ƏLĠ VƏLĠyev bġr cüt ulduz ( hekayəLƏR )



Yüklə 293,35 Kb.

səhifə7/10
tarix30.12.2017
ölçüsü293,35 Kb.
1   2   3   4   5   6   7   8   9   10

24 

 

götürüb cındıra bürüdü, nәvәsinә göstәrib tövlәnin yanında basdırdı. Pişiyin 



gözünün biri tökülmüş, tәpәsi dimdikl ә deşik-deşik olmuşdu. 

Gülcaһan qarı, nәvәsini başa saldı ki, sarı pişik tamaһının ucundan ölüb. 

Çil  toyuqla  cücәlәrini  tövlәyә  salan  vaxt  yadımdan  çıxıb  bacaları 

örtmәmişәm.  Yәqin  ki,  pişik  bacadan  girib  cücәlәri  yemәk  istәyәndә  çil 

toyuq da һoppanıb  gözünü töküb, başını dimdiklәyib qovanda tәndirә salıb, 

o da tәndirdәn çıxa bilmәyib... 

Sarı  pişiyin  ölümü  Gülüstanı  kәdәrlәndirdiyi  kimi  Gülcaһanı  da 

qüssәlәndirdi. 

Günlәr ötür, һavalar qızır, cücәlәr әtә-qana dolub çolpa olurdular. 

Gülüstan çolpalara baxdıq ca fәrәһi sinәsinә sığmır, çil toyuğa mәһәbbәti 

qat-qat artırdı.  

Bir gün Gülüstan nәnәsinә dedi: 

—  Cücәlәri  böyüdüb  saxlayan  sәninlә  çil  toyuq  oldu,  yoldaşlarım  isә 

mәnim adıma  yazırlar... 

Nәnәsi  nәvәsinin  saçına  tәkrar  sı ğal  çәkәndә,  cücәlәrin  fermadan 

gәtirildiyindәn otuz beş gün keçirdi. Çil toyuğun dalınca gedәn çolpaların on 

beşi xoruz, yeddisi fәrә idi. Gülüstan nәnәsinә sual verdi: 

—Çil toyuq çolpaları nә qәdәr gәzdirәcәk? 

Gülcaһan qarı dedi:  

 



Bundan qabaq toyuq cücәsini qırx  gün gәzdirәndәn sonra ayırardı... 

Nәvә nәnәsinә bir sual da verdi:  

 

Kolxoz һәkimindәn soruşsaq nә olar? 



Nәnә  etiraz  etmәdi.  Hәkim  mәslәһәt  bildi  ki,  çolpaları  quşçuluq 

fermasına tәһvil vermәk olar. 

Axşam nәnә ilә nәvә  mәslәһәtlәşdilәr.  Gülüstan nәnәsinin  üz-gözündәn 

öpüb dedi: 

 

Çil toyuğun çolpalarından yeddisini sәn götür, on beşini fermaya verәk. 



Nәnә başını buladı: 


25 

 



 

Çolpaların һamısını quşçuluq fermasına tәһvil ver. Bizә lazım olanda 

kolxozdan  götürәrik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

NƏNƏNĠN SÖHBƏTĠ 

(һekayә) 

Qırxbuğumlu düzdә  cәrgә ilә qurulmuş çadırların birindә Arazla Afaq 

nәnәlәri ilә  qalırdı. Arası kәsilmәdәn qırx il müәllimlik elәyәn Fәxrәndә 

qarının on iki nәticәsi var. Onun yaşı yetmişi һaqlasa da özünu gümraһ һiss 

elәyir. Hәr il iyun ayının әvvәllәrindәn avqustun axırlarına qәdәr Salvartı 

yaylağının  soyuq  bulaqlarından  içәr,  bütün  günü  yediyi  süd,  qatıq, 

göy-göyәrti olardı.  

Nәticәlәrinin biri üçüncü, o birisi dördüncü sinifdә oxuyur. Bakıdan tәzә 

gәlmişlәr.  Mal -qara,  qoyun -keçi,  at-dәvә  һaqqında  һeç  bir  mәlumatları 

yoxdur. 


Qocaman müәllim һәr sәһәr qonaqlarına  ya üstü şәkәrli qaymaq, ya şirin 

süd verir,  ya da ki, tәzә  yağla balı qatışdırıb xa mıralı çörәyin üstünә yaxır, 

nәticәlәrinә  yedirirdi.  Naһara  mütlәq  ya  xörәk  bişirir,  yaxud  qırxbuğum, 

quzuqulağı, gicitkәn kәtәsi һazırla yırdı. 

 



26 

 

Elә  ki,  nәticәlәrini  yedirib  toxdayır,  nәnә  çadırın  qabağına  palaz  salıb 



üstünә döşәk qoyur, uşaqları da böyründә oturdub, onlara kolxozun naxırı, 

sürülәri, ilxısı, dәvәsi barәdә danışırdı.  

Fәxrәndә  müәllimin  mәqsәdi  bu  idi  ki,  nәticәlәrinә  һeyvanlar  barәdә 

mәlumat versin. Bir һәftәdәn artıq yaylaqda olmalarına baxmayaraq uşaqlar 

dana ilә buzovu ayırd edә bilmir, qulanla  ürkәni qarışıq  salır, nәrlә arvanı 

tanımırdılar. 

Göyün üzü ayna kimi dumduru idi. Gecә ayaz olduğundan indi elә qәşәn g 

gün idi ki, Arazla Afaqa lәzzәt verirdi. Fәxrәndә nәnәnin һe yvanlar barәdә 

söһbәti isә daһa lәzzәtli oldu.  

—  Kolxozun  var-dövlәti  qaramal,  camış,  at,  davardır.  Onların  keşi yini 

çәkәn, onları bәslәyәn dә çobanlardır. 

Bax,  daşın  böyründә  durub  ağzını  tәrpәdәn  һeyvan  inәkdir.  Yediyini 

sınırmaq üçün gövşәk çalır. Onun balası bir  yaşına qәdәr buzov adlanır. İki 

illiyindә  dana  olur.  Üç  yaşına  adlayanda  dişisinә  düyә,  erkәyinә  cöngә 

deyirlәr. Dörd yaşından sonra düyәlәr inәk, cöngәlәr öküz olur. Heyvanların 

adı yaşı ilә әlaqәdardır. 

Qara  rәngli,  yekәqarın,  iribu ynuz  һeyvana  camış  deyirlәr.  İn әkdәn  çox 

süd  verir.  Südü  yağlıdır.  Camışın  qatı ğı  ilә  qaymağı,  inәyin  südü  ilә  yağı 

dәrmandır.  Camışın  balası  bir  yaşına  qәdәr  balaq,  iki  illi yindә  kәlçә  olur. 

Böyüyәndәn sonra dişisi  camış, erkәyi kәl adlanır.  

Kolxozun  әsas  gәliri  qoyun -keçidir.  Qoyun  çox  faydalı,  mәnfәәtli 

һeyvandır.  Südü,  yağı,  әti,  dәrisi,  yunu  һamısı  kara  gәlir.  Qoyunun  balası 

quzu,  toğlu,  şişәk,  erkәk,  azman  adı  il ә  adlanır,  atalarına  qoç,  analarına 

qoyun deyirlәr. 

Afaq sual elәdi: 

 



Fәxri nәnә, qoyunun südü yaxşıdır, inәyin? 

 



İnәyin südü, qoyunun pendiri әlә düşmәz. 

Araz dillәndi: 

 

Bәs keçinin balasına nә deyirlәr? 




27 

 



 

Keçinin  balasına  bir  yaşınacan  oğlaq,  iki  yaşında  çәpiş,  sonra 

dübür-küyәr, keçi- tәkә deyirlәr. 

Fәxrәndә qarı çeşmәyinin şüşәlәrini silib  gözünә taxdı!  Afaqın xurma yı 

saçlarına  sığal  verdi.  Arazın  boynuna  әl  salıb  özünә  tәrәf  çәkdi,  sinәsinә 

sıxandan sonra sözünә davam elәdi: 

 

Daşlıqda  sal  duzu  yalayan  һeyvana  at  deyirlәr.  İyirmi-otuz  il  qabaq 



atın һörmәti çox, qiymәti baһa idi. Minik vә  yük maşınları çıxandan sonra 

atlar urvatdan düşüblәr. 

Araz bacısına macal vermәyib xәbәr aldı: 

 



Maşınlar atlara nә elәyib ki? 

 



Әvvәllәr adamlar sәfәrә çıxanda at  minәrdilәr. Dağa köçәndә  yüklәri 

atlar  daşıyardı.  Arabalara  qoşulan,  faytonları  çәkib  aparan,  meşәdәn  odun 

gәtirәn,  dәrz  daşıyan,  xırman  döyәn  atlar  idi.  Hәtta  deyirdilәr  «At,  kişinin 

qanadıdır». Yaxşı igid atı ilә adlanardı. Hәcәr, Aynalı, Bozat Qaçaq N әbinin 

sәdaqәtli dostları olub. 

Afaq dedi: 

 

Fәxri nәnә, bәs atın balasına nә de yirlәr? 



 

Atın  balası  bir  yaşına  qәdәr  qulun,  iki  yaşında  dayça,  üç  yaşında 



qulan-ürkә,  böyüyәndә  mad yan-köһlәn  adlanır.  Hәrgaһ  erkәk  at  qaçağan, 

kara gәlәn olursa, ona köһlәn, әgәr tәnbәl,  yük götürmәyәn olursa ona  yabı 

deyirlәr. 

Gün şaxıyır, uşaqlar tәrlәyirdilәr. Nәnә balalarını çadıra aparıb söһbәtinә 

ara  verdi.  Soyuq  qatıqaşını  iki  boşqaba  t ökü b  uşaqların  qabağına  qoydu. 

Ayaqqabılarını dәyişdi. Yun şalı çi yninә salıb bayıra çıxdı. Dәvәlәr qanqallı 

dәrәdә idi. Biri dә soyuq bulağın yanında durub gicitkәn yeyirdi. 

Fәxrәndә  qarı  Arazla  Afaqı  sәslәdi.  Özü  ortada  dayanıb  һәrәsinin  bir 

әlindәn  yapışdı,  birbaş  soyuq  bulağa  tәrәf  addımladı.  Qarı  elә  gedirdi  ki, 

uşaqlar güclә ayaqlaşırdılar. 

Bulağa çatıb nәfәslәrini dәrәndәn sonra nәnә dedi:  





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə