34
mәnә cacıq kәtirәr, n ә cür soyulub yeyilmәsini dә öyrәdәrdi. Tәr vaxtı
yediyim cacığın xırtıl - tısı һәlә dә yadımdadır.
Babamın qoruduğu bostanda lobya, maş, gülül, noxud, mәrcimәk dә
һasilә gәlir.
Kolxozun buzovunu otardığım vaxt göbәlәk dә yığardım, donbalan da.
Göbәlәk yazda da olur, payızda da. Donbalan b әzәn һәr il olur, birdәn dә üç
il dalbadal bitmir. İkisi dә yemәlidir. Әlәlxüsus qovurub üstünә yumurta
çırpandan sonra...
Babamın һәyәtindә yeralması da bitir, günәbaxan da, qarğıdalı da.
Qarğıdalı ilә günәbaxan yayda bitir. «yeralmasının üstünә qırov düşmәsә
başını kәsmәzlәr», — deyә babam payızın axırlarında şiv qalxmış budaqları
kәsәr, bir һәftә sonra qazıb yeralmalarını çıxarar, uşaqların һәrәsinә birini
«nübar elәyin»—deyә verәr, qalanını quyuya töküb qış üçün saxlardı. Alma
dadı verәn bu bitki һәm kökü, bir az da çuğunduru xatırladır.
Babamın bağçasındakı ağacların һamısını tanıyıram. Kәndimizin
qabağından axan çaydan adlayıb bir az yuxarı qalxandan sonra qalın meş әyә
girirsәn. Ağaclar var ki, başına baxanda papağın düşür.
Bağçamızdakı meyvәlәrin һamısına babam peyvәnd, meşәdә bitәnlәrә cır
deyәrdi. Peyvәndlәr iri, dadlı, çırlar kiçik, turş olur.
Bağçamızdakı almalar cürbәcürdür. Orasını da deyim ki, babamgilin
kәndi meyvәçiliklә mәşğul olmur. O sәbәbdәn meyvәlәrin növü barәdә
mәlumatım azdır.
Qızılarmudla sarıgilas, iri gilәnarla peyvәnd zoğal, gülöyşә narla
kәһrәba һeyva һәyәtin zinәtidir, Başqa ağaclara atlanmış qaraşirә,
keçiәmcәyi, һazarı üzümü ilә xurma әzgildәn ayrıldığım illәri ömrümdәn
saymıram. Sarı, qırmızı, göy alçalar, yetişdikcә rәngi dәyişәn gavalılar,
kәtan-kәtan cö vüzlәr, nazikqabıq fındıqlar, odun üstünә atanda bağırtısı
uzaqdan eşidilәn şabalıdlar indi dә yadıma düşәndә mәnә lәzzәt verir.
Şaһ tut, qara tut, bidanә tut, xar tut! Hәrәsinin dadı başqa, rәngi özgәdir.
Meşәlәrin һörmәtli qonağı sayılan, qaragöz böyürtkәnlәr, qırmızıyanaq
35
çiyәlәklәr, moruqlar, xallı qarağatlar, yemişәnlәr nә qәdәr dadlı, lәzzәtli vә
yaraşıqlı olurlar.
Babamın xüsusi otaqda yetişdirdiyi sarı limon, portağal, mandarinlәr!
Sizdәn yana һәm nigaranam, һәm d ә bәrk q әribsәmişәm.
Güneylәrdә qızaran mәrmәriklәr, һәmәrsinlәr! Tamarzı qalmaqdan tәngә
gәlib, bu il özümü yanınıza salacağam!..
Meyvәlәr, tәrәvәzlәr, göyәrtilәr barәdә bildiklәrim bu q әdәrdir. Yaxşı
olar ki, yay tәtili vaxtında һәr bir şagird bacardığı qәdәr nümunә gәtirib
tәbiәt guşәsinә qoysun».
Müәllim Eyvazın yazısını oxu yandan sonra divar qәzetinin növbәti
nömrәsindә çap etdirdi. Şәklini isә yazının böyrünә yapışdırdı.
36
ÖZÜ ÜÇÜN YONAN KƏRKĠ
(Nağıl)
Biri vardı, biri yoxdu, bir xarrat vә onun usta alәtlәri vardı. Xarrat
alәtlәrin, alәtlәr dә xarratın dilini çox gözәl bilirdi. Ustanın alәtlәrsiz,
alәtlәrin dә ustasız iş görmәk әllәrindәn gәlmirdi. Onlar һәmişә birlikdә
evdәn çıxıb işlәmәyә gedәr, tәzә tikilmiş binalara qapı-pәncәrә düzәldib
salar, taxta yonub döşәmә, tavan düzәldәrdilәr.
Bir gün yenә xarrat öz alәtlәrini: mişarını, baltasını, dәһrәsini, zubulunu,
guppununu,
çәkicini, kәlbәtinini, iskәnәsini, yiyәsini, burğusunu,
törpüsünü, rәndәsini, kәr gisini götürüb yola düşdü. O, dülgәr dostlarını da
sәslәyib, bir evin qapı-pәncәrәsini, döşәmә- tavanını düzәltmәyә gәldi.
Xarrat һәr bir alәti lazımi yerinә qoydu.
Hәyәtin yuxarı tәrәfindәki taxtalara söykәdilmiş mişar, iti iri dişlәrini
elә şax tutmuşdu ki, görәn deyәrdi, bu dәqiqә iki adam gәlib onu götürәcәk,
һәrәsi bir tәrәfindәn yapışaraq yoğun tirin üstünә qoyub kәsmәyә
başlayacaq. Çox çәkmәdәn tir iki, üç, bәlkә dә çox һissәlәrә bölünәcәkdir.
Bir azdan mişarın ağzından çıxan kәpәk һәr iki tәrәfә tökülmәyә başladı.
Bәzi tirlәrin ortasında düyün olanda ustalar zubula әl atır, balta ilә yer
açır, zubulu qoyur, guppunla bir neçә dәfә vurur, tir parçalanırdı.
37
Ağac saplı dәһrәnin әyri burnu ilә iti ağzı һәmaһәn g deyildi. O,
taxtaların nazik vә lüzumsuz yerlәrini kәsib yerә tökmәkdәn һәzz alırdı.
Çәkiclә kәlbәtin bir yerdә işlәdiklәri üçün dost görünürdülәr. Әsil
һәqiqәtdә isә belә deyildi. Çәkicin vurduğu ağır zәrbәlәrin bir çoxunu
kәlbәtin dәf edir, daһa doğrusu, ağırlığı öz üzәrinә götürürdü. Çәkicin
vurduğu kiçik mismarları çәkib çıxarmaq üçün kәlbәtin neçә dәfә a ğzını
açıb yummalı, dişlәrini bir-birinә qıcamalı, dodaqlarını sıxmalı idi.
Eybini göstәrәn, sәһvini de yәn, nöqsanını düzәldәn kәlbәtin çәki c üçün
dost yox, bir rәqib idi. Alәtlәrin arasındakı çәkişmәni du yan usta һәmişә
çәkici sağ, kәlbәtini sol böyründә qoyub özü ortada dayanardı ki, mәrәkә
qopanda һarayçılıq elәsin.
Çәkiclә kәlbәtin bir-birinin kәsirini düzәltdiyi kimi yiyә ilә iskәnә dә
sәmimi yoldaşlıq edir, bir-birinә kömәk dururdu. Pәncәrәlәrә tutacaq,
qapılara kilid salmaq üçün deşik açan iskәnә korşalanda yiyә tez özünü
yetirib dostunun ağzına sürtülürdü: onu ovxalayıb itilәyir, isgәnә rәvan
işlәyir, һeç bir çәtinliyә rast gәlmirdi. Ancaq qalın taxtalardan, nazik taxta
divarlardan deşik açıb mәftil keçirmәk iskәnәnin һ ünәri deyil. Bu işdә
burğunun nә әvәzi var, nә dә misli bәra bәri tapılar. Ә yri sapından yapışıb
һәrlәdikcә, polad ağzı taxtaları ovur, işlәdikcә, sanki siçan quru çörәk
xırtıldadırdı.
Törpünün buraxdığı sәһvi rәndә düzәldәndә narazılıq dәrһal һiss
olunmur. Vay o gündәn ki, törpünün ikidüyü mlәri nazik dişli üzü dә
һamarlaya bilmәdikdә, rәndә özünü yetirir, taxtanı elә һamarlayır, elә
düzәldir ki, baxmağa iki göz azlıq elәyir.
Rәndәnin işindәn razı qalan xarrat һeç bir vaxt t örpünü gözdәn salmırdı.
Çәkiclә kәlbәtinin arasında dayanan dülgәr һarayçılığa һazırlandığı һalda
rәndә ilә törpünü yan-yana qoyan xarrat, alәtlәrini әllәri ilә oxşayıb deyirdi:
— Yaxşı ustanın üzünü ağ, başını uca elәyәn tutarlı alәtlәridir. Rәndә ilә
törpüyә fәrq qoyan, ögey-doğmalıq elәyәn usta, işinin öһdәsindәn gәlә
bilmәz.
38
Usta üçün alәtin һamısı әzizdir. Hәr biri öz yerindә әvәzsizdir.
Dülgәrlәrdәn birisi bıçqı ilә kәsir, di gәri kәrki ilә yonurdu. Bayaqdan
bәri ustaların işini seyr edәn ev saһibinin oğlunu әn çox maraqlandıran vә
düşündürәn, mişarla kәrki oldu.
Kәsilmiş taxtanın altına yarma irilikdә kәpәk tökülürdü. Kәrkinin
yonduğu ağacdan, çoxlu nazik qamqalaq qalxırdı. Qamqalaqların һamısı
kәrkinin qabağına toplanırdı.
Dülgәrlәrlә xarratlar iş görәndә alәtlәrin һamısı uzaqlara әl-qol atıb geniş
meydan götürdüklәri һalda nә sәbәbә kәrki һәmi şә öz qabağına yonurdu?
Kәrki mişarın yanında çox kiçik idi. Balta ilә dәһrәnin işini görmәyә aciz
idi. Rәndә ilә törpüyә çata bilmәzdi. Çәkiclә kәlbәtin ondan az vә faydalı iş
görmürdü. İskәnә ilә yiyә, zubul ilә guppunun gördüyü işi nәһy etmәk çәtin
idi.
—
Nә üçün kәrki һәmişә öz qabağına yonur? — deyә ev saһibinin
mәktәbli oğlu dülgәrә yaxınlaşıb soruşdu.
Dülgәr belini düzәldib, alnının tәrini silә -silә xәbәr aldı:
Mәni imtaһana çәkirsәn, yoxsa özünü bilmәmәzliyә qoymusan?
Mәktәbli sualı ciddi şәkildә tәkrar elәyәndә usta cavab verdi:
—
Bu sualı gәrәk kәrkini icad elәyәn ustaya verәk.
Mәktәbli cavabdan razı qalmadı. Usta qulağının dalına qoyduğu balaca
karandaşı götürüb bıçqılayacağı taxtanın üzәrindә bir neçә cızıq çәkdi.
Mәktәbli xarrata üz tutub bir dә sual verәndә xarrat әlindәki rәndәni yerә
qoyub yanındakı kürsüdә әylәşdi. Çeşmәyini çıxarıb sildi. Sağ әli ilә cod
saçına tumar çәkib qәlyanını yandırdı, dәrin qullab vurub cavab verdi:
—
Kәrki öz qabağına yonmağı bәzi insanlardan öyrәnib. Hәmişә öz
qabağına yonmağa adәt elәmiş bә zi adamlar kәrkini icad elәyәndә özlәrinә
oxşadıblar.
Cavab mәktәblini naraһat elәdi, xarrat onun k önlünü açdı:
—
Kәrki kimi öz qabağına yonan adamların ömrü güney qarının
misalındadır. Belәlәrinә törpü çәkmәk, rәndәlәyib düzәltmәk һamının işidir.
39
AġPAZ VƏ ġAH
(Nağıl)
Sizә һaradan xәbәr verim dәmir qapı Dәr bәnddәn. Gülablı aşıq Valeһ sazı
çiyninә salıb Zәrniyarla görüşmәk üçün yola düşәn gündәn yüz әlli il qabaq
ölkәnin һökmdarı paltarını dәyişib şәһәrlәri gәzir, kәndlәrә baş çәkir,
camaatın necә güzәran keçirdi yini yoxlayırdı.
Camaatın isә günü qara, üzü danlaqlı, başı qapazlı idi. Mollalar bә ylәrin
dediyinә bәraәt qazandırır, se yidlәr әrbabların başına and içir, dar ğaların
evindә qonaq qalırdılar. Divanla din әlbir olub, bütün günü tәr axıdıb iş
görәn zәһmәt adamlarının gününü qara edirdi.
Şәһәrlәrin küçәlәri boş, kәndlәrin arası sәssiz idi. Bәzi şәһәrlәrin
ucqarlarında bir yerә yığışıb dәrdlәşmәk, ürәklәrini boşaltmaq, bir-birinә
sirr açıb mәslәһәt almaq mәqsәdi ilә kiçik d ükanlar düzәlmişdi. Bu cür
dükanlardan biri dә Dәrbәnd qalasında idi. Tәzә açılmasına baxma yaraq
dükan tezliklә şöһrәt qazandı. Danışırdılar ki, bunun iki sәbәbi var imiş:
birisi bu imiş ki, müştәri nә vaxt gәlsәymiş tәzә qoyun әtindәn, ya da ki, tәzә
balıqdan kabab yeyәrmiş. İkincisi isә aşpazın duzlu söһbәti, tarixi
rәvayәtlәri maraqla danışması imiş. Hәr dәfә söһbәtin axırında «Sәbir elә,
40
bir gün gәlәr, һәr bir işin düzәlәr» sözlәrini demәsi müştәrilәrin sayını
gündәn-günә artırır, aşpazın şöһrәtini qat -qat çoxaldırmış.
Aşpazın adı Әmәl idi. Yaşı әlliyә çatırdı. Övladı yox idi. İyirmi beş ildәn
artıq bir yerdә yaşayıb ömür sürdüyü arvadını Xeyri çağırırdılar. Әmәl,
xoruzun ilk banı evdәn çıxıb gecәnin bir şәri keçәnә qәdәr dükanda işlәr,
söһbәt edәrdi. Evә qa yıdanda görәrdi ki, arvadı oturub onu gözlәyir.
Әmәl salam verib evә keçәr, Xeyridәn һal-әһval tutardı. Xeyri mis
aftafadan su tökәr, әri yu yunardı. Әr-arvad şirin-şirin yeyib-içәr, axşamı
gecә edәr, sәһәr dan sökülәndә isә Әmәl dükana gedәrdi. Qapıdan çıxanda
isә deyәrdi:
—
Xeyri! Sәbir elә, bir gün gәlәr, һәr bir işin düzәlәr.
Günlәrin birindә һökmdar şәһәrә girib evlәri gәzmәyә başladı. Yazın
ortası idi. Hökmdarla adamları, bәlәdçilәr Әmәlin һәyәtinә girәndә gördülәr
ki, cavan bir arvad һә yәtin ortasında oturub. Sa ğ böyründә bir parça quru
tәndir çörәyi, sol yanında balaca saxsı kuzәsi, qabaq tәrәfdә әl ağacı ilә
şallaq, elә bir arvada gözәtçilik elәyir.
Hökmdar salam verәndә arvad ayağa durub tәzim elәdi. Hökmdar
sual-cavaba başladı:
—
Adın?
— Xeyri.
—
Kimin külfәtisәn?
—
Әmәlin.
—
Әrin nә iş görür?
—
Aşpazlıq elәyir.
—
Harada?
—
Şәһәrin qırağındakı dükanda.
—
Nә üçün isti günün altında oturmusan?
—
Әrim bütün günü manqalın qabağında istiyә yanır.
—
Quru çörәk nә üçündür?
—
Әrimin dilinә yumşaq çörәk dәymir.
41
—
Kuzәni niyә günün altına qoymusan?
—
Әrim dükanda sәrin suya tamarzıdır.
— Ağacla şallaq bura niyә qoyulub?
—
Kişi işdәn qayıdanda mәnә acığı tutsa ağac axtarınca һirsi soyuyar,
mәn günaһa bataram. Ağacı һazır qoymuşam ki, dәrһal götürsün. Ağacla
döyәndәn sonra ürәyi soyumasa, qoy şallağı qapıb ürәyini soyutsun.
Xeyrinin dediklәrindәn razı qalan һ ökmdar birbaş Әmәlin d ükanına
yollandı.
Hökmdarla adamları ikibir -üçbir düxana girib oturdular. Әmәl erkәk
әtinin sәkil tikәlәrini şişlәrә çәkib manqaldakı qırmızı közün üstünә
düzmüş, kababın tüstüsü һәrdәm otağa dolur, qoxusu acların iştaһasını daһa
da artırırdı. Aşpaz әlindәki nazik enli taxta ilә manqalı yellәyir, ürәkdәn
gәlәn sәslә deyirdi:
—
Sәbir elә, bir gün gәlәr, һәr bir işin düzәlәr...
Aşpaz Әmәl һazır kababı çәkib müştәrilәrin qabağına qoyandan sonra
һökmdar, vәzir, vәkil әylәşmiş stola yaxınlaşıb müraciәt elәdi:
—
Nә buyurursunuz?
Hökmdar qoyun әtindәn altı şiş kabab çәk mәyi tapşırıb, vәzirdәn xәbәr
aldı:
—
Kababçıdan әqlin nә kәsir?
Vәzir duruxa-duruxa cavab verdi:
—
Gözümә şübһәli dәyir, qurban.
Hökmdar qәti fikrini söylәdi:
—
Adını Әmәl qoymuş bu adamın bütün vücudu әmәldir. Buna kәlәk
qurub dediklәrinn yoxlayacağam. Necә yәni «Sәbir elә, bir gün gәlәr, һәr bir
işin düzәlәr?» Hansı iş? Kimin işi düzәlәr? İş düzәldәn mәn, kababçı kimә
arxayındır ki, bu cür danışır?
Vәzirlә vәkil kababdan razı qaldılar. Hökmdar isә Әmәlә dedi:
42
—Pulumuz yoxdur. — O, sol әlinin çeçәlә barmağındakı qızıl üzüyü
çıxarıb aşpaza verdi. — Sabaһ yox, biri gün pulunu gәtirib verәrik, üzüyü
geri alarıq...
Әmәl һeç nә demәyib üzüyü aldı, küncә qoyulmuş ağzı açıq dәxilә atdı.
Tanımadığı müştәrilәrә tәzim elәyib dükandan çıxdı. Aşpaz manqalın yanına
getdi.
Vәzirlә vәkil müştәrilәrin nәzәrini cәlb elәyib ağır-ağır yeriyәndә
һökmdar üzüyü dәxildәn götürüb cibinә qoydu.
Şәһәrdәn çıxıb çayın qırağına gәldilәr. Hökmdar üzüyü vәzirlә vәkilә
göstәrib çaya tulladı vә gülә-gülә dedi:
—
Gözlә ki, gözlәyәsәn, ay aşpaz, görәk bir gün gәlәcәkmi, işin
düzәlәcәkmi?
Әmәl isә bütün günü diz qatlamadan, nәfәs almadan kabab bişirib
müştәrilәrә verir, aldığı pulları һesablamadan dәxilә tulla yırdı.
Aradan bir gün ötdü. Әmәl evә bikef qa yıtdı. Qanı qara idi. Çox fikirli vә
dalğın idi.
Xeyri әrini bu qәdәr fikirli, bu qәdәr qәmli görmәmişdi. Sәbәbini
soruşanda Әmәl dedi:
—
Dünәn üç adam kabab yedi, pulları olmadığından bir qızıl üzük girov
qoyub getdilәr. Sabaһ pulu gәtirib üzüyü istәyәcәklәr. Üzüyü dәxilә
atmışdım, yoxdur. Hәr yeri әlәk-vәlәk elәdim tapılmadı, һeç bilmirәm nә
cavab verәcәyәm.
Xeyri bir müddәt dinib-danışmadı, birdәn әrinә üz tutub:
—
Sәһәr satıcıdan bir balıq almışdım, qarnını yaranda bir üzük çıxdı.
Bәlkә onu verәsәn?
—
Haradadır üzük, gәtir görüm?
—
Xeyri üzüyü Әmәlә göstәrdi. Kişi diqqәtlә baxdı. E ynәn һәmin üzüyә
oxşayırdı.
Gün çeşt yerinә qalxanda һökmdar adamları ilә birlikdә dükana girib
salam verdi. Pulu Әmәlә uzadıb üzüyü istәyәndә, aşpaz qorxa-qorxa qızıl
43
üzüyü һökmdara verdi. Vәzirlә vәkil gözlәrinә inanmadılar. Hökmdara elә
gәldi ki, onu әfsunladılar. Dәfәlәrlә üzüyü o tәrәf-bu tәrәfә çevirib baxdı,
özününküydü!
Hökmdar ondan soruşdu:
—
Mәni bu sirdәn agaһ elә görüm sәn kimsәn? Çaya atılmış üzüyü necә
tapmısan?
Әmәl tәlәsdiyindәn sualı cavabsız qoymaq istәyәndә vәzir dillәndi:
—
Qarşında dayanıb sәninlә danışan ölkәnin һökmdarıdır, aşpaz! Cavab
ver!
Әmәl, tez tәzim edib sözә başladı:
— Qibleyi-alәm sağ olsun! Qәziyyәm uzun һekayәtim niskilli olsa da
artıq danışıb başınızı ağrıtmayacağam...
Hökmdar, vәzir, vәkil qulaq asır, Әmәl davam edirdi:
—
Altıaylığımda anam meşәdә vәfat elәyib. Mәni canavar әmizdirib
saxlayıb. Beş yaşım tamam olanda maһir bir ovçu canavarı öldürüb, mәnim
әl-ayağımı bağlayıb evinә aparıb, bir neçә il mәni һeç yerә buraxmayıb,
nәһayәt, insan kimi danışmağı, davranmağı öyrәdib. Sonra da sәnәt saһibi
edib, Xeyri adlı qızını mәnә verib. Ömrünün axırına qәdәr mәnә böyü klük
edib, yol göstәribdir.
Hökmdar Әmәli dayandırıb sual elәdi:
—
Qayınatanın әsil sәnәti nә idi?
— Cavanlığında ovçuluq edirdi, atdı ğı yayınmaz, oxu һavayı getmәzdi.
Özünün dediyinә görә iyirmi beş yaşına qәdәr seyrәngaһı meşәlәr, gәzdiyi
dağlar olub, elә ki, kişi һәd dinә düşüb ox-yayını dirәkdәn asıb, dәbilqә sini
yükә qoyub. Qayınatam dönә-dönә deyirdi:
—
Әmәl, oğlum, dünyada insan ürәyinә sevinc doldurmaqdan gözәl şey
yoxdur.
Müsaһiblәrinin diqqәtlә qulaq asdıqları nı görüb, Әmәl davam elәdi:
—Qayınatam ölәndә mәnә vәsiyyәt elәdi ki, oğlum, һәmişә inamla,
etiqadla yaşa! Bu dünyada inamsız yaşayan insanlarla kәvәn kolu nun
44
tәfavütü yoxdur. Etiqadsız ömür sürәn adamla meşәlәrdә boğuşan
çanavarların fәrqi nәdir? Hәmişә sidqini düz saxla.İnan ki, bir gün gәlәr, һәr
bir işin düzәlәr...
Söһbәt bura çatanda һökmdar özünü saxlaya bilmәyib dedi:
—
Rәiyyәtlәrin işini düzәldәn mәnәm. Şәһәrlәrdә, kәndlәrdә yaşayanları
dolandıran mәnәm. Bu ölkәdә mәndәn böyük, mәndәn güclü qüvvә yoxdur.
Әmәl başını bulayıb narazılığını bildirdi:
—
Qibleyi-alәm! Sәһviniz var demirәm, an caq yanılırsınız.
—
Necә?!
—
Hökmdarların
fәrmanından güclü һәr bir şәxsin inamıdır.
Vәzir-vәkillәrin qorxusundan qüvvәtli insanların etiqadıdır.
Hökmdar sual elәdi:
—
De görü m, sәnin inamın nәyәdir? Etiqadın kimәdir?
—
Hökmdar sağ olsun. İnamım, bax, bu qollarıma, һalal zәһmәtimә,
etiqadım arvadım Xeyriyәdir. Nә qәdәr ki, canım sağdır, çalışıram, inanıram
ki, һamı mәnә һörmәt elәyәcәk. Nә qәdәr ki, vәfalı, sәdaqәtli Xe yri sağdır,
һәmişә işim avand olaçaq, bütün çәtin işlәrim düzәlәcәkdir.
Hökmdar bir kisә qızıl verib, Әmәlә t әklif elәdi:
—
Arvadını da götür, sarayıma gedәk, ömrünün axırına kimi sәrvinaz
һәyat sür.
Әmәl razılıq vermәyib qızılı qaytardı.
—
Qoltuğa qısılanların axırı quru çöp misalındadır, şaһım. Nә qәdәr ki,
gözlәrim görür, qıçlarım һәrәkәt elә yir, sәnәtimdә çalışacağam.
Hökmdar atlandı, adamları ilә bәrabәr şәһәrdәn çıxdı. Yol uzunu
fikirlәşir, camaatla rәftarından peşman olur, Әmәlin dediklәrindәn nәticә
çıxarmaq üçün vәzirlә vәkilә göstәriş verirdi.
45
KİTABIN İÇİNDӘKİLӘR
Arzunun paltarları ............................... 3
Bir cüt ulduz ............................................ 7
Oğru piĢik .............................................. 12
Fәrһad bağçaya gedir ............................ 19
Sәlimin oyuncaqları ................................ 24
Hәftә ...................................................... 30
Çil toyuğun cücәlәri............................... 35
Nәnәnin s ö һ b ә t i . . . . . . . . . . . . . . . . . . . . . . . . 4 2
QuĢ yuvası ............................................. 49
Eyvazın yazısı .........................................53
Özü üçün yonan kәrki ........................... 60
AĢpaz vә Ģaһ .................................... ......66
46
Əli Qara oğlu Vәliyev
B Ġ R C Ü T U L D U Z
Redaktoru S. Mammәdova. Bәdii redaktoru Y. Ağayeva. Texniki redaktoru
A. Axundov. Korrektorları V. Hәsәnov, A. Mәlikzadә
Yığılmağa verilmiş 28/II-1967-ci il. Çapa imzalanmış 30/VIII-1967-ci il.
FQ 20317. Kağız formatı 70x108. Çap v. 3,25. Uçot nәşr. v. 2,5. Sifariş 516. Tirajı
13000. Qiymәti 9 qәp.
Azәrbaycan SSR Nazirlәr Soveti yanında Mәtbuat Komitәsi .
“Gәnclik” Nәşriyyatı Bakı. Hüsü Hacıyev küçәsi, 4.
26 Bakı Komissarı adına mәtbәә. Bakı Әli Bayramov küçәsi, 3.
Dostları ilə paylaş: |