ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə14/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

40 
 
Bundan əlavə göstərilir ki, 1923-cu ilə qədər Bakıda "Ġstiqlal" qəzeti nəĢr 
edilib.  Lakin  qəzetin  19-cu  sayının  nəĢrində  təsadüfən  redaksiyanın  yeri 
bolĢeviklər tərəfindən aĢkarlanmıĢdır. Hazırda isə "Mübarizə" adlı qəzet çap edilir. 
Dövri  nəĢrlərdən  baĢqa  broĢuralar,  vərəqələr  çap  olunur.  Ġstanbulda  M.  Ə. 
Rəsulzadənin  baĢçılığı  altında  "Yeni  Qafqasiya"  jurnalı,  "Azərbaycan  Milli 
NəĢriyyatı" fəaliyyət göstərir (64, v. 52). 
Bu  müddət  ərzində  təĢkilat  6  dəfə  "Çeka"nın  güclü  təqiblərinə  məruz 
qalmıĢdır:  1922,  1923,  1924,  1925,  1926,  1927.  Böyük  ziyalı  kütləsi  Ģimala  və 
Sibirə  sürgün  edilmiĢdir.  Onlardan  çoxu  güllələnmiĢdir.  Lakin  bu  təqiblərə  və 
sürgünlərə  baxmayaraq  fəaliyyət  dayandırılmayıb  və  xüsusən  gənclər  daha  çox 
coĢğunluqla  mübarizəyə  qoĢulurlar.  Məlumatlarda  həbs  edilmiĢ  bəzi 
azərbaycanlıların siyahısı da göstərilmiĢdir (64, v. 53). 
Qeyd  olunur  ki,  Milli  Azərbaycan  Ordusunun  çoxlu  sayda  zabit  və  aĢağı 
rütbəliləri  hazırda  Ġranda  yerləĢir.  Onların  çoxu  Ġranın  yeni  ordusunda  xidmətə 
baĢlayıb. Çoxlu sayda mütəxəssislər, mühəndis-texniklər Ġranda xidməti iĢlərdədir, 
hazırda burada yol və digər tikinti iĢlərində çalıĢırlar. Çoxlu mühacirlər isə Ġranın 
Muğan, Astara, Ərdəbil, Qaradağ, Əhər, Culfa   və   digər   sərhəd   bölgələrində   
məskunlaĢıblar.    Bu mühacirlər arasında "Müstəqil Azərbaycan Komitəsi" böyük 
nüfuza  malikdir.  Bu  "Komitə"nin  əsas  mərkəzi  Təbrizdə  yerləĢir.  Ölkənin  Ģimal 
hissəsində  yerləĢən  RəĢt Ģəhəri vasitəsi ilə də Bakı  ilə əlaqə saxlanılır.  Orada  iĢin 
gücləndirilməsi üçün bəzi qərarlar da qəbul edilmiĢdir (64, v. 53). 
Qeyd  edək  ki,  bolĢevikbrin  Qafqaz  respublikalarını  iĢğal  etdikdən  sonra 
bu  bölgələrdə  yerli  əhaliyə,  eyni  zamanda  burada  yaĢayan  polyaklara  qarĢı 
münasibəti  də  PolĢanın  Moskvadakı  səfirliyini  daim  narahat  edirdi.PolĢanın 
Moskvadakı  səfirliyinin  1923-cu  ilin  29  mayında  göndərdiyi  məlumatlar  diqqəti 
cəlb edir (58, v. 22). 
PolĢa  səfirliyinin  digər  məlumatında  isə  Zaqafqaziyada,  o  cümlədən, 
Gürcüstan  və  Azərbaycandakı  kommunist  partiyaların  fəaliyyəti,  rəhbərliyi 
haqqında  məlumatlara  rast  gəlirik.  Məlumatlarda  daha  çox  yer  Azərbaycana 
ayrılmıĢdır.  Məxfi  sənədlərdə  M.  C.  Bağırovun,  H.  Rəhmanovun,  Q.  Musabəy-
ovun, D. Bünyadzadənin adları Ģəkilir. (58, v. 2-3). 
Məlumatlarda  Zaqafqaziya  Sovet  Federativ  Sosialist  Respublika 
quruluĢunun  tərkibi  açıqlanır,  rəhbərlərdən  Beriyanın,  Mejerson,  Mir  Cəfər 
Bağırov  və  digərlərinin  adları  çəkilir.  Eyni  zamanda  ZSFSR-in  TəftiĢ 
Komissiyasında Vacek adlı bir polyakın çalıĢdığı göstərilir. (58, v. 7). 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  arxivlərində  daha  bir  maraqlı  sənəd 
saxlanılır.  ABŞ-ın Gürcüstan  və  Azərbaycan  üzrə  diplomatik  nümayəndələrinin 
Dövlət  katibinə  göndərdiyi  məktub  da  diqqəti  cəlb  edir:  "Cənab  Əlahəzrət! 
Gürcüstan və Azərbaycanın milli hökumətləri Amerika tərəfindən ayrıca müstəqil 


41 
 
dövlətlər olaraq tanınmasalar da, bu ölkələrdəki diplomatik agent kimi diqqətinizə 
çatdırıram ki, cənab Harrimanın baĢçılıq etdiyi Amerika vətəndaĢlarının bir qrupu 
ilə  Moskvada  Sovet  hökuməti    gürcü  xalqının  razılığı    olmadan  Gürcüstanın 
mineral  sərvətlərinin  istismarı  ilə  bağlı  danıĢıqlar  aparır.    Əgər    bu      danıĢıqlar   
reallaĢarsa,    onda  bu  ABġ  Departamentinin  hazırladığı,  Haaqadakı 
nümayəndəmizin  1924-  cü    ilin    iyulun      15-də    bildirdiyi    ümumi    təlimatın 
pozulması deməkdir.  Təlimat bu məzmunda idi:  "BirləĢmiĢ  ġtatlar öz ölkəsinin   
vətəndaĢlarının    Sovet   hakimiyyəti   ilə   heç   bir razılaĢmasını qəbul etmir. O 
halda ki, bu razılaĢma Rusiyanın baĢqa bölgələrindəki vətəndaĢlarının hüquqlarına 
zərbə vurur. BirləĢmiĢ  ġtatlar  möhkəm əmindir  ki, baĢqa  ölkələr də bu  mövqe  ilə 
tam razılaĢacaqlar" (64, v. 69). 
Xarici  ĠĢlər  Nazirliyinin  "Azərbaycanda  Milli  Mübarizə"  adı  ilə  verilən 
məlumatlarında  da  milli  mübarizə  tariximizin  öyrənilməsi  üçün  vacib  məqamlar 
vardır. Göstərilir ki, "Azərbaycan Xüsusi Ġdarəsi rəisinin məruzəsinə əsasən 1924-
cü  ilə  qədər  Azərbaycanda  56-ya  qədər  silahlı  üsyan  baĢ  vermiĢdir.  1929-cu  ilin 
sonlarından  baĢlanan  üsyanlar  isə  2  ilə  qədər  davam  etmiĢ  və  bütün  Azərbaycanı 
bürümüĢdür. 
Bəs  bu  mübarizənin  ideya  səbəbləri  nədir?  Bu  mübarizənin  sosial-siyasi 
məzmunu nədən ibarətdir? Azərbaycan xalqı nə uğrunda mübarizə aparır? Və Milli 
Azərbaycan Hərəkatının xarakteri necədir? 
Məlumatlarda  bu  sualların  aĢağıdakı  konkret  cavabı  verilmiĢdir: 
"Azərbaycan  ictimaiyyəti  öz  xoĢbəxtliyini  1918-ci  ilin  mayın  28-də  Azərbaycan 
Milli  ġurasının  elan  etdiyi  "Azərbaycanın  Müstəqillik  Aktı"nın  prinsiplərində 
görür. 
Nə  zaman  ki,  Rusiya  çarizmdən  uzaqlaĢıb  bolĢevizmə  keçdi,  onda 
Azərbaycan  Milli  ġurası  Azərbaycanı  demokratik-idarəçilik  formalı  müstəqil 
dövlət  elan  etdi.  Burada  butün  vətəndaĢlar,  o  cümlədən,  qadınlar  da  səsvermə 
hüququna  malik  idi  və  ilk  türk-müsəlman    respublikasının  taleyində  fəal    rol 
oynayırdı. 
Belə vəziyyətdə Azərbaycan 2 il mövcud olmuĢdur... 
Bizim qarĢımızda bir-biri ilə mübarizə aparan iki cəmiyyət vardır. Belə ki, 
Azərbaycan  müstəqillik  və  demokratiya  uğrunda,  azadlıq  və  Ģəxsiyyət  azadlığı 
uğrunda  mübarizə  aparır.  Ona  qarĢı  bütün  yuxarıda  sadalanan  azadlıqları, 
hüquqları inkar edib, imperializmi, despotizmi, terror və diktaturanı müdafiə edən 
rus cəmiyyəti dayanır. 
Bu iki cəmiyyətin mübarizəsi yeni deyildir. Bu iki cəmiyyətin - Rusiya və 
Azərbaycanın toqquĢması hələ XIX əsrin əvvəllərindən baĢlamıĢdır" (64, v. 16). 
Məlumatlarda  1803-cu  ildən  1920-ci  ilə  qədərki  Azərbaycanın  Rusiya 
əsarətində qaldığı dövrünün ümumi xarakteristikası verilir. Gəncədə Cavad xanın, 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə