«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,97 Mb.
#76476


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

11 



 

 

 

 

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ 

MÜQƏDDƏS QUM ŞƏHƏRİ 

2016 - 2017 

 

 



İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



BİSMİLLAHİR RƏHMANİR RƏHİM 

1

 



Giriş 

Əşairə  və  ya  Əşərilər  Əbul  Həsən  Əşərinin  (260-324  h.q.)  ardıcıllarına 

deyilir.  Gördüyümüz  kimi  Mötəzilə  məktəbi  böyük  günahan  bulaşanın 

hökmü  və  iman  və  əməl  məsələsində  müəyyən  dərəcədə  iki  ziddiyyətli 

təriqət  –  Xəvaric  və  Murciə  təriqətlərinin  inikası  idi.  Əbul  Həsən  Əşəri  isə 

Mötəzilənin  ağıldan  maksimum  istifadə  metodu  ilə  Əhlul-hədisin  ağıldan 

minimum yararlanma üslubu arasında ortaq məxrəc tapmağa çalışırdı. Hicri 

tarixlə  ikinci  yüzillikdə  İslam  dünyasında  bu  iki  nəzəri  cərəyan  yayılmaqda 

və  bir-birinə  qarşı  gəlməkdə  idi:  birinci  cərəyan  ağılı  etiqadlar  müstəqil 

qaynaq  və  İslamın  müdafiəsindən  ötrü  bir  metod  hesab  edərək, 

istifadəsində  ifrata  yol  verirdilər.  Digər  tərəfdən,  ikinci  cərəyan  ağlın  hər 

hansı  formada  etiqadlarda  istifadəsini  mümkünsüz  sayır,  heç  bir  təhlil  və 

fikir yürütmədən nəqlin zahirini dini maarifdə meyar və sənəd göstərirdilər. 

IV əsrin əvvəllərində Əşairə məzhəbi Əhlul-hədis etiqadlarının müdafiəsi adı 

altında  əməldə  bu  iki  cərəyanı  mötədilləşdirmək  və  orta  yolu  göstərmək 

məqsədilə əqlə və nəqlə müvafiq formada meydana qədəm qoydu.  

Əbul Həsən Əli ibn İsmayıl Əşəri gənclik dövründə mötəzili etiqadlarına 

qəlbən tam bağlı idi. Onların etiqad prinsiplərini öz zamanında Mötəzilənin 

                                                      

1

 Əşəriyyə, əşərilər 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 



ən  məşhur  ustadlarından  olan  Əbu  Əli  Cubbainin  yanında  öyrənmişdi.  O, 

qırx  yaşına  kimi  Mötəzilə  müdafiəçilərindən  sayılırdı  və  bu  xüsusda  çoxlu 

kitablar yazmışdı.   

 

Əşairənin banisi 

Əşairə məzhəbinin banisi Əbul Həsən Əli ibn İsmail Əşəridir. O, Süffeyn 

müharibəsində  həkəmiyyətin  qarşı  tərəfini  öhdəsinə  alan  Əbu  Musa 

Əşərinin nəvələrindəndir. Əbul Həsən Əşəri hicri tarixlə 260-cı ildə Bəsrədə 

dünyaya  gəlmiş  324-cü,  yaxud  330-cu  ildə  isə  Bağdadda  vəfat  etmişdir. 

Atası  Əbi  Bişr  adı  ilə  tanınan  İsmail  ibn  İshaq  Əhlul-hədisin  tanınmış 

ardıcıllarından  idi.  Bu  üzdən  Əşəri  uşaqlıqda  Əhlul-hədis  etiqadı  ilə  tanış 

oldu. 

Atasının 



ölümündən 

sonra 


anası, 

Mötəzilənin 

tanınmış 

şəxsiyyətlərindən olan Əbu Əli 

Cəbai 

ilə nigaha girdi. Əbul Həsən o vaxtdan 



etibarən  anası  ilə  birlikdə  atalığının  evində  yaşamağa  və  gənclik  çağından 

onun  tərbiyəsi  altında  böyüməyə  başladı.  Əşəri  uzun  müddət  Əbu  Əlinin 

şagirdi  olmuşdur.  Amma  qırx  yaşında  ikən,  Mötəzilə  məktəbindən  ayrılıb 

növbəti  dəfə  Əhlul-hədisə  üz  gətirmiş  və  bu  məzhəbin  təbliğatçısına 

çerilmişdir. O, 

Cəbaidən 

təhsil aldığı dövrlərdə Əhlul-hədis məktəbinin zəif 

nöqtələrini anladığına görə, Mötəzilə məzhəbindən üz döndərdikdən sonra 

onların  öz  kəlamı  üslubundan  istifadə  edib  etiqadi  araşdırmalarda  əqli 

bəhslərdən  faydalanmaqla  həmin  zəiflikləri  aradan  qaldırmaq  istəmişdir. 

Həqiqətdə o, Mötəzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri ilə Əhlul-

hədisin zahiri mənaları əxz etmələri arasında olan orta mövqeli bir məzhəb 

yaratmaq fikrində olmuşdu. Buna görə də Əhlul-hədisin etiqadi əsaslarında 

və  onların  kəlami  nəzərlərində  müəyyən  dəyişikliklər  edərək  və  öz  adı  ilə 

bağlı  Əşairə  məzhəbini  yaratmışdı.  Bundan  sonra  onun  ardıcılları  əşərilər 

adlandırılmışdı. 

Əbul Həsən Əşəri Mötəzilə məktəbindən üz döndərdikdən sonra bir çox 

kitablar yazmışdı ki, bəzi tarixçilər sayının 300 cildə qədər olduğunu yazıb. 

İbn  Əsakir  öz  “Tarix”  kitabında  onun  qələmə  aldığı  93  kitabın  adını  qeyd 

etmişdir. Əlbəttə, bizim günümüzə yazdığı əsərlərdən yalnız bir qismi gəlib 

çıxmışdır.  Bu  kitablardan  “əl-İbanətu  ən  usulid-diyanə”,  “Məqalatul-

İslamiyyin vəxtilafil musəllin”, “İadətul-burhan”, “ət-Təbyin”, “əş-Şərhu vət-

təfsil”, “əl-Lumətu fi rəddi əla əhliz-ziyəci vəl-bidə”, “İstihsanul xuvzi fi ilmil 

kəlam”  kimi  məşhur  əsərlərin  adını  çəkmək  olar.  Bu  kitablar  arasında  “əl-




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 



İbanə”,  “Məqalatul-İslamiyyin”  və  “Lumə”  daha  çox  əhəmiyyət  kəsb  edir. 

Çünki onlar Əşairə məzhəbi əqidəsinin məzmununu açıqlayır. 

Nəzərə çarpan odur ki, Əşairə “əl-İbanə” kitabını Mötəzilə məzhəbindən 

qayıtdığı  və  Əhlul-hədisin  etiqadlarını  müdafiə  etdiyi  dönəmdə  yazmışdır. 

Səbəbi isə bu kitabla Əhməd ibn Hənbəlin “əs-Sunnə” kitabı arasında ciddi 

bənzərliyin  olmasıdır.  Amma  “Lumə”  kitabı  “əl-İbanə”  kitabı  ilə  əsaslı 

şəkildə fərqlənir və orada Əşərinin xüsusi nəzərləri bəyan edilmişdir

2



 

Əşərinin görüşləri 

Bu  hissədə  Əşərinin  bəzi  etiqadlarında  əşəri  metodunun  nəticələrini 

göstərməyə  çalışacağıq.  Bu  üzdən  onu  etiqadı  ilə  Əhlul-hədis  və  Mötəzilə 

etiqadı arasında müqayisə aparacağıq: 



1.

 

Xəbəri  sifətlər:

  Kəlam  elmində  Allahın  sifətlərini  zati  və  xəbəri 

sifətlərə  bölürlər.  Zati  sifətlər  dedikdə,  ağlın  Allah  üçün  isbat  etdiyi 

elm və qüdrət kimi kamal sifətlər nəzərdə tutulur. Xəbəri sifətlər isə 

ayə  və  hədislərlə  gələn  və  ağlın  özbaşına  Allah  üçün  isbat  etmədiyi 

sifətlərdir.  Allahın  əl,  ayaq  və  üzə  sahib  olması  kimi  xəbəri  sifətlər 

xüsusunda kəlamçılar arasında fikir ayrılığı var.  

Əhlul-hədisin  “Muşəbbihətun  həşəviyyə”  adlanan  bir  qrupu

3

 

xəbəri  sifətləri  həmtay  və  bənzətmə  ilə  isbat  edirlər.  Onlara  görə, 



Allahın  xəbəri  sifətləri  məxluqlarda  olduğu  keyfiyyətdə  mövcuddur. 

Bu  üzdən  Xaliq  və  məxluq  arasında  tam  oxşarlıq  vardır.  Şəhristani 

Əhlul-hədisin  bəzirlərindən  nəql  edir  ki,  Allaha  toxunmağın,  əl-ələ 

görüşməyin və boynuna sarılmağın mümkünlüyünə inanırlar

4

.  


Əhlul-hədisin  başqa  bir  qrupu  xəbəri  sifətlərdə  təfvizə  inanırlar. 

Onlar  Allahın  xəbəri  sifətləri  haqqında  nəzər  bildirməkdən  imtina 

edir  və  mənalarını  Allaha  həvalə  edirlər.  Malik  ibn  Ənəsin  Allahın 

ərşə  yüksəlməsi  ilə  bağlı  suala  cavabı  bu  görüşün  göstəricisidir. 

Amma Mötəzilə Allahı məxluqa bənzəməsindən uzaq bilirdikləri üçün 

Onun  əl,  ayaq  və  üzə  sahib  olmasını  inkar  etmələri  də  aydın 

məsələdir.  Digər  tərəfdən,  Quran  ayələri  və  Peyğəmbər  (s) 

hədislərində  bu  sifətlər  dəfələrlə  Allaha  nisbət  verilib.  Mötəzilə  bu 

                                                      

2

 “İslam məzhəbləri ilə tanışıq”, səh. 58-59; “Kəlami məzhəb və təriqətlər”, səh. 63. 



3

  Allahı  məxluquna  bənzətdiklərinə  görə  bu  qrupa  “müşəbbihə”,  “həşu”  doldurmaq 

mənasından olduğu üçün “həşəviyyə” deyilir. 

4

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 105. 



 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 



problemin çıxış yolunu xəbəri sifətləri təvil və yozmaqda görmüşlər. 

Misal üçün, Allahın əlini (yədullah) ilahi qüdrətə təfsir etmişlər.  

Əşəri  bir  tərəfdən  xəbəri  sifətlərin  isbatı  ilə  bağlı  “Əshabu 

hədis”in nəzərini qəbul edir,  digər tərəfdən “bənzətməmək” və “tay 

tutmamaq” qeydlərini bu sifətlərə əlavə edirdi. O deyir: “Həqiqətən 

də, Allahın iki  əli var, amma heç bir keyfiyyətə malik deyil. Necə ki, 

Allah  özü  buyurur:  “Əksinə,  onun  hər  iki  əli  açıqdır”  (Maidə:64). 

Habelə  Allahın  gözü  var,  amma  keyfiyyəti  yoxdur.  Necə  ki,  Allah 

buyurur: “... gözlərimiz önündə üzüb gedirdi” (Qəmər: 14)

5



2.

 

Cəbr  və  ixtiyar:

  Əhlul-hədisin  ilahi  qəzavü-qədərə  etiqad  bəsləməsi 

və  bu  etiqadı  insanın  ixtiyarı  ilə  bir  yerə  sığdıra  bilməməsi 

səbəbindən  praktiki  olaraq  insanın  öz  işində  rolunu  təsvir  edə 

bilmədilər.  Bu  üzdən  cəbr  (məcburilik)  nəzəriyyəsinə  düçar  oldular. 

Bu  mövzu  Əhməd  inb  Hənbəlin  Etiqadnaməsində  gələn  cümlələrdə 

aydın  gözə  dəyir.  Bundan  fərqli  olaraq,  Mötəzilə  insanın  ixtiyari 

işlərində  mütləq  azadlığına  inanır  və  bu  kimi  işlərdə  ilahi  qəzavü-

qədərə yer görmürdülər.  

Əşərinin  etiqadına  görə  ilahi  qəzavü-qədər  ümumilik  daşıyır, 

insanın ixtiyari işlərini də Allah yaradır. Digər tərəfdən insanın ixtiyari 

işlərinə  rol  qazandırmağa  çalışdı.  O,  bu  rolu  kəsb  nəzəriyyəsi 

şablonunda  bəyan  etdi.  Belə  ki,  sözügedən  nəzəriyyə  Əşərinin 

nəzərləri  arasında  ən  mühüm  və  ən  mürəkkəb  nəzəriyyədir.  Həmin 

nəzəri təfsilatı ilə bəyan edirik:  

“Kəsb”  Quranda  gələn  kəlmələrdən  biridir.  Bir  çox  ayələrdə  bu 

kəlmə və eyniköklü sözlər insana nisbət verilmişdir

6



Bəzi  kəlamçılar  Əşərinin  bu  kəlmə  ilə  bağlı  fikrini  açıqlayan 

sözlərindən  faydalanıblar.  O,  “kəsb”ə  xüsusi  məna  verməklə,  onu 

cəbr və ixtiyar məsələsi və insanın ixtiyarı işinin tərifində öz nəzərinin 

mehvəri  qərar  verdi.  Hərçənd,  Əşəridən  öncə  də  kəlamçılar  bu 

xüsusda  söz  demişdi,  amma  Əşəridən  sonra  “kəsb”  kəlməsi  onun 

adına elə yazıldı ki, kəsb nəzəriyyəsinə işarə edildiyi zaman ixtiyarsız 

olaraq, Əşəri adı zehnə gəlirdi.  

                                                      

5

 əl”İbanə”, səh. 22. 



6

 Nümunə üçün baxın: “Bəqərə”: 81; “Nisa”: 11-112; “Tur”: 21; “Muddəssir”:  38; “Rum”: 

41; “İbrahim”: 51. 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 



Ondan  sonra  əşəri  məslək  kəlamçıların  hər  biri  Əşərinin 

dediyindən  fərqlənən  xüsusi  təfsirlər  verməyə  başladılar.  Burada 

yalnız Əşərinin öz təfsiri əsasında kəsb nəzəriyyəsini bəyan edəcəyik. 

Onun nəzəriyyəsinin qaydaları belədir: 

1.

 

Qüdrət iki növdür: Yalnız Allaha məxsus və feili icad etməkdə 



təsirli  olan  “qədim  qüdrət”,  bir  də  feilin  icadında  təsiri 

olmayıb yeganə faydası sahibinə özündə azadlıq və ixtiyar hiss 

etdirən və işi bacarmaq təəssüratı yaradan “hadis qüdrət”.  

2.

 



İnsanın feili Allahın məxluqudur. Bu mövzu Əşəri üçün ümumi 

bir  qaydadır.  Belə  ki,  Allahdan  başqa  qüdrət  yoxdur  və  hər 

şey,  o  cümlədən  insanın  bütün  işləri  Allahın  məxluqudur.  O, 

israrla  bildirir  ki,  “işlərin  həqiqi  faili  Allahdır”

7

.  Çünki 



yaradılışda  təkcə  qədim  qüdrət  təsirlidir  və  bu  qüdrət  Allaha 

məxsusdur. 

3.

 

İnsanın rolu işi kəsb etməkdir. Allah insanın işlərini yaradır və 



insanın onun üçün yaradılmış işləri kəsb edir.  

4.

 



Kəsb, fəaliyyət yaradılışının insandakı hadis qüdrətin yaradılışı 

ilə qovuşmasıdır. Əşəri yazır: “Mənim həqiqət bildiyim budur 

ki,  kəsbin  mənası,  fəaliyyətin  hadis  qüvvəsi  ilə  birgə  və  eyni 

vaxtda meydana gəlməsidir. Deməli, feili kəsb edən o şəxsdir 

ki,  iş  hadis  qüdrətlə  birgə  onda  meydana  gəlmişdir

8

.  Misal 



üçün,  şəxs  yol  gedir  və  ya  yol  getməyi  kəsb  edir  –  dediyimiz 

zaman,  yəni  Allahın  yol  getməyi  şəxsdə  xəlq  etməsilə  yanaşı 

onda  hadis  qüdrət  də  yaradır  ki,  işi  öz  ixtiyarı  ilə  yerinə 

yetirdiyini hiss eləsin.  

5.

 

Bu  nəzəriyyədə  ixtiyari  işlə  qeyri-ixtiyari  işin  fərqi  budur: 



ixtiyari  işdə  insan  işi  yerinə  yetirdiyi  zaman  hadis  qüdrətə 

sahib  olduğu  üçün,  azadlıq  hiss  edir.  Qeyri-ixtiyari  işdə  isə 

insan belə bir qüdrətə sahib olmadığından dolayı məcburiyyət 

və zərurət hiss edir

9

.  


6.

 

İnsan  bir  işi  kəsb  etməsinə  rəğmən,  kəsb  özü  də  Allahın 



məxluqudur. Əşəriyə görə bu məsələnin səbəbi tam aydındır. 

Birincisi,  əvvəlki  qaydaya  əsasən,  hər  şey,  o  cümlədən  kəsb 

                                                      

7

 “əl-Lumə”, səh. 39. 



8

 “Məqalatul-İslamiyyin”, c. 2, səh. 199; “əl-Lumə”, səh. 42. 

9

 “əl-Lumə”, səh. 41. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 



Allahın  yaratdığıdır.  İkincisi,  kəsb  feil  və  hadis  qüdrətin 

insanda  birləşməsidir.  Həm  işi,  həm  də  hadis  qüdrəti  Allah 

xəlq  etdiyi  üçün,  bu  ikisinin  yaxınlığı  və  birləşməsi  də  Allahın 

məxluqudur.  Əşəri  bu  məsələni  bəyan  edərkən  Quran 

ayəsindən  dəstək  alır:  “Allah  sizi  və  əməl  etdiklərinizi  xəlq 

etmişdir”. (Saffat: 96)

10



7.



 

Belə  bir  sual  yaranır  ki,  əgər  kəsb  məxluqdursa,  niyə  insana 

aid edir və onun əməli olduğunu deyirik.  

Cavab  olaraq,  Əşəri  inanır  ki,  kəsbedici  olmağın  meyarı 

kəsbi  yaratmaq  yox,  kəsb  obyekti  olmaqdır

11

.  Misal  üçün, 



hərəkəti yaradana deyil, hərəkətin nüfuz etdiyi şeyə mühərrik 

deyirlər.  Burada  da,  insan  kəsbin  ünvanı,  yeri  olduğu  üçün 

kəsbedici deyirlər

12

.  



Nəticədə,  ilahi  ənənəyə  müvafiq  olaraq,  muxtar  insandan 

bir  iş  baş  verdiyi  zaman,  Allah  vahid  zamanda  işi  və  hadis 

qüdrəti insanda xəlq edir. İnsan yalnız iş və hadis qüdrətin və 

nəticə  etibarı  ilə  kəsbin  obyektidir.  Deməli,  Əşərinin  insanın 

ixtiyarı işindən anladığı cəbrdən başqa bir şey deyil. Hansı  ki, 

Əhlul-hədis və Cəbriyyə daha öncə kəşf etmişdilər.  

Bu  mövzuda  Əşərin  Əhlul-hədisdən  fərqi  nəzəri  və  əqli 

çalışqanlığıdır.  O  iş  ki,  Əhlul-hədisin  nəzərində  nalayiq  və 

faydasızdı.  

3.

 

Allahın  kəlamı:

  Əhlul-hədisə  görə  ilahi  kəlam  həmin  səs  və 

hərflərdir,  hansı  ki,  Allahın  zatına  bağlı  və  qədimdirlər.  Onlar  bu 

mövzuda o qədər mübaliğəyə yol verdilər ki, bəziləri Quranın cild və 

vərəqlərini belə qədim saydılar.  

Mötəzilə  də  Allahın  kəlamını  səs  və  hərfdən  ibarət  bilirdi, 

amma  qədim  saymırdı.  Onlara  görə,  Allah  öz  kəlamını  “Lövhi-

məhfuz”da  və  ya  Cəbrayılda,  yaxud  Peyğəmbərdə  (s)  xəlq  edir.  Bu 

üzdən Allahın kəlamı hadisdir. 

Əşəri  orta  yol  tapmaq  cəhdi  ilə  kəlamı  iki  qismə  böldü;  birinci 

qisim  səs  və  hərflərdən  təşkil  olunan  adi  sözlərdir.  Bu  xüsusda 

Mötəziləyə haqq  verərək  adi  kəlamı  hadis  saydı.  İkinci  qisim  kəlamı 

                                                      

10

 “əl-Lumə”, səh. 37. 



11

 “əl-Lumə”, səh. 40. 

12

 “əl-Lumə”, səh. 40. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 



isə  nəfsi  (subyektiv)  bilərək  Əhlul-hədis  kimi  Allahın  kəlamını  zata 

bağlı və qədim hesab etdi. Həqiqi kəlam da nəfsi kəlamdır, hansı ki, 

nəfsə köklənir və sözlər vasitəsilə bəyan edilir. Nəfsi kəlam vahid və 

sabit  olduğu  halda, adi  söz  kəlamı qeyri-sabitdir.  Nəfsi  kəlamı  fərqli 

ifadələrlə bəyan etmək olar

13



4.

 

Allahın görünməsi:

 “Müşəbbihə həşəbiyyə” adlanan bir qrup Əhlul-

hədis  ardıcılları  Allahı  gözlə  görməyin  mümkünlüyünə  inanırdı. 

Mötəzilə  isə  Allahı  hər  şəkildə  görməyi  inkar  edirdi.  Əşəri  bu 

mövzuda  da,  ifrat  və  təfritə  uğramamaqdan  ötrü  ortaq  məxrəc 

axtararaq,  Allahın  görünən  olması  qənaətinə  gəlir.  Amma  ona  görə 

Allahın  görünməsi  digər  cisimlərin  görünməsi  kimi  deyil.  Allahın 

görməyin tələbi onu məxluqata bənzətmək deyil

14

.  


Əşairənin  “dəlilul-vücud”  kimi  məşhur  əqli  sübutuna  əsasən, 

mövcud olan hər şey görünə biləndir, arada maneənin olması halı isə 

istisnadır. Daha dəqiq desək, əşyaların sırf varlığı görünmə imkanını 

qaçılmaz  edir.  Allah  da  bir  varlıqdır,  görünmə  zərurəti  qeyri-

mümkünlüyü  gərəktirmədiyi  üçün,  əqli  baxımdan  görünməsi 

mümkündür

15

.  


5.

 

İşlərin  yaxşı  və  pisliyi:

  Mötəziləyə  görə  işlər  həqiqi  və  zati  olaraq 

yaxşı  və  pisdir,  ağıl  da  -  ən  azından  bəzi  məqamlarda  –  bu  yaxşı  və 

pisi  dərk  etməyə  qadirdir.  Əhlul-hədis  isə  bir  qayda  olaraq,  işlərin 

yaxşı və pis olmasını inkar edirlər. Əşairə yaxşı və pisi şəri hesab edir. 

Çünki, bütün fəaliyyətlər maddidir və heç bir iş öz-özlüyündə tərif və 

ya  məzəmmət,  mükafat  və  cəza  gərəktirmir.  Təkcə  şəriət  sahibinin 

əmri ilə belə bir xüsusiyyət tapır.  



6.

 

İmkandan artıq vəzifə: 

Taqətdən artıq təklif bu mənadadır ki, Allah 

bəndəsinə bacarmadığı bir iş tapşırsın. Sual bundadır ki, insana belə 

bir  vəzifəni  rəva  görmək  və  icra  etmədiyinə  görə  cəzalandırmaq 

olarmı?  Mötəzilə  yaxşı  və  pisin  əqli  olduğunu  qəbul  etdikləri  üçün, 

belə bir təklifi ağılasığmaz və qeyri-mümkün sayırlar. Allahın belə bir 

iş  görməsi  yolverilməzdir.  Əşairə  yaxşı  və  pisin  əqli  olmasını  inkar 

etməsi  və  bir  işin  Allaha  vacib  olmadığını  qəbul  etdiklərinə  görə, 

                                                      

13

 “Şərhul-məvaqif”, c. 8, səh. 115-116. 



14

 “əl-Lumə”, səh. 32. 

15

 “əl-Lumə”, səh. 32; “əl-İqtisad fil-itiqad”, səh. 41-46; “əl-Mətalibul-aliyyə”, c. 2, səh. 81-



87. 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 



Allah  üçün  hər  işin  mümkün  olduğuna  inanırlar,  hətta  insana 

bacarmadığını yükləsə belə. Ondan sadir olan hər əməl gözəldir

16



 



Əşəri məzhəbinin təkamülü 

Əşəri  düşünə  meydanına  elə  bir  zamanda  qədəm  qoydu  ki,  onun 

etiqadlarını  qəbul  etmək  üçün  ictimai-mədəni  şərait  tam  hazır  idi.  Digər 

tərəfdən  mötəzililərin  öz  qızıl  dövründə  kəskin  mövqe  sərgiləməsi 

müqəddəs  qəzəbləri  oyatmış,  ümumi  əhalinin  qəzəbini  də  öz  ardınca 

gətirmişdi.  Belə  bir  şəraitdə  Əşairə,  Maturidiyyə  və  Təhavinin  meydana 

gəlməsi  müsbət  qarşılandı.  Əşəri  öz  düşüncələrini  İbn  Hənbəl  görüşlərinin 

davamı  sayırdı.  O,  bu  xüsusda  deyirdi:  “Etiqad  bəslədiyimiz  din  Allahın 

kitabı,  Peyğəbərimizin  (s)  sünnəsi  və  böyüklərdən,  yəni  səhabə,  tabein  və 

hədis  öndərlərindən  nəql  edilənlərdir.  Biz  bundan  yapışmışıq.  Və  Əbu 

Abdullah  Əhməd  ibn  Məhəmməd  ibn  Hənbəlin...  dediklərinə  inanır,  onun 

əqidəsinə  zidd  olanlara  qarşıyıq”

17

.    Hənbəlilərin  ona  tərəddüd  etməsinə 



rəğmən, bu görüş o dövrün alim və fəqihləri tərəfindən müsbət qarşılandı 

və təsdiqləndi. 

Məlum olduğu kimi Əşəri təfəkkürünün yayılması və sonralar Əhli-sünnə 

məzhəbi adı alması münbit zəmindən əlavə, iki cərəyana borcludur: 

a)

 

İki ayrı sahə üzrə bu məzhəbi gücləndirən bir qrup həmfikir alim və 



ya Əşəri təfəkkürü tərəfdarlarına: 

-

 



Alimlərin  bir  hissəsi  məzhəb  xaricindən  onu  gücləndirir,  xalqı 

Əşəriliyə dəvət edirdilər. Nümunə üçün, Əbu İshaq Şirazi (vəfatı: 

476  h.q.)  fitva  vermişdi  ki,  Əşərilər  Əhli-sünnənin  dostları  və 

şəriətin  köməkləridir.  Belə  ki,  bidətçi,  qədəri  və  rafizinin 

rəddindən  ötrü  meydana  gəlmişdi.  Kim  onları  diqqətə  almasa, 

Əhli-sünnəni xırda tutmuşdur

18

.  


-

 

Digər  bir  hissəsi  isə  məzhəb  daxilindən  Əşəri  təfəkkürünün 



prinsiplərini  gücləndirməklə  məşğul  idi;  onları  təkmilləşdirir  və 

başqalarına çatdırırdılar.  

b)

 

Əşərinin dünyaya gəlməsindən və Əşəri təfəkkürünün yayılmasından 



öncə qurulan hökumətin əməli təsdiqinə. 

                                                      

16

  İmkandan  artıq  təklifin  dərəcələri  haqqında  bilmək  üçün  müraciət  edin:  “Şərhul-



məvaqif”, c. 8, səh. 200-202. 

17

 İbrahim Həsən, “Tarixul-İslam”, c. 2, səh. 162-163. 



18

 “İslam təriqətləri tarixi,” c. 1, səh. 237. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 



Əşərinin  doğumundan  on  iki  il  öncə  Mütəvəkkil  Abbasinin  taxta 

çıxması  ilə  xalq  Mötəzilə  ilə  həmrəy  və  əməkdaş  olmaqdan 

çəkinməyə başladı.  

 

Əşərinin kəlami böyükləri 

Bu  hissədə  Əşairənin  məşhur  kəlamçılarının  bir  neçəsini  –  hansı  ki, 

məzhəb  banisindən  sonra  Əşəri  kəlamının  təkmilləşməsi  və  rəvacı 

istiqamətində mühüm rol oynamışdılar – müxtəsər formada qeyd edirik: 

1.

 

Qazi Əbu Bəkr Məhəmməd ibn Təyyib Baqilani (vəfatı: 403 h.q.):

 

Bəsrədə 



dünyaya  gəlmiş  və  Bağdadda  vəfat  etmişdir.  Əşəri  kəlamçılarının 

öndərlərindəndir.  Belə  ki,  Əşairə  məktəbinin  yayılmasında  olmazın 

xidmətlər göstərmişdir. İbn Xəldun onun barəsində deyir: “Əşairənin 

kəlami məktəbinə rəhbərlik edirdi. Onda islahatlar apardı və kəlami 

sübutların  əsaslandırıla  biləcəyi  əqli  müqəddimələr  yaratdı...  lakin 

onlar  fəlsəfi  elmlərə  bənzədiyi  üçün  (əşəri)  kəlamçıları  tərəfindən 

müsbət  qarşılanmadı

19

.  Baqilanın  çoxl  təlifi  olduğunu  desələr  də 



hazırda  mövcud  olanları  bunlardır:  “İcazul-Quran”,  “Təmhidul-əvail 

və təlxisul-dəlail” və “əl-İnsaf fi əsbabil xilaf”. 



2.

 

Əbdul  Məlik  Cüvəyni  (vəfatı:  478  h.q.):

  “İmamul-hərəmeyn”kimi 

məşhurdur.  Cüvəyni  Nişapurda  dünyaya  gəlmiş,  elə  orada  da,  dini 

təhsil  almağa  başlamışdır.  Şafiinin  fiqhində  və  Əşərinin  kəlamında 

müctəhid və nəzər sahibi oldu. O, cəbr və ixtiyar məsələsində Əşəri 

nəzəriyyəsinə  qarşı  çıxaraq,  ixtiyar  nəzəriyyəsini  irarxik  və  şaquli 

səbəblər əsasında təhlil etmişdir. Buna görə də Şəhristani demişdir: 

“O, bu nəzəriyyəni ilahi hikmət sahiblərindən iqtibas etmiş və kəlam 

örtüyü altında dilə gətirmişdir”

20



Cüvəyninin  kəlam  sahəsində  ən  məşhur  iki  təlifi  –  “əş-Şamil  fi 

usulid-din” və “əl-İrşad fi usulid-din” kitablarıdır. 



3.

 

İmam Məhəmməd Qəzali (vəfatı: 505 h.q.):

 

Hicri tarixlə 450-ci ildə Tus 



ətrafında dünyaya gəlib. Dini təhsil almaqdan ötrü Nişapura yollana 

Qəzali  “İmamul-hərəmeyn”i  tanıyandan  sonra  onun  şagirdi  olur. 

Sonra  Nizamul-Məliklə  münasibət  yaradır  və  484-cü  ildə  Bağdadın 

Nizamiyyə  universitetinin  ustadı  seçilir.  O,  həyatının  otuz  altıncı 

ilində dərin fikri və ruhi böhranla üzləşir. Bu üzdən tədris kürsüsü və 

                                                      

19

 “İbn Xəldunun müqəddiməsi”, səh. 465. 



20

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 99. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 



ailə  mühitini  tərk  edərək,  on  il  müddətində  İslam  şəhərlərini 

təkbaşına  gəzib  dolaşır.  Bütün  vaxtını  təfəkkürə,  sufi  sayağı  ruhi 

riyazətlərə  sərf  etdi.  Qəzali  bu  müddətdə  ən  məşhur  kitablarını, 

xüsusilə  “İhyau  ulumid-din”i  qələmə  aldı.  Nəhayət,  499-cu  ildə 

səfərdən  dönüb  Nişapura,  tədris  etdiyi  Nizamiyyət  mədrəsəsinə 

qayıtdı


21

. Amma iki ildən sonra növbəti dəfə tədrisi tərk edərək, Tusa 

yollandı  və  505-ci  ildə  doğulduğu  vətənində  vəfat  etdi.  Qəzalinin 

kəlam  elmi  xüsusunda  iki  ziddiyyətli  nəzəri  vardır:  bir  yerdə 

afətlərindən dolayı bu elmlə məşğul olmağı qadağan edir və yalnız iki 

dəstəyə  - qəlbində  şübhə  yaranan  və  nəsihətli,  adi  sözlərə  və  eləcə 

də  Allah  Rəsulundan  (s)  nəql  edilən  xəbərlərlə  toxtamayan,  bir  də 

dini  şübhəyə  düçar  olmayıb,  lakin  kəlam  elmini  öyrənib  şübhəyə 

düşmüşə  çarə  etmək  istəyən  şəxslərə  -  kəlamı  oxumağa  icazə  verir. 

Başqa  yerdə  isə  kəlamı  tərifləyir  və  onu  öyrənməyi  vacib  bilərək, 

deyir:  “Tövhid  elmi  elmlərin  ən  əşrəfi,  ən  gözəli  və  ən  kamilidir.  Bu 

elm  zəruri  və  təhsili  –  şəriət  sahibinin:  “Elm  öyrənmək  bütün 

müsəlmanlara  vacibdir”  dediyi  kimi  –  əqli  baxımdan  hamıya 

vacibdir”

22

.  Bu  iki  nəzəri  bir  yerə  yığmaq  istəsək,  birincisi  o  dövrdə 



rəvac  tapmış  topik  arqumentlərə  əsaslanan  kəlami  metodlara, 

ikincisi kəlam elminin özünə aiddir.

 

4.

 

Fəxrəddin  Razi  (vəfatı:  606  h.q.):

 

Əşairə  məktəbinin  təfəkkürünü 



darma-dağın  edən  məşhur  əşəri  kəlamçılarındandır.  O,  fəlsəfə, 

kəlam, məntiq, əxlaq, usuli-fiqh, fiqh, riyaziyyat, astronomiya, tibb və 

s.  kimi  müxtəlif  əqli  və  nəqli  elm  ixtisasları  üzrə  təhsil  almış, 

tədqiqatlar  aparmış  və  əsərlər  yazmışdır.  Bunların  arasında  kəlam 

elminə  dair  əsərləri  daha  zəngindir.  Razinin  məşhur  kəlami 

əsərlərindən  bəziləri  bunlardır:  1.  “əl-Ərbəin  fi  usulid-din”;  2. 

“Əsasut-təqdis”  (Təsisut-təqdis);  3.  “Şərhu  Əsmaillahil-husna”;  4. 

“Muhəssilu  əfkaril-mütəqəddimin  vəl-mutəxxirin”;  5.  “əl-Mətalibul-

aliyə”.  

Fəxrəddin  Razi  qayda  və  prinsiplərdə  əşəri  məktəbinə  tabe  olsa 

da, amma öz arqumentlərində məntiq və fəlsəfədən yararlanırdı. Bu 

baxımdan Əşairə kəlamını dəyişdi və ona güc verdi.  

                                                      

21

 Müraciət edin: “İslam fəlsəfəsinin tarixi”, səh. 242-244; “İslam dünyasının fəlsəfə tarixi”, 



c. 2, səh. 518-521. 

22

 “İslam dünyasının fəlsəfə tarixi”, c. 4, səh. 541. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  11 

 

 



 

 



5.

 

Əbdul  Kərim  Şəhristani  (vəfatı:  548):

 

O,  hicri  tarixlə  479-cu  ildə 



Xorasanda yerləşən “Şəhristan”da dünyaya gəldi. Şəhristani məşhur 

“əl-Miləl  vən-nihəl”  kitabının  müəllifidir.  İslam  məzhəbləri  və 

təriqətləri mövzusunda bu təlif ən məşhur kitablardandır. O da, əşəri 

kəlamının  nəzər  sahiblərindən  olmuş  və  “Nihayətul-iqdam  fi  ilmil-

kəlam” əsərini bu xüsusda təlif etmişdir. 

ARDI VAR...



 

 

 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə