Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Süleyman ibn Tərxan Teymi Bəsri, Qeysin mövlası, rəhbəri, etimadlı və görkəmli şəxslərdən biridir



Yüklə 3,93 Mb.
səhifə7/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   2   3   4   5   6   7   8   9   10   ...   32
37. Süleyman ibn Tərxan Teymi Bəsri, Qeysin mövlası, rəhbəri, etimadlı və görkəmli şəxslərdən biridir.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və “Sihahi-Sittə”nin müəllifləri və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Ənəs ibn Malik, Əbu Məcaz, Bəkr ibn Abdullah, Qütadə və Əbu Osman Nəhdidən nəql etdiyi hədisləri “Səhih-Buxari” və “Səhih-Müslimdə görə bilərsiniz. Bu saydıqlarımızdan əlavə, bir sıra başqa şəxslər haqqında da hədis nəql etmişdir.

“Səhih-Müslim” və “Səhih-Buxari”də yazılanlara əsasən oğlu Müəmmər, Şöbə və Suri ondan rəvayət söyləmişlər. “Səhih-Müslim”ə əsasən, bir qrup adamlar ondan hədis söyləmişlər.

O, 143-cü ildə vəfat etmişdir.


38. Süleyman ibn Qərm ibn Məa Əbu Davud Zəbbi Kufi.

İbn Həssan –“Mizanul-Etidal”da Süleymanın şərhi-halında yazıldığı kimi– onu yad etmiş və demişdir: “O, ifrata varmış rafizi idi.”

Mən deyirəm: Əhməd Hənbəl onu etimadlı hesab etmiş və İbn Əli –“Mizan” kitabında Süleymanın şərhi-halının sonunda yazıldığı kimi– deyir: “Süleyman ibn Qərmin hədisləri yaxşıdır. O, Süleyman ibn Ərqəmdən çox üstündür.

Mən deyirəm: “Onun hədislərini Müslim, Nisai, Tirmizi və Əbu Davud “Səhih”lərində yazmışlar. Zəhəbi “Mizanul-Etidal”da onun şərhi-halını yazanda adının yanında onların rəmzlərini qoymuşdur. Siz “Səhih-Müslim”də Əbül-Cəvabın Süleyman ibn Qərm və Əməşin Peyğəmbərdən (s) “mərfu” şəkildə çatmış hədisini görə bilərsiniz. Həzrət buyurmuşdur: «المـرء مع من احبّ» “İnsan o kəslə (qiyamətə gələcək) ki, onu sevsin.” Yenə onun “sünən” kitablarında “Sabit” və Ənəsdən Peyğəmbərdən (s) “mərfu” hədisi vardır ki, deyilir: «طلب العلم فريضةٌ علي كلّ مسلم» “Elm öyrənmək hər bir müsəlmana vacibdir.” Yenə o, Əməş, Əmr ibn Mürrə, Abdullah ibn Haris, Züheyr ibn Əqmər və Abdullah ibn Əmrdən belə nəql etmişdir: “Həkəm ibn Əbül-As Peyğəmbəri yamsılayaraq o həzrətin sözlərini Qüreyşə nəql edirdi. Peyğəmbər isə ona və qiyamət gününədək əmələ gələn bütün nəslinə lənət və nifrin etdi.”


39. Süleyman ibn Mehran Kahili Əməş Kufi.

Şiələrin böyük şeyxlərindən və hədis yazan görkəmli şəxslərdən biridir. Sünnə əhlinin bir sıra başçıları onu şiə hesab etmişlərr. İbn Qüteybə “Maarif” kitabında, Şəhristani “Miləl və Nihəl”də və başqaları bu həqiqəti etiraf etmişlər.

Cüzcani, “Mizanul-Etidal” kitabında Zübeydin şərhi-halında yazıldığı kimi – deyir: “Bir dəstə Kufə əhlindən vardırlar ki, camaat onların məzhəblərinə sitayiş etmir və onlar hədis yazanların başçılarıdır.” Misal üçün Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş və yaşıdları və qohumlarını göstərmək olar ki, camaat (çarəsizlikdən) hədisdə doğru danışdıqları üçün onları qəbul etmişdilər!”

Bundan sonra onlar haqqında dediyi sözləri isə özünün axmaqlığına dəlalət edən sözlərdir. Lakin Peyğəmbərin (s) iki qiymətli əmanəti olan “səqəleyn”i özünə rəhbər bilənlər və o həzrətin yaxınlarına məhəbbət bəsləyənlərə bu yersiz iradlar ləkə gətirə bilməz. Nasibilərin onların məzhəbinə sitayiş edib-etməmələrinin bir qorxusu yoxdur. Bunu da deməliyik ki, nasibilər onları qəbul etməkdə yalnız doğru danışdıqlarına deyil, əksinə, onlara ehtiyaclı olduqları üçün dözməyə məcbur olublar. Çünki, əgər onların hədislərini rədd etsəydilər, peyğəmbərliyə aid bütün əsərlər məhv olardı. Belə ki, Zəhəbi “Mizanul-Etidal”da Əban ibn Təğləbin şərhi-halında bunu etiraf etmişdir.

Mən belə güman edirəm, Müğeyrənin dediyi “Kufə əhlini sizin Əbu İshaq və Əməş həlak etdi!” – sözləri yalnız buna görə idi ki, onlar şiə idilər. Əbu İshaq və Əməş Peyğəmbərin (s) elm dəryaları, dininin qoruyucuları olmuşlar. Əməşin həyatında onun əzəmət və böyüklüyünü əks etdirən gerçəkliklər çoxdur. O cümlədən:

1. İbn Xəllikan “Vəfəbatül-Əyan” kitabında onun şərhi-halında yazır: “Hişam ibn Əbdül-Məlik, Əməşin yanına bir qasid göndərir ki, Osmanın hünərlərivə Əlinin pisliklərini yazsın!” Əməş məktubu alıb onu qoyunun ağzına qoyandan sonra Hişamın elçisinə deyir: “Hişam ibn Əbdül-Məlikə de ki, sənin cavabın budur.” Elçi deyir: “Hişam and içib ki, əgər cavabsız qayıtsam məni öldürəcəkdir.” O, Əməşin dostları və qardaşlarından xahiş etdi ki, onu cavab yazmağa məcbur etsinlər. Çoxlu isrardan sonra o, belə yazdı: “Bismillahir-Rəhmanir-Rəhim. Əgər Osman bütün yer üzü əhlinin hünərlərinə malik olsa belə sənə onun faydası yoxdur və əgər Əli (Allah eləməmiş) bütün dünyanın pisliyini qazansa belə sənə zərəri olmayacaqdır. Belə isə, özünə diqqət yetir və öz aqibətin haqda fikirləş. Vəssalam.”

2. İbn Əbdül-Birr1 “Camiu bəyanil-elmi və fəzlih” kitabının “ Alimlərin digər alimlər haqqında sözləri” babında Əli ibn Xəşrəmdən belə nəql edir:

Fəzl ibn Musadan eşitdim ki, deyirdi: “Əbu Hənifə ilə Əməşin görüşünə getdik. Əbu Hənifə ona dedi ki, əgər sənə zəhmət olmasaydı, görüşünə daha çox gələrdim! Əməş cavab verdi: Allaha and olsun, sən öz evində də olsan mənə əziyyətdir, o da qalmış ki, üzünü görəm.”

İbn Xəşrəm deyir: “Fəzl dedi ki, onun evindən çıxan zaman Əbu Hənifə belə dedi: Əməş Ramazan ayında heç vaxt oruc tutmayıb. İbn Xəşrəm deyir: Fəzldən soruşdum: Əbu Hənifənin bu sözü deməkdə məqsədi nə idi? Fəzl cavab verdi: Məqsədi bu idi ki, o, səhər yeməyini Hüzeyfənin hədisinə əsasən yeyir.”

Mən deyirəm: Əksinə, o, bu ayəyə əməl edirdi: وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ “...Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın.” (“Bəqərə”, 187)

3. “Vəcizə” və “Biharul-Ənvar”da Həsən ibn Səid Nəxəi, o da Şərik ibn Abdullah Qazidən nəql edir ki, Əməş xəstə olanda onun yanına getdim (həmin xəstəlikdən vəfat etdi). Şəbrəmə, İbn Əbu Leyla və Əbu Hənifə də onun görüşünə gəlmişdilər. Halını soruşanda çox zəif olduğunu bildirdi və öz günah və səhvlərindən çox qorxub ağlamağa başladı. Əbu Hənifə üzünü ona tərəf tutub dedi: “Ey Əba Məhəmməd, Allahdan qorx, özünə gəl, halına diqqət yetir. Sən Əli (ə) haqqında hədislər deyərdin, əgər onlardan inkar etsən (dönsən), sənə yaxşı olar.” Əməş ona cavab verdi: Sən bunu mənə deyirsən? Sonra onu özündən kənar edib söydü ki, deməyə ehtiyac yoxdur.

O, –Zəhəbi “Mizanul-Etidal”da dediyi kimi– etimadlı və imanlı şəxslərdən biri olmuşdur. İbn Xəlləkan Vəfayətul-Əyanda şərhi-halında deyir: “O, etimadlı, fazil alim idi.” “Sihahi-Sittə”nin müəllifləri və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Zeyd ibn Vəhəb, Səid ibn Cübeyr, Müslim Bətin, Şəbi, Mücahid, Əbu Vai, İbrahim Nəxəi və Əbu Saleh Zikrandan nəql etdiyi hədisləri və habelə Şəbi, Suri, İbn Üyəynə, Əbu Müaviyə Məhəmməd, Əbu Əvanə, Cərir və Həfs ibn Qiyasın ondan nəql etdikləri hədisləri “Səhih-Buxari” və “Səhih-Müslim”də mülahizə edə bilərsiniz.

Əməş 61-ci ildə anadan olmuş və 148-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.

Şin”



40. Şərik ibn Abdullah ibn Sənan ibn Ənəs Nəxəi Kufi, qazi (hakim) və imam.

İbn Qüteybə onu şiə şəxsiyyətlərindən hesab etmiş və özünün “Maarif” kitabında şiə olduğunu təsdiq etmişdir. Abdullah ibn İdris –“Mizanul-Etidal”da Şərikin şərhi-halının sonlarında yazıldığı kimi– Allaha and içmişdir ki, Şərik şiədir. Əbu Davud Rəhavi, (“Mizanul-Etidal”da yazıldığı kimi) Şərikdən belə eşitmişdir: «عَلِيٌّ خَيْرُ الْبَشَر فََمَنْ اَبي فَـقَدْ كَـفَر» “Əli insanların ən yaxşısıdır və bu sözü qəbul etməyən kəs kafirdir.”2

Mən deyirəm: Onun məqsədi budur ki, o həzrət –şiənin əqidəsinə görə– Allahın rəsulundan sonra ən üstün insandır. Buna görə də Cüzcani onu (Şərik ibn Abdullah) yolundan azmış bir şəxs kimi vəsf etmişdir. Əlbəttə, onun Əhli-beyt (ə) tərəfə yönəlməsinə şübhə yoxdur. Şərik Əlinin xilafətinə mötəqid və onu nəql edənlərdəndir. “Mizanul-Etidal”da deyildiyi kimi, Əbu Rəbiə Əyadi, İbn Büreydədən, o da öz atasından “məruf” şəkildə belə nəql etmişdir: «لِكُلِّ نَبِيٍّ وَصِيٌّ وَوارِثٌ وَ إنَّ عَلِـيّاً وَصِيّي وَ وارِثي» “Hər bir peyğəmbərin vəsi və varisi var, Əli də mənim vəsim və varisimdir.”

Şərik Əmirəl-mömininin fəzilətləri və hünərlərini yaymaqla Bəni-Üməyyənin burnunu ovmaq istəyirdi. Həriri “Dürrətül-Qəvvas” kitabında (İbn Xəlləkanın “Vəfayətül-Əyan” kitabında Şərikin şərhi-halında deyildiyi kimi) yazmışdır: “Şərikin Bəni-Üməyyədən olan bir dostu var idi. Bir gün Şərik imam Əli ibn Əbu Talibin (ə) fəzilətlərindən danışarkən əməvi dostu dedi: «نِـعمَ الرّجل عليّ» Əli yaxşı adam idi. Bu sözdən Şərik hirsləndi və etiraz edərək dedi: Əli haqqında yalnız “O, yaxşı adamdır” – deməklə kifayətlənmək olarmı?”

İbn Əbu Şeybə (“Mizanul-Etidal”da Şərikin şərhi-halının axırlarında yazıldığı kimi) Əli ibn Həkimdən, o da Əli ibn Qadimdən belə nəql edir: “İtab bir kişi ilə Şərikin yanına gəlib ona dedi: Camaat deyir ki, sən xilafət məsələsində şübhə və tərəddüd edirsən. Şərik cavabında dedi: Ey axmaq! Şübhə nədir, halbuki Əli (ə) ilə birgə olub, qılıncımla əlimi onların (xəlifələrin) qanına boyamağı arzulamışam.”

Şərikin həyat tərzini araşdırmaq istəyən hər bir şəxsə onun Əhli-beyti sevməsi və Əhli-beyt dostlarından çoxlu rəvayətlər nəql etməsi məlum olar. Oğlu Əbdür-Rəhmandan –“Mizanul-Etidal”da onun şərhi-halında yazıldığı kimi– deyir: “Atam, Cabir Cöfidən on min məsələ və on min çətin, dolaşıq mətləb öyrənmişdir.” Abdullah ibn Mübarək (“Mizanul-Etidal”da yazıldığı kimi) deyir: Şərik Kufə alimlərindən olan Süfyandan daha çox savadlı idi. O, Əli (ə) ilə müxalifətdə olanların qəddar düşməni və onları çox pisləyirdi.” Əbdüs-Səlam ibn Hərb ona dedi: “Qardaşlardan biri ilə görüşmək istəyirsənmi? Dedi: Kimdir? Dedi: Malik ibn Moğul1. Cavab verdi: Əmmara eyib edən və onları kiçik sayan şəxs mənim qardaşım deyil.” Bir dəfə onun yanında Müaviyədən söz düşəndə kimsə onu həlim adam kimi vəsfləndirərkən, Şərik dedi: “Haqqı tanımayan, özünü onun qarşısında axmaqlığa vuran və Əli ibn Əbu Taliblə döyüşən şəxs həlim deyil.”2

Şərik o kəsdir ki, Asim, Zərr və Abdullah ibn Məsuddan “məruf” şəkildə rəvayət nəql etmişdir. Nəql etdiyi rəvayətlərdən birində Peyğəmbər (s) buyurmuşdur: “Müaviyəni mənim minbərimdə görən zaman onu öldürün.”3 Onunla Məsəb ibn Abdullah Zübeyri arasında Mehdi Abbasinin hüzurunda mübahisə oldu, belə ki, (“Vəfayətül-Əyan”da Şərikin şərhi-halında nəql etmişdir) Məsəb ona dedi: “Sən Əbu Bəkr və Ömərə eyib tutan və onları tənqid edənlərdənsən...”

Mən deyirəm: Buna baxmayaraq Zəhəbi onu doğru hafiz və imam kimi vəsf etmişdir. O, İbn Müindən nəql edir ki, Şərik etimadlı və düzdanışandır və şərhi-halının sonunda demişdir ki, Şərik elmi qoruyanlardandır. İshaq Ərzəq ondan doqquz min hədis öyrənmişdir və Əbu Tövbə Hələbidən nəql edir ki, biz Rəmlədə idik, söhbət düşdü ki, hazırda ümmətin mərd adamı kimdir? Bir qrup adam dedi: İbn Ləhyə, başqa bir qrup Malikin adını çəkdilər. Bu sualı İsa ibn Yunis ilə bir-birimizə verdik. O dedi: Bu gün ümmətin mərd adamı Şərikdir. Şərik bu vaxt sağ idi.

Mən deyirəm: Şərikin hədislərini Müslim və “Sünəni-Ərbəə” yazıçıları nəql etmişlər. Siz onun Ziyad ibn Əlaqə, Əmmar Dəhni, Hüşam ibn Ürvə, Yəla ibn Əta, Əbdülməlik ibn Ümeyr, Əmarə ibn Qəqa, Abdullah ibn Şəbrəmədən nəql etdiyi rəvayətləri və İbn Əbu Şeybə, Əli ibn Həkim, Yunis ibn Məhəmməd, Fəzl ibn Musa, Məhəmməd ibn Saleh və Əli ibn Həcərin ondan nəql etdikləri hədisləri bu yazıçıların kitablarında oxuya bilərsiniz.

O, 95-ci ildə Xorasanda, ya da Buxarada doğulmuş və 177, yaxud 178-ci il Zilqədənin birinci şənbəsi Kufədə vəfat etmişdir.


41. Şöbə ibn Həccac Əbülvərd Ətki, Vasit əhli, Bəsrə sakini, künyəsi Əbu Bəstam.

O, İraqda hədisçilərin tərcümeyi-halını tədqiq edən və araşdıran ilk şəxslərdəndir və zəif rəvayətçi və hədisçiləri qəbul etməzmiş. Sünnə əhlinin bir sıra başçı və rəhbərləri, o cümlədən İbn Qüteybə “Maarif” və Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə hesab etmişlər. “Sihahi-Sittə”nin müəllifləri və başqaları onun hədislərindən dəlil gətirmişlər. Onun hədisləri “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Bu iki kitabda Əbu İshaq Səbii, İsmail ibn Əbu Xalid, Mənsur, Əməş və bir çox başqalarından hədis nəql etmiş və Buxari və Müslimin fikrincə, Məhəmməd ibn Cəfər, Yəhya ibn Səid Qəttan, Osman ibn Cəbələ və başqaları ondan rəvayət nəql etmişlər. Allah rəhmət eləsin.

Sad”

42. Səsəə ibn Suhan ibn Həcər ibn Haris Əbdi.

İbn Qüteybə “Maarif” kitabının 206-cı səhifəsində onu məşhur şiə şəxsiyyətləri arasında qeyd etmiş və İbn Səd “Təbəqat”ın altıncı cildinin 154-cü səhifəsində deyir: “O, Kufədə Əmirəl-mömininin (ə) ordusunda olub hərbi layihə və xəritələr üzrə xüsusi savada malik idi. O, bacarıqlı xətib və Əlinin (ə) əshabələrindən idi. O və qardaşları Zeyd və Seyhan “Cəməl” döyüşündə Əli (ə) və onun qoşunu ilə bir yerdə idilər. Seyhan Səsəədən əvvəl xətib və natiq olmuşdur, (xütbə və natiqlik vəzifəsi onun öhdəsində idi). “Cəməl” döyüşündə bayraq onun əlində idi. Şəhid olduqda,1 qardaşı Zeyd bayrağı əlinə aldı və o da şəhid oldu. Bu vaxt Səsəə irəli gedib bayrağı əlinə aldı.” İbn Səd yenə əlavə edir: “Səsəə Əlidən (ə) və Abbasdan nəql etmişdir. O, etimadlı şəxs idi, lakin az hədis söyləmişdir...” İbn Əbül-Birr “İstiab” kitabında demişdir: “O, Peyğəmbər (s) vaxtında müsəlman olmuş, lakin Peyğəmbər ilə görüşə bilməmişdir. O zaman onun yaşı az idi.”

O, öz qəbiləsi Əbdü-Qeysin ağası və başçısı olub, gözəl danışıq qabiliyyətinə malik xətib, bacarıqlı natiq, ağıllı, rəvandilli, fazil bir dindar idi. O, Əlinin (ə) səhabələrindən sayılırdı. Yəhya ibn Müin deyir: “Səsəə, Zeyd və Seyhan, Suhanın övladları olub hamısı xətib və natiq idilər. Zeyd və Seyhan Cəməl döyüşündə qətlə yetirilmişlər. Sonra nəql edir: Ömər öz xilafəti dövründə bir çətinliklə üzləşdi ki, camaatın arasında ayağa qalxıb onun həlli üçün çıxış yolu istədi. Yeniyetmə cavan olan Səsəə ayağa qalxdı, sükutu pozaraq doğru və aydın çıxış yolunu göstərdi. Hamı onun dediyi ilə razılaşdı və onun fikrinə əsasən, iş gördülər.”

Bu heç də təəccüblü deyil, çünki Suhanın oğulları ərəb başçılarından olub, fəzilətli və əzəmət qütbləri hesab olunurdular. İbn Qüteybə özünün “Maarif”2 kitabının məşhur şəxslər babında onları əyanların əshabələri kimi vəsf edərək demişdir: “Suhanın oğulları Zeyd ibn Suhan, Səsəə ibn Suhan və Seyhan ibn Suhandan ibarətdir. Onlar Bəni Əbdi-Qeys qəbiləsindəndirlər. Amma Zeyd yaxşılardan idi. Bir hədisdə deyilir ki, Peyğəmbər (s) buyurub: “Zeyd əli kəsilən o yaxşı adam və Cündəbdən olmaz, necə Cündəb! Peyğəmbərə (s) ərz olundu: Necə oldu ki, yalnız bu iki şəxsi xatırladınız? Buyurdu: O ikisindən birinin əli otuz il özündən əvvəl behiştə gedəcək, o birisi isə elə bir zərbə vuracaq ki, o zərbə ilə haqq batildən ayrılacaq.” O, əlavə edir: “O iki nəfərdən biri Zeyd ibn Suhandır ki, “Cəlula” döyüşündə əli kəsildi. O, “Cəməl” döyüşündə də Əlinin (ə) yanında idi və həzrətə ərz etdi: Ey Əmirəl-möminin (ə), mən bu dəfə özümü ölmüş görürəm. İmam ona buyurdu: Ey Əbu Süleyman, haradan bilirsən? Dedi: Yuxuda gördüm ki, kəsilmiş əlim göydən nazil olub, məni öz tərəfinə çəkib aparmaq istəyir. Əmr ibn Yəsribi onu bu döyüşdə şəhid etdi. Əmr onun qardaşı Seyhanı da “Cəməl” günü öldürdü.”

Mən deyirəm: Peyğəmbərin (s) Zeydin əlinin digər bədən üzvlərindən əvvəl behiştə getməsi haqqında xəbər verməsi müsəlmanların fikrincə, nübüvvət əlaməti, İslamın möcüzələri və haqq əhlinin dəlillərindəndir. Zeydin şərhi-halını yazanlar bunu qeyd etmişlər. Şərhi-halı üçün “İstiab”, “Əl-İsabə” və başqa kitablara müraciət edə bilərsiniz. Hədis yazanlar bu hədisi öz təriqi ilə nəql etmişlər. Deməli, Zeyd şiə olduğu üçün ona Peyğəmbər tərəfindən behişt müjdəsi verilmişdir. Vəl-həmdu lillahi rəbbil-aləmin.

Əsqəlani “Əl-İsabə”nin üçüncü cildində Səsəənin adını çəkmiş və demişdir: “O, Osman və Əlidən rəvayət nəql etmiş, “Süffeyn”də Əli ilə bir yerdə olmuşdur. O, natiq və fəsahətli bir şəxs idi. Onun Müaviyə ilə qarşıdurmaları vardır.” Əsqəlani deyir: “Şəbi demişdir ki, mən xütbə və natiqliyi Səsəədən öyrənmişəm.”1 Əbu İshaq Səbii, Minhal ibn Əmr, Abdullah ibn Büreydə və başqaları ondan rəvayət nəql etmişlər. O, əlavə etmişdir ki, Əlai, Ziyadın xəbərlərindən yazır: Müğeyrə Müaviyənin əmri ilə Səsəəni Kufədən Əl-cəzirəyə (İraqın şəhərlərindən biri) yaxud Bəhreynə sürgün etdi və elə orada da vəfat etdi. Yenə qeyd edir ki, o, “ibn Kafan” adasına sürgün edilib və orada vəfat etmişdir (Əbuzərin Rəbəzədə dünyadan getdiyi kimi). Zəhəbi Səsəənin adını çəkmiş və demişdir: “Məşhur və etimadlı şəxs idi və İbn Səd və Nisai onun etimadlı olmasını nəql etmiş və adının yanında rəmz qoymuşlar ki, bu da Nisainin onun rəvayətlərindən dəlil gətirməsinə işarədir.”

Mən deyirəm: Onun hədislərini nəql etməyənlər ona yox, özlərinə zülm ediblər: وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

Ta”



43. Tavus ibn Qeysani Xülani Həmədani Yəmani Əbu Əbdür-Rəhman.

Anası farsdır, atası isə “Nümeyr ibn Qasit” qəbiləsindən Mövla Bəcir ibn Risan Himyəridir. Sünnə əhli onu qətiyyətlə şiə sələflərindən hesab etmiş, Şəhristani “Miləl və Nihəl”də və İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən bilmişlər. “Sihahi-Sittə” əshabələri və başqaları onun hədislərindən dəlil gətirmişlər. İbn Abbas, İbn Ömər, Əbu Hüreyrədən nəql etdiyi hədislərini “Səhih-Müslim” və “Səhih-Buxari”də oxuya bilərsiniz. “Səhih-Müslim”də onun Ayişə, Zeyd ibn Sabit və Abdullah ibn Əmrdən nəql etdiyi hədisləri mövcuddur.

Buxarinin fikrincə, yalnız Zəhri, Tavusdan hədis nəql edib və Müslimin fikrincə, yalnız bir sıra böyük şəxsiyyətlər ondan hədis söyləmişlər.

O, həccə gedən zaman Məkkədə “tərviyə”dən (Zilhiccə ayının yeddinci günü) bir gün əvvəl 104-cü, ya 105-ci ildə vəfat etmişdir. Abdullah ibn Həsən ibn Əmirəl-möminin (ə) onun cənazəsini camaatın izdihamı arasında çiyninə götürən gün çox əzəmətlə yad edilir. Camaat o qədər çox idi ki, əmmaməsi başından düşdü və əbası arxadan cırıldı.1


Za”

44. Zalim ibn Əmr ibn Süfyan Əbül-Əsvəd Duəli.

Şiəlikdəki vəziyyəti, Əli, Həsən, Hüseyn və Əhli-beytin başqa şəxslərinə sədaqəti günəşdən də aydındır və bəyana ehtiyac yoxdur. Biz onun haqqında “Müxtəsərül-Kəlam”2 kitabında müfəssəl bəhs etmiş və qeyd etmişik ki, onun şiəliyi elə bir həqiqətdir ki, heç kəs ona zidd çıxmamışdır. Buna baxmayaraq “Sihahi-Sittə”nin müəllifləri hədislərindən dəlil gətirmişlər. “Səhih-Buxari”də Ömər ibn Xəttabdan nəql etdiyi hədisləri oxuya bilərsiniz. “Səhih-Müslim”də Əbu Musa, İmran ibn Həsindən söylədiyi rəvayətləri oxumağa dəyər. Yəhya ibn Yəmurun ondan nəql etdiyi rəvayətlərini “Səhih-Müslim” və “Səhih-Buxari”də tapmaq olar. “Səhih-Buxari”də Abdullah ibn Büreydə və “Səhih-Müslim”ə əsasən, oğlu Əbu Hərb ondan rəvayət nəql edibdir.

O, 99-cu il Bəsrədə kütləvi “taun” xəstəliyindən 85 yaşında vəfat etdi. Allah rəhmət eləsin. O, Əmirəl-möminindən (ə) öyrəndiyi əsas qaydalara riayət edərək “Nəhv elmi”nin əsasını qoydu. Biz onun şərhini “Müxtəsərül-Kəlam” kitabında vermişik.

Eyn”



45. Amir ibn Vaillə ibn Abdullah ibn Ömər Leysi Əbu Tüfeyl.

Məkkə əhlindən olan Əbu Tüfeyl “ühüd” ilində anadan olmuş və ömrünün səkkiz ili Peyğəmbərin (s) dövrünə təsadüf edir. İbn Qüteybə “Maarif” kitabında “ifratçı rafizilər” bəhsində onu bu qrupun ilk şəxslərindən hesab edib xatırlamışdır ki, Muxtarın bayrağı onun əlində olmuş və səhabələrdən vəfat edən sonuncu şəxsdir. İbn Əbdül-Birr “İstiab” kitabının “künyələr” hissəsində demişdir: “O, Kufədə yaşamış və hər yerdə Əli (ə) ilə bir yerdə idi. Əli (ə) şəhid olduqdan sonra Məkkəyə getdi.” Sonra yazır: “O fazil, ağıllı, hazır-cavab, fəsih danışan və Əlinin xalis şiələrindən idi.” Sonra əlavə edir: “Bir gün Müaviyə Əbu Tufeyldən soruşdu: Sənin Əbül-Həsən dostun ilə əlaqən necədir? Cavab verdi: Musanın anasının Musaya olan əlaqəsi kimi, bu fərq ilə ki, Allahın dərgahında Əliyə (ə) qarşı olan vəzifəmi yerinə yetirərkən etdiyim təqsirlər üçün xəcalət çəkirəm və üzr istəməyə də utanıram. Müaviyə ona dedi: Sən Osmanı mühasirəyə alanların arasındaydınmı? Dedi: Xeyr, lakin orada idim. Müaviyə dedi: Bəs niyə ona kömək etmədin? Əbu Tüfeyl cavab verdi: Bəs sən niyə kömək etməyib onun ölümünü gözləyirdin? Halbuki Şam əhli ilə birgə və hamı da sənə tabe idi. Məqsədin nə idi? Müaviyə dedi: Məgər görmədinmi ki, mən (sonradan) onun qanını (intiqamını) almaq istəyirdim? Budur mənim köməyim. Əbu Tüfeyl cavab verdi: Bu söz Əxvəcəfin sözünə bənzəyir: «لَأَلْـفيتُك بعد الموت تَـندُبني و في حياتي ما زودتني زادا» “Görürəm ki, mən öləndən sonra mənə ağlayırsan, halbuki diriliyimdə heç bir köməyə hazır deyildin.”

Zöhri, Əbu Zübeyr, Cəriri, İbn Əbu Həsin, Əbdül-Məlik ibn Əbcər, Qütadə, Məruf, Vəlid ibn Cəmi, Mənsur ibn Həyyan, Qasim ibn Əbu Bərədə, Əmr ibn Dinar, Əkrəmə ibn Xalid, Külsüm ibn Həbib, Fərat Qəzzaz və Əbül-Əziz ibn Rəfi ondan hədis nəql etmişlər. Onların bu hədisləri “Səhih-Müslim”də vardır. Orada Əbu Tüfeyl həcclə bağlı Allahın rəsulundan hədis nəql etmişdir ki, elə Peyğəmbərin (s) bir çox xüsusiyyətlərini açan odur. O, “namaz” və “nübüvvətin əlamətləri” haqqında Məaz ibn Cəbəldən və “qəza və qədər” haqqında Abdullah ibn Məsuddan rəvayətlər söyləmişdir. O, Əli (ə), Hüzeyfə ibn Üseyd, Hüzeyfə ibn Yəman, Abdullah İbn Abbas, Ömər ibn Xəttabdan hədis nəql etmişdir. Bu Müslimin hədislərini tədqiq edənlərin məlumatıdır. Onun “Səhih”ində olan hədislərin şəxslərinin sənədlərini tədqiq edənlər bunu yaxşı bilirlər.

Əbu Tüfeyl Məkkədə 100-cü ildə, ya neçə nəqlə əsasən, 102-ci, 107-ci və ya 110-cu ildə vəfat etmişdir. İbn Qeysərani onun ölümünün 120-ci ildə olduğunu demişdir. Allah rəhmət eləsin.


46. İbad ibn Yəqub İslami Rəvacini Kufi.

Darü-Qütni deyir: “İbad ibn Yəqub düzdanışan şiədir.” İbn Həyyan demişdir: “İbad ibn Yəqub rafizilərin əqidələrinə dəvət edənlərdən idi.” İbn Xüzeymə deyir: “Bizə hədisdə etibarlı olan bir nəfər hədis nəql etdi ki, dinində günahkardır (yəni, İbad ibn Yəqub).”

İbad həmin kəsdir ki, Fəzl ibn Qasimin sənədi əsasında Süfyan Suridən, o da Zübeyddən, o da Mürrədən bu rəvayəti nəql etmişdir: “İbn Məsud bu ayəni belə oxumuşdur: «وكَفي الله المؤمنينَ القتالَ بعليّ» “Allah möminləri Əlinin (ə) vasitəsilə müharibədən xilas etdi.” Yenə o aşağıdakı rəvayəti Şərikdən, o, Asimdən, o, Zərrdən və o da Abdullah ibn Məsuddan nəql etmişdir ki, Peyğəmbər (s) buyurmuşdur: “Müaviyəni mənim minbərimdə görsəniz onu öldürün.” Bu rəvayəti Təbəri və başqaları da nəql etmişlər.

İbad həmişə deyərdi: “Hər kəs gündəlik namazında Ali-Məhəmmədin (s) düşmənlərindən uzaqlaşmasa, qiyamət günü onlarla (Ali-Məhəmmədin düşmənləri ilə) olacaqdır.” Deyirdi: “Allah daha adildir ki, Əli (ə) ilə beyətdən sonra onunla vuruşan Təlhə və Zübeyri behiştə aparsın.”

Saleh ibn Cəzrə deyir: “İbad ibn Yəqub Osmanı söyürdü və Əhvazlı Ubbad tərəfindən nəql etmişdir ki, İbad ibn Yəqub keçmişdəkiləri (yəni Əlinin haqqını qəsb edənləri) söyürdü.”

Mən deyirəm: Bütün bu deyilənlərə baxmayaraq sünnə əhlinin imamları, o cümlədən Buxari, Tirmizi, İbn Macə, İbn Həzimə və İbn Davud ondan hədis və elm öyrənmişlər. Deməli o, onların ustadı və etimadlı bir şəxs olmuşdur. Əbu Hatəm onun adını çəkmiş (bu qrup ilə müxalifətdə olmasına və onları qəbul etməmək üçün bəhanə axtarmasına baxmayaraq) və demişdir: “Təvazökar və etimadlı bir şəxs olmuşdur.” Zəhəbi “Mizanül-Etidal”da onun haqqında demişdir: “O, ifrat dərəcədə şiə və bidətçilərin başçılarındandır, lakin hədisdə sadiq və düzdanışandır.” Bizim dediklərimizi onun şərhi-halında nəql etmişdir. Buxari “Səhih”inin “tövhid” hissəsində heç bir vasitə olmadan ondan hədis nəql etmişdir.

O, 250-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin. Amma “dənizin qazıntısı” və onun suyunun cərəyanına aid Qasim ibn Zəkəriyya Mirtəzin onun haqqında dediyinin aydınca yalan olduğunu bilirik və alçaq şəxslərin möminlərə aid dedikləri sözlərdən Allaha pənah aparırıq: وَاللّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ
47. Abdullah ibn Davud Əbu Əbdür-Rəhman Həmədani Kufi.

O, Bəsrənin “Hərbtə” nahiyyəsinin sakini idi. İbn Qüteybə “Maarif” kitabında onu şiə hesab etmişdir. Buxari öz səhihində hədislərindən dəlil gətirmişdir. Onun Əməş, Hişam ibn Ürvə, İbn Cərihdən nəql etdiyi hədislərini orada görə bilərsiniz. “Səhih-Buxari”də yeri gəlmişkən Müsəd, Əmr ibn Əli və Nəsr ibn Əli ondan hədis nəql etmişlər.

O, 212-ci ildə vəfat etmişdir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə