ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə4/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   2   3   4   5   6   7   8   9   ...   55

15 
 
w Warszawie. Emigranci wobec  
polityki rusyfikacji w ZSRR 
 
Rozdzial VIII 
Konferencja Partii „Musawat" w 
Warszawie. Przyjete rezolucje 
 
Rozdzial IX 
Mehmeda Emina Rasulzadego  
opublikowane w Polsce 
 
Rozdzial 
Artykufy Mehmeda Emina Rasulzadego 
poswiзcone Polsce 
 
Rozdzial XI 
Udzial i wystajuenia Mehmeda Emina 
Rasulzadego na konferencjach w Polsce 
 
Podsumowanie 
 
Summary 
 
Bibliografıa 
 
Dodatek: Zdjccia i dokumenty archiwalne 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


16 
 
GİRİŞ 
 
Azərbaycan-PolĢa  əlaqələri  tarixinin  öyrənilməsi  olduqca  əhəmiyyətlidir. 
Uzun illər boyu Sovet Ġttifaqının ideoloji basqıları  altında  yaĢamıĢ  Azərbaycanda  
ayrı-ayrı    ġərq    və  Avropa  ölkələri  ilə  münasibətlər  tarixini  araĢdırmaq  qeyri-
mümkün      olmuĢdur.      Azərbaycandakı      müvcud      sistem      bu  araĢdırmaların 
aparılmasına imkan verməmiĢdir. Yalnız Sovet Konstitusiyasında    qeyd    olunan    
Azərbaycan        müstəqilliyi  əslində      real      həyatda      əksini      tapmamıĢdır.        Bu   
mənada Azərbaycanın    baĢqa    xarici    dövlətlərlə    münasibətlərinin öyrənilməsi 
mümkünsüz idi. 
1991-ci  ildə  Sovetlər  Birliyi  rəsmi  olaraq  dağıldıqdan  və  Azərbaycan 
Müstəqillik  Aktını  qəbul  etdikdən  sonra  digər  sahələrdə  olduğu  kimi,  ölkəmizin 
tarixinə, beynəlxalq əlaqələr tarixinə yeni baxıĢlar sistemi formalaĢdı. Nəticədə bu 
istiqamətdə  yeni  araĢdırmalar,  tədqiqatlar,  kitablar  ortalığa  qoyuldu.  Məlum  oldu 
ki,  Azərbaycan  xalqının  tarixi  bütövlükdə  təhrif  edilmiĢ  və  yenidan  araĢdırmalara 
ehtiyac vardır. Çoxlu sahələrdə isə tədqiqatların aparılması vacibdir. 
 
Mövzunun aktuallığı
          
 
Belə mövzulardan biri də mühacirət      dövründə       Azərbaycan-PolĢa   
əlaqələridir.  Ümumiyyətlə  isə  Azərbaycan  mühacirətinin  yalnız  son  on  beĢ  ildə 
araĢdırıldığını  diqqətə  alsaq,  tədqiq  etdiyimiz  mövzunun  aktuallığı  bir  daha 
təsdiqlənər. 
 
Ġstər  PolĢada,  istərsə  da  Azərbaycanda  mühacirət  dövrünün  öyrənilməsi 
ilə  bağlı  problemlər  son  illərdə  aradan  qalxsa,  da  geniĢ    tədqiqat    iĢləri      ortalığa  
qoyulmamıĢdır.  Bu  mənada tədqiqatımızda yeni arxiv sənədlərinin öyrənilməsinə 
geniĢ yer vermiĢik. 
Qeyd etdiyimiz kimi, Azərbaycan-PolĢa xalqları arasında sıx münasibətlər 
XIX-XX  əsrin  əvvəllərində  formalaĢmıĢdır.  Azərbaycanda  müxtəlif  səbəblərdən 
yaĢamaq  məcburiyyətində  qalan  polyaklar  öz  savad  və  bacarıqları  ilə  seçilmiĢ, 
ölkəmizin  ictimai-mədəni  həyatında  mühüm  rol  oynamıĢlar.  1918-1920-ci  illərdə 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  isə  polyaklar  həm  müstəqil  dövlət 
quruculuğu  prosesində,  həm  də  güclü  bir  ordumuzun  yaradılmasında  fəallıq  gös-
tərmiĢlər. 
Qeyd  olunmalıdır  ki,  Azərbaycanın  paytaxtı  Bakı  Ģəhərində  gözəl 
memarlıq  nümunəsi  olan  bir  çox  binaların  da  müəllifi  məhz  polyaklar  idi.  Bu 
memarlıq  nümunələrindən  Bakı  Ģəhər  Ġcra  Hakimiyyətinin  indiki  binasını, 
Əlyazmalar Ġnstitutunu, Səadət Sarayını, Azərbaycan Elmlər Akademiyası Rəyasət 
Heyətinin binasını göstərmək mümkündür. 


17 
 
Ġlk Azərbaycan Parlamentində baĢda Vonsoviç olmaqla polyakların təmsil 
edilməsi də diqqətə layiqdir. 
1920-ci ilin 27 aprelində bolĢeviklərin Azərbaycanı iĢğalından sonra rejim 
əleyhinə  bölgələrdə  üsyanlar  baĢladı.  XI  Qırmızı  Orduya  qarĢı  məĢhur  Gəncə 
üsyanında  fərqlənən  zabitlərdən  biri  polyak  Stankeviç  idi.  Sona  qədər  Gəncənin 
müdafiəsində dayanan Stankeviç elə orada qəhrəmancasına həlak oldu. 
Azərbaycanın  bolĢeviklər  tərəfindən  iĢğalından  sonra  çoxlu  sayda 
insanlarımız  Türkiyədə  və  digər  Avropa  ölkələrində  mühacirət  həyatı  yaĢadılar. 
Məhz  PolĢada  məskunlaĢan  azərbaycanlılar  Azərbaycan  Ġstiqlalı  uğrunda  Ģərəfli 
mübarizə apardılar. 
Tədqiqat  iĢi  əsası  qismən  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə 
qoyulan  Azərbaycan-PolĢa  əlaqələrinin  mühacirət  illərində  (1920-1930-cu  illər) 
fəaliyyətini əhatə edir. Lakin hər iki xalq arasındakı münasibətlərin keçmiĢ tarixinə 
də  toxunulmuĢdur.  Xüsusən,  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  polyaklarla  
qurulan  dostluq  əlaqələri  də  araĢdırılmıĢdır. 
1920-ci  ilin  27  aprel  iĢğalından  sonra  azərbaycanlıların  PolĢadakı 
fəaliyyəti  sistemli  Ģəkildə  tədqiqə  cəlb  edilmiĢdir.  Bu  illərdə  mühacirlərimizin 
baĢda M. Ə, Rəsulzadə olmaqla həm  mətbu,  həm də siyasi fəaliyyətinə  geniĢ  yer 
verilmiĢdir. 1930-cu ildən baĢlayaraq azərbaycanlı  mühacirlər PolĢada daha geniĢ 
fəaliyyətə baĢladılar ki, bu da tədqiqat iĢində öz əksini tapmıĢdır. 
Azərbaycanlı  mühacirlərin  bu  dövr  fəaliyyətinin  öyrənilməsi  həm 
tarixĢünaslıq, həm də siyasi baxımdan zəruridir.  
 
Məqsəd və vəzifələr  
 
Azərbaycan-PolĢa 
əlaqələrinin  əsasən  mühacirət  dövründə  M.  
Ə.Rəsulzadənin  rolunu  araĢdırmaqda  məqsəd  XX  əsrin  Azərbaycan 
tarixĢünaslığındakı boĢluğu doldurmaq, eyni zamanda təhrif edilmiĢ mühüm tarixi 
dövr  haqqında  obyektiv  məlumat  verməkdir.  Bu  məqsədin  gercəkləĢməsi  üçün 
tədqiqatçı aĢağıdakı vəzifələrın yerinə yetirilməsini məqsədəuyğun hesab edir: 
-  Uzun  illər  boyu  mövcud  olmuĢ  sovet  dövləti  və  Stalin  rejimi  Sovet 
Ġttifaqında, eləcə də o ittifaqa daxil olan respublikalarda sərt terror rejimi yaratmıĢ 
və  nətıcədə  çoxlu  sayda  mühacirlər  PolĢada,  Türkiyədə  və  digər  Avropa 
ölkələrində mövcud rejimə qarĢı mübarizə aparmıĢlar; 
-Sovetlər Birliyinin təzyiqi ilə Türkiyədən getmiĢ azərbaycanlı mühacirlər 
PolĢada yaĢamıĢ və mövcud rejimə qarĢı fəaliyyət göstərmiĢlər; 
 
M.  Ə.  Rəsulzadənin  və  digər  azərbaycanlı  mühacirlərin  PolĢa 
rəsmiləri  ilə  yazıĢmaqda  məqsədi  bolĢevizmə  qarĢı  ciddi  müqavimət  göstərmək 
olmuĢdur; 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə