Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə20/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   16   17   18   19   20   21   22   23   ...   118

 
48 
İbrahim  50-ci  (hicri-qəməri)  ildə  anadan  olmuş  və  95  ya  96-cı  ildə  Həccacın  ölümündən 
dörd ay sonra vəfat etmişdir.  
 
3. Əhməd ibn Müfəzzəl ibn Kufi Həfri. 
Əbu  Zərə  və  Əbu  Həkim  ondan  hədis  nəql  etmiş  və  hədislərini  dəlil  gətirmişlər.  Bu  iki 
nəfər onun şiələr arasındakı mövqeyindən agah idilər. Əbu Hatəm (“Mizanul-Etidal” kitabında 
Əhmədin şərhi-halında yazıldığı kimi) belə deyir: “Əhməd ibn Müfəzzəl şiə başçılarından və 
olduqca düzdanışan adam idi.” 
Zəhəbi  “Mizanul-Etidal”  kitabında  onun  adını  çəkmiş  və  Əbu  Davud  və  Nisaiyə  dəlalət 
edən  rəmzi  adının  kənarında  yazmış  və  beləliklə  bu  iki  nəfərin  onun  sözlərinə  etimad 
etdiklərinə və ondan dəlil gətirmələrinə işarə etmişdir.  
“Səhih-Əbu Davud” və “Səhih-Nisai”də onun Suri, Əsbat ibn Nəsr və İsraildən nəql etdiyi 
hədisi tapa bilərsiniz.  
 
4. İsmail ibn Əban Əzdi Kufi Bərraq, Buxarinin “Səhih”də ustadıdır. 
Zəhəbi “Mizanul-Etidal” kitabında onun adını çəkmiş və göstərmişdir ki, Buxari və Tirmizi 
öz  “Səhih”  kitablarında  onun  sözlərinə  etimad  etmiş  və  ondan  hədis  nəql  etmişlər.  O  deyir: 
Yəhya  və  Əhməd  ondan  hədis  öyrənmiş  və  Buxari  demişdir:  “O  düzdanışandır.”  Və  başqa 
birisi demişdir: “O, şiə məzhəbindəndir və şiə olmasını izhar edir.” O, 286-cı hicri-qəməri ildə 
vəfat  etmişdir,  lakin  Qeysərani  onun  216-cı  ildə  vəfat  etdiyini  demişdir.  Qeysərani  və 
başqalarının  da  etiraf  etdikləri  kimi  Buxari  “Səhih”  kitabında  birbaşa  ondan  hədis  nəql 
etmişdir.  
 
5. İsmail ibn Xəlifə Mullai Kufi, künyəsi Əbu İsraildir və bununla məşhurdur. 
Zəhəbi  “Mizanul-Etidal”  kitabının  “əl-Kuna”  babında  onun  adını  çəkmiş  və  demişdir: 
“İnadlı şiə olub, Osmanı kafir sayanlardandır.” Çoxlu sözlər onun haqqında demişdir ki, bura 
onlardan  danışmağın  yeri  deyil.  Buna  baxmayaraq  Tirmizi  öz  “Səhih”ində  və  bir  sıra  başqa 
“sünən” yazıçıları ondan hədis nəql ediblər. Əbu Hatəm onun hədisini doğru hesab etmiş və 
tərifləmişdir.  Əbu  Zərə  demişdir:  “Düzdanışan  adamdır  və  əqidəsində  bir  növ  ifrata 
varmışdır.”  Əhməd  demişdir:  “Onun  hədisini  yazmaq  lazımdır.”  İbn  Müin  deyib:  “O, 
etimadlıdır.”  Fəlas  demişdir:  “Yalan  əhli  deyildir.”  Tirmizinin  “Səhih”ində  və  başqalarında 
olanlara  əsasən  o,  Həkəm  ibn  Üteybə  və  Ətiyyə  Ufidən  hədis  söyləyir  və  İsmail  ibn  Ömər 
Bəcəli və o təbəqədən bir qrup alim və böyük şəxslər ondan hədis nəql edirlər.  
İbn Qüteybə özünün “Əl-Maarif” kitabında onu şiə rəvayətçilərindən hesab edir.  
 
6. İsmail ibn Zəkəriyya Əsədi Xələqani Kufi. 
 Zəhəbi  onun  şərhi-halını  “Mizanul-Etidal”da  yazmış  və  demişdir:  “İsmail  ibn  Zəkəriyya 
əl-Xələqani,  kufəli,  şiə  və  düzdanışandır.”  Və  onu  “Sihahi-Sittə”nin  mötəbər  saydıqları 
kəslərdən  hesab  etmişdir.  Belə  ki,  adının  kənarında  rəmzə  işarə  etmişdir  ki,  mənası  “Sihahi-
Sittə”nin  müəllifləri  onu  qəbul  edirlər  deməkdir.  “Səhih-Buxari”də  yazılanlara  əsasən 
Məhəmməd  ibn  Suqə  və  Übeydullah  ibn  Ömərdən  və  “Səhih-Müslim”də  yazılanlara  əsasən 
Süheyl, Malik ibn Muğul və başqalarından hədis nəql etmişdir. Amma onun Asim Əhvəddən 
hədis  nəql  etdiyinin  hər  iki  “Səhih”də  mövcud  olmasına  şübhə  yoxdur.  Məhəmməd  ibn 
Səbbah  və  Əbu  Rəbi  hər  iki  “Səhih”ə  əsasən  və  Məhəmməd  ibn  Bəkkar  “Səhih-Müslim”ə 
əsasən ondan hədis nəql etmişdir.  
O,  174-cü  hicri-qəməri  ildə  Bağdadda  vəfat  etmişdir.  Onun  şiə  olması  “məruf”  və 
məşhurdur, hətta Tur tərəfdən Musanı səsləyən kəsin Əli ibn Əbu Talib olduğunu deməyi ona 


 
49 
mənsub  etmişlər  və  demişdir  ki,  əvvəl  və  axır,  zahir  və  batin  Əli  ibn  Əbu  Talibdir  (ə). 
Doğrusu  bu  iftiraları  yalançılar  bu  səbəbdən  ona  aid  etmişlər  ki,  o,  Əli  şiəsi  olmuş  və  onu 
başqalarından üstün tutmuşdur.  
Zəhəbi  “Mizanul-Etidal”da  onun  şərhi-halında  bu  batil  sözləri  nəql  edəndən  sonra  deyir: 
“Bu sözlər Xələqaninin deyil, çünki bu, dinsiz və kafirlərin sözüdür. 
 
7. İsmail ibn İbad ibn Abbas Taliqani Əbül-Qasim, “Sahib ibn İbad” adı ilə məşhurdur.  
Zəhəbi “Mizanul-Etidal”da onun adını çəkmiş və “D. T.” rəmzini adının kənarında yazmış 
və  bununla  bildirmişdir  ki,  İbn  Davud  və  Tirmizi  öz  “Səhih”lərində  ondan  rəvayət  nəql 
etmişlər. Sonra onun ədib, alim və şiə olduğunu demişdir.”
1
 
Mən deyirəm onun şiə olmasına heç kəs şübhə etməmiş və buna görə də özü və atası “Ali 
Buyə”nin  hakimiyyəti  vaxtında  cah-calala  nail  olmuşlar.  Onun  vəzirləri  arasında  ilk  “sahib” 
adını  o  almışdır,  çünki,  uşaq  vaxtından  Müəyyədüd-dövlə  onun  yaxın  yoldaşı  və  müsahibi 
olmuşdur. Buna görə də ona “sahib” adı verilmiş və bu ad ilə də məşhurlaşmışdır. O vaxtdan 
sonra vəzirlik vəzifəsinə çatan hər kəsə bu ləqəb verilirmiş. 
O,  Müəyyədüd-dövlə  Əbu  Mənsur  ibn  Rüknüd-dövlə  ibn  Buyənin  baş  vəziri  idi  və 
Müəyyədüd-dövlə 373-cü ilin Şəban ayında Qürqanda vəfat edən zaman Fəxrüd-dövlə adı ilə 
məşhur  olan  qardaşı  Əbül-Həsən  Əli  hökumət  başçısı  olsa  da  həmin  vəzifədə  saxladı.  Atası 
İbad İbn Abbas, Fəxrüd-dövlənin atası ilə yaxın və möhtərəm bir şəxs olduğu kimi, Sahib də 
onun yanında hörmətli, sözü keçən bir adam idi. 
Sahib  səfər  ayının  24-də  cümə  axşamı  (385-ci  il)  59  yaşında  Rey  şəhərində  vəfat  etdiyi 
zaman bu şəhərin bazarı və mağazaları bağlandı, ümumi tətil elan olundu. Camaat onun sarayı 
qarşısına  toplaşaraq  cənazənin  çıxarılmasını  gözləyirdilər.  Fəxrüd-dövlə,  vəzirlər  və  qoşun 
başçıları  hamı  hazır idi  və  paltarlarını  dəyişmiş,  yas  paltarı  geymişdilər.  Cənazənin  saraydan 
çıxaran vaxt hamı birdən fəryad etdi və hörmət əlaməti olaraq yeri öpdülər. Fəxrüd-dövlə özü 
başqaları kimi dəfn mərasimində piyada gedirdi və bir neçə gün yas saxladı. Şairlər ölümünə 
mərsiyələr  yazdılar,  alimlər  onu  mədh  etdilər.  Nəhayət,  ondan  sonra  gələnlər  də  onu 
tərifləmişlər. 
Əbu  Bəkr  Xarəzmi  deyir:  “Sahib  ibn  İbad  vəzirlik  “ağuşunda”  bəslənmiş,  vəzirlik 
“yuvasına”  get-gəli  olmuş  və  “vəzirlik  südünü”  çox  içmiş,  onu  atalarından  irs  almışdı.  Əbu 
Səid Rüstəmi onun haqqında yazdığı şerdə dediyi kimi:
 
«
 ًارباك ةرازولا ثرو
 
رباك نع
 
دانسلااب دانسلاا ةلوصوم
»
 
«
 و ادبع سابعلا نع يوري
 از
دابع نع ليـعاسما و هتر
»
 
“Sənədləri bir-birilə bağlı, vasitələri qırılmaz olan bir rəvayət kimi vəzirliyi böyük bir irs 
olaraq başqa bir böyükdən almışdır. İbad vəzirliyi Abbasdan, İsmail İbaddan irs almışdır.” 
Sələbi “Yətimə” kitabında onun şərhi-halında yazır: “Hələlik onun elmi-ədəbi məqamının 
üstünlüyünü  işıqlandıra  biləcək  söz  tapa  bilmirəm  ki,  onun  səxavətdə  və  yaxşı  əməllərdəki 
şöhrətini, özündə cəmlədiyi müxtəlif iftixarları açıb deyə bilsin. Bəli, belə sözlərə əlim çatmır, 
belə ki, qələmin yüksək əli onun ən aşağı fəzilət və məqamının üstünlüklərini yazmaqdan belə 
acizdir.”  Sonra  isə  o,  qələmi  onun  yaxşılıqları  və  xüsusiyyətlərini  təsvir  etmək  üçün  azad 
buraxmışdır (yəni hər nə gözəl xüsusiyyətləri varsa, onları qeyd etmişdir). 
Sahibin  qiymətli  yazıları  və  əsərləri  vardır  ki,  o  cümlədən  7  cildlik  əlifba  sırası  ilə  tərtib 
olunmuş “Əl-Mühit” lüğət kitabını göstərmək olar. 
Onun  misilsiz  kitabxanası  var  idi,  (onu  Samani  sultanlarından  olan  Nuh  ibn  Mənsura 
bildirmişdir) belə ki, Nuh bir məktubda xahiş edir ki, Sahib onun məmləkətinə gəlib vəzirlik 
                                                 
1
  Zəhəbi  “Mizanul-Etidal”da  onun  adını  İsmail  ibn  Əban  Qənəvi  ilə  İsmail  ibn  Əban  Əzdi  adlarının 
ortasında yazmışdır. Halbuki, bu səhvdir və şərhi-halında yazdıqları isə onun haqqında heç nəyi ödəmir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə