10
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
MÜQƏDDƏS QUM ŞƏHƏRİ
2016 - 2017
İSLAM MƏZHƏBLƏRİ
və TƏRİQƏTLƏRİ
XƏYAL TOFİQOĞLU
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
1
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Giriş
“İtizal” kənara çəkilmək mənasındadır. İslam ensiklopediyasında iki
dəstə bu adla tanınır. Növbəxtinin nəqlinə əsasən, ilk dəfə mötəzilə adı
siyasi bir qrupa aid edilirdi. Bu xəbərə müvafiq olaraq, İmam Əli (ə) xilafətə
çatdıqdan sonra Abdullah ibn Ömər, Məhəmməd ibn Muslimə Ənsari,
Üsamə ibn Zeyd və Səid ibn Əbi Vəqqas imamdan kənarlaşdı; ona qarşı
çıxmaqdan və ya döyüşlərdə ona qoşulub himayə etməkdən çəkindilər. Bu
dəstəni mötəzilə adlandırdılar, səbəbi isə onların İslam ümməti və
imamdan kənarlaşmaları idi
1
. Bəziləri siyasi mötəziləni İmam Həsən (ə) və
Müaviyədən kənarlaşanlara aid etmişlər
2
. Mötəzilə kimi tanınan digər bir
dəstə Vasil ibn Ətaya (vəfatı: 131 h.q.) qoşulan kəlamçılar idi. Bu dəstə
tanıdığımız məşhur Mötəzilədir və mövzumuz da elə həmin kəlami təriqət
barədədir. Sözügedən dəstənin mötəzilə adlandırılması xüsusunda fərqli
nəzərlər var. Bəziləri deyirlər ki, bu ad Vasil ibn Ətanın Həsən ibn Bəsrinin
dərs məclisindən üz döndərməsi, kənarlaşması ilə əlaqəlidir
3
. Bəziləri isə
1
“Firəquş-şiə”, səh. 5.
2
“Tarixul-məzahibil-İslamiyyə”, səh. 118.
3
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 48.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
2
Vasil ibn Ətanın öz zamanında İslam ümməti və İslam məzhəblərindən
döndərməsinin bu ada səbəb olduğunu deyiblər
4
. Hər iki halda bu nöqtə
şəffafdır ki, Vasilin kənarlaşması iman və böyük günaha bulaşanın küfrü
xüsusunda olub. Əlbəttə, onların mötəzilə adlandırılmasının digər
versiyaları da vardır
5
.
Vasil ibn Ətadan dörd nəzəriyyə nəql edilib:
1.
“Mənzilətun bəynəl mənzilətəyn”: iman və küfür arasında böyük
günaha bulaşan üçün nəzərdə tutulmuş bir dərəcə vardır.
2.
Allah-taaladan sifətlərin inkarı: Allah üçün qədim sifətlərin isbatı
qədimlərin çoxluğuna və ilahların artmasına gətirib çıxarır. Bu əsasla
o, ilahi sifətləri inkar edirdi.
3.
İnsan ixtiyarı: Allah həkim və adil olduğu üçün, şər və zülüm ona aid
edilmir. İnsanların günaha məcbur edib sonradan cəzalandırması
yolverilməzdir. Odur ki, insanlar öz işlərində muxtar və azaddırlar.
4.
Haqq və batil: Vasil ibn Əta İmam Əli (ə) və müxalifləri, eləcə də
Osman və müxalifləri haqqında birinin haqq, digərinin isə batil və
fasiq olduğunu düşünürdü; amma hansının haqq, hansının nahaqq
olması ona bəlli deyildi.
Vasildən sonra qaynı Əmr ibn Ubəyd (vəfatı: 143 h.q.) onun canişini oldu
və Vasilin ideyalarını izah və təbliğ etməyə başladı. Mötəzilənin məşhur
kəlamçıları arasında Əbul Hüzeyl Əllaf (135-235 h.q.) və İbrahim ibn Nizam
(160-231 h.q.) xüsusi qeyd etmək lazımdır.
Bəni-Uməyyənin dönəmində Mötəzilənin hökumətlə münasibəti yaxşı
deyildi, hərçənd Yezid ibn Vəlid qısa müddətli hökuməti dövründə onları
dəstəkləyirdi. Bəni-Abbasın hökuməti dövründə isə Mötəzilə bitərəf mövqe
tutsalar da, Mənsurun dönəmində, xüsusən də kəlam və fəlsəfəni bilən
Məmunun vaxtında diqqət mərkəzində oldular. Mötəzilənin Abbasi
hökumətinə yaxınlaşması o qədər yüksək idi ki, Məmun və ondan sonra
Mötəsim və Vasiq özlərini mötəzili adlandırdılar və bu məzhəbə
himayədarlıq etdilər. Bu arada Quranın xəlq mövzusunda münaqişə başladı;
sual yarandı ki, Allahın kəlamı feli sifətindən olub məxluq və hadisdir, yoxsa,
zati sifətdən olub, xaliq və qədim?
Mötəzilənin etiqadına görə Allahın kəlamı məxluq və hadisdir. Bu üzdən
Quranın qədim olmağına etiqad küfürdür. Bunun müqabilində bütün
4
“əl-Fərqu bəynəl-firəq”, səh. 41.
5
“əl-Fihrist”, səh. 201.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
3
hədisçilər və Əhli-sünnənin əksəriyyəti Quranın qədim olmasına inanırdı.
Məmun Mötəziləni təşviq və himayə etmək məqsədilə, Quranı qədim
sayanları “ədəbləndirmək” göstərişi verdi. Bu fərmana əsasən, bir çoxları, o
cümlədən Əhlul-hədisin imamı Əhməd ibn Hənbəl zindana atılaraq,
işgəncələrə məruz qaldı. Bu vəziyyət Mötəziləyə düşmən kəsilən və Əhlul-
hədisi himayə edən Mütəvəkkilin vaxtına kimi davam etdi. Onun
dönəmində Mötəzilə şiddətli təziqlərə məruz qaldı və kitabları qarət
olundu. Mötəzilə təşkilatlanmış bir təriqət kimi mübarizələrdə dağılıb
aradan getsə də, lakin bu təriqətin alimləri və tərəfdarları İslam dünyasının
müxtəlif yerlərində yüz illərlə davam gətirdi. Bəsrədə itizal məktəbi yarandı
və inkişaf etdi. Amma hicri tarixlə II əsrin sonlarında Bəsrə mədrəsələrində
tədris görmüş Bəşər ibn Mutəmir (vəfatı: 210 h.q.) Bağdada səfər etdi və
Bağdadın Mötəzilə məktəbini yaratdı. Bəşər şiəliyə meyilli idi. Və iddia
etmək olar ki, Bağdadın Mötəziləsi şiə əqidəsinə Bəsrənin Mötəziləsindən
yaxındır. Bəsrənin tanınmış kəlamçılarından Əbu Əli Cubai (204-235 h.q.),
oğlu Əbu Haşim Cubai (277-321 h.q.) və Qazi Əbdul Cabbarın (224-315 h.q.)
adlarını qeyd etmək olar. Məhəmməd Əskafi (vəfatı: 240 h.q.), Əbul Hüseyn
Xəyyat (vəfatı: 311 h.q.) və Kəbi kimi məşhur olan Əbul Qasim Bəlxi (273-
317 h.q.) isə Bağdad Mötəziləsinin böyüklərindəndir
6
.
Mötəzilənin kəlami metodu
Mötəzilənin düşüncələrində ağıl və əqli müddəalar dini etiqadların kəşf
və çıxarışında əsaslı və həlledici rol oynayır, eləcə də bu etiqadların isbat və
müdafiəsini öhdəsinə alıb. Bu metodda hər məsələni insan ağlına həvalə
etməli və təkcə əqli əsas tapdıqdan sonra təsdiq etmək lazımdır. Bu
məktəbin çıxış nöqtəsi bundan ibarətdir: “Bütün etiqadi maariflər
ağılauyğundur”
7
və etiqadda avtoritetlik yolverilməzdir. Digər kəlamçılar
kimi Mötəzilə də nəqlə müraciət edir, amma dini mətnlərin məzmun və
faydasını ağılamüvafiq olduğu təqdirdə qəbul edirdilər. Əks təqdirdə mətni
təvil edir və ona bəraət qazandırırdılar. Başqa sözlə, Mötəzilə məktəbində
nəqlin rolu ağlın hökmünü təsdiq və gücləndirməkdən ibarətdir. Belə ki,
təkbaşına müstəqil mənbə sayılmır. Bəzi Mötəzilə daha da irəli gedərək,
6
“İslam məzhəbləri və təriqətləri ilə tanışlıq”, səh. 129-133.
7
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 42.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
4
bütün vacibləri əqli saymış, bütün fəaliyyətlərin yaxşı və pisliyini ağlın dərk
etdiyi qənaətinə gəlmişlər
8
.
Mötəzilənin rasionalizmdə ifrata varmasının ümdə səbəbi, din
müxalifləri və zındıqlarla əqli savaşda ön cəbhədə qərarlaşmaları və onlarla
daima münazirə etmələri idi. Bu üzdən İslam prinsiplərinin hamının qəbul
edəcəyi tərzdə təqdimindən ötrü dini etiqadları əqli dəlillərlə
möhkəmləndirməyə çox çalışırdılar. Bu iş tədricən müdafiə zamanı istifadə
etdikləri metodu dini maarifin çıxarışında da işlətmələrinə və əsas, həlledici
rolu ağıla və əqli prinsiplərə tapşırmalarına səbəb oldu.
Mötəzilənin etiqadları
Mötəzilə adı ilə məşhur olan kəlamçılar fərqli düşüncələrə sahibdirlər və
bir çox kəlami mövzularda fikir ayrılıqları var. Bu da, isanlarda Mötəzilənin
xüsusi bir məktəb deyil, ağıl və əqli prinsiplərə istinad edən kəlami metod
olduğu qənaəti yaratmışdır. Amma bir çox tədqiqatçılar
9
, eləcə də
Mötəzilənin özü belə düşüncədə deyillər; ardıcılları arasında həmrəylik,
bəzən də fikir ayrılığı olan digər təriqətlər kimi Mötəziləni də vahid məktəb
sayırlar. Mötəzilə bunu isbat etmək üçün, adətən, müştərək etiqad və
Mötəzilənin meyarı kimi beş prinsipi qeyd edirdilər və hətta bu adda
kitablar da yazırdılar. Nümunə olaraq, Əbu Hüzəyl Əllafın “əl-Xəmsətul-
usul”, Cəfər ibn Hərbin “əl-Usulul-xəmsə” və Qazi Əbdul Cabbarın “Şərhul-
usulil-xəmsə” kitablarını göstərmək olar.
Nəzərə çarpan odur ki, Vasil ibn Ətanın Mötəzilə məktəbini təsis
edərkən mötəzilə olmağın meyarı sırf “mənzilətun bəynəl-mənzilətəyn”
etiqad idi
10
. Amma tədricən və zaman keçdikcə digər dörd prinsipə - tövhid,
ədl, vəd və vəid, yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipləri də
Mötəzilənin etiqad siyahısına artırılaraq, bu məktəbin xüsusiyyətlərindən
sayıldı. Bu beş prinsipin qısa izahı belədir:
1.
Tövhid: Tövhidin müxtəlif dərəcə və mənaları vardır. Ən mühümləri
zat, sifət və feildə tövhiddir. Zatda tövhid, Allahın yeganəliyi və
bənzərinin yoxluğu mənasındadır. Zatda tövhid bütün müsəlman
8
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 44 və 81.
9
“Tarixul-məzahibil-İslamiyyə”, səh. 119; “əl-Miləl vən-nihəl”, c. 1, səh. 43; “əl-Fərqu
bəynəl-firəq”, səh. 131.
10
Şeyx Müfid mötəziləliyin meyarını “Mənzilətun bəynəl-mənzilətəyn”ə etiqadda görür.
“Əvailul-məqalat”, səh. 3.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
5
təriqətləri tərəfindən məqbuldur. Sifət və feildə tövhid xüsusunda
isə İslam məzhəbləri arasında fikir ayrılığı var. Əşərilərdən fərqli
olaraq Mötəzilə sifətdə tövhidə inanır, feildə tövhidi isə inkar edirlər.
Ədalət bəhsində, eləcə də Əşairə təriqətinin araşdırdıqda feildə
tövhidə işarə edəcəyik. Burda isə sifətdə tövhidi araşdırırıq:
Şəhristani Mötəzilənin sifətdə tövhidə etiqadı barədə deyir: Bu
söz əvvəldə çiy idi. Vasil ibn Əta öz görüşünün isbatında bu sadə
arqumentlə kifayətlənir ki, Allah üçün qədim sifətlərin isbatının
nəticəsi çoxallahlıqdır (yəni zatda tövhidi qəbulun şərti sifətdə
tövhiddir). Sonralar Vasil ibn Ətanın ardıcılları onun əqidəsini izah
etməyə çalışdılar ki, sifətdə tövhidin mənası sifətləri kökündən inkar
deyil, əksinə məqsəd ilahi zata əlavə olunan sifətlər və nəticədə
bütün sifətlərin zatı ilə eynilik daşımasıdır
11
.
Həqiqətdə Mötəzilə bu nəzəriyyə ilə “Əshabu hədis”in
etiqadını rədd etmək istəyirdilər, hansı ki sifətlərin Allahın zatına
əlavə olunduğunu iddia edirdilər. Bu növ sifətlərin inkarı mötəzililər
yekdil olsa da, məsələnin təfərrüatı barəsində müxtəlif təfsirlər
vermişlər. Ən mühümləri bunlardır:
-
Vasil ibn Ətanın nəzəriyyəsi sırf sifətlərin zata əlavə olunduğunu
inkar edir və ilahi sifətlərin həqiqəti haqqında ətraflı təhlil
aparmır.
-
Əbu Huzeyl Əllafın nəzəriyyəsi sifətlər məsələsinin təhlil edərək,
ilahi sifətlərin zatı ilə eyniliyi nəticəsinə çatır. Bu xüsusda Əbu
Huzəyldən nəql edilən kəlam belədir: ( هملع و ملعب ملاع لیاعت یرابلا نا
هتاذ). Bu sözə əsasən, ilahi sifətlər elm kimi məqbuldur, amma bu
sifətlər zatdan kənar yox, zatın özüdürlər
12
.
-
Əbu Əli Cubbai nəzəriyyəsi sifətləri inkar, zatın sifətləri
əvəzləməsini qəbul edirdi. O, nəzərinin bəyanında deyirdi: ( یرابلا
هتذل ملاع لیاعت). Yəni, Allah alim olması üçün, elm sifətinə möhtac
deyil, əksinə o zatında alimdir, cahil deyil
13
.
-
Atasının nəzərinin ziddinə olara, Əbu Haşim Cubbainin
nəzəriyyəsi ilahi sifətləri qəbul edir, amma onları hal sayırdı. Bu
nəzəriyyəni, sifətlərin Allahın zatına əlavə olmasını inkar
11
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 46.
12
“Məqalatul-İslamiyyin”, c. 2, səh. 177.
13
“əl-Miləl vən-nihəl,” c. 1, səh. 82; “Şərhul-usulil-xəmsə”, səh. 129.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
6
nəzəriyyəsi (Mötəzilənin) və sifətlərin Allahın zatina əlavəsini
isbat nəzəriyyəsi (Əshabu hədis) arasında orta xətt adlandırmaq
olar.
Əbu Haşimə görə, Allahın alim olması elm adlı halın isbatı
mənasındadır və “hal” nə varlıq, nə də yoxluq və nə məlum, nə
də məchul olmayan sifətdir. Yəni hal, təkbaşına öyrəniləsi deyil
və həmişə zatla yanaşı tanınır. Halın təsiri şəxsi digər şəxslərdən
ayırmasıdır. Əgər halı varlıq saysaq, Əbu Haşimin nəzəriyyəsi
Sifatiyyənin nəzərinə qayıdır. Hansı ki, onunla sifətlərin zata
əlavə olması isbat olunur. Yox, əgər halı yoxluq saysaq, bu
nəzəriyyə sifətlərin zata əlavəsinin inkarı ilə nəticələnəcək. Bu da,
digər mötəziləlilər tərəfindən bəyan edilib. Əbu Haşimin
nəzəriyyəsi o vaxt başqalarından fərqlənir ki, hallar nə mövcud
olsun, nə də yoxluq. Hərçənd, bu fərz bir çox iradlara, o
cümlədən paradoks tərəflərinin aradan qaldırılması lüzumuna
zəmin yaradır
14
.
2.
İlahi ədalət: İslam təriqətlərindən heç biri ilahi sifətlərdən biri kimi
ədli inkar etmir
15
. Kəlamçıların ixtilafı daha çox məfhumun təfsiri
xüsusundadır. Mötəzilə və İmamiyyənin təfsiri əməllərin yaxşı və
pisliyi haqqındakı görüşünə söykənir. Onların etiqadına görə, şəri
göstərişləri nəzərə almadan, əməllər öz zatında yaxşı və ya pisdir.
İnsan ağlı ən azından bəzi işləri yaxşı və pisliyini dərk edir. Deməli,
ədalət yaxşı və vacib, zülüm isə pis və nalayiq işlərdəndir. Digər
tərəfdən Allah bütün pis və nalayiq işlərdən münəzzəh olduğundan,
işləri ədalət üzrə olacaqdır. Ağıl zülmün nümunələrini kəşf etdikcə,
Allah onu yerinə yetirməyəcəyi qənaətinə gələcək. Mötəzilə bu
izahla bir çox nəticələr əldə ediblər. O cümlədən, məcburiyyətin
inkarı, insanın muxtar olmasının isbatı və Əşərilərin feildəki
tövhidinin rəddinə – bu mənada ki, Allah bütün işlərin failidir – işarə
etmək olar
16
.
Mötəziləyə görə, ədalətin digər şərti taqətdənkənar təklifi və
atalarının günahına görə müşrik körpələrinin əzabını inkardır.
14
“əl-Miləl vən-nihəl,” c. 1, səh. 82; “əl-Fərqu bəynəl-firəq”, səh. 205; “Şərhu Məvaqif”, c.
3, səh. 10; “Əvailul-Məqalat”, səh. 14.
15
“Şərhul-əsmaillahil-husna”, səh. 224.
16
Mötəzilənin bu xüsusda əqli nəticəsini bilmək üçün müraciət edin: “əl-Miləl vən-nihəl”,
c. 1, səh. 45; “əl-Usulul-xəmsə”, səh. 133 və 323.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
7
Gələcəkdə məlum olacaq ki, bu şərtlərdən heç biri Əşərilər
tərəfindən məqbul deyil.
3.
Mənzilətun beynəl mənziləteyn (iki məqam arasında məqam):
Mötəzilə, Xəvaric və Murciəyədən fərqli olaraq, böyük günaha
bulaşanı nə kafir, nə də mömin bilirlər; küfür və iman arasında
məqam vardır (Bu nəzəriyyənin izahı keçdi).
4.
Vəd və vəid (müjdə və təhdid): “Vəd” müjdə və mükafat
mənasındadır. “Vəid” isə cəza və əzabla təhdid anlamındadır.
Mötəzilənin etiqadına əsasən, Allah vədəsinə xilaf çıxmadığı kimi (bu
mətləb bütün müsəlmanlar tərəfindən qəbuldur), xəbərdarlığından
da vaz keçmir. Deməli, Quran və hədislərdə kafir və günahkarlardan
ötrü gələn bütün təhdid və əzad xəbərdarlıqları qiyamət günü həyata
keçəcək. Dünyada tövbə etməyiblərsə, Allahın onları əfv etməsi
qeyri-mümkündür.
5.
Yaxşılığa dəvət və pislikdən çəkindirmək: Bu prinsip bütün
müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunsa da, dərəcə və
şəraitində fərqli düşüncəyə sahibdirlər. Xəvaric bu prinsip üçün şərt
və hədd tanımır. Əhməd ibn Hənbəl kimi bəzi “Əshabi hədis”
yaxşılığa dəvət və pislikdən çəkindirməyi əməl və silahlı qiyamda
deyil, qəlb və dil məhdudiyyətində qəbul edir. Mötəzilənin bu
prinsipə dair təsir ehtimalı və fəsad yaratmamaq kimi şərtləri var,
amma qəlb və dildə məhdudlaşdırmırlar. Onlara görə, əgər pislik
çoxalarsa, yaxud zalım hakimiyyət meydana gələrsə, müsəlmanlara
lazımi qüvvə toplayıb pislik və zülmün qarşısını alması vacibdir.
Gördüyümüz kimi Mötəzilənin beş əsas prinsipindən yalnız ikisi – tövhid
və ədl – mühüm etiqadi prinsiplərdəndir. Digər iki prinsip – vəd və vəid,
mənzilətun bəynəl mənzilətəyn – ikinci dərəcəli etiqadi məsələlərdir.
Yaxşılığa dəvət və pislikdən çəkindirmək praktiki vəzifələrdən olduğu üçün
fiqhdə bəhs olunmalıdır. Qazi Əbdul Cabbar inanır ki, Mötəzilə prinsipləri
qeyd edilən beş prinsiplə yekunlaşır və bütün müxaliflər ən azından bu beş
prinsipdən birinə qarşıdırlar
17
. Başqa sözlə, sözügedən beş prinsip
Mötəzilənin digər təriqətlərlə həm ortaq tərəfidir, həm də fərqli tərəfi.
17
Şərhu Usuli xəmsə”, 122-123.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
8
Mötəzilə məzhəbində tarixi dəyişkənliklər
Mötəzilə məzhəbi öz həyatı boyu müəyyən dəyişiklər yaşamışdır. Burada
xülasə şəkildə onları qeyd edirik:
1.
Əməvilər dönəmi
Əməvi hakimləri, adətən, cəbr (məcburilik) əqidəsinə tərəfdaşlıq edir,
iradə azadlığına inananlara qarşı gəlirdilər. Bu üzdən Qədəriyyənin öndə
gedənlərini qətlə yetirdilər. Mötəzilə də iradə azadlığı məsələsində
Qədəriyyə nəzəriyyəsini dəstəklədiyi üçün, bu dönəmdə öz əqidələrini
yaymağa münasib şərait tapmırdılar. Buna görə də təqdirlərinin pisə doğru
dəyişməməsi üçün mülayim mövqe tuturdular.
Lakin Hişamın ölümündən sonra Əməvi hökuməti öz səbat və siyasi
iqtidarını əldən verdi. Nəticədə, Əməvi hakimiyyətinin son fəslində İslam
mütəfəkkirlərinin elmi-mədəni fəaliyyətləri üçün münasib zəmin yarandı.
Mötəzilə kəlamçıları da bu fürsətdən maksimum yararlanmağı başardı. Öz
etiqad və düşüncələrini İslam dünyasının müxtəlif ərazilərinə yaydı. “əl-
Muniyyətu vəl-əməl” müəllifinin dediyinə görə, Vasil ibn Əta bir çox şagird
yetişdirərək müxtəlif İslam ölkələrinə göndərmişdir. O cümlədən, Abdullah
ibn Harisi qərbə, Həfs ibn Salimi Xorasana, Qasimi Yəmənə, Əyyubu
Əlcəzairə və Həsəni Kufəyə ezam etmişdi
18
.
Məlum dövrdə Mötəzilənin kəlam üzrə rəhbərliyini, elə onun banisi, yəni
Vasil ibn Əta öhdəsinə götürmüşdü. O, hicri tarixlə 131-ci ildə dünyasını
dəyişdi. Vasil ibn Ətadan sonra 143-cü ilə kimi Əmr ibn Übeyd, Mötəzilə
kəlamına rəhbərlik edirdi.
2.
Abbasilər dönəmi
Abbasilər dönəmində Mötəzilə kəlamı dörd fərqli dövrü arxada
qoymuşdur:
1-
Məmundan öncəki dövr (132-198 h.q.);
2-
Məmunun dövründən Vasiqə qədərki dövr (198-232 h.q.);
3-
Mütəvəkkilin zamanı və ondan sonra (232-300 h.q.);
4-
Əşərilərin üzə çıxmasından sonra.
İlkin dövr
Bu dövrün əvvəllərində (Səffah və Mənsurun dönəmi) Mötəziləni hakim
dairə ilə münasibətləri mötədil idi.
Bu müddətdə Mötəzilə yaxşılığa dəvət və pislikdən çəkindirmək
prinsipinin tələbinə uyğun olaraq, bəzən hakim dairələrin zülümlərini
18
“əl-Muniyyətu vəl-əməl”, İbn Mürtəza, səh. 19.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
9
qulaqlarına çatdırsalar da, üsyan etməkdən çəkinirdilər. Buna görə də
Abbasilərin qəzəbindən sığortalandılar.
Nəql edirlər ki: Əmr ibn Übeyd Mənsurun zülümlərindən danışırdı.
Mənsur ona dedi: “Mən hazıram, hökumətin möhrünü sənin ixtiyarına
qoyum. Sən də həmfikirlərinlə mənə yardım et. Əmr cavabında dedi: Sən
ədalətli davran ki, biz də sənə kömək edək. Sənin hökumətində minlərlə
zülm var; onlardan bəzilərini qaytar, bilim ki, düz deyirsən”
19
.
Həmçinin, nəql edilir ki, Mənsur Əmr ibn Übeydi hüzuruna çağırdı:
-
Eşitmişəm ki, Məhəmməd ibn Abdullah ibn Həsən sənə namə
yazıb.
-
Mənə bir namə gəlib, guya Məhəmməd ibn Həsəndəndir.
-
Cavabında nə yazdın?
-
Hökumətə qarşı silahı qiyama müvafiq olmadığımı bilirsən
20
.
Bu iki xəbərə əsasən, Əmr ibn Übeyd Mənsurun siyasətinə qəlbən razı
deyildi. Müsəlmanlara etdiyi zülümlərə görə onu məzəmmət edirdi. O,
pislikdən çəkindirməyə bu dərəcədə kifayət edir, silahlı qiyama əl atmırdı.
Bu həddə müxalifət hakim dairəni təhdid etmədiyi üçün, Mənsur da onlarla
mübarizə aparmırdı.
Mehdi Abbasinin zamanında (159-169 h.q.) mötəzili kəlamçıları əlverişli
şəraitdə idilər. O dönəmdə zındıqların çoxalması və anti-din fəaliyyətlərinin
artması Mehdi Abbasini onlarla mübarizəyə qaldırdı. O, mötəzili
kəlamçılarından zındıqlara qarşı qiyam etməsini tələb etdi
21
.
Lakin bu dövrün sonunda (Harun ər-Rəşidin dönəmi) onlara qarşı çıxıldı.
Harun kəlami münazirələri – hansı ki, Mötəzilənin möhkəm əlaqəsi vardı –
qadağan etdi. Hətta, kəlamçıları da zindana saldı
22
.
Bu dövrdə fəlsəfi kitabların ərəb dilinə tərcüməsi başladı. Mötəzilə
kəlamçıları tədriclə fəlsəfi fikirlərlə tanış oldular. Belə ki, Əli ibn
Məhəmməd Xorasani demişdi: Mənsur ilk xəlifədir ki, siryani, əcəm və
yunan dilində kitablar onun üçün tərcümə olunub
23
.
Mötəzilənin iqtidar dövrü
İkinci dövr, Mötəzilənin iqtidarı dövrüdür. Çünki, Abbasilər tərəfindən
tam himayə edilir, nəzər və etiqadları rəsmi dini etiqad ünvanında qəbul
19
“Zuhəl-İslam”, c. 3, səh. 83.
20
“Zuhəl-İslam”, c. 3, səh. 83.
21
İslam sivilizasiyasının tarixi”, Corci Zeydan, c. 3, səh. 555.
22
“Təbəqatul-Mutəzilə”, səh. 56.
23
“Tarixul-xuləfa”, səh. 388.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
10
edilirdi. Azad şəkildə öz etiqadlarını yayan mötəzililər yaxşılığa dəvət və
pislikdən çəkindirmək prinsipi əsasında öz müxaliflərinə qarşı (Əhlul-hədis)
kəskin mövqe nümayiş etdirirdilər. “Quranın məxluq olması” onlar və
müxalifləri arasında kəskin mübahisə mövzusu idi. Belə həssas hallarda
siyasət həlledici rol oynadığı üçün, mübahisə böyüyərək kəlami mövzu
olmaqdan çıxdı ki, bu da həbs və qətllərlə nəticələndi. Buna görə də İslamın
kəlam tarixində bu dövrü “möhnət dövrü” adlandırırlar. Mötəzili
kəlamçılarından hakimiyyətə nüfuz edənlər sırasında Əhməd ibn Əbi Davud
(160-240 h.q.) da vardı. O, Quranı xəlqi xüsusunda Əhməd ibn Hənbəli
mühakimə etdi və zəfər çaldı. Mühakimənin mətni aşağıdakı kimidir:
-
Belə deyilmi, hər şey ya qədimdir, ya da hadis?
-
Bəli.
-
Quran da bir şey deyilmi?
-
Bəli.
-
Deməli, Quran hadisdir?
-
Mən bu barədə bir söz demirəm
24
.
Mötəzilənin acınacaqlı dövrü
Vasiqin (vəfatı: 232 h.q.) ölümü və Mütəvəkkilin (232-247 h.q.) iqtidara
gəlməsi ilə Mötəzilə nüfuzdan düşdü. Çünki, Mütəvəkkil özündən əvvəlki üç
xəlifənin (Məmun, Mötəsim, Vasiq) ziddinə olan kəlam metodu seçdi.
Kəlami bəhsləri qadağan etdi. Mötəzilənin müxaliflərini (Əhlul-hədis) və
Quranın qədim olması nəzəriyyəsini kəskin himayə etməyə başladı.
Hicri-tarixlə 232-ci ilin zilhiccəsində xalq Mütəvəkkilə beyət etdi. O, Əhli-
sünnəyə təmayül edərək onlara dəstək oldu. Hədisçiləri Samirra şəhərinə
çağırıb xüsusi ehtiram göstərdi və onlardan Allahın sifətləri və görünməsi ilə
bağlı hədisləri nəql etmələrini istədi. Bu iş xalqın diqqətinin cəlbinə və
razılığına səbəb oldu
25
.
Xətib Bağdadi deyir: Əhlul-hədis məsciddə oturub, Mötəzilə əleyhinə
hədislər danışır və təkfir edirdilər. Quranın məxluq olmasına inan kəs
haqqında Əhməd ibn Hənbəlin nəzərini soruşduqda: “Kafirdir!” –
deyirdilər
26
.
24
“Təbəqatul-Mutəzilə”, səh. 175.
25
“Tarixul-xuləfa”, səh. 346.
26
“Tarixu Bağdad”, c. 3, səh. 285.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
11
Mötəzilə III əsrdən sonra
Hicri tarixlə IV əsrin astanasında Əbu Əli Cubbai Mötəzilinin (vəfatı: 303
h.q.) şagirdi Əbul Həsən Əşəri topika və kəlam elmini yaxşı bildiyi üçün,
ustadı ilə münazirə edəndən sonra onun cavabları Əşərini qane etmədi.
Nəticədə Mötəzilə məktəbindən kənarlaşdı. O, cümə günü Bəsrə
məscidində Quranın məxluq olması, Allahın görünməsi və işlərin xəlq
olması kimi etiqadlarda Mötəzilədən ayrıldığını elan etdi
27
.
Mötəzilə məktəbinin görkəmli şagirdlərindən olan Əşərinin bu
məktəbdən üz döndərməsi mötəzililərə böyük bir zərbə oldu. Digər
tərəfdən Mötəzilənin metodundan özlərinə qarşı istifadə edirdi. Əşərinin
Əhlul-hədisi müdafiə etməsi, ümumi kütlə tərəfindən olduqca müsbət
qarşılandı. Mütəfəkkirlərin qəbul etdiyi əqli və kəlami metodla silahlanması
bir tərəfdən, Abbasi xəlifəsinin mübarizəsi digər tərəfdən Mötəzilənin
kəlami məğlubiyyətinə yol açdı.
Bu məğlubiyyət mötəzili rasionalistlərini tamamilə məyus etmədi;
bəziləri öz məktəblərinin hörmətini qorumaq naminə çoxlu səy
göstərmişlər. Belə ki, Əbu Haşim Mötəzili (vəfatı: 321 h.q.), Əbul Qasim
Kəbi (vəfatı: 317 h.q.) və Əbul Hüseyn Xəyyat (vəfatı: 311 h.q.) III əsrin
sonu, IV əsrin əvvəllərində, Əbu Abdullah Bəsri (vəfatı: 367 h.q.) IV əsrdə
Mötəzilənin məşhur kəlamçılarındandır. IV əsrin əvvəllərində Əbu Bəkr
Əhməd ibn Əli İxşidi (vəfatı: 320 h.q.) Bağdadda məktəb təsis etdi və həmin
əsrin sonuna kimi nüfuz daşıdı
28
. Habelə, Qazi Əbdul Cabbar Mötəzili
(vəfatı: 415 h.q.) və Əbul Hüseyn Bəsri (vəfatı: 367 h.q.) V əsrdə Mötəzilə
məktəbinin tanınmış simalarından sayılır.
Qazi Əbdul Cabbardan kəlama dair dəyərli əsərlər qalmışdır. Ən
mühümləri, “Şərhul-Usulil-xəmsə”, “əl-Muğni” və “əl-Muhit bit-təklif”dir. VI
əsrdə bu məktəbin tanınmış simaları Zəməxşəri (vəfatı: 528 h.q.), VII əsrdə
İbn Əbil Hədid (vəfatı: 655 h.q.) kimi şəxsiyyətlər olmuşdur. Amma, bundan
sonra Mötəzilə məktəbi fəaliyyətini tamamilə dayandırdı.
27
“İbn Nədimin fihristi”, beşinci məqalə, üçüncü fənn, səh. 257.
28
“İslam dünyasında fəlsəfə tarixi”, c. 1, səh. 136; “Kəlami məzhəb və təriqətlər”, səh. 90.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
12
Mötəzilənin yeni həyatı
Son əsrlərdə şərqşünaslar və bəzi Əhli-sünnə mütəfəkkirləri, xüsusilə
Misir alimləri Mötəzilənin nəzər və etiqadlarını qəbul edib. Şeyx
Məhəmməd Əbdəh də bu dəstədəndir
29
.
Burada Əhməd Əmin Misrinin Mötəzilənin tərifi haqqındakı sözlərinin
bir hissəsini qeyd edirik:
“Mötəzilənin məğlubiyyət və ölümü, hədisçilərin ona qələbəsi
müsəlmanların xeyrinə deyildi. Yaxşı olardı ki, onlar Mənsurun zamanındakı
metodlarını davam etdirib Abbasilər hakimiyyətinin oyun-oyuncağına
çevrilməyəydilər. Bu surətdə Mötəzilənin Əhlul-hədislə müxalifəti
demokrat partiyası ilə mühafizəkarlar partiyasının qarşıdurması timsalında
müsəlmanların xeyrinə olardı. Lakin Mötəzilənin məğlubiyyəti ilə ümmət
Əhlul-hədisin həmfikir hədisçilər və fəqihlərinin iqtidarı altına keçdi. Bu
cərəyan Mütəvəkkilin dövründən bu yaxınlara kimi davam etdi ki, bu da
müsəlmanların elmi-nəzəri durğunluğuna səbəb oldu. Ona görə ki, alimlərin
vəzifəsi hədisləri qorumaq və nəşr etdirmək - ən yaxşı halda – luğəvi təfsir
və sənəd bəhsindən başqa bir şey deyildi və heç bir halda əqli tənqid baş
vermirdi. Belə ki, fəqihin hünəri özündən öncəki fəqihlərin nəzərlərini
səsləndirməkdən başqa bir şey olmayıb. Məsudi necə də gözəl deyib:
“Mütəvəkkil ümməti təslimçilik və təqlidə əmr etdi!”. Bəli, Mütəvəkkilin
dönəmində alimlərə hakim olan atmosfer təslimçilik və təqliddən başqa bir
şey deyildi. Odur ki, onun zamanında fiqh, hədis, təfsir və hətta ədəbiyyat
sahəsində təlif olunan kitablar eynidir; ixtira və yenilikdən məhrumdur.
Gözə dəyən fərq də, bəsit, cüzi və müxtəsərdir.
Hədisçilərin iqtidarı min ilə yaxın hakim oldu. Nəhayət, təfəkkürdə yeni
inqilab baş qaldırdı. Əslində bu inqilab İtizal məktəbinin təzahürüdür. Çünki,
yeni elmi inqilab şəkk və təcrübəyə (Mötəzilə metodlarından biri) əsaslanır.
Yeni elmi inqilabın digər üzü rasionalizm, demokratiya və insanı əməlləri
müqabilində məsul bilməkdir. Hansı ki, bunlar hamısı Mötəzilənin metod və
prinsiplərindən sayılır.
Mötəzilə İslama əvəzsiz xidmətlər göstərmişdir. Abbasilərin dövründə bir
tərəfdən iranlılar hökumətin idarəsində aktiv rol oynayırdı, digər tərəfdən
yəhudi və xristianlar da hakimiyyətə yaxınlaşaraq, tibb və digər sahələr üzrə
xidmət göstərirdilər. Tərcümə işləri də onlara həvalə edilmişdi. Bu iş iranlı,
29
Bunun izahı Əşairə bəhsində gələcək.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
13
yəhudi və xristianların müsəlmanlara qarışmasına gətirib çıxardı. Onlarda
fürsəti qənimət bilib öz dini etiqadlarını yaymağa başladılar. Bu üzdən
sözügedən əsrdə ikiallahlığa və yəhudi, xristian, bir də qədim hinduizmin
bəzi təlimlərinə dəvət rəvac tapdı. Bu dinlərin bir qrup ardıcılları
müsəlmanlığı qəbul etdiklərini bildirdiy halda, digərləri aşkar şəkildə öz
etiqadlarını yaymaqla məşğul idilər. Bütün bunlar ən dərin etiqadi
məsələlərdə münazirə və topikanın yayılmasına şərait yaratdı ki, fəqih və
hədisçilər müxaliflərin şübhələrinə cavab vermək, İslam etiqadlarını
müdafiə etmək kimi məsuliyyətli işlərin öhdəsindən gələ bilmədilər. Çünki,
məharətləri təkcə hədis üzrə idi və İslam müxaliflərinə qarşı dini mətnlər
keçərli deyildi. Onlarla, xüsusilə yunan fəlsəfəsi və məntiqini bilən və
etiqadlarının müdafiəsində onlardan yararlanan müxaliflərlə mübarizə
aparmağın yeganə yolu əqli və kəlami arqumentlərdən istifadə idi.
Deməli, ağlı meyar bilən və əqli dəlillərdən başı çıxan bir qrup
müxaliflərlə mübarizəyə qalxmalı idi. Həmin əsrdə yalnız Mötəzilə bu
məsuliyyəti öhdəsinə aldı. Onlar İslam etiqadlarını gözəl şəkildə müdafiə
edərək, müxaliflərin şübhələrini cavablandırdılar. Və əksəriyyəti də İslamı
qəbul etdi. Müxtəlif kəlami mövzularda, o cümlədən tövhid və nübüvvət –
hansı ki, o günlərdə müzakirə mövzusu idi – haqqında təliflər yazdılar.
Mötəzilə İslam düşmənləri ilə kəlami mübarizə aparmasaydı, müsəlmanlara
hansı faciənin üz verəcəyini bir Allah bilir
30
.
Əhməd Əminin Mötəziləni təqdir etməsi təqdirəlayiq olsa da, onun
mühakiməsi tədqiqat sahəsində əmanətdarlıq və sədaqət prinsipinə ziddir.
Ona görə ki, o, Mötəziləni həmin dövrdə yeganə İslam müdafiəçisi sayır.
Halbuki, məsum imamlar (ə) və Hişam ibn Həkəm kimi ali məqamlı
şagirdləri bütpərəst və zındıqlarla mübarizədə mühüm rolu ifa edirdi.
Xülasə:
1.
“İtizal” kənara çəkilmək mənasındadır. İslam ensiklopediyasında
Mötəzilə adı iki dəstəyə aid edilir: onlardan biri siyasi, digəri isə
kəlami cərəyandır, hansı ki, bəhsimizin mövzusudur.
2.
Mötəzilə ünvanı barəsində müxtəlif sözlər deyilib. Ən məşhuru Vasil
ibn Ətanın Həsən Bəsridən, yaxud böyük günaha düşən kəsin imanı
və küfrü məsələsində İslam ümmətindən kənarlaşmasıdır.
30
“Zuhəl-İslam”, c. 3, səh. 202-207.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
14
3.
Vasil ibn Ətadan dörd nəzər nəql edilib: 1) iman və küfür arasında
məqamın isbatı; 2) qədimlərin çoxluğunu inkar məqsədilə ilahi
sifətlərin rəddi; 3) insan ixtiyarının isbatı; 4) Əli (ə) və müxalifləri
arasında haqq və nahaqq məlum deyil.
4.
Mötəzilə kəlam məktəbi Bəsrədə vücuda gəlsə də, Bağdadda
fəaliyyətini davam etdirdi. Bu tərtiblə Bəsrə Mötəzilə məktəbi və
Bağdad Mötəzilə məktəbi yarandı.
5.
Mötəzilə təfəkküründə dini etiqadların çıxarışı, isbatı və
müdafiəsində ağlın rolu əsas və həlledicidir.
6.
Mötəzilənin etiqad prinsipləri bunlardır: mənzilətun beynəl
mənziləteyn, tövhid, ədl, vəd və vəid, yaxşılığa dəvət və pislikdən
çəkindirmək.
7.
Mötəzilə məktəbi müxtəlif tarixi dəyişkənlikləri arxada qoymuşdur.
Belə ki, bəzən özünün iqtidar həddinə çatmış, bəzən də süqut
edərək ən çətin vaxtlarını yaşamışdır. Mötəzilənin yeni həyatı
müasir dövrə təsadüf edir. Son əsrlərdə şərqşünaslar və bəzi Əhli-
sünnə mütəfəkkirləri, xüsusilə Misir alimləri Mötəzilənin nəzər və
etiqadlarını qəbul edib. Şeyx Məhəmməd Əbdəh də bu dəstədəndir.
Suallar:
1.
Mötəzili təfəkküründə ağlın rolu nədir?
2.
Mötəzilənin özünəməxsus tövhidi və onların bu barədə təfsirini
bəyan edin.
3.
Mötəzilə və Şiənin etiqad prinsipləri arasında nə kimi fərqlər var.
Təhlil edin.
4.
Mötəzilənin yeni həyat dövrünü bəyan edin.
ARDI VAR...
Dostları ilə paylaş: |