlara həvəslə qulaq asırlar və sənin yanına gəlməyən başqa adamlara qulaq asırlar. Onlar sözlərin yerini dəyişdirməklə onları təhrif edir və deyirlər: “Əgər onu sizə versələr, götürün, o sizə verilməsə, onda çəkinin”. Allah yolundan azdırmaq istədiyi kəsi, sən Allahdan qorumağa qadir deyilsən. Allah onların qəlbini təmizləmək istəmir. Bu dünyada onları rüsvayçılıq, Axirət həyatında isə onlar üçün şiddətli əzab-əziyyət hazırlan­mışdır”.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var gücü ilə çalışırdı ki, insanları doğru yola gətirsin və onlardan bəziləri dini qəbul etdikdən sonra, yenidən kafirliyə qayıtdıqda kədərlənirdi. Belə olduqda Fövqəluca Allah ona əmr edir ki, belə günahkarlara görə qəmlənməsin, çünki onlar tamamilə yolsuz insanlardır. Onlar sənin yanında olanda heç bir fayda vermirlər, onların yaxında olmamalarını isə heç kim hiss etmir. Onların davranışının müsəlmanda məyusluq doğurmamalı olmasının səbəbi ondadır ki, onlar ancaq sözdə iman gətirirlər, halbuki ürəklərində hələ kafir qalmış olurlar. O şəxslər üçün kədərlənmək olar ki, onlar qəlbən və cismən iman gətirdikdən sonra küfrə qayıtmış olsunlar. Lakin belə insanlar dindən heç vaxt üz döndərmirlər və etiqaddan dönmürlər, çünki onların qəlbi imanın gözəlliyini bir dəfə hiss etdikdən sonra, onu heç vaxt başqa bir şeylə dəyişməzlər.

Sonra Allah ayədə bildirir ki, yəhudilərin arasında elələri var ki, yalana həvəslə qulaq asır və baxışları yalana, azğınlığa və zalımlığa əsaslanan öz başçılarına və ağsaqqallarına kor-koranə itaət edirlər. Bu ağsaqqallar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) qəbul etmirlər, ondan üz döndərirlər və öz yanlış nəzər nöqtələrinə sevinirlər. Onlar Səmavi Kitaba Allahın vermədiyi mənaları əlavə etmək istəyirlər və bununla insanları azdırmaq və həqiqəti inkar etmək istəyirlər. Onlar azğınlıq təbliğatçılarıdırlar, hər cür yalan danışır, ağıldan və qəti qərar qəbul etmək qabiliyyətindən məhrum olan insanları öz dallarıyca aparırlar. Əgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etmirlərsə, buna xüsusi əhəmiyyət verilmə­məlidir, çünki bu adamlar çoxsaylı qüsurlara malikdirlər və onlara əhəmiyyət verilməsinə və diqqət yetirilməsinə layiq deyillər.

Sonra Allah xəbər verir ki, yəhudilərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) onların mübahisəsini həll etməyi xahiş etməkdə niyyətləri öz məqsədlərinə nail olmaq idi. Onlar bir-birinə belə deyirdilər: “Muhəmmədin qərarı sizin istədiyinizə uyğun gəlsə, onunla razılaşın, yox, əgər o, başqa bir qərar çıxarsa, ona itaət etməkdən çəkinin”.

Onlar yollarını azaraq öz nəfslərinə tabe oldular, Allah isə insanı azdırmaq istədikdə, hətta Onun elçisi də onu Ondan qoruya bilməz. Bu barədə Fövqəluca Allah belə buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (Qəsəs, 28/56).

Allah bu insanların ürəklərini təmizləməmişdir və buna görə onlar öz cinayətlərini törətmişlər. Bu isə o deməkdir ki, əgər insan şəriət məhkəməsinə ürəyindən keçən qərarı eşitmək ümidi ilə müraciət edirsə, əgər qərar onun xeyrinə veriləndə sevinirsə və istədiyinə nail olmadıqda qəzəblənirsə, bunun səbəbi onun qəlbində kök salmış rəzalətdir. Əksinə, o, şəriət məhkəməsinə müraciət etdikdə, qəbul edilmiş qərarla, onun istəyi ilə uyğun gəlib gəlməməyindən asılı olmayaraq, qane olduqda, bu onun qəlbinin təmizliyinə dəlalət edir. Buradan aydın olur ki, qəlbin təmizliyi xeyirxahlığın rəhni və insanın sağlam fikirlər söyləməsinə və yaxşı işlər görməsinə səbəb olan əzəmətli amildir. Lakin insanın qəlbi təmizlənmədikdə, bu dünyada onu ancaq şərəfsizlik və namussuzluq, Axirət həyatında isə Cəhənnəm odu və Qüdrətli Allahın qəzəbi gözləyir.
ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(5.42) “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər. Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol. Həqiqətən, Allah insaflıları sevir”.
Yalanı dinləmək dedikdə, ona tabe olmaq nəzərdə tutulur. Belə insanların dindarlığı və ağlı o dərəcədə qüsurludur ki, onları doğru olmayan bir şeyi deməyə dəvət etdikdə, buna həvəslə razılaşırlar. Bununla yanaşı, onlar haram yolla əldə etdikləri əmlakı da yeyirlər. Bəzən onlar axmaqları və cahilləri aldadır, bəzən isə, verdikləri məlumata və ya gördükləri işlərə görə layiq olmadıqları mükafat alırlar. Onlar təkcə yalan danışmaqla qənaətlənmir, həmçinin haram yolla var-dövlət də əldə edirlər.

Belə insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldikdə, ona icazə verilmişdi ki, müraciət edənlərin çəkişməsini, öz istədiyi kimi, ya həll etsin, ya da onlardan üz döndərsin. Bu hökm ləğv edilməmişdi və əgər onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhkəməsinə müraciət edirdilərsə, o (ona Allahın salavatı və salamı olsun!) onlara dair ya qərar çıxarırdı, ya da bundan imtina edirdi, çünki onlar istədiklərinə uyğun gəlmədiyi halda şəriət qanunlarına tabe olmaq barədə düşün­mür­dülər.

Buradan belə bir nəticə çıxır ki, əgər insanlar şəriət alimlərinə dini müddəalar haqqında məlumat almaq və məhkəmə qərarı çıxarılması üçün xahişlə müraciət etdikdə və eyni zamanda onların xeyrinə olmayan qərardan razı qalmayacaqlarını və onlara tabe olmayacaqlarını bildirdikdə, onların xahişini rədd etmək olar. Yox əgər hakim qərara alsa ki, onların məsələsinə baxsın, onda o, insaflı qərar çıxartmalıdır, çünki Allah insaflıları sevir. Məhkəməyə müraciət edən insanlar hətta zalım və düşmən olsalar da, bu, hakimə ədalətli qərar qəbul etməyə maneə olmamalıdır. Bütün bunlar, insanlar arasında çəkişmə­lərə baxılarkən ədalətli olmağın və qərəzsizliyin üstünlüyünü xüsusilə vurğulayır və bu o deməkdir ki, Allah bu keyfiyyətləri sevir.
ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ
(5.43) “Onlar əllərində Allahın hökmlərindən ibarət Tövrat olduğu halda səni necə hakim seçir və sonra da üz döndərirlər? Çünki onlar mömin deyillər”.
Əgər o insanlar iman sahibi olsaydılar və dinin vacib tələblərinə uyğun olaraq davransaydılar, onda onlar Allahın Tövratla nazil etdiyi və onlara yaxşı məlum olan qanunlarından üz döndərməz­dilər. Onlar səni hakim seçməklə ümid edirlər ki, sən onların tələblərinə uyğun olan qərar çıxaracaqsan. Lakin sən Allahın onlarda olan hökmlərinə müvafiq gələn qərar qəbul edirsən və buna görə onlar narazılıq edir və sənin qərarından üz çevirirlər. Onlar iman gətirməmişlər, çünki iman gətirənlərə belə rəftar etmək yaraşmaz. Onlar doğru iman sahibi olmağa layiq deyillər, çünki öz istəklərini ilahlaşdırır və dinin qanunlarını onlara tabe etməyə cəhd göstərirlər.
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ
(5.44) “Tövratı Biz nazil etdik. Onda doğru yol və nur vardır. Özlərini (Allaha) təslim etmiş peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarar­dılar. Allahın Kitabını qoruyan və ona şahid olan ravvinlər və alimlər də (onunla hökm verərdilər). İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimizi dəyərsiz­ləş­dirməyin. Allahın nazil etdikləri əsasında hökm verməyənlər, məhz onlar kafir­lərdir”.
Allah Tövratı İmran oğlu Musaya nazil etmişdi. O, insanlara imana və haqqa doğru yol göstərir, onları azmaqdan qoruyur və onların yolunu cahillik, çaşqınlıq, şübhə­lər, inamsızlıq və alçaq nəfsin zülməti içində işıqlan­dı­rırdı. Bu barədə Fövqəluca Allah buyurur: “Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik” (Ənbiya, 21/48).

Peyğəmbərlər bu Kitaba əsaslanaraq yəhudilərin işlərinə baxır və onlar üçün dini hökmlər verirdilər. Bu peyğəmbərlər Allaha təslim olanlardı və Onun əmrlərini yerinə yetirirdilər. Onların itaətkarlığı və sədaqətliliyi bütün digər insanların itaətkarlığından üstün idi, çünki Allah onları Öz qulları arasından seçmişdi.

Əgər Allaha minnətdar peyğəmbərlər (onlara Allahın salamı olsun!) və bəşəriy­yə­tin ən yaxşı nümayəndələri Tövratın hökm­lərini rəhbər tutur, yerinə yetirir və onlara tabe olurdularsa, bəs onda niyə yəhudilərdən olan mənfur günahkarlar onlara əsaslanmaqdan boyun qaçırırdılar? Onları Tövratın ən şərəfli ehkamlarından birini rədd etməyə və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) inanmamağa məcbur edən nə idi? Halbuki Allah bu iman olmadan qəlb və bədən üzvlərinin köməyilə yerinə yetirilən heç bir əməli qəbul etmir. Onlar bu nümunəni kimdən götürürdülər? Onlar bu nümunəni, Kitabı təhrif etməyə, insanları idarə etməyə və bu yolla varlanaraq həqiqəti gizlətməyə və yalanı yaymağa adət etmiş din xadimlərindən mənimsəyirlər. Belə din rəhbərləri insanları azğınlığa yönəldir və onları Cəhənnəm oduna doğru sürükləyirlər.

Sonra Allah buyurur ki, ravvinlər və alimlər də həmçinin Tövratın əsasında hökm çıxarırdılar. Ravvinlər o din alimləri idilər ki, onlar öz biliklərinə uyğun olaraq rəftar edir və bildiklərini başqalarına öyrədirdilər. Onlar insanlara ən yaxşı tərbiyə verir və onları təqvalı peyğəmbərlərin yolu ilə aparırdılar. Kahin adı ilə isə din xadimləri arasında başqa insanlar tərəfindən sözlərinə ehti­ramla yanaşılan və fərqlənənlər adlandırılırdılar. Onlar özlərindən sonra tarixdə əhəmiyyətli bir iz qoyur və öz xalqının yaddaşında xoş xatirə buraxırdılar.

Belə alimlər həqiqətə uyğun olan qərarlar qəbul edir, Allahın Kitabından mühafizə olunması tapşırılan hökmlərə istinad edirdilər. Allah onlara əllərində qalan Müqəddəs Kitabı qorumağı etibar etmişdi. Onlara əmr edilmişdi ki, onu hər hansı əlavələrdən, əksiltmələrdən və təhriflərdən qorusunlar və onunla tanış olmayanlara onu öyrətsinlər. Məhz onlar Müqəddəs Kitab haqqında şahidlik etmişdilər, çünki bir sual yarandıqda və ya Kitab barədə aydınlıq olmadıqda insanlar təkcə onlara müraciət edirdilər.

Bizim günlərimizdə də Fövqəluca Allah, cahillərə həvalə edilməyən vəzifələri din alimlərinə tapşırmışdır. Onlar öz vəzifələrini layiqincə yerinə yetirməli, faydasız işlərə və tənbəlliyə qurşanmış cahillərdən nümunə götürməməlidirlər. Onlar özlərini ancaq insanın özünə fayda verən, məsələn, Allahın zikr edilməsi, namaz, zəkat, həcc və ya oruc kimi ibadət ayinləri ilə məhdudlaşdır­mama­lıdırlar, çünki təkcə bu ayinlərin yerinə yetirilməsi, onlardan başqa, hamıya xilas olmağa kömək edir. Onların özünə isə, bu ayinlərin icra edilməsi ilə yanaşı, insanları öyrətmək, onlara ehtiyac duyduqları dinin əsas hökmlərini xatırlatmaq tələb olunur. Bu daha çox, İslamın əsas müddəalarına və insan­ların daha tez-tez rastlaşdıqları məsələlərə aiddir.

Alim insanlardan qorxmamalıdır, o, öz Rəbbindən qorxmalı və Onun ayələrini ucuz qiymətə satmamalıdır. O, haqqı gizlətməməli və cüzi maddi nemətlər əldə etmək xatirinə yalan təbliğat aparmamalıdır. Əgər o, bu qüsurlardan çəkinməyə nail olsa, doğru yolla gedər. O, o halda xoşbəxtlik əldə edə bilər ki, düşüncələri təkcə elmi biliklər qazanmaqla və insanları öyrətməklə bağlı olsun. O başa düşməlidir ki, Allah, ona əta edilmiş biliyi qoruyub saxlamağı onun özünə tapşırmış və onu haqqın şahidi etmişdir. O, təkcə Ondan qorxmalıdır və insanlar qarşısında qorxu hissi onu öz vəzifələrini layiqincə və qüsursuz yerinə yetirməyə mane olmamalıdır. Bundan başqa, o, din qarşısında maddi nemətlərə üstünlük verməməlidir.

Amma bəzən biliklər insana bədbəxtlik gətirir. Bu, əhəmiyyətsiz işlərə qurşanan və öz vəzifələrini icra etməyən alimlərə aiddir. Onlar Allahın onlara saxlanmasını tapşır­dığı şeyə əhəmiyyət vermirlər. Onlar biliklərə laqeyd yanaşır, onları unudur, dini dünyəvi nemətlərə satır və hətta dini qərarlar çıxartmaq üçün rüşvət alırlar. Onlar dini fitvalar verməklə varlanır və insanlara bilikləri təkcə pula və mükafata görə öyrədirlər. Allah belə insanlara böyük iltifat göstərir, onlar isə nankorluq edirlər. Allah onlara böyük qismət bəxş edir, onlar isə başqalarını bu qismətdən məhrum edirlər. Biz isə Alicənab Allahdan rica edirik ki, bizə, fayda verən biliklər və bizdən qəbul ediləcək əməllər nəsib etsin, bizi bağışlasın və hər hansı bəlalardan xilas etsin!

Sonra Allah buyurur ki, əgər insan onlara nazil edilən aydın həqiqətə istinad etmirsə, tamah məqsədilə bilərəkdən yalan qərarlar çıxarırsa, onda o – kafirdir. Bəzi hallarda belə hərəkət insanı İslamdan çıxarır və bu, Allahın qanunlarının ziddinə qərar qəbul edilməsini yol verilən hesab edən kəslərə aiddir. Digər hallarda isə belə hərəkətlər ağır günah və küfrün təzahürüdür ki, buna görə insan ağır cəzaya layiq görülür.

ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
(5.45) “Biz onda onlara: cana canla, gözə gözlə, buruna burunla, qulağa qulaqla, dişə dişlə və vurulmuş yaralara isə onların əvəzini qisas almağı yazmışıq. Amma kimsə bunları sədəqə edərsə, onda bu onun günahlarının kəffarəsi olar. Allahın nazil etdiklərinə uyğun olaraq qərar qəbul etməyənlər isə zalımlardır”.
Bu hökmlər Tövratla nazil edilmiş qanunlara aiddir. İtaətkar peyğəmbərlər, ravvinlər və din alimləri yəhudiləri mühakimə edəndə o qanunlara əsaslanırdılar. Allahın əmrinə müvafiq olaraq, insan qəsdlə qətl törədəndə buna görə məsuliyyət daşımalıdırsa, onda o, edam edilməlidir. Əgər o, bir nəfərin gözünü çıxarıbsa, onun da gözünü çıxartmaq lazımdır; əgər o, birinin qulağını kəsmişsə, onun da qulağını kəsmək lazımdır; əgər o, bir adamın dişini sındırmışsa, onun da dişini sındırmaq lazımdır; əgər o, insanı ətraflarından və ya başqa bədən üzvlərindən məhrum etmişsə və buna görə ondan qisas almaq olarsa, həddi aşmadan, onu, həmin üzvündən məhrum etmək lazımdır. Əgər o, bir insanı bilərəkdən yaralamışsa, onda ona da həmin ölçüdə, həmin yerdə və eyni uzun­luqda, enlikdə və dərinlikdə yara vurulmalıdır. Bir şeyi də əlavə etmək lazımdır ki, əvvəlki peyğəmbərlərin qanunları, əgər onlar dəyişdirilməyiblərsə, bizim üçün də qanuni qüvvəsini saxlayır.

Sonra Allah buyurur ki, əgər qətl edilənin varisi və ya zərərçəkən alicənablıq edərək qətlə, şikəst edilməyə və yara­lanmağa görə qisas almaqdan imtina etsələr, canini bağışlasalar, onda bu cani üçün ünahının bağışlanması olar, çünki insan insanı bağışlayanda, Fövqəluca Allah da onu23 bağışlayır. Bu həm də alicənablıq göstərən şəxs üçün də günahlarının bağışlanmasına səbəb olur, çünki əgər insan ona qarşı cinayət törədəni və ya cinayətlə əlaqəsi olanı bağışlayırsa, onda Allah onu da yol verdiyi nöqsanlara və işlətdiyi günahlara görə bağışlayır.

Lakin insan Allahın nazil etdiklərinə müvafiq olaraq qərarlar qəbul etmədikdə, o, zalım günahkardır. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, burada söhbət “kafirliksiz kafirlik”, “zalım­lıqsız zalımlıq” və “fasiqliksiz fasiqlik” haqqındadır. Belə günah, insan onu yol verilən hesab etdikdə, böyük kafirlikdir, lakin o onu etdikdə və yol verilən saymadıqda, ağır günah hesab edilir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(5.46) “Biz əvvəlkilərin dalınca ondan öncəki Tövratın həqiqiliyini təsdiq edən Məryəm oğlu İsanı göndərdik. Biz ona doğru yol göstərən və nurlu İncili verdik. O, ondan əvvəlki Tövratla nazil ediləni təsdiqləyəndir, təqvalılar üçün isə haqqın bələdçisi və nəsihətdir”.
Tövratın əsasında hökm verən peyğəmbərlərin və elçilərin ardınca, Allah Öz qulu və elçisi İsanı (ə) – Allahdan gələn ruhu və Özünün Məryəmə yönəldilən sözünü göndərdi. Allah onu gön­dərib ki, əvvəlcə nazil edilmiş Tövratın həqiqiliyini təsdiq etsin və Musanın (ə) doğruçuluğuna və gətirdiyi Kitaba şahidlik etsin. O (ə), öz sələfinin işini davam etdirir və yəhudiləri, əksər hissələrində əvvəlki qanunla üst-üstə düşən, qanun əsasında mühakimə edirdi. O əvvəlki qanunun ancaq bəzi müddəalarını asanlaşdırmış və buna görə, Fövqəluca Allah onun (ə) dilindən belə buyurur: Mən gəlmişəm ki, mənə qədər Tövratda olanın həqiqiliyini təsdiq edim və sizə haram edilənlərin bir hissəsini sizə halal edim” (Ali İmran, 3/50F).

Allah İsaya (ə) Tövratı təkmilləşdirən Böyük Kitab bəxş et­mişdi. Bu, insanlara doğru yol göstərən İncildi və o, onlara həqiqəti yalandan fərqləndirməyə imkan verdi. O, əvvəllər Tövratda nazil edilənlərin hamısının gerçəkliyini təsdiq etdi, çünki o, Tövrata şahidlik edirdi və ona zidd deyildi. Lakin təkcə təqvalı olan qullar onu Haqq Təlim və nəsihət Verən kimi qəbul etdilər, çünki ancaq onlar nəsihətlərdən faydalana bilirlər, nəsihətləri dinləyir və layiq olmayan hərəkətlərdən çəkinirlər.
ﭳﭴ
(5.47) “İncilə iman gətirənlər Allahın onunla nazil etdikləri əsasında mühakimə etsinlər! Allahın nazil etdikləri ilə mühakimə yürütməyənlər məhz əsil fasiqlərdir”.
İncil əhli öz Kitabına tam əsaslanmalı və ondan kənara meyl etməməlidirlər. Əgər onlar Allahın nazil etdiyinə uyğun olaraq mühakimə yürütməsələr fasiqlərdən olarlar.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(5.48) “Biz sənə Kitabı haqq ilə nazil etdik ki, özündən əvvəlki Kitabları təsdiq­ləsin və həm də onları qorusun. Artıq onları Allahın nazil etdikləri əsasında mühakimə et, sənə gələn haqdan (yayınaraq), onların istəklərinə uyma. Biz sizin hər birinizə şəriət və yol müəyyənləşdirdik. Allah istəsəydi sizin hamınızı bir millət edərdi, lakin O, sizi, sizə bəxş edilənlə imtahana çəkməkdən ötrü, ayırdı. Xeyirxah işlərdə yarışın! Hamınız Allaha qayıda­caqsınız və O, sizə nə üstündə ixtilafa düşdüyünüzü xəbər verəcəkdir”.
Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Müqəddəs Kitablarından ən yaxşı və ən şərəfli olanı – Müqəddəs Quranı nazil etmişdir. O, həqiqətən də nazil edilmişdir və onun hekayətləri, hökmləri və qadağanları da gerçəkdir. O, ondan əvvəl nazil edilmiş Kitabların doğruluğunu təsdiqləyir, çünki onlara şahidlik edir və zidd çıxmır. Onun hekayətləri və əsas qanunları əvvəlki Kitabların hekayət və qanunları ilə uyğun gəlir. Bundan başqa, əvvəlki Kitablar onun nazil ediləcəyi haqqında öncədən xəbər vermişdilər və onun mövcudluğu onlarda olan məlumatların doğruluğunu təsdiq edir.

Quran əvvəlki Kitabları qoruyur, çünki onda olanlar onlarda olanlardan və həm də yeni hökmlər və yüksək əxlaq normalarından ibarətdir. Onda, əvvəlki Kitablarda xatır­lan­mış, bütün fəaliyyət növlərinə (vəzifələrə) diqqət yetiril­mişdir. Quran ayələri bu vəzifələri yerinə yetirməyi əmr edir, insanları buna sövq edir və bu məqsədə nail olmağın yeni yollarını göstərir.

Bu Kitabda insanların ilk nəsilləri və onlardan sonra gələnlər haqqında hekayətlər nazil edilmişdir. Onda – Şəriət, Hikmət və dini hökmlər vardır. Quran hekayətləri əsasında bizə qədər gəlib çatmış əvvəlki Kitabların səhihliyini və düzgünlüyünü təyin etmək olar və əgər o, onlarda xatırlanan məlumatların gerçəkliyini24 təsdiq edirsə, onda onları qəbul etmək olar, amma əgər o, onları təsdiq etmirsə, onları rədd etmək vacibdir, çünki əvvəlki Kitablar təhrifə və dəyişikliyə uğradılmışdır. Əks halda, onlarla Müqəddəs Quran arasında ziddiy­yət ola bilməzdi.

Allah bunu xatırlatdıqdan sonra, insanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş dini qanun üzrə25 mühakimə etməyi və insanların, onları haqdan yayındıra bilən, qüsurlu, pozğun istəklərinə uymamağı əmr edir. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş haqq Kitaba üz çevirib, həqiqətlə ziddiyyət təşkil edən yanlış istəklərə yol vermək olmaz. Kim bunu edərsə, yaxşını pislə dəyişmiş olar.

ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə