«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,98 Mb.
#76282


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 

 

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ 

MÜQƏDDƏS QUM ŞƏHƏRİ 

2016 - 2017 

 

 



İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 



BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM 

Giriş 

Zeydiyyə  məzhəbinin  yaranma  tarixi  hicri-qəməri  tarixlə  II  əsrə  qayıdır. 

Onlar  İmam  Əli  (ə),  İmam  Həsən  (ə)  və  İmam  Hüseyndən  (ə)  sonra  İmam 

Səccadın  (ə)  oğlu  Zeydin  imamətinə  inanır.  İmam  Səccadda  (ə)  daxil 

olmaqla  şiənin  on  iki  imamının  yerdə  qalanlarını  yalnız  elm  və  mərifət 

sahibi  hesab  edirlər.  Ona  görə  ki,  -  gələcəkdə  də  qeyd  ediləcəyi  kimi  - 

Zeydiyyəyə  görə  imamın  şərtlərindən  biri  zalımlara  qarşı  slahlı  qiyamdır. 

Əksər  Zeydiyyə  alimləri  İmam  Zeynəlabidini  (ə)  imamlardan  saymamış, 

onun  yerinə  II  Həsəni,  yəni  İmam  Həsən  Müctəbanın  oğlunu  imam 

saymışlar.  

Bu  təriqətin  araşdırılmasında  mühüm  məqam  Zeydin  hesabını 

Zeydiyyədən ayırmaqdır. Bu əsasla, ilk Zeydin şəxsiyyətinə işarə edib, sonra 

Zeydiyyədən söz açmaq yerinə düşər. 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 



Zeyd ibn Əlinin şəxsiyyəti 

Zeyd, İmam Səccadın (ə) oğludur. Məşhur nəzərə əsasən onun dünyaya 

gəlişi hicri tarixlə 80-cı, şəhadəti isə 122-ci ilə təsadüf edir

1

. Əməvi hakimi 



Hişam ibn Əbdül Məlikə qarşı qiyam etmiş və nəticədə şəhadətə çatmışdır. 

Məsum  imamlar  (ə)  İmamiyyə  alimləri,  adətən,  Zeydi  elmi,  təqvası, 

təqdirəlayiq  şücaəti  və  qiyamından  dolayı  onu  təsdiq  ediblər;  onların 

nəzərincə, Zeyd ibn Əli imamət iddiasında olmayıb. Atasının, qardaşının və 

qardaşı  oğlunun  imamətinə  inanırdı.  Onların  razılığı  çərçivəsində  İmam 

Hüseynin  (ə)  qanının  qisasını  almaq,  yaxşılığa  dəvət  və  pislikdən 

çəkindirmək, ümmətin işlərində islahat aparmaq, hökümət təşkil etmək və 

onu  məsum  imamlara  həvalə  etmək  niyyəti  ilə  qiyam  etmişdir.  Elmi  və 

etiqadi baxımdan Zeyd atası İmam Səccadın (ə) və qardaşı İmam Baqirin (ə) 

şagirdi  olmuşdur.  Bu  məqamlara  diqqət  etdikdə,  Zeyd  ibn  Əlini  İmamiyyə 

şiələrindən saymaq olar

2

.  



“Kifayətul-əsər”  kitabının  müəllifi  Xəzzaz  Qummi  İmamiyyənin  on  iki 

imamı ilə bağlı Zeydin etiqadı haqqında xəbərləri qeyd etdikdən sonra yazır: 

Zeydin  qiyamı  İmam  Sadiqə  (ə)  qarşı  çıxmaq  məqsədilə  deyil,  yaxşılığa 

dəvət  və  pislikdən  çəkindirmək  qəsdi  ilə  olmuşdur.  İmam  Sadiq  (ə)  aşkar 

qiyam etmədiyi üçün Zeyd bu işi öhdəsinə götürdü. Bir qrup (Zeydiyyə) belə 

güman ediblər ki, bu ikisi arasında ixtilaf var. Nəticə imam qiyam etməlidir 

prinsipi  ilə  Zeydi  imam  sayıb  İmam  Sadiqin  (ə)  imamətini  inkar  etdilər. 

Halbuki, Zeyd özü İmam Sadiqin (ə) imamətinə inanırdı. İmamın (ə) qiyam 

etməməsi məsləhət və tədbir üzündən idi. O, sonra İmam Sadiqdən (ə) nəql 

edir ki: “Əgər Zeyd müvəffəq olsaydı, öz əhdinə vəfa edəcəkdi (və höküməti 

İmama  (ə)  tapşıracaqdı).  Bu  qiyamda  Zeydin  marağı  Ali  Məhəmmədin 

razılığı idi və Ali Məhəmməddən məqsədi mən idim”

3

.  


Zeydiyyə  məzhəbini  araşdıranda  görəcəyimiz  kimi  -  Zeydiyyə  təriqətləri 

İmam  Əlini  (ə)  Peyğəmbərdən  (s)  sonra  insanların  ən  üstünü  bilmələrinə 

baxmayaraq, Əbubəkr və Ömərin xilafətini də qanuni hesab edirlər. Dəlilləri 

isə  daha  üstün  şəxs  ola-ola  az  üstün  şəxsin  xəlifəliyinin  icazəli  olmasıdır. 

Məzhəb  və  təriqətlər  kitablarında,  əhli-sünnə  bu  etiqadı  Zeydə  nisbət 

                                                      

1

 Dr. Əhməd Mahmud Sübhi, “əz-Zəydiyyə”, səh. 65; “Kəlami məzhəb və təriqətlər”, səh. 38. 



2

 Müraciət edin: “Biharul-ənvar”, c. 46, səh. 169-dan sonra; “Uyunu əxbarər-Riza”, c. 1, səh. 248-253. 

3

 “Kifayətul-əsər”, səh. 295-302. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 



verirlər.  Dəlil  kimi  də  qeyd  edilən  bəzi  tarix  kitablarından  nəql  etdikləri 

xəbərlərdir

4

.  


İbn  Əsirin  nəqlinə  əsasən,  bu  xəbər  belədir:  Zeydin  qiyamından  sonra 

Zeydə  beyət  edən  başçılardan  bir  dəstəsi  ondan  Əbubəkr  və  Ömər 

haqqında  nəzərini  soruşdular.  Zeyd  cavabında  dedi:  Allah  hər  ikisi  rəhmət 

eləsin.  Mən  öz  ailəmdən  onlar  haqqında  yalnız  yaxşılıq  eşitdim.  Burada 

mühüm olan budur ki, biz xilafətə bütün insanlardan layiqli idik, amma bizi 

ondan məhrum etdilər. Bizim nəzərimizcə bu əməl onların küfrünə gətirib 

çıxarmır.  Onlar  ədalətlə,  Kitab  və  sünnə  əsasında  rəftar  etdilər.  Beyət 

edənlər soruşdular: Əgər o ikisi zalim deyildilərsə, bunlar da (Bəni-Üməyyə) 

zalım  deyillər.  Zeyd  cavabında  dedi:  Bunlar  o  ikisi  kimi  deyil.  Bunlar  bizə, 

sizə və özlərinə zülüm edirlər. Mən sizləri Allahın kitabına, Peyğəmbərin (s) 

sünnəsinə və sünnələri dirçəldib bidətləri aradan qaldırmağa dəvət edirəm. 

Qəbul etsəniz, səadətə çatacaqsınız, əks təqdirdə mən sizin vəkil və haminiz 

deyiləm. Bu halda bir qrup Zeyddən ayrıldı və beyətlərini pozdular

5

.  



Bu  xəbər  doğru  olsa,  ondan  istifadə  ediləcək  ən  mühüm  nöqtə  ilk  iki 

xəlifə ilə Bəni-Üməyyənin fərqidir. Bu nəqldə Zeyd xilafəti öz ailəsinin haqqı 

bilir və həzrət Əlini (ə) xilafətdən məhrum etməyi küfrə səbəb hesab etmir. 

Amma nəticə almaq olmaz ki, bu iş doğrudur və az üstün şəxsin daha üstün 

şəxs üzərindən xilafəti düzgün və qanunidir.  

Nəzərə  çarpan  budur  ki,  Zeydin  cavabında  əsas  hədəfi  Bəni-Üməyyəyə 

qarşı  cihad  ərəfəsində  başqa  ixtilaflı  məsələlərin  səsləndirilməməsi  idi.  O, 

Bəni-Üməyyənin ilk iki xəlifə ilə aşkar fərqini ortaya qoyub, Bəni-Üməyyəyə 

qarşı  qiyamına  əsas  gətirmək  istəyirdi.  Hər  halda  bu  qəbildən  olan 

xəbərlərlə  Zeydi  İmamiyyədən  sayan  doğru  və  çoxsaylı  hədisləri  inkar 

etmək olmaz.  

Zeydin qiyamı barədə məsum imamların görüşü 

Əhli-beyt  imamlarının  (ə)  həyat  tarixi  onların  zalımlarla  əsla  sazişə 

getməməli  həqiqətini  ortaya  qoyur.  Bu  üzdən  zalım  Əməvi  və  Abbasi 

xəlifələri – hansı ki, onların varlığını öz istək və tamahlarına zidd bilirdilər – 

onlara  müxtəlif  işgəncələrə  məruz qoyur,  əzab  verir  və  nəticədə  şəhadətə 

yetirirdilər.  Lakin  imamların  zalımlarla  mübarizə  metodları  fərqli  idi.  Bu 

fərqlilik isə ictimai durum və şəraitinin fərqliliyindən irəli gəlirdi. Buna görə 

                                                      

4

  “əz-Zəydiyyə”,  səh.  61-63;  “əl-Miləl  vən-nihəl”,  c.  1,  səh.  155; “əl-Firəq  bəynəl-firəq”,  səh.  56-57; 



“İslam məzhəbləri və təriqətləri ilə tanışlıq”, səh. 105. 

5

 “əl-Kamil fit-tarix”, c. 5, səh. 242-243; “İslam məzhəbləri və təriqətləri ilə tanışlıq”, səh. 106. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 



də Zeydin qiyam etdiyi dövrdə Əhli-beyt imamların (ə) vəziyyəti belə idi ki, 

onlar silahlı qiyam etməyi İslam və müsəlmanların xeyrinə bilmirdilər. Buna 

rəğmən, bir şəxs və ya dəstə Əməvinin günahkar və zalım hökumətinə qarşı 

qiyam etsəydi, onu səhv saymır, Allahın bəyəndiyi iş olduğunu görsəydilər, 

ona həvadarlıq belə edirdilər. 

Bu  cəhətdən  Zeydin  qiyamı  Əhli-beyt  imamları  (ə)  tərəfindən  təsdiq 

edilmişdi. Belə ki, Zeydin şəhadət xəbəri İmam Sadiqə (ə) çatdıqda, o həzrət 

“Allahdan gəlmişik və ona qayıdacağıq” ayəsini oxuduqdan sonra buyurdu:  

“Əmimin  mükafatını  Allahdan  istəyirəm.  O,  yaxşı  əmi  idi,  dünya  və 

axirətimizi  müdafiə  edən  şəxsiyyət  idi.  Allaha  and  olsun  ki,  o  da,  Allah 

Rəsulunun  (s)  dostları,  Əli  və  Hüseyn  (ə)  şəhadətə  çatdıqları  kimi  şəhid 

olub”


6

Şeyx  Səduq  “Uyunu  əxbarir-Riza”  kitabında  bir  fəsli  Zeydin  mədhi  və 



məzəmməti  haqqında  məsum  imamların  (ə)  hədislərinin  nəqlinə  həsr 

etmişdir


7

.  Onlardan bir neçəsinə işarə edirik:  

1.

 

“Bir  gün  Məmun  İmam  Rzanın  (ə)  yanında  Zeyd  “ən-nar”ın  (İmam 



Rzanın  (ə)  qardaşı)  Abbasilərə  qarşı  qiyamından  söz  açdı  və  onu 

Zeyd  ibn  Əlinin  qiyamı  ilə  müqayisə  etdi.  Sonra  davamında  dedi: 

Sizə  ehtiram  xatirinə  olmasaydı,  onu  öldürərdim.  İmam  Rza  (ə) 

Məmuna cavabında dedi: “Qardaşım Zeydi Zeyd ibn Əli ilə müqayisə 

etmə.  Zeyd  ibn  Əli  Ali-Məhəmmədin  alimlərindən  idi;  o,  Allahın 

razılığı  üçün  qəzəblənmiş,  onun  düşmənləri  ilə  mübarizəyə 

qalxmışdı, Allah yolunda da şəhadətə çatdı”.  

2.

 



İmam  Baqir  (ə)  Zeydə  çox  ehtiram  göstərirdi.  Belə  ki,  Şeyx  Səduq 

Əbil-Caruddan  nəql  edir  ki,  deyib:  “Mən  İmam  Baqirin  (ə)  yanında 

olduğum  zaman  Zeyd  daxil  oldu.  İmamın  (ə)  gözü  ona toxunduqda 

buyurdu: O, öz ailəsinin böyüyü və onların qanının qisasını alandır”. 

Sonra  Zeydə  müraciətlə  buyurdu:  “Əlbəttə,  səni  dünyaya  gətirən 

ana seçilmiş insandır, ey Zeyd...”

8

.  


3.

 

Cabir  ibn  Yəzid  Cufidən  nəql  edilir  ki,  deyib:  “İmam  Baqirin  (ə) 



qardaşı Zeydə baxdığı zaman bu ayəni oxuduğunu gördüm: 

                                                      

6

 “Uyunu əxbarir-Riza”, c. 1, fəsil 25, səh. 252, hədis 6. 



7

 “Uyunu əxbarir-Riza”, c. 1, fəsil 25, səh. 238. 

8

 Şeyx Səduq, “Əmali”, səh. 334-335, hədis: 11. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 



  َني ِذ


َّ

لا

َ



ف

  ْم ُه


ْ

ن

َ



ع 

َّ

ن َر



ِّ

ف

َ



ك

ُ َ


لَ او

ُ

ل ِت



ُ

ق َو او


ُ

ل

َ



تا

َ

ق َو  ي ِليِب



َس 

ي ِ


 

ف او


ُ

ذو

ُ



أ َو  ْم ِهِرا

َي ِد  ْن ِم او ُجِر

ْ

خ

ُ



أ َو او ُر َجا

َ

ه



 

ْ

ن ِع 



ُ َّ

للَّا َو ۗ  ِ

َّ

للَّا  ِد



ْ

ن ِع 


ْن ِم اًبا َو

َ

ث  ُرا َه



ْ

ن

َ ْ



لَا ا َه ِت

ْحَت  ْن ِم يِر ْج

َ

ت  ٍتا


َّ

ن َج  ْم ُه

َّ

ن

َ



ل ِخ

ْ

د



ُ َ

لَ َو  ْم ِهِتا

َ

ئ ِّي َس


  ُن ْس ُح 

ُ

ه



َ

د

  ِبا



َوَّثلا

 



“Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda 

əziyyətə  düçar  olanların,  vuruşanların  və  öldürülənlərin,  əlbəttə, 

təqsirlərindən  keçəcək  və  onları  (ağacları)  altından  çaylar  axan 

Cənnət  bağlarına  daxil  edəcəyəm.  (Bu,  )  Allah  tərəfindən  bir 

mükafatdır.  Gözəl  mükafat  məhz  Allahın  dərgahındadır”.  “Ali-

İmran”, 195. 

Sonra  İmam  Baqir  (ə)  Zeydə  işarə  edib  buyurdu:  “And  olsun 

Allaha, o, bu ayənin nümunələrindəndir”

9



4.



 

Əbul Fərəc İsfəhani, Abdullah ibn Cərirdən nəql edir ki, o, Cəfər ibn 

Məhəmmədin  (ə)  Zeydin  atının  üzəngisindən  tutduğunu,  ata 

mindikdən sonra libasını səliqəyə saldığını müşahidə etmişdi

10



Zeydiyyənin kəlami etiqadları 



Zeyd  ibn  Əli  Əhli-beytin  (ə)  etiqadından  fərqli  olan  heç  bir  əqidəyə 

əsaslanmamışdır.  Lakin  sonralar  sair  təriqətlərlə  təmasda  olan  Zeydiyyə 

alimləri  öz  məzhəblərinin  mövqeyini  qoruyub  saxlamaq  üçün  İmamiyyə 

məzhəbinin  əqidəsi  ilə  fərqli  olan  bəzi  etiqadi  məsələlər  meydana 

gətirdilər. Nəticədə bu cərəyan müstəqil fiqhi və kəlami məzhəbə çevrildi. 

Zeydiyyə məzhəbinin əsas etiqadi prinsipləri beşdir: tövhid, ilahi ədalət, 

müjdə  və  qorxutmaq,  peyğəmbərlik,  yaxşılığa  dəvət  və  pislikdən 

çəkindirmək. 



1. Tövhid 

Zeydiyyə  məzhəbinin  nəzəri  tövhidə  olan  etiqadı  Allahın  zat,  sifət  və 

ibadətdə  təkliyinə  iman  bəsləməkdən  ibarətdir.  Əməli  tövhiddə  isə  onlar 

insanın tam azadlığını və həmin azadlığın təlabatlarından irəli gələn insanın 

Allahdan başqa digər varlıqlara ibadət etməkdə azad olmasını görürlər.

11

 



Allahın sifətlərinə gəldikdə isə, Zeydiyyə məzhəbi belə bir əqidədədir ki, 

Allah-taala zati  və feli  sifətlərə  malikdir.  Onlar  Allahın  sifətlərini  Onun  zatı 

hesab  edir,  xəbəri  sifətlərin  yozum  və  təfsirinə  əsaslanır  və  Onun 

sifətlərinin  bəşəri  sifətlərə  bənzədilməsini  qətiyyətlə  rədd  edirlər.  Bu 

səbəbdən də onlar “yədullah” (Allahın əli) ifadəsini ilahi nemət və qüdrət, 

                                                      

9

 “Buhusun fil-Miləl vən-nihəl”, c. 7, səh. 71. 



10

 Əbul Fərəc İsfəhani, “Məqatilut-talibin”, səh. 87. 

11

 Əli ibn Əbdülkərim əl-Fuzeyl Şərəfuddin; “Zeydiyyə”: Nəzəriyyə və tətbiq. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 



“cənbəllah” (Allahla qonşuluq) kəlməsini Allaha itaət və “əynullah” (Allahın 

gözü) ifadəsini isə ilahi elm kimi təfsir etmişlər.

12

 

2. İlahi ədalət 



Zeydiyyə  etiqadında  ilahi  ədalət  xüsusi  yer  tutur.  Ehtiyac  və  cəhalətin 

mənşəyi  olduğu  üçün  onlar  bütün  mənfi  xüsusiyyətləri  Allahın  müqəddəs 

zatından  uzaq  hesab  edirlər.  Bu  səbəbdən  də  Zeydiyyə  əqidəsi  əşyaların 

zatən  yaxşı  və  pis  xüsusiyyətlərə  malik  olması  qaydasına  (hüsn  və  qubhi 

zati) əsaslanır və Allahın gördüyü işlərin yaxşılıqdan irəli gəldiyi hesab edilir. 

Digər  tərəfdən  də  onlar  belə  bir  əqidədədirlər  ki,  ilahi  qəzavü-qədər 

Allahın  ədalətindən  doğur  və  Allah-taala  yalnız  haqq-ədalət  üzərində 

mühakimə edəcək. Bunun üçün də bu məzhəb insanların ilahi qəzavü-qədər 

üzündən  günaha  düçar  olmasına  dair  irəli  sürülən  nəzəriyyəni  qətiyyətlə 

rədd  edir.  Bu  məktəbə  əsasən,  insanın  gördüyü  bütün  işlər  onun  özünə 

aiddir  və  görülən  heç  bir  yaxşı  və  ya  pis  işi  Allah-taalaya  nisbət  vermək 

olmaz.  Zeydiyyə  alimləri  Quranda  insanın  gördüyü  işlərə  dair  istifadə 

olunan  ifadələri  öz  etiqadlarının  sübuta  yetirilməsində  əsaslı  dəlil  hesab 

edirlər.  Belə  ki,  Qurani-kərimin  bir  çox  ayələrində  “yəksibun”  -  qazanırlar, 

“yəmkurun” – məkr və hiylə edirlər, “yəfəlun” – yerinə yetirirlər, “yəsnəun” 

–  qururlar,  meydana  gətirirlər,  “yəxliqunə  ifkən”  –  günah  edirlər, 

“yəkfurun”  –  küfr  edirlər  kimi  ifadələrdən  istifadə  olunduğunu  müşahidə 

edirik.  Demək,  insanın  istər  yaxşı,  istərsə  də  pis  və  xoşagəlməz  əməlləri 

onun özünə aid olunur. 

İnsanın  gördüyü  bütün  işlərdə  yalnız  onun  özünün  məsuliyyət 

daşımasında və Allahın qəzavü-qədər və iradəsinin gördüyü işlərdə heç bir 

təsiri  olmamasına  dair  irəli  sürdükləri  nəzəriyyədə  Zeydiyyə  məzhəbi  ilə 

Mötəzilə  məktəbi  tamamilə  həmrəydir.  Lakin  “Əmrun  bəynə  əmrəyn”ə 

etiqadlı  olan  İmamiyyə  ilə  Zeydiyyə  və  Mötəzilə  arasında  müəyyən  fikir 

ayrılığı vardır. 

Bu  məktəb  digər  tərəfdən  də  Allah-taalanın  insanlara  onların  güc  və 

bacarığından  xaric  vəzifələr  təyin  etməsini  qəbahət  hesab  edir  və  bunun 

ilahi ədalətə uyğun gəlmədiyinə əqidə bəsləyirlər. 



3.  Müjdə və qorxutma 

Bu  məsələdə  Zeydiyyə  ilə  Mötəzilə  həmfikirdir.  Onlar  belə  bir 

əqidədədirlər ki, müjdə və qorxutma Allah üçün vacib və zəruridir. Çünki O, 

                                                      

12

 Əmirulhüseyn ibn Bədruddin Məhəmməd; “əl-Əqdussəmin fi mərifəti Rəbbil aləmin”. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 



möminlərin  cənnətə,  kafirlərin  isə  cəhənnəmə  daxil  olacağına  vədə 

vermişdir. Bu səbəbdən də O, “vəd” və “vəid” qaydasına əməl etməlidir. 

Böyük  günahlara  gəldikdə  də,  onlar  Mötəzilə  kimi  “Mənzilətun  beynə 

mənziləteyn”  nəzəriyyəsinə  əsaslanırlar.  Çünki,  Zeydiyyə  məzhəbi  böyük 

günaha  düçar  olanları  fasiq  hesab  edərək  deyir:  “Böyük  günaha  düçar 

olanlar nə kafir, nə də mömindirlər”. Onlar belə bir əqidədədirlər ki, kafir və 

mömin  ifadəsi  bu  şəxslərə  dəlalət  etmir.  Həmçinin  qeyd  edirlər  ki,  böyük 

günaha düçar olmuş hər bir şəxs tövbə etmədən dünyasını dəyişərsə, əbədi 

olaraq cəhənnəmdə qalacaqdır. 

Zeydiyyə ilə İmamiyyə arasında mövcud olan fikir ayrılıqlarından biri də 

məhz  bu  məsələ  ətrafındadır.  Çünki,  İmamiyyə  ardıcılları  böyük  günaha 

düçar olan şəxslərin cəhənnəmə daxil olacaqlarını qəbul etsələr də, onların 

əbədi olaraq orada qalacaqlarına etiqadlı deyildirlər. 

4. Peyğəmbərlik 

Peyğəmbərlik  məsələsində  Zeydiyyə  ilə  digər  İslam  təriqətləri  arasında 

nəzərə  çarpacaq  ixtilaflar  mövcuddur.  Onlar  peyğəmbərlərin  məsum 

olmasını və onlara olan ehtiyacların əqlən zəruriliyini qəbul edərək deyirlər: 

Şəriət sahibi və ya əvvəlki peyğəmbərlərin gətirdikləri şəriəti təzələyən hər 

bir  peyğəmbər,  hər  şeydən  əvvəl,  Allahın  lütfü  ilə  peyğəmbərliyə  təyin 

olunmazdan  əvvəl  böyük  günahlardan  uzaq  (məsum)  olmalıdır.  Bundan 

əlavə, peyğəmbərlik məqamına xələl gətirən və eləcə də onlara qarşı şübhə 

yaradacaq kiçik günahlara da yaxın düşməməlidirlər. 

Lakin  İmamiyyə  məzhəbi  kiçik  və  böyüklüyündən,  həmçinin  şübhə 

yaradıb-yaratmamasından 

asılı 


olmayaraq, 

Peyğəmbərləri 

bütün 

günahlardan uzaq və məsum hesab edir. 



5. Yaxşılığa dəvət və pislikdən çəkindirmək 

Yaxşılığa  dəvət  və  pislikdən  çəkindirmək  Zeydiyyə  məzhəbinin  dini 

etiqadlarının beşinci prinsipidir. Onlar bu prinsipi belə izah edirlər: Yaxşılığa 

dəvət və pislikdən çəkindirmək, nəzəri baxımdan qəlbən təsdiq, dillə iqrar 

etmək və əməli olaraq həyata keçirməkdən yəni, Allahın əmr etdiyi şeylərə 

dəvət  və  yasaq  etdiklərindən  çəkindirməkdən  ibarətdir.  Praktiki  baxımdan 

isə haqq-ədalətə kömək, batilə qarşı mübarizə, Allahın, peyğəmbərlərin və 

möminlərin izzətinin isbatı üçün əməl, dil və imanın ən aşağı mərhələsi olan 

qəlbi ehtiramın vacibliyinə iman gətirməkdir. 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 



6. İmamət 

Zeydiyyə  nöqteyi-nəzərindən  Peyğəmbərdən  (s)  sonra  birinci  imam  və 

xəlifə Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) olmalıdır. Onlar Əlini (ə) xilafət 

üçün ən layiqli və bacarıqlı bir şəxsiyyət hesab edirlər. Əqidələrinin sübuta 

yetirilməsində  Əli  (ə)  barəsində  nazil  olmuş  “Maidə”  surəsinin  55-ci 

ayəsinə, habelə “Qədir-Xum” və “Mənzilət” hədislərinə istinad edirlər. 

Zeydiyyə məzhəbi Əmirəl-möminin Əli ibn Əbu Talibdən sonra Həsən ibn 

Əli  (ə)  və  Hüseyn  ibn  Əlini  (ə)  özlərinə  imam  hesab  edir  və  bu  barədə 

Peyğəmbərdən  (s)  nəql  olunan  bu  hədisə  əsaslanırlar:  “Həsən  və  Hüseyn 

qiyam etsələr də, etməsələr də imamdırlar. Ataları isə onların hər ikisindən 

üstündür”. 

Zeydiyyə  məzhəbi  bu  hədisi  imam  Həsən  və  imam  Hüseynin  (ə) 

imamətini sübuta yetirmək üçün açıq-aşkar sənəd hesab edir. Onlar İmam 

Həsən  və  imam  Hüseyn  (ə)-ın  hər  ikisinin  övladlarını  imamət  üçün  layiqli 

hesab edib deyirlər: Ata tərəfindən həzrət Fatimə (s) övladlarından olan hər 

bir  şəxs  imama  xas  olan  xüsusiyyətə  malik  olarsa,  müsəlmanların  rəhbəri 

olacaqdır. 

Bu  məzhəbə  görə,  imamət  üçün  lazım  olan  xüsusiyyətlər  şəri 

məsələlərdə  başqalarından  daha  elmli  olmaq,  pəhrizkarlıqda  şan-şöhrət 

tapmaq, şücaət, səxavət, düşüncə və təfəkkür, din yolunda qiyam və cihad 

etməkdən ibarətdir. 

Zeydiyyə, Peyğəmbər (s) tərəfindən imam Zeynəlabidin (ə)-ın imamətinə 

dəlalət edəcək bir sənədin olmadığını və din yolunda qiyam etmədiyini əldə 

əsas  tutub  onu  dördüncü  imam  hesab  etmirlər.  Əgər  bu  iki  şərtdən  biri 

Zeydiyyə tərəfdarları üçün sabit olsaydı, onu imam kimi qəbul edərdilər. 

Peyğəmbər  (s)  tərəfindən  imamın  haqq  olmasına  dəlalət  edəcək  açıq-

aşkar  dəlil  olduğu  təqdirdə,  onun  qiyam  etməsi  heç  də  zəruri  deyildir.  Bu 

səbəbdən də  onlar  Əli  ibn  ƏbuTalibdən  sonra  imam  Həsən,  imam  Hüseyn 

və Zeyd ibn Əlinin imamətini qəbul edirlər. 

Zeydiyyə təriqətləri 

Digər məzhəb və təriqətlər kimi Zeydiyyə məzhəbi də tarix boyu ayrı-ayrı 

təriqətlərə bölünmüşdür. 

Dinlər  və  məzhəblər  sahəsində  tədqiqat  aparmış  alimlər  Zeydiyyə 

məzhəbindən ayrılmış qollar barədə müxtəlif nəzərlər irəli sürüblər. Bəziləri 

onları  üç,  bəziləri  altı,  bəziləri  səkkiz,  bəziləri  isə  on  altı  təriqətə 

bölündüyünü  qeyd  etmişlər.  Lakin  bizim  dövrümüzə  onlardan  yalnız  biri 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 



gəlib  çıxmış,  digərləri  isə  zaman  keçdikcə  öz  mövqeyini  itirərək  tarix 

səhifələrindən birdəfəlik silinmişdir. Hal-hazırda Yəməndə müstəqil məzhəb 

kimi fəaliyyət göstərən Zeydiyyə məzhəbinin varisləri özlərini bu məktəbin 

yeganə  davamçıları  hesab  edir  və  bu  məzhəblə  bağlılığı  olan  heç  bir 

cərəyanı  qəbul  etmirlər.  Zeydiyyə  təriqətlərindən  mühüm  olanlarına  işarə 

edirik: 


1. Carudiyyə; 

Carudiyyə təriqəti ibn Carud və Ziyad ibn Munzər Həmdanin (h.q.150. və 

ya h.q.160.) ardıcıllarının təşkil etdiyi cərəyandır. İbn Carud əvvəllər İmam 

Məhəmməd  Baqir  (ə)  və  Cəfər  Sadiqin  (ə)  səhabələrindən  olmuş  və 

onlardan  hədis  nəql  etmişdir.  Lakin  sonralar  onlardan  ayrılıb  Zeydiyyə 

məzhəbinə qoşulmuşdur.  

Əbu Carud belə bir əqidəyə əsaslanmışdır ki, Peyğəmbər (s) həzrət Əlini 

üstüörtülü  imamətə  təyin  etmişdir,  lakin  o  həzrətin  vəfatından  sonra 

camaat  başqa  birisinə  beyət  edərək  yollarını  azmış  və  nəticədə  kafir 

olmuşlar. 

Onların fikrincə, həzrət Məhəmməd (s) sülaləsinin rəva bildiyi hər bir şey 

müsəlmanlara  halal  və  rəva  bilmədikləri  isə  haramdır.  Peyğəmbərin  (s) 

gətirdiyi  hər  bir  şey  bu  sülalə  tərəfindən  qorunub  saxlanılır  və  onlar  elm 

baxımından tamamilə eyni səviyyədədirlər.

13

 

Carudiyyə Zeyd ibn Əlidən sonra “Nəfsi Zəkiyyə” ləqəbi ilə məşhur olan 



Məhəmməd  ibn  Əbdullah  ibn  Həsən  ibn  Əli  ibn  Əbu  Talibin  imamətini 

qəbul ediblər. 



2. Süleymaniyyə; 

Bu ad Süleyman ibn Cərir Zeydinin tərəfdalarına verilən addır. 

Süleymaniyyə  təriqətinin  davamçıları  belə  bir  əqdidə  olmuşlar  ki, 

imamət  şura  tərəfindən  təyin  olunmalı  və  imam  şuranın  rəyi  əsasında 

seçilməlidir.  (Yəni,  kiminsə  tərəfindən  deyil,  müsəlman  şurası  tərəfindən 

müəyyənləşdirilməlidir). Əlbəttə, bu iş iki müsəlman şəxsin rəyi əsasında da 

həyata keçirilə bilər. Xalqın nəzərində fəzilət sahibi olan şəxsin də seçilməsi 

tamamilə mümkün olan bir işdir. Onlar Əbu Bəkr və Ömərin imamətinə dair 

belə  bir  fikirdə  olmuşlar  ki,  ümmət  bu  şəxsləri  öz  ictihadları  ilə  seçdikləri 

üçün  bu  növ  hakimiyyəti  də  qanuni  hesab  etmək  olar.  Bununla  yanaşı, 

onların  fikrincə  Əli  ibn  Əbu  Talib  olduğu  bir  halda  onlara  beyət  etmək 

düzgün  deyildi.  Lakin  onların  bu  səhvi  ictihadi  səhv  olduğu  üçün  böyük 

                                                      

13

 Növbəxti, “Firəquş-şiə” 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 



günah hesab olunmur. Qeyd etmək lazımdır ki, Süleymaniyyə təriqəti Aişə, 

Təlhə  və  Zubeyri  imam  Əliyə  (ə)  qarşı  çıxdıqları  üçün  kafirlikdə 

günahlandırdıqları  kimi,  Osmanı  da  öz  qətlinə  səbəb  olan  şəraiti  yaratdığı 

üçün  küfrdə  ittiham  etmişlər.  Onlar  İmamiyyə  məzhəbinin  bəda  və 

təqiyyəyə olan etiqadını tamamilə inkar etmişlər. 

Süleymaniyyə təriqəti aradan getsə də, onların imamət mövzusuna dair 

bəzi  nəzəriyyələri  bir  sıra  təriqətlərdə  davam  etdirilmişdir.  Mötəzilə 

alimlərindən  bəziləri,  o  cümlədən  Cəfər  ibn  Mubəşşir  və  Cəfər  ibn  Hərb, 

Süleyman ibn Cərirənin fikirləri ilə müvafiq olaraq imaməti dinin məsləhətli 

işlərindən  biri  hesab  etmişlər.  Onların  fikrincə  tövhid  və  Allahtanıma 

mövzusunda  imamətə  ehtiyac  olmasa  da,  qəzavət  və  qanunvericilikdə, 

yetimlərin  və  kimsəsiz  qadınların  himayəsində,  islam  cəmiyyətinin 

qorunmasında  və  düşmənə  müharibə  elan  olunmasında  imama  ehtiyac 

duyulur.  Bu  səbəbdən  də  imamın  elm  baxımından  hamıdan  üstün  olması, 

hamıdan daha tədbirli və düşüncəli olub xalqın ümumi rəğbətini qazanması 

lazım  deyildir.  Çünki,  qeyd  olunan  ehtiyaclar  bu  xüsusiyyətlərə  malik  olan 

şəxsin  seçilməsi  ilə  də  aradan  qaldırılmış  olur.  Əhli-sünnə  alimlərinin 

bəziləri  də  belə  bir  əqidəyə  əsaslanaraq  müctəhid  olmayan  bir  şəxsin  də 

imamətini qanuni hesab etmişlər, bu şərtlə ki, (şəri) hökmlərdə müctəhidə 

müraciət etmiş olsunlar.

14

 

3-4. Salehiyyə və Təbəriyyə; 



Salehiyyə  Həsən  ibn  Saleh  ibn  Həyyin  və  Təbəriyyə  Kəsirun-nəvanın 

tərəfdarlarına verilən addır. 

Bu  iki  təriqət  əqidə  və  etiqad  baxımından  bir-birinə  olduqca  oxşar 

olmuşlar. Onlar imamət mövzusunda Süleymaniyyə ilə həmfikir olmuş, lakin 

Osmanın  mömin  və  ya  kafir  olmasında  müəyyən  fikir  ayrılığına  gəlib 

çıxmışlar.  Onlar  deyirlər:  Onun  barəsində  nəql  olunan  tarixi  sənədlərə 

müraciət  etdikdə,  onun  “əşəreye  mubəşşirə”nin  biri  olmasına,  müsəlman 

və  ya  möminliyinə,  cənnət  əhlindən  olacağına  hökm  edirik,  lakin  gördüyü 

işlərə  yəni,  Bəni-üməyyəni  dirçəltməsinə,  səhabələrin  rəyi  ilə  müxalif 

olduğuna  və  zorakılığa  dair  rəy  verməsinə  nəzər  saldıqda,  küfr  etməsinə 

dair  hökm  veririk.  Bu  səbəbdən  də  onun  haqda  qəti  qərar  çıxarmağa 

çətinlik  çəkir  və  onun  işini  Allah-taalanın  öhdəsinə  qoyuruq.  Əli  ibn  Əbu 

Talibə  gəldikdə  isə,  onlar  Peyğəmbərdən  (s)  sonra  onu  müsəlman 

ümmətinin  ən  fəzilətli  və  imamətə  hamıdan  layiqli  şəxs  olduğunu  hesab 

                                                      

14

 “əl-Miləh vən-nihəl”, c. 1, səh. 160 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  11 

 

 



 

 



etmişlər.  Əgər  o,  öz  razılığı  ilə  imaməti  başqalarının  öhdəsinə  buraxıb  öz 

haqqından keçməyə razı olubsa, biz də onun razı olduğu şeyə razıyıq. Yox, 

əgər  Əli  (ə)  bu  məsələyə  razı  olmamışsa,  onda  Əbu  Bəkr  özünü  həlak 

etmişdir.

15

 

5. Nəimiyyə; 



Bu  təriqət  Nəim  ibn  Yəmanın  davamçılarına  verilən  addır.  Onlar 

Peyğəmbərdən  (s)  sonra  Əli  ibn  Əbu  Talibi  imamətə  daha  layiqli  və 

insanların ən fəzilətlisi hesab etmişlər. Onların fikrincə, İslam ümməti Əliyə 

(ə) beyət etməməklə böyük səhvə yol vermişlər. Nəimiyyə təriqəti Osmana 

və  Əliyə  (ə)  qarşı  çıxan  şəxsləri  məhkum  edərək  onları  küfürdə  ittiham 

etmişdir. 



6. Yəqubiyyə; 

Onlar  Yəqub  ibn  Əli  Kufinin  tərəfdarları  olmuşlar.  Rəcəti,  qəbir  əzabını, 

Nəkir  və  Munkirin  sorğu-sualını  və  şəfaəti  inkar  edir,  Əbu  Bəkr,  Ömər  və 

Osmanın  xilafətini  qanunsuz  saymışlar.  Lakin  onların  xilafətini  azğınlıq 

hesab etməmişlər. 

7. Əbrəqiyyə; 8. Əcəliyyə; 9. Mərsiyyə; 10. Səbahiyyə; 11. Qasimiyyə; 12. 

Hüseyniyyə; 13. Həsəniyyə; 14. Xəliyyə; 15. Xəşəbiyyə və s. 

Zeydiyyə məzhəbində qiyam rəhbərləri  

1-

 

Zeydin qiyamı – Hişam ibn Əbdül Məlikə qarşı (Əməvi hakimi) 

2-

 

Yəhya ibn Zeydin qiyamı – Vəlid ibn Yəzidə qarşı (Əməvi hakimi) 

3-

 

Nəfsi Zəkiyyənin qiyamı; Məhəmməd ibn Abdullah ibn Həsən ibn 

Həsən ibn Əli (ə) – Mənsur Abbasi tərəfindən qətlə yetirilib. 

4-

 

İbrahim ibn Abdullahın qiyamı; Məhəmmədin qardaşı – Mənsur 

Abbasiyə qarşı 

5-

 

Şəhid Fəxin qiyamı; Hüseyn ibn Əli ibn III Həsən – Hadi Abbasiyə 

qarşı 

6-

 

hya ibn Abdullahın qiyamı; Məhəmmədin qardaşı – Harun ər-

şid Abbasiyə qarşı 

7-

 

İbn Təbatəbin qiyamı; Məhəmməd ibn İbrahim ibn İsmayıl ibn 

İbrahim ibn II Həsən – Məmun Abbasiyə qarşı. 

8-

 

Məhəmməd ibn Məhəmməd ibn Zeydin qiyamı – Məmun Abbasi 

Zeyd  ibn  Əli,  Yəhya  ibn  Zeyd,  (Nəfsi  Zəkiyyə  ləqəbi  ilə  məşhur  olan) 

Məhəmməd  ibn  Əbdullah,  İbrahim  ibn  Əbdullah,  İsa  ibn  Zeyd,  Yəhya  ibn 

Əbdullah,  İbn  Təbatəba  və  Hüseyn  ibn  Əli  Sahibul-Fəxlə  yanaşı,  Zeydiyyə 

                                                      

15

 “əl-Miləl vən-nihəl”, c. 1. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  12 

 

 



 

 



məzhəbinin  bir  çox  görkəmli  şəxsiyyətləri  olmuşdur.  Tarix  boyu  onlar 

tərəfindən  yüzlərlə  kitab  və  elmi  əsərlər  yazılmışdır.  Burada  misal  olaraq 

onlardan bir neçəsini gətiririk: 

1. Əhməd  ibn  İsa  ibn  Zeyd;  (157-247  h.q.)  Zəhəbi  öz  kitabında  onun 

“Siyam”  (Oruc)  adlı  yazdığı  kitabın  adını  çəkmişdir.  Lakin  onun  “Əmali” 

adlanan  başqa  bir  əsəri  daha  çox  şöhrət  qazanmışdır.  Bu  kitab  Əllamə  Əli 

ibn  İsmail  tərəfindən  “Rəbus-səd”  ünvanı  altında  üç  cilddə  nəşr 

olunmuşdur.  Əhməd  ibn  İsa  bu  kitabda  Peyğəmbər  (s)  və  onun  Əhli-

beytindən 2790 hədis nəql etmişdir ki, onların əksəriyyəti Əli ibn Əbu Talib 

(ə)-dan qeyriləri tərəfindən nəql olunmuşdur. 

2. Qasim  ibn  İbrahim  Təbatəba;  (169-246  h.q.)  O,  Yəməndə  Zeydiyyə 

məzhəbinin  bünövrəsini  qoymuş  Yəhya  ibn  Hüseynin  babası  olmuşdur. 

Əqidə  və  fiqhə  dair  bir  çox  kitablar  yazmışdır.  “əd-Dəlilul-kəbir”,  “Kitabul-

ədl  vət-tovhidul  kəbir”,  “ər-Rəddu  ələn-nəsara”,  “əl-Mustərşid”,  “Təvilul-

ərşi  vəl-kursi”,  “əl-Fəraiz  vəs-sünən”  və  “Siyasətun-nəfsi”  kitablarını  buna 

misal çəkmək olar. 

3. Yəhya  ibn  Hüseyn  ibn  Qasim;  “İmamul-Hadi”  ləqəbi  ilə  məşhur  olan 

bu  şəxs  Yəməndə  Zeydiyyə  hökumətini  təsis  etmişdir.  O,  bu  təriqətin 

bünövrəsini  qoyduqdan  sonra  77-yə  yaxın  elmi  əsərlər  yazmışdır.  “əl-

Muntəxəb  fil-fiqh”,  “əl-Fununu  fil-fiqh”,  “əl-Məsail”,  “ər-Riza”,  “Məzariə”, 

“Kitabut-təvhid”,  “Kitabul-imamət”,  “İsbatun-nubuvvəti  vəl-vəsiyyə”,  “əl-

mizan  bəynə  mənzilətəyn”,  “əd-Diyanə”,  “əl-Xəşiyyə”  və  “Məanil  Quran” 

kitablarını buna misal çəkmək olar. 

4. “ən-Nasiru  lil-həqq”  ləqəbi  ilə  məşhur  olan  Əbu  Məhəmməd  Həsən 

ibn  Əli  Ət-tərvəş;  (230-304  h.q.)  Təbəristanda  Zeydiyyə  məzhəbinin 

bünövrəsini  qoyan  bu  şəxs  “əl-Bəsat”,  “ət-Təfsir”,  “əl-Huccacul-vazihə”  və 

“Əmali” kimi elmi əsərlərin müəllifi hesab olunur. 

5. “İmamul-Mürtəza”  ləqəbi  ilə  məşhur  olan  Əbul  Qasim  Məhəmməd 

ibn  Yəhya;  (287-313  h.q)  Bu  şəxs  “əl-Usul  fil-ədl  vət-təvhid”,  “Təfsirul-

Quran”,  “əş-Şərhu  vəl-bəyan”,  “Cəvabu  məsail  ibn  Məhdi”,  “Cəvabu  ibn 

Fəzlil-Qərməti”, “ər-Rəsailussəbil-muntəqa” adlı kitabların müəllifidir. 

6. “əl-Hakimul-Cəsmi”  ləqəbi  ilə  məşhur  olan  Möhsin  ibn  Məhəmməd 

ibn  Kiramə;  (413-494 h.q.)  Bu  şəxs  dövrünün  tanınmış  kəlam alimlərindən 

olmuşdur və məşhur alim Zəməxşərinin müəllimlərindən biri hesab olunur. 

42-yə  yaxın  kitab  və  elmi  əsər  yazıb  yaratmışdır.  “ət-Təhzib”,  “Şərhu 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  13 

 

 



 

 



uyunul-məsail”,  “ət-Təsiru  vəl-məsur”,  “əs-Səfinə”,  “əl-İmamə”,  “Cəlaul-

əbsar” və başqalarını buna misal çəkmək olar. 

7. “əl-Məhdi  lidinillah”  ləqəbi  ilə  məşhur  olan  Əhməd  ibn  Yəhya  ibn 

Mürtəza.  (764-840  h.q)  Fiqh  və  üsul  sahələrində  Zeydiyyə  məzhəbinin 

görkəmli alimlərindən olmuş bu şəxs “əl-Bəhruz-zuxar” adlı kitabın müəllifi 

hesab olunur. 

ARDI VAR...

 

 



 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə