Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə34/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   30   31   32   33   34   35   36   37   ...   118

 
76 
Ətiyyə  Ufinin  şərhi-halına  qayıdaq.  Əbu  Davud,  Tirmizi  onun  hədislərindən  dəlillər 
gətirmişlər. Bu iki şəxsin “Səhih”ində İbn Abbas və İbn Ömərdən nəql etdiyi hədislər vardır.  
O,  Əli  ibn  Həsəndən,  atasından  və  behişt  qadınlarının  seyyidəsi  Zəhradan  da  hədis  nəql 
etmişdir.  Oğlu  Həsən  ibn  Ətiyyə,  Həccac  ibn  Ərtat,  Müsər,  Həsən  ibn  Üdvan  və  başqaları 
ondan hədis nəql etmişlər.  
 
59. Əla ibn Saleh Teymi Kufi. 
Əbu  Hatəm  onun  adını  çəkmiş  (“Mizanül-Etidal”da  şərhi-halında  deyildiyi  kimi)  və  onu 
xalis şiələrdən hesab etmişdir.  
Mən  deyirəm:  Buna  baxmayaraq  Əbu  Davud,  Tirmizi  onun  hədislərindən  dəlillər 
gətirmişlər  və  İbn  Müin  onu  etimadlı  saymışdır.  Əbu  Hatəm  və  Əbu  Zərə  deyiblər: 
“Hədislərinə  əməl  etməyin  eybi  yoxdur.”  Siz  onun  Yəzid  ibn  Əbu  Məryəm,  Həkəm  ibn 
Üteybədən  nəql  etdiyi  hədislərini  “Səhih-Tirmizi”  və  “Səhih-Əbu  Davud”  və  sünnə  əhlinin 
başqa hədis kitablarında mülahizə edə bilərsiniz. Əbu Nəim, Yəhya ibn Bəkir və bu təbəqədən 
digər bir qrup ondan hədis söyləmişlər. Və ibn Əla məkkəli şair Əla ibn Əbil-Abbas deyildir, 
belə  ki,  şair  Əla  Süfyan  ibn  Üyəynə  və  Süfyan  Surinin  şeyx  və  ustadlarından  və  Əbu 
Tüfeyldən  rəvayətlər  nəql  etmişdir.  Buna  görə  də  o,  Əla  ibn  Salehdən  əvvəl  yaşamışdır. 
Bundan əlavə, Əla ibn Saleh Kufə əhli, şair Əla isə Məkkə əhlidir. Zəhəbi “Mizanül-Etidal”da 
hər  ikisinin  adını  çəkmiş  və  nəql  etmişdir  ki,  hər  ikisi  şiə  şəxsiyyətlərindəndir.  Şair  Əlanın 
Əmirəl-möminin (ə) haqqında mədhləri vardır ki, onlar haqqı aşkar etməkdə kəskin və parlaq 
dəlillərdir. Onun imam Hüseyn (ə) haqqında mərsiyələri də vardır... Allah, Peyğəmbər (s) və 
möminlər buna görə ona minnətdardırlar. 
 
60. Əlqəmə ibn Qeys ibn Abdullah Nəxəi Əbu Şibl, Yəzidin oğulları Əsvəd və İbrahimin 
əmisi.  
O,  Ali-Məhəmmədin  övliyalarından  idi.  Şəhristani  “Miləl  və  Nihəl”  kitabında  onu  şiə 
adlandırmışdır.  O,  elə  hədis  başçılarındandır  ki,  Əbu  İshaq  Cüzcani  adlarını  çəkmiş  və 
demişdir:  “Bir  qrup  Kufə  əhli  var  idi  ki,  camaat  onların  məzhəbinə  (şiə  olduqlarına  görə) 
sitayiş etmirdi. Onlar Kufə hədisçilərinin başçıları idilər.” 
Əlqəmə və qardaşı Übeyy Əlinin (ə) əshabələrindən idilər və “Siffeyn” döyüşündə iştirak 
etmişdilər.  Übeyy  döyüşün  qızğın  çağında  şəhid  olmuşdur.  Çox  namaz  qıldığı  üçün  ona 
“Übeyyüs-səlat” deyirdilər. Amma Əlqəmə qılıncını o zalım və üsyançıların qanı ilə sirab etdi. 
O  həngamədə  ayağı  zədələndi.  Deməli  o,  Allah  yolu  mücahidlərindən  sayılır  və  son  nəfəsə 
qədər  Müaviyə  ilə  düşmən  olaraq  qaldı.  Bir  dəfə  Əbu  Bərdə,  Əlqəmənin  adını  Müaviyənin 
hökmranlığı  zamanında  onun  görüşünə  gedəcək  adamların  sırasında  yazdı.  Əlqəmə  razı 
olmayıb  Əbu  Bərdəyə  məktub  yazdı:  “Adımı  sil, adımı  sil.”  Bu  məsələni  İbn  Səd  “Təbəqat” 
kitabının 6-cı cildində (57-ci səh.-də) onun şərhi-halında yazmışdır.  
Sünnə  əhli  –onun  şiə  olmasından  agah  olmalarına  baxmayaraq–  onu  ədalətli  və  əzəmətli 
saymışdır. “Sihahi-Sittə” əshabələri və başçıları onun hədislərindən dəlil gətirmişlər. Siz onun 
“Səhih-Buxari”  və  “Səhih-Müslim”də  ibn  Məsud  və  Əbu  Dərda  və  Ayişədən  nəql  etdiyi 
hədislərini  mülahizə  edə  bilərsiniz.  Amma  Osman  və  İbn  Məsuddan  söylədiyi  hədislərini 
“Səhih-Müslim”də oxuya bilərsiniz. Qardaşı oğlu İbrahim Nəxəi ondan hədis nəql etmişdir ki, 
“Səhih-Buxari”  və  “Səhih-Müslim”də  vardır.  Yenə  Əbdür-Rəhman  ibn  Yəzid,  İbrahim  ibn 
Yəzid və Şəbi ondan rəvayət söyləmişlər ki, “Səhih-Müslim”də mövcuddur.  
O, 62-ci il Kufədə vəfat etmişdir. Allah rəhmət eləsin.  
 
61. Əli ibn Bədimə. 


 
77 
Zəhəbi “Mizanül-Etidal” kitabında adını çəkmiş və Əhməd ibn Hənbəldən nəql etmişdir ki, 
onun  hədisləri  yaxşı  və  onlara  əməl  olunmağa  və  dəlil  gətirilməyə  səlahiyyətlidir.  O,  şiə 
başçılarındandır.  İbn  Müindən  nəql  etmişdir  ki,  ona  etimad  bəsləmiş  və  demişdir  ki,  o, 
Əkrəmə və başqalarından hədis söyləmiş, Şöbə və Müəmmər ondan hədis nəql etmiş və adının 
yanında  rəmz  yazmaqla  hədis  kitablarını  yazanların  ondan  hədis  nəql  etmələrinə  işarə 
etmişdir.  
 
62. Əli ibn Cəd Əbül-Həsən Cövhəri Bağdadi Mövla Bəni Haşim.  
O,  Buxarinin  ustadlarından  biridir.  İbn  Qüteybə  “Maarif”  kitabında  onu  şiə 
şəxsiyyətlərindən hesab etmiş və (“Mizanül-Etidal”da şərhi-halında yazıldığı kimi) haqqında 
nəql  olunmuşdur  ki,  o,  bütün  altmış  ili  bir  gün  oruc  tutar,  bir  gün  iftar  edərmiş  (yəni  bir 
gündən  bir  oruc  tutardı).  İbn  Qeysərani  “Cəmi  beyni  ricalis-səhiheyn”  kitabında  onun  adını 
çəkmiş və demişdir ki, Buxari öz kitabında ondan on iki hədis nəql etmişdir.  
Mən deyirəm: O, 203-cü ildə 96 yaşında vəfat etmişdir.  
 
63. Əli ibn Zeyd İbn Abdullah ibn Zəhir ibn Əbu Məleykə ibn Cəzan Əbül-Həsən 
Qürəşi Teymi Bəsri.  
Əhməd İcli onu xatırlamış və demişdir: “O, şiə məzhəbinə inanırdı.” Yəzid ibn Zəri deyir: 
“Əli ibn Zeyd rafizidir.” 
Bununla belə Şöbə, Əbdül-Varis və bu təbəqədən olan tabein alimləri ondan hədis və elm 
öyrənmişlər.  O,  Bəsrənin  üç  fəqihindən  biri  olmuşdur.  Artıq  Qətadə,  Əli  ibn  Zeyd  və  Əşəs 
Hədaninin  hər  üçünün  kor  olduğu  zaman  Həsən  Bəsri  vəfat  edərkən,  Əli  ibn  Zeyddən  xahiş 
etdilər ki, onun yerinə keçsin). Bu onun fəzlinə xatir idi, çünki o, əzəmətdə elə bir mərhələyə 
çatmışdı  ki,  məclisində  yalnız  tanınmış,  böyük  şəxsiyyətlər  oturardı  və  belə  bir  mövqe 
Bəsrədə bir şiə üçün nadir hallardan sayılırdı.  
Zəhəbi  “Mizanül-Etidal”da  onun  adını  çəkmiş  və  dediklərimizi  yazmışdır.  Qeysərani 
“Cəmi beyni ricali-səhiheyn” kitabında şərhi-halını yazmış və xatırlamışdır ki, Müslim onun 
rəvayətlərini  “Sabit  Bənani”  ilə  birlikdə  nəql  etmişdir.  O,  Ənəs  ibn  Malikdən  cihadaa  aid 
rəvayətlər nəql etmişdir.  
O, 131-ci ildə vəfat etmişdir. 
 
64. Əli ibn Saleh, Həsən ibn Salehin qardaşı.  
Fəzilətlərindən  bir  qismini  qardaşı  Həsənin  şərhi-halında  yazdıq.  O,  qardaşı  kimi  şiə 
alimlərindəndir.  Müslim  və  “Səhih”ində  “büyu”  (al-ver)  fəslində  onun  hədislərindən  dəlillər 
gətirmişdir.  Əli  ibn  Saleh,  Səlmə  ibn  Küheyldən,  Vəki  isə  Əli  ibn  Salehdən  hədis  nəql 
etmişdir ki, hər ikisi şiələrdəndir.  
O və qardaşı Həsən 100-cü ildə anadan əkiz doğulmuşlar.  
O, 151-ci ildə vəfat etmişdir. 
 
65. Əli ibn Qürab Əbu Yəhya Fəzari Kufi.  
İbn Həyyan deyir: “Şiəlikdə ifrata varmışdır.”  
Mən deyirəm: Buna görə də Cüzcani demişdir: “O, süqut etmişdir, sözü qəbul olunmur və 
Əbu Davud demişdir: Hədislərini söyləmirlər. 
Amma İbn Müin və Darü-Qütni ona etimad etmiş və Əbu Hatəm demişdir: “Hədislərində 
nöqsan  yoxdur.”  Əbu  Zərə  deyir:  “Məncə  o,  düzdanışandır.”  Əhməd  ibn  Hənbəl  deyir: 
“Düzdanışandır.”  Zəhəbi  onu  “Mizanül-Etidal”da  yad  etmiş  və  “cərh  və  tədil”  imamlarının 
(alimlərinin) sözlərini eşitdiyi kimi, nəql etmiş və adının kənarında “S. Q.” əlaməti qoymaqla 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə