Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə32/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   24   25   26   27   28   29   30   31   32

2 İbn Sədin “Təbəqat” kitabında Ömərin tərcümeyi-halına baxsan, görəcəksən ki, o, Cödəyə şahidsiz-sübutsuz hədd vurdurdu. Yalnız buna xatir ki, əlinə bir vərəq düşmüşdü və orada naməlum bir şair Cödəni pis işlər görməkdə ittiham etmişdi.

3 Əgər “Səbilül-muminin” kitabını əldə edə bilməsən “Füsulul-mühimmə” kitabını əldən verməyin ki, orada heç bir kitabda olmayan çoxlu həqiqətlər vardır. Biz həmin kitabda nəssləri təvil edənlər (dəyişənlər) barəsində bir fəsil ayırmışıq ki, kitabın 2-ci çapının 44-130-cu səhifələrindəki 8-ci fəsildir. Bu halların geniş izahını orada gətirmişik.

1 İlahi, sən özün bizim fəryadımızı eşit! Biz elə 1400 ildir fəryad edirik ki, onlar Allah və Peyğəmbərin əmrlərinə tabe olmayıb, öz məsləhət bildiklərini icra etmişlər. Axı nə vaxt Allah və peyğəmbəri onları özlərinə məsləhçi seçmişdir?! Halbuki əshab arasında elə şəxsiyyətlər var idi ki, məsləhət verməyə onlardan qat-qat layiq idilər! red.

1 O həzrət Misir əhlinə yazdığı (Malik Əştərlə yolladığı) məktubunda bu mətləbə işarə etmişdir. Məktubda belə gəlmişdir: “Amma sonra Allah-təala Məhəmmədi (s) göndərdi ki, bütün ağıl sahiblərinə qorxuducu və şahid (ülgü, nümunə) olsun. Amma o həzrət dünyadan köçən gündən müsəlmanlar bir-birlərilə çəkişməyə başladılar. Allaha and olsun, əsla qəlbimdən keçmirdi ki, o həzrətdən sonra bu işi (xilafəti) məndən alalar (amma elə bu cür də oldu). Mən camaatın filankəslə beyət etmək üçün axışdığını gördükdə bu işdən əl çəkdim, dəxalət etmədim. Bu zaman gördüm ki, bir qrup İslamdan əl çəkərək camaatı Məhəmmədin (s) dinini aradan aparmağa dəvət edir. Qorxdum ki, əgər İslam və müsəlmanlara kömək etməsən (çünki görürdüm ki, yavaş-yavaş aradan getmə qorxusu yaranır) onun müsibəti, sizə hökumət etməkdən əl götürməyimin müsibətindən daha böyük olacaqdır. Çünki hökumət və vilayət bir neçə günlükdür. İlğım, ya bulud (duman) kimi tezliklə aradan gedəcəkdir. Elə buna görə o hadisələrdə batilin aradan gedərək dinin möhkəmlənməyi naminə (haqqımdan əl çəkib) işə qatlaşdım.” (Nəhcül-Bəlağə, 62-ci məktub)

1 Bu “kəlimati-qisar”dandır ki, həmin mənanı yetirir və “Nəhcül-Bəlağə”də gəlib və ibn Əbil Hədidin şərhinin 4-cü cildinin 324-cü səhifəsinə müraciət edin.

2 56-cı məktubda gəldiyi kimi.


3 20-ci məktubda onu zikr etdik.

1 23-cü məktubun axırında onu zikr etmişik. İbn Əbu Asim onu nəql etmişdir.

2 “Nəhcül-Bəlağə”, 3-cü xütbə.

3 “Nəhcül-Bəlağə”, 167-ci xütbə.

4 167-ci xütbədə olduğu kimi.

5 Nəhcül-Bəlağə, “kəlimati-qisar”, 22-ci kəlam (Seyyid Rəzi və Əbduh ona haşiyə yazmışlar).

6 “Nəhcül-Bəlağə”, 36-cı məktub.

7 26-cı xütbəyə müraciət olunsun.

1 “Nəhcül-Bəlağə”, səh. 29, 157-ci kəlam.

2 “Nəhcül-Bəlağə”, 36-cı səh, 140-cı kəlam.

3 “Nəhcül-Bəlağə”, 146-cı xütbə, 48-ci səhifənin axırı.

4 “Nəhcül-Bəlağə”, 2-ci xütbə, səh. 25.

5 “Nəhcül-Bəlağə”, 84-cü xütbə, səh.145.

1 Əbu Bəkr Əhməd ibn Əbdül Əziz Cövhəri “Səqifə və fədək” kitabında bu xütbəni Məhəmməd ibn Zəkəriyyadan, Məhəmməd ibn Əbdür-Rəhman Məhləbidən, Abdullah ibn Həmmad ibn Süleymandan (o da atasından), Abdullah ibn Həsən ibn Həsəndən, o da anası Fatimə bintül-Hüseyndən (ə), o da həzrəti Zəhradan (ə.h) nəql etmişdir. İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir (280-ci ildə vəfat etmişdir) “Bəlağətün-Nisa” kitabının 23-cü səhifəsində Harun ibn Müslim ibn Sədandan, o da Həsən ibn Elvandan, o da Ətiyyə Ovfidən nəql etmişdir ki, o, bu xütbəni Abdullah ibn Həsən ibn Həsəndən, o da anası Fatimə bintil-Hüseyndən (ə), o da cəddi Fatimədən (ə.h) onu nəql etmişdir. Şiə isə bu xütbəni Süveyd ibn Qəflə ibn Övsəcə Cöfidən, o da həzrət Zəhradan (ə.h) nəql etmişdir. Təbəri “Ehticac”, Əllamə Məclisi “Biharül-Ənvar”da və başqa etimadlı şəxslər onu nəql etmişlər.

1 “Məhəmməd”, ayə 9.

2 “Əhzab”, ayə 33.

3 Bu hadisəni ibn Əsirin “Kamil” kitabından gətirdik. Onu 23-cü il hadisələri babında (səh. 24) Ömərin tərcümeyi-halında nəql etmişdir. İbn Əbil-hədid də Ömərin tərcümeyi-halında (“Nəhcül-bəlağənin şərhi”, 3-cü cild, səh.107) nəql etmişdir.

1 İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir “Bağdadın tarixi” kitabında bu hədisi mötəbər sənədlə İbn Abbasdan nəql etmişdir. Həmçinin ibn Əlil-Hədid “Nəhcül-bəlağənin şərhi”nin 3 cildində Ömərin tərcümeyi-halında (səh. 97) onu qeyd etmişdir.

2 “Nəhcül-Bəlağənin şərhi”, İbn Əbil-Hədid, 3-cü cild, 105-ci səh. və bir çox başqaları nəql etmişlər.

3 İbn Həcər hər iki qəziyyəni (hadisəni) “Səvaiq” kitabının, “əl-məvəddətə fil qurba” ayəsinin izahında nəql etmişdir. 105-ci səhifəsinə müraciət olunsun. Darü-Qütni İmam Həsənin (ə) Əbu Bəkrlə olan cərəyanını, ibn Səd də İmam Hüseynin (ə) Ömərlə olan cərəyanını yazmışlar.

4 Səid ibn As Əbu Bəkrin xilafətini qəbul etməyib ona üç aya kimi beyət etməyən şəxslərdən idi. Bu mətləbi əhli-sünnənin böyüklərindən bəziləri qeyd etmişlər. Məsələn: İbn Səd “Təbəqat” kitabının 70-ci səhifəsində, Xalidin şərhi-halında yazmışdır ki, Əbu Bəkr Şama qoşun yetirmək istədikdə Səid ibn As üçün (onun evinə) bir bayraq göndərdi. Ömər Əbu Bəkrə dedi ki, Səidi sərkərdə etmisən, halbuki (sənin haqqında) o cür sözlər demişdir. O qədər təkid etdi ki, axırda Əbu Bəkr Əbu Ürvə Dusini göndərərək xəbər verdi ki, Peyğəmbərin (s) xəlifəsi buyurur: Bizim bayrağımızı qaytar. Səid də bayrağı ona qaytarıb dedi: Sizin vilayətiniz bizi xoşhal etmədiyi kimi, çıxarmağınız da narahat etmədi. Sonra Əbu Bəkr Səidin evinə gələrək ondan üzrxahlıq edib xahiş etdi ki, daha bu barədə Ömərlə heç bir şey danışmasın.

Şama göndərilən ordu barəsində bu hadisəni öz kitablarında yazanlar ya onu tamam qeyd etmiş və ya ona işarə etmişlər. Beləliklə, bu hadisə “müstəfiz” (yəni, çoxlu sayda nəql olunmuş) xəbərlərdəndir.



1 Hakim “Müstədrək”in 3-cü cildinin 172-ci səhifədə onu nəql etmişdir.

2 İbn Əbil-Hədid, “Nəhcül-Bəlağənin şərhi”, 3-cü cild, 254-cü səhifə.

3 67-ci məktubda Büreydə, Əbu Əyyub və Salmanın hədisini gətirdik.

4 İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir Bağdadi “Bəlağətün-nisa” kitabının 41-ci səhifəsində Şəbidən onu nəql etmişdir.

1 Bu beyt və əvvəllərdə gətirdiyimiz şerlərin hamısı tarix kitablarında, məxsusən “Cəməl” və “Siffeyn” barəsində yazılmış kitablarda gəlmişdir. Onların hamısını əllamə mühəqqiq İbn Əbil-Hədid “Nəhcül-Bəlağənin şərhi”ndə (1-ci cild, 47-50-ci səhifələrdə Misir çapı) nəql etmişdir (İmamın Əhli-beyt haqqında söhbət etdiyi xütbəsinin şərhində nəql etmişdir). İbn Əbil-Hədid onları nəql etdikdən sonra deyir: “Vəsiyyət (vəsilik) kəlməsi olan şerlər olduqca çoxdur.” Biz onlardan bəzisini Əbu Mixnəfin “Vəqətül-Cəməl” və Nəsr ibn Müzahimin “Siffeyn” kitablarından nəql etdik. Amma bu ikisindən başqa yerlərdə gəlmiş şerlər saya-hesaba sığışmır. Əgər yorucu olmasaydı, o şerlərlə səhifələr (yazıb) doldurardım.

2 Zəfərin, Xüzeymənin və Abdullah ibn Əbu Süfyanın şerini İskafi “Nəqzul-Osmaniyyə” kitabında nəql etmiş və İbn Əbil-Hədid “Qasiə” xütbəsinin şərhinin axırında (3-cü cild, səh. 258) gətirmişdir.

1 Zübeyr ibn Bukar “Müvəffəqiyyətlər” kitabında onu zikr etmiş, İbn Əbil-Hədid “Nəhcül-Bəlağənin şərhi”nin 3-cü cildinin 13-cü səhifəsində onu nəql etmişdir. Amma ibn Əbdül-birr bu qəsidəni Nömanın şərhi-halında zikr etmiş, kimə aid olduğunu göstərməmişdir. Bəli, bu cür xilaf işlər görürlər, bəli, belə də edirlər! (və kəzalikə yəfəlun).

2 İbn Əsir “Kamil”in 3-cü cildində, Osmanın şərhi-halında (74-cü səh.) bu şeri gətirmiş, lakin təhrif edərək bu cür vermişdir: “Agah olun ki, insanların ən yaxşısı üç xəlifədən sonra...”(Nə qədər gülüncdür.)

3 Zübeyr ibn Bukar “Müvəffəqiyyətlər” kitabında onu gətirmiş, İbn Əbil-Hədid “Nəhcül-Bəlağənin şərhi”ndə, 2 cilddə, 115-ci səhifədə onu nəql etmişdir.

4 Şeyx Məhəmməd Əli Həşişu Hənəfi Seydavi “Asari-zəvatis-sivar” kitabının 65-ci səhifəsinin haşiyəsində Amirin qızı Fatimə ilə Müaviyədən söhbət açarkən Müaviyənin qarşısında söylədiyi şeri nəql etmişdir.

5 Əbülfəzl Əhməd ibn Əbu Tahir Bağdadi bunu “Bəlağətun-nisa” kitabının 67-ci səhifəsində Ümmü Sənandan söhbət edərkən, həmçinin Şeyx Məhəmməd Əli Həşişu Hənəfi Seydavi “Asari-zəvatis-sivar”ın 78-ci səhifəsində bunu Ümmü Sənandan nəql etmişdir.

1 Əllamə Şeyx Məhəmməd Mahmud Rafei bu beytin şərhində belə deyir: “Vəsidən məqsəd Əlidir (Allah onun üzünü kərəmləndirsin!) onu “vəsi” adlandırmışlar. Çünki Peyğəmbər onu özünə “vəsi” seçmişdir.” Həmçinin, Büreydə atasından nəql edir ki, Peyğəmbər buyurmuşdur: لكل نبـيّ وصي و ان عليا وصي و وارثي “Hər Peyğəmbərin vəsisi vardır, mənim vəsim və varisim də Əlidir.”

Tirmizi yazmışdır ki, Peyğəmbər buyurmuşdur: من كنت مولاه فعلي مولاه “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Buxari, Səddən nəql etmişdir ki, Peyğəmbər Təbuk döyüşünə gedərkən Əlini öz yerində (Mədinədə) canişin qoydu. Əli (ə) ərz etdi ki, məni qadınlar və uşaqlar arasındamı qoyursan? Buyurdu: “İstəmirsənmi sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Yalnız bu fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur. Həmçinin ibn Qeys demişdir: نحن منا النبيّ احمد و الصدّيق منا التقي و الحلما “Peyğəmbəri-Əkrəm (s), Siddiq bizdəndir, həmçinin bizdəndir o təqvalı və agah (bilici) şəxs; و عليّ و جعفر ذو الجنا حينِ هناك الوصي و الشهداء həmçinin “Əli və Cəfər bizdəndir...” Sonra demişdir ki, bu mətləbi hamı bilir və deyir. Ardınca şerləri də şahid gətirmişdir.



2 Bu qəsidənin əvvəli olub, onun divanında gəlmişdir.

1 İraqda çap olan “Əl-huda” jurnalı bu məktubu (bu) kitabdan götürərək, iki nömrədə bu həqirin adı ilə (Əbdül-Hüseyn Şərəfüddin əl-Musəvi) nəşr etmişdir.

1 İbn Həcər “Səvaiq” kitabında və başqa böyük şəxsiyyətlərin yazdığı kimi.

1 Cübeyr ibn Hübab ibn Münzir Ənsarinin şərhi-halına (“Əl-İsabə”, 1-ci qisim) baxılsın.

2 Məsələn, Nəcaşinin “Fehrest”, “Müntəhəl-Məqal”, Şeyx Əbu Əlinin “Mənhəcül-Məqal”, Mirzə Əhməd və başqalarının bu barədə çoxlu qeydləri vardır.

1 Bir çox böyük şəxsiyyətlər, həmçinin Şeyx Bəhai “Vəcizə” kitabında bu mətləbi təsdiq etmişdir.

1 “Məcməül-Bəyan” təfsirində “Şüəra” surəsi, “məvəddət” ayəsinin təfsirinə müraciət edin.

2 Bizim əshab Əbu Həmzənin kitablarını sənədlə onun özündən nəql etmişlər ki, müfəssəl surətdə “rical” kitablarında oxuya bilərsiniz. “Risalətül-Hüquq”u Seyyid Sədrəddin Musəvi (ixtisarla) bir risalə surətində çap etdirmişdir ki, uşaqlar və yeniyetmələr onu əzbərləsinlər (nə qədər də gözəl bir iş görmüşdür, Allah ona əcr versin!).

3 Şiəyə mənsub olan “Baqiriyyə və Sadiqiyyə” barəsində danışarkən.

1 Allaha çox şükürlər olsun ki, bu kitabın haşiyəsi də sona yetdi. Verilən mənbə və izahlar kitabın nöqsanlarını aradan qaldırır. Buna diqqət yetirənlər sözümü təsdiq edəcəklər.

Haşiyələrin tamam olduğu günlə, kitabın çap olunduğu gün (1355-ci ilin rəcəb ayında) bir vaxta düşüb. Bu haşiyələr kitabın müəllifi, İslam dininin kiçik xidmətçisi, imamiyyə şiə məzhəbinin xadimi Əbdül-Hüseyn ibn Şərif Yusif ibn Şərif Cavad ibn Şərif İsmayıl ibn Şərif Məhəmməd ibn Şərif Məhəmməd ibn Şərif İbrahim yəni Şərəfüd-din ibn Şərif Zeynəlabidin ibn Əli Nurəddin ibn Nurəddin Əli ibn Hüseyn Musəvi Amilinin qələmi ilə yazılmışdır. Allah-təala onların hamısını öz lütf və mərhəməti ilə bağışlasın. Vəl-həmdulillahi əvvələn və axirən və səlləllahu əla Muhəmmədin və Alihi və səlləm.






Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə