ƏLĠ VƏLĠyev bġr cüt ulduz ( hekayəLƏR )



Yüklə 293,35 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix30.12.2017
ölçüsü293,35 Kb.
#18645
1   2   3   4   5   6   7   8   9   10

10 

 



 

Böyü k  qızımın  bir  oğlu  var.  Çox  nadincdir.  Evin  qi ymәtli  şeylәrinin 

һamısını şikәst  elәyib.  Öz evlәrindә dayanmır,  yerindәn  qalxan  kimi  gәlir 

bizә. Nәnәsi ilә  mәni o qәdәr incidir ki,  baş  götürüb qaçmaq istәyirik.  Hәr 

gün  bir  şey  istәyir.  Oyuncaqlarını  yığsan  bir  maşın  tutmaz.  Dünәndәn 

beynin ә  yerlәşib  ki,  gәrәk  mәnә  pişik  balası  alasınız.  Dedim  bәs  oyuncaq 

istәyir, gedib aldım. Tәrs- tәrs üzümә baxıb nә desә yaxşıdır? 

 



Nә dedi? 

 



«Baba, mәn sәndәn pişik balası istәdim, yoxsa oyuncaq?»—Qalmışam 

mәәttәl, pişik balasını һaradan alım? 

 

Pişik balası bizdә! Axşamüstü burada gözlәrsәn, gәtirib verәrәm. 



Baba, ala mavrını dostuna verәndәn sonra Musa çox әllәşdi -vuruşdusa 

da mavrının һara getdiyini öyrәnә bilmәdi. Otaqları gәzdi, әl girәn yerlәrin 

һamısını eşәlәdi,  «һüt-һüt»lәri bir-birinin ucuna  calayıb nә qәdәr uzatdısa 

bir şey çıxmadı. 

Mavrının  getmәsi sarı  pişiyә  yox, Musaya  bәrk tәsir  elәmişdi. Bununla 

belә onun fikri-zikri sarı pişiyә yemәk vermәk idi. İndi dә sarı pişi yә yemәyi 

boşqabda  verirdi.  Anasının  vә  nәnәsinin  acıqlanmasına,  babasının 

incimәsinә baxmayaraq o, sarı pişi yi boşqablara dadandırmışdı. 

Naһara çolpaplov bişirmişdilәr. Musa nәnәsinә dedi ki, plovdan axşama 

da saxlasın, yeyib yatacaq. 

Nәnә  çolpalardan  birinin  qıçını,  qanadını  vә  boynunu  boşqaba  yığdığı 

plovun üstünә qoyub, ağzına qapaq çevirdi. 

Ailә  üzvlәrinin  һәrәsi  bir  işlә  mәşğul  idi.  Atası  Musanı  zooparka 

aparmışdı. Mәtbәx yiyәsiz idi. Sarı pişik stolun üstünә һoppandı, pәncәsi ilә 

itәlәyib qapağı yerә saldı. Çolpanın budu ilә qanadını sürüyә-sürüyә mәtbәx 

stolunun dalına aparıb orada xırtıl datdı.  

Axşam gәzintisindәn qayıdan baba mәtbәxdә әllәrini yuyan zaman ağzı 

açıq boşqabı,stolun üstünә tökülmüş düyülәri, döşәmәyә dağılmış sümüklәri 

görәndә şübһәlәndi. Heç bir söz demәyib susdu.  

Musa gәzmәkdәn gәldi. İçәri  girәn kimi dedi: 




11 

 



 

Nәnә,  elә  acmışam  ki,  çolpanın  budu  ilә  qanadının  һamısını 

yeyәcәyәm. 

Nәnә  mәtbәxә  girib  gördü  ki,  boşqabın  ağzı  açılıb,  çolpanın  budu  ilә 

qanadı da yoxdur. 

Nәnә  babanı  çağırdı.  Baba  qızından  soruşdu...  Külfәt  bir-birinә  dәydi. 

Musa xәbәr tutanda çox pәrt oldu. 

Musa sakitlәşdikd әn sonra  ona başqa  yemәk һazırladılar. O  yeyә-yeyә, 

һәrdәnbir dә «һüt-һüt» deyә sarı pişiyi çağırırdı. 

Sarı  pişik  yoxa  çıxmışdı.  Musanın  sәsini  eşitmәdi.  Ata  çağırdı,  pişik 

gәlmәdi, nәnә «piş-piş» deyib künc-bucağa baş çәkdi, bir şey çıxmadı. 

Hamı sakitlәşib yerindә әylәşәndә baba dedi: 

 

Bilirsiniz, sarı pişik niyә cınqırını çıxartmır? 



Cavab gәlmәyәndә o, sözünә davam elәdi: 

 



Çünki suçludur, yәni günaһı var. 

Hamı ona sarı baxanda baba dedi:  

 

Musa  sarı  pişiyi  o  qәdәr  boşqablara  dadandırdı  ki,  axırda  pişik 



oğurlu ğa qurşandı.  

Musa  günaһkarcasına  babasına  baxdı.  O,   pişiyә  boşqabdan  yemәk 

öyrәtdiyinә görә peşman olmuşdu. Baba sözünü tamamladı: 

— Bu gün boşqabın ağzını açan, sabaһ qazanın içinә girәr. Günü sәһәrdәn 

sarı pişiyi aparıb azdıracağam. 

Musanın  öyrәtmәsi  ilә  boşqablara  dadanan  sarı  pişik  oğurluğa 

qurşanandan sonra evdәn qovuldu. 

 

Musa sarı pişiyi yox, ala mavrını tez-tez yadına salırdı. 




12 

 

 



 

 

 



 

 

 



FƏRHAD BAĞÇAYA GEDĠR 

(Hekayә) 

Arıq  çolpaya  oxşayan,  uzun  qara  kirpiklәri  qonur  gözünә  yaraşıq  verәn, 

sifәtinә  nisbәtәn  burnu  bir  azca  iri  olan  çәnәsi  batıq,  barmaqları  gödәk, 

qaradinmәz bir oğlanı anası bağçaya apardı. Tәrbiyәçi uşaqdan soruşdu: 

—Adın nәdir? 

Uşaq könülsüz cavab verdi: 

 

Fәrһad. 



Tәrbiyәçi yenә xәbәr aldı: 

 



Babanın adı nәdir? 

Fәrһad bu dәfә ürәkli dillәndi: 

 

Әli. 



Tәrbiyәçi paltar, ayaqqabı soyunulan  yerdә bir cüt armud şәkli göstәrib 

dedi: 


 

Fәrһad, bura sәnin yerindir. Hәr gün gәlәndә paltonu soyunub asarsan. 



Ayaqqabını çı xarıb  çustlarını  geyәrsәn. 

Anası  qayıdanda  Fәrһad  kövrәldi.  Gözlәri  doldu.  Yaş  gilәlәnib 

yanaqlarına axdı. Ağlamaq istәdisә dә özünü güclә saxladı. 

 



13 

 

Tәrbiyәçi әl-üz yuyulan yeri, mәһrәbanı, sabunu göstәrdi. 



Sәһәr  yemәyindәn  sonra  uşaqları  bir  yerә  toplayıb  nәğmә  öyrәdәn 

tәrbiyәçi meһriban vә qayğıkeş olduğu kimi, tәlәbkar vә ciddi idi. 

Yoldaşları  nәğmә  oxu yurdu.  Fәrһad  dinlәyir,  һәm  dә  eşitdiklәrini 

һafizәsindә saxlayırdı. 

Birinci  gün  tәrbiyәçinin  kömәyi  ilә  Fәrһad  geyindi.  Uşaqlara  qoşulub 

bağa  gәzmәyә  getdi.  Fәrһad  bu  bağı  görmüşdü,  Hәtta  atasının  әlindәn 

yapışıb buradan dәniz saһilinә dә getmişdi. Bu  gün isә bağ ona çox qәşәng 

vә  iri  göründü:  bәzi  quşlar  ağacların  aşağı  budaqlarına  qonub  cikkildәşir, 

göyәrçinlәr  uşaqların  verdiklәri  çörәk  qırıntılarını  dimdiklә yir,  yanlarını 

basa-basa gәzişirdilәr. Uşaqlar ikibir -üçbir olub oynayırdılar. 

Fәrһad  yoldaşlarıyla  oynasa  da,  fikri-zikri  anasının  yanında  idi.  O 

darıxırdı, babasıgilә qaçmaq istәyirdi. Tәrbiyәçi onu gözdәn qoymur, arabir 

yanına  gәlib ağacları, quşları,

 

çiçәklәri göstәrir, başını sığallayırdı. 



Naһardan  sonra  uşaqlar  soyunub  yerlәrinә  girdi,  çox  keçmәdәn  һamısı 

yatdı.  Yorğanı  başına  çәkib  fikirlәşәn,  arabir  doluxsunub  һıçqıran  Fәrһad 

anasından yana bәrk darıxırdı. 

Yatanlar oyandılar. Durub geyindilәr. Çay içib peçen ye ye dilәr, tәrbi yәçi 

pianoda çaldı,

 

bәzi uşaqlar süzә-süzә oynadı. 



Elә  ki,  uşaqlar  oxu yur,  oynayır,  gәzmәyә  gedirdi,  Fәrһad  anasını 

unudurdu. Qayıdıb bağçaya gәlәn kimi evlәri  yadına düşürdü. 

Anası  işdәn  çıxanda  gәlib  Fәrһadı  apardı.  Elә  bil  uşağın  üstünә  gün 

doğdu. Yol uzunu Fәrһad anasına de yirdi: 

 

Sabaһdan  bağçaya  getmәyәcәyәm.  Babamgildә  qalıb  oyuncaqlarımla 



oynayacağam. 

Anası sual elәdi: 

 

Bәs yoldaşın kim olacaq? 



Fәrһad dinmәdi. 

 



Kim  sәnә  nәğmә  öyrәdәcәk.  Kim  pianinoda  çalacaq  ki,  sәn  dә 

oynayasan? 




Yüklə 293,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə