ƏLĠ VƏLĠyev bġr cüt ulduz ( hekayəLƏR )



Yüklə 293,35 Kb.

səhifə6/10
tarix30.12.2017
ölçüsü293,35 Kb.
1   2   3   4   5   6   7   8   9   10

21 

 

 



 

 

 

 

 

 

 

 

 

ÇĠL TOYUĞUN CÜCƏLƏRĠ 

(һekayә) 

Gülcaһan  qarı  eyvanda  oturub  üçkünlük  çücәlәrә  bişmiş  yumurta  sarısı 

yedirirdi.  Qarının  nәvәsi,  on  yaşlı  Gülüstan  bu  mәnzәrәyә  maraqla  tamaşa 

edirdi. O, sarıdimdik cücәlәri çox sevirdi. An caq onların anası çil to yuqdan 

acıqı  gәlirdi.  Bu  dördillik  toyuğu  cücәliyi  dә,  fәrәli yi  dә,  yumurtlayanda 

xeyli qaqqıldaması da  Gülüstanın  xatirindәdir.  Ondan acığı  gәlmәsinin isә 

sәbәbi vardır. 

...Qız  һәlә  birinci  sinifdә  oxuyanda  nәnәsi  fәtirin  üstünә  kәrә  yaxıb 

nәvәsinә  vermişdi.  Qız  bir  dişlәm  almışdı  ki,  çil  to yuq  һoppanıb  tikәni 

dimdiklәmiş vә yerә salmışdı. 

 

Acgöz!.. 



Balaca qızın toyuğa sözü ancaq bu olmuşdu. O vaxtdan çil toyuqla arası 

dәymişdi. 

                               * * * 

Son günlәr çil toyuq qırtlayıb tövlә axuruna, eyvan taxçasına suvaşanda 

Gülüstan  onun  dimdi yinә  lәlәk  taxdı.  Toyuq  isә  öz  әmәlindәn  әl  çәkmәd i. 

Qız,  nәnәsi  evdә  olmayanda  toyuğu  bulağın  novuna  basıb  xeyli  saxladı. 

Yenә çarә olmadı. Axırda nәnәsinә  üzünü tutub şikayәtlәndi: 

 



22 

 



 

Çil toyuğun sәsindәn dәnk olmuşam.  

Gülcaһan  qarı  taxçaya  saman  yaydı,  on  iki  yumurta  düzüb  çil  toyuğu 

üstünә qoydu. Bir һәftә nәnә toyuğa qulluq etdi. Nәvә isә gözünün ucu ilә dә 

toyuğa baxmadı. 

Bir  dәfә  Gülüstan  taxçanın  yanından  keçәndә  gözü  çil  toyuğa  sataşdı. 

Toyuq  sanki  su  üzәrindә  üzür,  batmamaq  üçün  lәngәr  vurur,  özünü 

tarazlayırdı.  Qız  maraqlanıb  yaxınlaşdı.  Toyuq  һәrәkәt  elәyib  altındakı 

yumurtaları çalxalayırdı. 

İkinci  һәftәdәn  Gülüstan  nәnәsinә  kömәk  elәdi.  Çil  toyuğun  suyunu 

dәyişdi,  dәn  verilәn  qabı  tәmizlәdi.  Amma  yenә  toyuq,  qızı  görәn  kimi 

tükünü  qabardıb  zәһ mli  şәkil  alırdı.  Buna  baxmayaraq  onların  әlaqәsi 

yaxşılaşırdı. 

Üçüncü һәftә tamam  oldu. Bir dәfә  Gülüstan  mәktәbdәn evә  qayıdanda 

toyuğu yanı cücәli gördü. Ancaq sevinmәdi. Çünki qızın gözünә yeddi cücә 

dәyirdi. Nәnәsi dә һeyfsilәnә-һeyfsilәnә deyinirdi: 

—  Yazıq  toyuğun  zәһmәti  һәdәr  getdi.  Yumurtanın  üçü  lax  çıxdı. 

Cücәnin biri taxçadan düşüb öldü. Sarı pişik onu yeyәndәn sonra dişindә şirә 

qaldı. Hoppanıb taxçadan cücәnin birini dә götürüb qaçdı. 

Gülüstanın  indi  dә  çil  toyuqdan  deyil,  sarı  pişikdәn  zәһlәsi  getmәyә 

başladı. 

                                  * * * 

Elә һәmin günlәrdә mәktәbә belә bir xәbәr yayıldı ki, kolxozda uşaqlara 

saxlamaq  üçün  inkubator  cücәsi  verilir;  kim  istәyir  gedib  alsın.  Bu  xәbәr 

Gülüstanı fәrәһlәndirdi. Dәrһal kolxoza  yollandı. On beş  cücә alıb  gәtirdi. 

İndi o, özünün dediyi kimi, boş vaxtlarını «cik-cik»lәrlә keçirirdi... 

Axşam olanda inkubator cücәlәri yatmaq üçün isti yer tapmadıqlarından 

üçbir,  dördbir  boyun-boyuna  verib  bir-birinә  sığınır,  sәһәrә  qәdәr 

cikkildәşirdilәr.  Çil  toyuğun  cücәlәri  isә  analarının  qanadı  altına  sı ğınıb 

buğlana-buğlana  yuxulayırdılar.  




23 

 

Bir gün Gülüstanı mәktәbә yola salandan sonra, Gülcaһan qarı çil toyuğu 



cücәlәri  ilә  bәrabәr  inkubator  cücәlәri  olan  dama  saldı.  Çil  toyuq  әvvәlcә 

döyükdü,  ona  sarı  gәlәn  yad  cücәlәri  dimdiklәyib  yanına  buraxmadı.  Öz 

balalarını ayırıb gәzdirmәyә çalışdı. Ancaq bu mümkün olmadı. Çil toyuqla 

balaları  һara  gedirdilәrsә,  «qonaqlar»  da  arxalarınca  düşüb  onlardan  әl 

çәkmirdilәr. 

Bunu görәn Gülcaһan nәnә bir kәlәk düşündü: cücәlәrin һamısının başına 

qazan qarası sürtdü ki, anac toyuq onları bir-birindәn ayıra bilmәsin. 

Elә ki, çil toyuq balalarını qanadı altına yığırdı, yad cücәlәr dә müxtәli f 

sәmtlәrdәn toyuğun qanadı altına soxulur, ana  һәrarәtindәn isinirdilәr. 

Çil toyuq daһa  yad  cücәlәri dimdiklәmir, qabağa düşüb  gedir,  bir şey 

tapan kimi dimdiyinә alıb yerә salır, arası kәsilmәdәn qırtıldayaraq cücәlәri 

çağırırdı. Onun sәsinә cücәlәr başına toplaşır, ananın verdiyi payı һәr kәs 

bacarığına görә qapır,  yenidәn qaçır, eşәlәnirdilәr. 

Bir sәһәr  Gülcaһan qarı  cücәlәri әtәyinә  yığıb toyuğu  әlinә aldı. Başqa 

yerә  —  tövlәyә  köçürdü.  Gülüstan  da  onlara  dәn  verib  qabaqlarına  su 

qoydu. Tövlә evd әn aralı tikilmişdi. Pәncәrәsi dә yox idi. Üç bacası vardı. 

Daһa cücәlәrin sәsi baş-qulaq aparmırdı.  

Cücәlәr  gündәn-günә  dәyişilirdi.  Tüklәri  durulur,  qanadları  dikәlirdi. 

Ananın һәrarәti körpәlәrin böyümәsinә kömәk edirdi. 

Bir  һәftә  sonra  çil  toyuq  cücәlәri  ilә  bağçaya  çıxdı.  Nәnә  nәvәsinә 

bәrk-bәrk tapşırdı: 

—  Cücәlәri  üç  bәladan:  birincisi  sarı  pişikdәn,  ikincisi  çalağandan, 

üçüncüsü dә qonşunun ala itindәn qoru. 

Çalağanla  ala  itdәn  һәlәlik  pislik  görmәyәn  Gülüstan  sarı  pişikdәn 

intiqam  almaq  üçün  girәvә  axtarırdı.  Ancaq  sarı  pişik  gözә  dәymirdi. 

Pişiyin yoxa çıxması Gülcaһan qarını da tәşvişә saldı. Nәvә ilә nәnә pişiyi 

axtardılar. Güman gәlәn yerlәrә dönә-dönә baxdılarsa da pişiyi tapmadılar. 

Bir  gün  Gülcaһan  qarı  sәkini  süpürdüyü  vaxt  leş  i yi  duydu.  Ora-bura 

baxdı, nәһayәt, tәndirә әyilәndә sarı pişiyin ölüsünü gördü. Külçıxardanla 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə