ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

84 
 
PolĢanın Hərbi Qüvvələrinin Mərkəzi Arxivindəki sənədlərdə qeyd olunur 
ki,  (60,  v.  1-2-3)  Cahangir  bay  Kazımoğlu  1885-ci  ilin  martın  15-də  Azərbaycan 
Respublikasının Gəncə Ģəhərində anadan olmuĢdur. Müsəlman dininə mənsubdur. 
8 sinifli gimnaziyanı bitirmiĢdir. Türk və rus dillərini bilir. Ġlk dəfə olaraq 1902-ci 
ilin  yanvarın 5-də  orduya daxil olmuĢdur. 1918-ci  ilin dekabrın 25-dək  xidmətdə 
olmuĢ, həmin vaxtdan isə Azərbaycan ordusunda xidmətə baĢlamıĢdır. DöyüĢlərdə 
bir dəfə yaralanmıĢ, iki dəfə kontuziya olmuĢdur. 
Arxiv  sənədlərində  Cahangir  bəyin  hərbi  fəaliyyəti  belə  ardıcıllıqla 
göstərilmiĢdir:  5.I.  1902  -  Rus  ordusuna  qəbul  olunub.  15.VIII.  1905  -  Xorunji 
rütbəsini alıb. 06. VIII. 1907 ~Podporuçik rütbəsini alıb. 06. VIII. 1910 - Poruçik. 
06.  VIII  1914  -  ġtabkapitan.  15.VII.  1915  -  kapitan.  10.VI.  19l7  Podpolkovnik. 
25.XII.1918  -  3  azərbaycan  ordusunun  Azərbaycanda    baĢçısı.      20.III.1920    -  
Polkovnik.   03.VI 1920 -Mühacirətdə, bolĢeviklərin iĢğalından sonra.  16.VI.  1923 
-  PolĢada.  2,  2\1    ay  ay  -  Batalyonun  baĢçısı.    7,  2\1    ay  -Müqaviləli      Zabitlər  
Məktəbinin  dinləyicisi.   3   ay  -  ġtab zabitbri kursu. 01.VIII. 1924 - 63-cü piyada 
polkuna  keçirilib.  3,  2\1  ay  -  63-cü  piyada  polkunda  tələbə.  15.  XI.  1924  -66-cı 
piyada  polkuna keçirilir.  21,2\1   ay - 66-cı piyada polkunda  dinləyici.   79,  2\1   
ay - 36-cı  piyada polkunun dispisiyasında. 14. IV. 1931 - D.O.K. I-ə keçirilir. 78, 
2\1-O.K.I  BaĢçısının  dispozisiyasında.  26.X.  1937  -  26-cı  piyada  diviziyasına 
keçirilir.  7.8.1939 - Keçirilir VarĢavanın ON Briqadasına" (60, v.4-5). 
Əlavə  edək  ki,  PolĢa  Sovet  Ġttifaqı  və  Almaniya  tərəfindən  iĢğal  
edildikdən    sonra  Cahangir  bəy  sovet  rejiminə  qarĢı  mübarizəsini  dayandırmadı.  
1943-cü  ildə  Berlində  keçirilən  Milli  Azərbaycan  Qurultayını  açmaq  Ģərəfı  də  məhz 
ona  nəsib  oldu.    Sürəkli  alqıĢlar  altında  qurultayı  açan  C.    Kazımoğlu  demiĢdi:  
"YurddaĢlarım!    Azərbaycanın  azadlığı  və  istiqlalı  uğrunda    bundan    23      il      əvvəl   
bolĢevik  istilaçılarına    qarĢı  mübarizəyə  girən və  mübarək vətənin hər qarıĢ torpağını 
qanı  ilə  boyayan  Milli  Azərbaycan  Ordusunun  köhnə  bir  zabiti  olaraq  mən,  o 
ordunun  davamçıları  olan  qəhrəman  legionerlərimizin  nümayəndələrini  
salamlamaqdan böyük bir zövq duyuram. Azərbaycan xalqı bir çox dəfələr öz milli 
hüququnu silahla  müdafiə  etmək  məcburiyyətində  qalmıĢdır.   Cavad xanın    milli    
istiqlal    uğrundakı    qəhrəman    mübarizəsi, bolĢevizmə  qarĢı   edilən   Gəncə,   
ġəki,   Zaqatala,   Qarabağ üsyanları və digər bir çox silahlı çıxıĢlar azadlıq yolunda 
aparılan bu mübarizələrin parlaq nümunələridir". (50, s. 163). 
PolĢanın  hərbi  arxivlərində  azərbaycanlı  zabit  Hüseynqulu  xan  Xoyski 
haqqında isə aĢağıdakı məlumatlar vardır: 
"Adı, soyadı, rütbəsi - Hüseynqulu xan, Xoyski, polkovnik.  
Anadan olduğu il - 22 sentyabr 1871.  
Anadan olduğu yer - Gəncə. 
Ölkə - Azərbaycan. 


85 
 
Dini mənĢəyi - Müsəlman. 
Milliyyəti - Azərbaycanlı. 
Valideynlərinin soyadı - Ġsgəndər xan Çoropan Zeynal. 
Ailə vəziyyəti - Evli. 
Arvadının soyadı - Ziyat Xan. 
UĢaqlarının adı və anadan olan il - Valiye - 17.XI.905, Ġsgəndər- 15. IV.907, 
Sima- 18. III. 911, Zahid - 06.XI. 19. 
Təhsil - Kadetlər korpusu. 
Polyak ordusuna daxil olan il - 10.111.1924. 
Xarici orduya daxil olan il - 15.V1II.1989. 
Hərbi  təhsil  -  Süvari  zabitlər  məktəbi.  Yelizavetpolda  Ģtab  zabitləri  üçün 
kurslar. 
Dilləri bilməsi - yazılı - fars, türk, rus. 
ġifahi - fars, türk, rus. 
Ölkələri bilməsi - Ġran, Türkiyə, Rusiya. 
01.XI.1918-CĠ  ilə  qədər  hesablanmıĢ  hərbi  qulluğunun  stajı  -  29  il,  2  ay, 
15gün". (60,v.21). 
Qeyd  edək  ki,  digər  azərbaycanlı  zabit  Vəli  bəy  Yadigar  isə  l932-ci  ildə 
PolĢa  Silahlı  Qüvvələrinin  Ali  Hərbi  akademiyasını  bitirmiĢdi.  Ġkinci  Dünya 
müharibəsi  illərində  -Xalq  Ordusunun  (Armiya  Krayova)  tərkibində  süvari 
briqadanın  qərargah  rəisi  və  Lyubesk  süvari  alayının  komandiri  kimi  hərbi 
əməliyyatlarda iĢtirak etmiĢdi. PolĢada Tatar süvari  alaylarının tarixindən bəhs edən 
kitabçanın (VarĢava, 1925)  və  1956-cı  ildə  Londonda  çap  olunmuĢ  "Xalq  ordusu 
tərkibindəki  süvarilər"  tədqimatının  müəllifıdir.  O,  Ġkinci  Dünya  müharibəsindən  sonra 
Argentinaya  mühacirət  etmiĢ,  buradakı  Xalq  Ordusu  döyüĢçüləri  mühacirət 
hərəkatının baĢçısı olmuĢdu. Argentinada vəfat edən Vəlibəy Yadigarın nəĢi 1991-
ci  ildə  qohumları  və  dostları  tərəfindən  PolĢaya  gətirilərək  VarĢavadakı  Tatar 
qəbirstanlığında dəfn edilib (26). 
Qeyd  edək  ki,  PolĢa  ordusundakı  qafqazlılara,  o  cümlədən,  azərbaycanlılara 
xüsusi  diqqət  yetirilirdi.  Bu,  yalnız  maddi  təminatla  bağlı  deyildi,  eyni  zamanda 
onların dini, adət-ənənələrinə də sayğı ilə yanaĢmaqda özünü göstərirdi. 
MarĢal  Pilsudskinin  müvafıq  əmrlərinin  birində  göstərilirdi:  "Hərbi  əmrlər 
kitabından. ÇıxarıĢ: N13\32. Müsəlmanlar-onların ibadətləri. Orduda dini ibadətlər - 
əmrə əlavə. 
-  Müsəlman  dininə  mənsub  əsgərlər,  öz  dini  bayramlarında  məĢğələdən  və 
dərslərdən  azad  olunmalıdırlar.  Məscid  olan  qarnizonlarda  əsgərləri  hər  beĢinci  gün 
saat 11-14-də namaza getmək üçün dərslərdən azad etmək lazımdır. 
Hərbi Nazir 
Y. Pilsudski 


86 
 
Polşanın marşalı" (60, v. 5). 
Bundan  əlavə,  1928-ci  ildə  PolĢa  hökuməti  rəhbərliyinin  göstəriĢi  ilə 
VarĢava  Ģəhərində  məscid  tikilməsi  də  qərara  alınmıĢdı. "VarĢavada Məscid Tikilmə 
Komitəsi"nin Nizamnaməsindən olan çıxarıĢda isə bu sözlər yazılmıĢdı: "&1. YaradılmıĢ 
cəmiyyət  "VarĢavada  Məscidin  Tikilməsi  Komitəsi"  adını    daĢıyacaq.    Onun  
fəaliyyəti    bütün  Reçrospolita  keçiriləcək.  Cəmiyyətin  hüquqlarının  qorunmasına 
riayət edilməlidir. Komitənin yerləĢdiyi yer VarĢavadadır". 
 
  Faktlardan  məlum  olur  ki,  azərbaycanlı  hərbçilərə  PolĢa  ordusunda  və 
bütövlükdə  ölkə  ərazisində  böyük  diqqət  və  hörmətlə  yanaĢılırdı.  Bu  da  həmin 
zabitlərin PolĢa ordusunda qalmasına və həm də könüllü olaraq xidmət göstərməsinə 
Ģərait yaradırdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə