Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə4/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   2   3   4   5   6   7   8   9   ...   32
S”

ON İKİNCİ MƏKTUB

22 Zilqədə 1329



Quran ayələrindən dəlillər.

Allaha şükür olsun ki, siz Quran elmlərindən bolluca bəhrələnmiş şəxslərdənsiniz və onun aşkar və gizli cəhətlərindən agahsınız. Amma deməliyəm ki, məgər Quranın aşkar ayələri Peyğəmbərin (s) pak Əhli-beyti barədə nazil olan qədər başqaları haqqında da nazil olmuşdurmu?

Quranın aydın ayələri Əhli-beytdən savayı başqaları haqqında “Onlar günah və çirkinlikdən uzaqdırlar” – deyə hökm edirmi?1 “Təthir” ayəsi kimin haqqında nazil olmuşdur?2 Quran onlardan savayı kimləri sevməyi vacib hesab etmişdir?3 Cəbrail “mübahilə ayəsi”ni onlardan savayı kimin haqqında gətirmişdir?4

«هَلْ اَتي هَلْ اَتي بِمَدْحِ سِواهُمْ لا وَ مَوْلي بِذِكْرِِهِمْ حَلّاها»

Məgər “həl əta...” ayəsi onların haqqında nazil olmamışdırmı? Allaha and olsun ki, yalnız onlar haqqında buyurulmuşdur.5 Məgər bunlar həmin “həblüllah” deyildirlərmi ki, Quran buyurur: وَ اعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَ لاَ تَفَرَّقُواْ “Allahın ipindən yapışın və ayrılmayın.”6 Məgər onlar həmin sadiqlər deyildirlərmi? Allah buyurur: وَكُونُواْ مَعَ الصَّادِقِينَ “Sadiqlərlə olun.”7 Məgər onlar “siratullah” deyildirlərmi ki, Allah buyurmuşdur: “Pərakəndə yol ilə getməyin, yoxsa Allah yolundan saparsınız”.1 Məgər onlar “ülul-əmr” (rəhbərlər) deyillərmi? Allah buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَ أَطِيعُواْ الرَّسُولَ و َأُوْلِي الأَمْرِ مِنكُمْ “Ey iman gətirən şəxslər, Allaha itaət edin, Peyğəmbərə və sizin özünüzdən olan rəhbərlərin əmrinə itaət edin.”2 Məgər onlar zikr əhli deyillərmi? Quran əmr edir: فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ “Əgər bilmirsinizsə zikr əhlindən soruşun.”3 Məgər onlar həmin möminlər deyillərmi ki, “Nisa” surəsinin 115-ci ayəsi o haqda belə buyurur: “Haqq aşkar olandan sonra Peyğəmbər ilə müxalifət edən və möminlərin yolundan savayı başqa bir yol ilə gedən şəxsi elə getdiyi yolla aparıb cəhənnəmə daxil edəcəyik.”4 Məgər onlar “Rəd” surəsinin 7-ci ayəsində deyildiyi kimi, Allah tərəfə “hidayət edənlər” deyillərmi? إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ “Sən yalnız qorxudansan və hər bir qövmün (dəstənin) hidayətçisi vardır.”5 Məgər onlar “O kəslər ki, Allah onlara nemət bağışlayıb”-dan deyillərmi? “Həmd” surəsi yenə onlara işarə edərək buyurmuşdur ki, “Bizi doğru yola hidayət et, nemət verdiyin kəslərin yoluna.”6 “Nisa” surəsinin 69-cu ayəsində buyurulur: “Allaha və Peyğəmbərə itaət edən kəs (qiyamət günü) Allahın onlara bol nemət verdiyi peyğəmbərlər, doğru danışanlar, şəhidlər və salehlər ilə bir yerdə olacaqlar.”7 Məgər Allah onların vilayətini bütün ümmət üçün qərar verməyibmi? Məgər Peyğəmbərdən (s) sonra müsəlmanlara vilayət və hökumət etməyi onlara aid etməmişmi? Belə isə, bu ayəni oxu: “Başçınız və rəhbəriniz yalnız Allah, onun peyğəmbəri və o kəslərdir ki, iman gətiriblər, namaz qılır və rüku məqamında zəkat verirlər; o kəslər ki, Allahın, onun peyğəmbərinin və iman gətirmiş kəslərin vilayətini qəbul edərlər (qalibdirlər, çünki) Allahın firqəsi və qoşunu qalibdir.”1

Məgər Allah rəhmət və məğfirəti əyri yoldan dönən, iman gətirən, düzgün və layiqli iş görən üçün bu şərtlə qəbul etməmişdirmi ki, gərək onların vilayətində olsunlar? Çünki Taha surəsinin 82-ci ayəsində buyurur: “Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!”2

Məgər onların vilayəti Allahın buyurduğu əmanət deyilmi: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu götürməkdən çəkindilər. Lakin insan onu qəbul etdi. Amma insan (özünə qarşı) zülmkar və çox cahildir.”3 Məgər onların vilayəti həmin “silm” deyilmi ki, Allah ona bağlanmağı əmr etmişdir? Allah buyurur: “Ey iman gətirənlər hamınız “silmə” (sülh və barışığa) gəlin, Şeytanın ardınca getməyin.”4 Məgər onların vilayəti həmin “nəim” deyilmi ki, Allah) buyurub: ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ “Mütləq o haqda sorğu-sual olunacaqsınız.5

Məgər Peyğəmbər onların vilayətinin çatdırılması və təbliği üçün məmur olmamışdımı? Məgər bu haqda Allahın Peyğəmbərə buyurduğu əmr, bir növ hədəyə bənzəmirdimi? Allah buyurmuşdur: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et (çatdır). Əgər çatdırmasan, rəsulluğunu yerinə yetirməmişsən. Allah səni camaatdan qoruyacaq.”6 Məgər Peyğəmbər “qədir” günü onun təbliğinə başlamadımı və uca səslə hamıya çatdırmadımı? Allah həmin gün (“Maidə”, 3-cü ayə) nazil etdi: “Bu gün dininizi kamil etdim və nemətimi sizin üçün tamamladım və İslamı (əbədi) dininiz kimi qəbul etdim.”1 Məgər bilmirsən ki, Allah onların vilayətini açıq şəkildə inkar edən və Peyğəmbər ilə müxalifət edən şəxslə necə rəftar etdi? O şəxs uca səslə dedi: “Əgər bu haqq olub Sənin tərəfindəndirsə, onda göydən üstümüzə daş yağdır və ya bir ağır əzab bizə nazil et.” Allah da onu göydən endirdiyi daşla “fil səhabələri”ni məhv edən kimi, yox etdi və o vaxt bu ayə nazil oldu: “O hacət istəyən kəs elə bir əzabın baş verməsini istəmişdir ki, kafirlər ondan müdafiə oluna bilməzlər.”2 Tezliklə camaat qiyamətdə onların vilayətilə bağlı sorğu-sual ediləcəklər. Saffat surəsinin 24-cü ayəsində deyilir: وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ “Onları saxlayın ki, sorğu-sual ediləcəklər.”3

Bu da təəccüblü deyildir ki, onların vilayətini hətta peyğəmbərlər elan etmək üçün göndərilmiş və Allahın höccət və canişinləri camaatı onunla tanış etməyə məmur olunmuşlar. Belə ki, deyilir: “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş.”4 Hətta bu elə şeydir ki, Allah elə “ələst” dövründən (ilk yaradılış dövrü) bu haqda əhd-peyman almışdır. Əraf surəsinin 172-ci ayəsində deyilir: “Allah insan övladı doğulmamışdan əvvəl ondan əhd-peyman aldı və onları özlərinə (bir-birinə) şahid etdi və (onlara dedi:) Mən sizin Rəbbiniz deyiləmmi? Dedilər: Bəli.”;5 “(Nəhayət) Adəm rəbbindən (nicat tapmaq üçün Əhli-beytin məqamına layiq bə’zi xüsusi) kəlmələr öyrənərək o kəlmələr vasitəsilə tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.”6 Ənfal surəsinin 33-cü ayəsində buyurulur: “Nə qədər ki, sən onların arasındasan, Allah onlara əzab verməyəcək.”7

Onlar Allah tərəfindən yer əhli üçün “aman” və Allaha yaxın olma vasitələridir. Onlar elə şəxslərdir ki, hamı onlara həsəd aparar. Allah bu haqda buyurur: “Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə camaata (Peyğəmbər və Əhli-beyti) paxıllıqmı edirlər?”1 Onlar elm əhlidirlər ki, Allah bu haqda buyurur: وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ “Elmdə sabitqədəmlər deyərlər: iman gətirdik.”2 Həmçinin bilməliyik ki, “əraf”dakılar onlardır və Allah buyurur: “Ərafda elə adamlar vardır ki, hamını simalarından tanıyırlar.”3 Onlar həmin sədaqətli və vəfalı adamlardır ki, Quran buyurur: “Möminlərdən elə adamlar vardır ki, Allahla bağladığı əhdlərinə vəfa edir, onlardan bir dəstəsi vəzifəsini başa çatdırıb (şəhid oldular), o biri dəstə isə gözləyir və onlarda (imanlarında) heç bir dəyişiklik baş verməz.”4

Onlar həmin zikr əhlidir ki, Allah onların barəsində buyurmuşdur: “Səhər-axşam onun zikrinə məşğul olarlar, o kəslər ki, ticarət, alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi gündən (qiyamət) qorxarlar.”5 Onların evləri haqqında Allah buyurmuşdur: “O evlərdə ki, Allah orada öz adının ucalı şəkildə yad olunmasına icazə vermişdir.”1 Allah “nur” ayəsində buyurur: “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah istədiyini öz nuruna qovuşdurur. Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”2

وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُون “Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)”3 “Sadiqlər”, “şahidlər”4 və “salehlər”dən məqsəd onlardır.



وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.” Bu ayə də Əhli-beyt və onların dostları haqda nazil olmuşdur.5 “Cəhənnəm və behişt əhli bərabər deyillər, behiştdə olanlar nicat tapmışlardır.”6 Bu ayə Əhli-beytlə dost və düşmən olanlar barəsindədir. Və yenə Əhli-beytə müxalif və müvafiq olanlar haqda deyilir: “Biz iman gətirən və əməli saleh olanlarla yer üzündə fəsad törədənləri eyni cürmü mühakimə edəcəyik? Pəhrizkarlarla günahkarları eyni tuturuqmu?!”1 Yenə bu iki firqə haqda deyilir: “Günahkarlar elə xəyal edirlər ki, onları iman gətirən və əməli saleh adamlarla bir səviyyədəmi görürük? Həyat və ölümləri birdirmi? Nə pis hökm edirlər!”2 Yenə Əhli-beyt və onların şiələri haqda Quranda oxuyuruq: إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.”3 Yenə onların düşmənləri haqda deyilir: “Bu ikisi düşməndirlər ki, öz yaradanları haqda düşmənçiliyə qalxıblar. Buna görə də kafir olanlara oddan paltar geyindirərik və cəhənnəmin yanar istisi onların başına töküləcək.”4 Həmçinin onların və düşmənləri barədə yenə başqa ayədə deyilir: “Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər! İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Mə’va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar). Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" – deyiləcəkdir.”5 Hacıları su ilə sirab etmək və “Məscidül-Həram”ı bərpa etmək işində fəxr edənlər haqda Allah buyurur: “Hacıları su ilə sirab etmək və Məscidül-Həramı təmir və abad etmək işini Allaha və qiyamət gününə iman gətirən və Allah yolunda cihad edən kimi sanırsınız? Bunlar Allah qarşısında bərabər deyildirlər, Allah zülmkar şəxsləri hidayət etməz.”6 Yenə də onların fədakarlıqları haqda Allah buyurur: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır.”1 Yenə buyurur: “Allah möminlərdən canlarını və mallarını alır ki, əvəzində behişti onlara bağışlasın. Onlar Allah yolunda vuruşurlar, öldürürlər və öldürülürlər. Bu, Tövratda, İncildə və Quranda yazılmış həqiqi və aydın vəddir. Öz əhd-peymanına Allahdan vəfalısı kim ola bilər?”; “Artıq siz bu müamilə (can və mal verib behişt almısınız) ilə özünüzə müjdə verin. Bu, hədsiz feyz, qələbə və nicatdır. ( Möminlər bu xüsusiyyətlərə malikdirlər:) Tövbə edən, abid, Allaha sitayiş edən, oruc tutan, rüku və səcdə edəndirlər. Onlar yaxşı işlərə dəvət edir və pis işlərdən çəkindirirlər. İlahi hüdudu hifz edən və öz mallarını gecə-gündüz, aşkar və gizli bağışlayan möminlərə müjdə ver ki, onların əcri Yaradanın yanında hifz olunur, onlar üçün qorxu yoxdur və qəm-kədər görməzlər.”2 “Sidq” və doğrunu təsdiq edənlərə Allah şahiddir. Bu haqda oxuyuruq: “ Özüylə “sidq” gətirən (Məhəmməd (s)) və onu təsdiq edənlər pəhrizkardırlar.”3 Bəli, onlar Allahın rəsulunun xalis “Rəht” qövmü və yaxın adamlarıdır ki, Allah inayətini onlardan əsirgəməmiş və buyurmuşdur: وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ “Öz yaxın adamlarını qorxut.” Həmin “yaxın adamlar”dır ki, Allah buyurmuşdur: وَأُوْلُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ “Allahın kitabında bəziləri bəzilərindən üstündür.” Quran nöqteyi-nəzərindən qohumların bəzisi digərlərindən üstün, qiyamət günü dərəcələri yüksək, Peyğəmbər dərəcəsinə layiq və nemətli behiştdə ona qovuşacaqlar. Aşağıdakı ayədə deyiləni sübut edir: “İman gətirib imanda övladları ardınca gedənlərin nəsillərini (cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovundadır.”4

Onlar elə bir haqqa sahibdirlər ki, Quran uca səslə onun ödənilməsinə əmr edir və deyir: وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ “Qohum və yaxın adamların haqqını ver.” Onlar xüms sahibidirlər ki, onu yerinə yetirmədən zimmədən (öhdədə olan şey) xilas olmaq olmaz. Allah buyurmuşdur: “Agah olun, əlinizə düşən hər bir qənimətin xümsü Allahın, Peyğəmbərin və yaxın qohumlarınındır (Əhli-beytindir).”1 Onlar “fəy” sahibləridir ki, Allah deyir: “Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə (ona (s) yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur.”2 Bu həmin Əhli-beytdir ki, Allah onlara belə xitab etmişdir: إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا “Allah istəmişdir ki, siz Əhli-beytdən günahı uzaqlaşdırsın, sizi tamamilə pak və təmiz etsin.”3 Onlar “Ali-Yasin”dirlər ki, Allah onlara salam göndərir və buyurur: سَلَامٌ عَلَى إِلْ يَاسِينَ “Ali-Yasinə salam olsun.”4 Ali-Məhəmməd onlardır və Allah onlara salam göndərməyi bəndələrinə vəzifə bilərək buyurur: إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا “Allah və mələkləri Peyğəmbərə salam göndərirlər, ey iman gətirən şəxslər, siz də ona salam göndərin.”5 Hədislərin birində deyilir: “Ey Allahın peyğəmbəri, sənə “salam”ı bildik, buyur de, sənə “salavat”ı necə göndərək? Peyğəmbər buyurdu, belə deyin: «اَللّـهُمَّ صَلِّ عَلي مُحَمَّدٍ وَ عَلي آلِ مُحَمَّدٍ» “İlahi, Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər (xeyir-bərəkət yetir)!” Bu hədisdən məlum olur ki, onlara salavat göndərmək bu ayədə əmr olunan salavatdır və buna görədir ki, alimlər bu ayəni Əhli-beytin şəninə nazil olan ayələrdən sayırlar. İbn Həcər “Səvaiq” kitabının 11-ci babında bunu onların barəsində nazil olan ayələrdən hesab edib.6

“Xoş hallarına”,7 yaxşı aqibətləri əbədi behiştdir və qapıları onların üzünə açıqdır. (Şair nə gözəl deyib:)

«مَن يُـباريهِم وَ في الشّمس مَـعني؟ مجهد مـتعب لمن باراها» “Kim onlarla müsabiqə edə bilər, halbuki günəşlə müsabiqəyə girmək istəyən çox çətin təsəvvürlə qarşılaşmışdır.”

Onlar Allahın bəndələri arasında seçilmişlər, Allahın icazəsi ilə yaxşılıqlarda hamıdan irəli olanlar, Allahın kitabının varisləridir ki, Allah onların haqqında buyurmuşdur: “Sonra “Kitabı” bəndələrimizdən seçdiklərimizə (Məhəmməd (s) və Əhli-beyti) miras verdik. Bəndələrdən kimisi özünə zülm edər (imamları tanımayanlar), kimisi mö’tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar (onlar imamları sevənlərdir) və kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (o, imamdır). Bu (Kitaba varis olmaq) böyük lütfdür!”8

Əhli-beytin fəzilətlərinə aid bu qədər ayə kifayətdir. İbn Abbas deyir ki, Əli ilə bağlı 300 ayə nazil olmuşdur.9 Bir başqası deyir: Quranın iyirmi beş faizi Əhli-beyt haqqındadır. Bu heç də təəccüblü deyildir. Çünki Əhli-beyt və Quran bir şeyin bir-birindən ayrılmaz hissələridir. Sizə zikr etdiyim bu qədər aydın ayələrlə kifayətlənin.

«هُنّ اُمّ الكتاب» Bunlar Quranın möhkəm (mə’nası aydın, hökmü bəlli) ayələridir ki, onları asanlıqla məndən al və məhəbbətlə diqqət yetir. Onları sənə bəsirətli, agah şəxs verir ki, heç kəs səni bəsirət əhli kimi xəbərdar edə bilməz. Vəssalam.

Ş”


ON ÜÇÜNCÜ MƏKTUB

23 Zilqədə 1329

Verilən qiyasın (müqayisə) nəticəsi ayələrin şəni-nüzulu haqqında söylənilən rəvayətlərin zəifliyini göstərir.

Afərin sənin qələmindən çıxan dürlərə, ondan süzülən parlaq damlalara! Mərhəba! O qətrələrlə zinətlənmiş səhifələr, ona qarşı mübarizəyə qalxmaq istəyən şəxsin təfəkkür səthindən daha yüksək, ibarətləri eyib axtaran və nöqsan tutmaq istəyən kəsin nəzərindən daha uzaq, xətləri və səhifələri – hamısı birlikdə bir hədəfə doğru addımlayır və vərəqləri müəyyən məqsədə tərəf tələsirlər. Onları oxuyanın yalnız “afərin” və “əhsən” səsi ucalacaqdır.

Bu dəfə yazdıqlarınızdan elm seli axır, dalğaları çox ucadır. Möhkəm ayələr və dəlillər gətirməklə, öhdəndə olan vəzifəni yaxşı və nöqsansız yerinə yetirmiş və heç nəyi əsirgəməmişsən. Buna görə də sənin dəlillərini rədd etmək istəyən kəs inadkarlıq, alçaqlıq və pisliyə qədəm qoymuş olar, əsassız sözlərə əl atar, batil ikən inad edər, cahil və nadan adamlar kimi zorakılığa başlayar.

Bəzən etiraz oluna bilər ki, yuxarıdakı ayələrin nazil olma səbəbləri şiə mənbələrinə əsaslanandığını doğrudur. Sünnə əhli şiə rəvayətlərinə etimad etmir və onları əsas götürmür. Belə olan halda cavab nə olacaqdır? Meyliniz varsa, cavab verin. Təşəkkür edirəm. Vəssalam.

S”

ON DÖRDÜNCÜ MƏKTUB

24 Zilqədə 1329

1. Yersiz etiraza cavab.

2. Belələri şiəlikdən agah deyildir.

3. Şiənin imtiyazı odur ki, hədisdə yalan danışmağı qəti haram bilir.

1. Etiraz edənin dəlil və müqayisəsi batil və sübutun məntiqi şəkli “suğra” və “kubra” nöqteyi-nəzərindən səhvdir.

Amma “suğra”ya gələrkən, (bu ayələrin nazil olma səbəblərini rəvayət edənlər şiələrdir) müqəddimənin batilliyi aydındır, çünki o rəvayətləri yalnız biz yox, sünnə əhlinin etimadlı və etibarlı rəvayətçiləri də nəql etmişlər və onların rəvayətləri və mötəbər kitablarına əsasən bu sahədəki rəvayətçilərinin silsilələri şiələrinkindən çoxdur. Belə ki, bu haqda “Tənzilul-ayatil-bahirə fi fəzlil-İtrətit-tahirə” (Peyğəmbərin pak Əhli-beytinin fəzilətləri haqqındakı ayələr) adlı kitabda müfəssəl bəhs etmişik. Həmçinin “Qayətul-Məram” kitabına müraciət etsəniz kifayətdir.

“Kubra”ya gəldikdə isə (sünnə əhli şiə rəvayətçilərini etibarlı saymır və rəvayətlərindən dəlil gətirmirlər) onun da batil olması daha aydındır. buna şahid sünnə əhlinin rəvayətləri və hədis kitablarıdır ki, onların raviləri sırasında şiənin məşhur və tanınmış şəxsləri doludur. “Sihahi-Sittə” və başqa kitablar şiə rəvayətçilərindən hədis nəql etmişlər, halbuki onlara eyib tutub şiə, rafizi, müxalif, ifratçı və yoldan azan deyirlər. Əslinə qalanda Buxarinin ustadlarının bir neçəsi şiə olmuş, onları rafizi, ədavət axtaran kimi təqdim etsələr də, lakin Buxari və başqalarının fikrincə, bu eyiblər onların ədalətinə xələl gətirməmiş və məhz ona görə də “səhih” kitablarında xatircəmliklə onların rəvayətlərini olduğu kimi gətirmişlər.

Deyilənlərə əsasən, “Sünnə əhli şiə rəvayətçilərinin hədislərindən dəlil gətirmir” – deyənin sözü nə qədər mötəbərdir? Xeyr, heç vaxt!

2. Etiraz edənlər bilmirlər ki, həqiqətdə şiə Peyğəmbərin (s) pak Əhli-beytinin yolu əsasında addımlayır və onların nişan və əlamətlərini özündə qoruyur. Əgər həqiqətən agah olsaydılar, bilərdilər ki, şiə yalnız Əhli-beyt imamları ilə bir olmaq və yalnız onların qədəm qoyduqları yerə qədəm qoymaq istəyir. Buna görə də onların həmin rəvayətçilər misilsiz sədaqət və əmanətdən başqa bir tərifə layiq deyil və şiənin hədis söyləyən qəhrəmanlarının pəhrizkarlıqda və ehtiyatda tayları yoxdur və təqvada, ibadətdə, gözəl əxlaqda, ürək paklığında və cihadda bənzərini tapmaq mümkün deyildir. Gecə-gündüz gördükləri işin hesabını diqqətlə izləyən, (hədislərin) hifz və qeyd olunması işində mətanətlə çalışan rəvayətçiləri heç kəs qabaqlaya bilməz və həqiqətləri bir-birindən seçmək və rəvayətlərin doğru və yanlış işində diqqət və mötəbərliyi izləməkdə onlarla bir sırada ola biləcək şəxs tapılmaz.

Lakin belələrinin vəziyyətdən xəbərsiz olması onları qaranlıq gecədəki yolçu ya qaranlıq gecədə kor ata minmiş atlı kimi etmişdir. Elə buna görədir ki, siqətül-İslam Məhəmməd ibn Yaqub Kuleyni və Səduq – Məhəmməd ibn Əli ibn Babəveyh Qummi və ümmətin şeyxi və böyüyü Məhəmməd ibn Həsən ibn Əli Tusini (Nəsirəddin Tusi) ittiham edir və onların müqəddəs və pak kitablarını yüngül sayır. Halbuki, bu kitablarda Ali-Məhəmmədin (s) elm sərvəti əmanət kimi qorunur. Şiənin yer üzündəki nümunəvi şəxsləri və elm qəhrəmanları qiymətli ömürlərini camaatın nəsihəti və təbliğinə, insanların Allah, Allahın kitabı, Allahın Peyğəmbəri ilə tanışlığın təbliğinə və müsəlmanların imamları və rəhbərlərinin nəsihətlərini yetirməyə sərf etmişlər.

3. İstər yaxşı, istərsə də pis adamlar bu pak insanların nəzərlərində yalan söyləməyin nə hökm daşıdığından agahdırlar və onların (çap olunmuş minlərlə) kitabları və yazıları şahiddir ki, onlar yalançıları lənətləyir, elan edirlər ki, “hədis”də yalan danışmaq, oda daxil olmağa səbəb olan böyük günahdır və qəsdən yalan danışmaq haqqında bu kifayətdir ki, onu orucun batil olma səbəblərindən sayır və əgər Ramazan ayında yalan deyilsə, qəza və kəffarəyə səbəb olacaq, necə ki, orucu qəsdən batil edən başqa şeylərdə də hökm eynidir. Onların fiqh və hədis kitabları bu həqiqəti aydın bildirsə də, bəs, onları hədis söyləməkdə nə üçün müqəssir sayırlar? Halbuki, onlar yaxşılar və seçilmişlərdir. Gecələr yatmayıb ibadət etmiş, həmişə oruc tutmuşlar. Necə oldu ki, Ali-Məhəmmədin (s) ən yaxşı şiələri və onların dostları müttəhimdir, amma “Xəvaric”, “Mürciə” və “Qədəriyyə” müttəhim deyillər? Bu açıq-aşkar zülm, qəbahət və alçaqlıq deyilmi? Zillət, zülm, pis aqibət, düşmənçilik və ədavətdən Allaha pənah aparırıq.

«وَ لا حَوْلَ وَ لا قُوَّةَّ اِلا بِاللهِ الْعَلِيِّ الْعَظيمِ» Vəssalam.

Ş”

ON BEŞİNCİ MƏKTUB

25 Zilqədə 1329



1. Haqqın parıltısı.

2. Sünnə əhlinin sübutlarının təfsiri haqqında xahiş və şiə rəvayətçilərini qəbul etmələri.

1. Bu məktubun dəqiq tərtib olunmuş, aydın təbirli, həzmi asan, faydalı məsələlərlə dolu, məqsədə doğru, geniş əhatəyə və uzaq üfüqə malik olub mövzuları bir-birilə bağlı və aydın idi. Əvvəldən axıradək oxuyub diqqət yetirdim. Sənin müvəffəqiyyətin məktubun məzmunundan çox aydın duyulur və haqq sözlərindən nicat çeşmələri ardıcıl axırdı.

2. Lakin sünnə əhlinin şiə rəvayətçilərindən hədis nəql etdiklərini xatırlatdığın zaman ixtisarla keçərək, ondan müfəssəl danışmadın. Sünnə əhlinin mötəbər saydıqları şəxslərin adını çəkməyiniz, onların şiə olmaları haqqındakı yazılarını və kitablarından onlardan rəvayət nəql etdiklərini xatırlatmağınız yaxşı olardı.

İndi Haqqın əlamətlərinin aşkar olması və onun nurunun parlaması naminə bu işi yerinə yetirmək imkanınız varmı? Vəssalam.

S”

ON ALTINCI MƏKTUB

2 Zilhiccə 1329

100 nəfər şiə rəvayətçisi sünnə əhlinin rəvayətçiləri arasında.

Bəli, bu qısa fürsətdə sənin əmrinə müsbət cavab verərək bir qrup şəxsləri sizə təqdim edəcəyəm, amma təfsilatsız-milansız. Çünki bu iş bir məktuba sığışmaz. İndi isə onların və atalarının adlarına əlifba sırası ilə diqqət yetirin.1


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə