ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə6/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   2   3   4   5   6   7   8   9   ...   55

21 
 
Kitabın  üçüncu  fəslində  polĢalıların  XIX  əsrin  birinci  yarısında 
Azərbaycandakı fəaliyyətləri öyrənilir. Çar Rusiyasındakı qadağanlara baxmayaraq 
polyaklar Azərbaycandakı mədəni kulturəl fəaliyyətlərini daima geniĢləndirirlər. 
Əsərin dördüncü fəslində polyakların XIX əsrin ikinci yarısı və XX əsrin 
əvvəllərindəki  mədəni-kulturəl  fəaliyyətləri  ilə  bağlı      çalıĢmaları      iĢıqlandırılır.   
GeniĢ      informasiyalılığı      və  tarixi  faktlarının  zənginliyi  baxımından  A. 
Xodubskinin kitabı faydalı bir mənbədir. 
Andjey  Xodubskinin  2004-cu  ildə  VarĢavada  nəĢr  edilən  ”Polyaklar 
Azərbaycanda"  kitabında  isə  daha  geniĢ  məlumatlar  əksini  tapmıĢdır.  Tereza 
Bartosiyanın  redaktorluğu  ilə  nəĢr  edilən  335  səhifədən  ibarətdir  və  təhlilə  yeni 
faktların cəlb olunması ilə fərqlənir (70). 
TanınmıĢ alimlər - Boqdan Baranovski və KiĢiĢtov Baranovskinin 1987-ci 
ildə nəĢr edilən "Azərbaycan tarixi" kitabı mövzunun öyrənilməsində ciddi mənbə 
sayıla bilər. 15 min tirajla nəĢr edilən bu kitab iki hissədən ibarətdir. Birinci hissə 6 
bölümdən,  ikinci  hissə  isə  4  bölümdən  ibarətdir.  Kitabın  ümumi  həcmi  262 
səhifədir.  Kitabda  PolĢa-Azərbaycan  əlaqələrinin  mühum  tarixi  məqamları  tədqiq    
edilir (74). 
PolĢada 1995-ci ildə rus dilində nəĢr edilən "PolĢa tarixi -keçmiĢ dövrdən 
bu  günümüzə  qədər"  kitabından  da  bəzi  tarixi  məqamların  öyrənilməsində 
faydalanmıĢıq (191). 
Tarixçi-alim  Pyotr  Staveçiskinin  1997-ci  ildə  nəĢr  edilən  kitabı  da 
mövzunun  araĢdırılması  baxımından  əhəmiyyətlidir.  Kitabda  PolĢa  ordusundakı 
azərbaycanlı hərbçilər haqqında məlumatlar verilmiĢdir (88). 
2003-cu ildə PolĢanın Lublin Ģəhərində PolĢa-Azərbaycan əlaqələrinə həsr 
edilmiĢ  simpoziumun  materialları  ayrıca  kitab  Ģəklində  çap  olundu.  Kitabdakı 
çoxlu  sayda  elmi  materiallar  araĢdırılan  mövzunu  geniĢ  öyrənməyə  imkan  verir. 
(89a). 
Qeyd  edək  ki,  PolĢada  yaradılan  "Prometey"  təĢkilatının  öyrənilməsi 
baxımından  tarixçi  alim  Sergey  Mikuliçin  "II  Pospolianin  siyasətində 
Prometeyçilik" kitabı çox qiymətlidir. 1971-ci ildə VarĢavada nəĢr edilən bu kitab 
beĢ hissədən ibarətdir. Ümumilikdə 305 səhifə həcmində olan kitabda azərbaycanlı 
mühacirlərlə də bağlı məlumatlar az deyildir (85). 
2006-cı  ildə  Amerikalı  alim,  professor  TadeuĢ  Svyatoxovskinin  PolĢada, 
polyak  dilində    “Azərbaycan"  kitabının  nəĢr  edilməsi  təqdir  edilməlidir.  Kitaba 
giriĢ  sözünü  Azərbaycanın  PolĢadakı  səfiri,  professor  Vilayət  Quliyev  yazmıĢdır 
(89).  
 


22 
 
Türkiyədə nəşr edilən kitablar 
 
Mövzumuzu  araĢdırarkən  Türkiyədə  nəĢr  edilən  kitablardan  da 
bəhrələnməyə çalıĢmıĢıq (146, 149,   151,   154,   123,   124,   152, 153). Belə ki, 
dövriyyəyə  gətirilən  əsərlər  sırasında  tanınmıĢ  alman  tədqiqatçısı  R.  Mühlenin 
"Camali Xaç ilə Qızıl Yıldız arasında" adlı   1984-cu ildə Ankarada nəĢr olunmuĢ 
(135)  kitabına      da      diqqət      yetirmiĢik.      Zəngin      arxiv      materialları  əsasında 
yazılmıĢ bu kitabda  “Prometey”
   
klubu və qafqazlı təmsilçiləri    ilə   bağlı   çoxlu   
məlumatlar   vardır.    Kitabda azərbaycanlı mühacirlərin bolĢevizmə qarĢı təbliğat 
istiqamətində  gördüyü  iĢlər  haqqında  məlumatlar  da  az  deyil.  Bundan  əlavə,  
müəllif  Almaniya    hökuməti    rəhbərliyinə    aid    çoxlu  sənədlərlə,  tanınmıĢ 
siyasətçilərə,  Ģəxslərə  aid  yazıĢmalarla  bağlı  da  oxucuları  bilgiləndirmiĢdir. 
Ensiklopedik  informasiya  verməsi    və  müxtəlif  xalqlara  aid  mühacirlərin  
fəaliyyətini  əhatə etməsinə görə kitab böyük əhəmiyyətə malikdir. 
 
Rusiyada nəşr edilən kitablar         
 
            Problemi     öyrənmək üçün Rusiyada da nəĢr edilən mənbələrə də müraciət 
edilmiĢdir. Bundan ötrü V.  ġulqinin (216), L. K. ġkarenkonun (217) əsərlərindən 
və digər nəĢrlərdən tədqiqatımızda istifadə etmiĢik (198, 199,201). 
Hazırda  Rusiyada  yaĢayan  həmyerlimiz,  dəyərli  ziyalı,  Azərbaycan 
mühacirət  irsini  böyük  əziyyətlərlə  toplayıb  Azərbaycana  gətirmiĢ  Ramiz 
Abutalıbovun  xidmətləri  inkaredilməzdir.  Bu  fədakar  insanın  2006-cı  ildə 
Moskvada  nəĢr  etdirdiyi  "Parisdə  keçən  illər  və  görüĢlər"  kitabında  mövzumuzla 
bağlı  da  ciddi  faktlara  rast gəldik.  Kitabda  əsasən  Fransada  yaĢayan  azərbaycanlı 
mühacirlər  haqqında  geniĢ  məlumatlar  verilsə  də,  “Prometey”  klubu  və  jurnalı 
haqqında dəyərli bilgilər əldə etmək mümkündür. (192). 
 
Mühacirətdə nəşr edilən kitablar 
 
Tədqiqat  iĢinin  yazılmasında  M.  Ə.  Rəsulzadənin  və  digər  mühacirlərin 
mühacirətdə  nəĢr  edilmiĢ  kitab  və  olunmuĢdur.  (146,147,148,149,    150,  80,  84, 
118,  119      120,  121,  122,  125,  126-136;  139-145,  155,  193,  197,  200,  102, 
203,208,209,210,215). 
 
M.  Ə.  Rəsulzadənin  1923-cu  ildə  Ġstanbulda  çap  olunan  ilk  əsəri 
"Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təĢəkkülü və Ģimdiki vəziyyət”dir. (146). 
Kitabda  ilk  müstəqil  Azərbaycan  Cümhuriyyətinin  qurulmasındakı 
çətinliklər,  Azərbaycan  istiqlalına  münasibət  faktlarla  açıqlanır.  Rusiyanın 


23 
 
Azərbaycana  təcavüzkar  niyyətləri  pislənməklə  yanaĢı,  27  Aprel  iĢğalı  ərəfəsində 
Bakıda gedən mürəkkəb proseslər izah edilir.  
 
 
 
 
M.  Ə.  Rəsulzadənin  1926  –  cı  ildə  yazdığı  “  Rusiyada  siyasi  vəziyyət” 
əsərinin  də  tədqiqat  baxımından  ciddi  əhəmiyyəti  vardır.  Müəllif  bu  əsərində 
Rusiyada yaranmıĢ vəziyyəti, baĢ verən ictimai prosesləri təhlil edir (137).  
Azərbaycan  milli  azadlıq  hərəkatı  tarixinin  öyrənilməsində  və  milli 
mətbuatımızın  inkiĢafında  mühüm  rol  oynamıĢ  Mirzə  Bala  Məmmədzadə  də  öz 
əsərlərində  M.  Ə.  Rəsulzadənin  mühacirət  dövründəki  fəaliyyətinə  geniĢ  yer 
vermiĢdir.  Bu  mənada  müəllifin  1938-ci  ildə  Almaniyanın  Berlin  Ģəhərində, 
sonradan  isə  Ankarada  təkrar  nəĢr  edilən  "Milli  Azərbaycan  hərəkatı"  əsəri  geniĢ 
tədqiqat mövzusudur (129). 
M.  Ə.  Rəsulzadənin  1930-cu  ildə  VarĢavada  rus  dilində  çap  edilən 
"Panturanizm  və  Qafqaz  problemi"  kitabı  məzmununa  və  qoyulan  problemin 
əhəmiyyətinə  görə  çox  dəyərlidir.  Türklüyün  böyük  tarixi  və  siyasi  əhəmiyyətini 
açıqlayan  müəllif  problemi  ictimaiyyətə  yanlıĢ  təqdim  edənləri  kəskin  tənqid 
atəĢinə tutmuĢdur (209). 
M.  Ə.  Rəsulzadənin  PolĢada  VarĢava  Ģəhərində  nəĢr  edilən  ikinci  kitabı 
belə  adlanır:  "Azərbaycan  müstəqillik  uğrunda  mübarizədə".  Polyak  dilində  çap 
olunan  kitab  PolĢa  oxucularına  Azərbaycan  həqiqətləri  ilə  bağlı  geniĢ  məlumatlar 
vermiĢdir.  Azərbaycan  mühacirəti  və  PolĢa  ilə  mədəni-kulturəl,  siyasi 
münasibətlərin öyrənilməsində əsərin qiyməti əvəzsizdir (84). 
 
Azərbaycan və digər Qafqaz mühacirəti mətbuatındakı yazılar 
 
Altıncı  qrupa  daxil  olan  mənbələr  –  Azərbaycan  və  digər  Qafqaz 
xalqlarının mühacirət mətbuatında, eləcə də  "Prometey" və "Roçnik Tatarstvo"da 
PolĢa  ilə  bağlı  nəĢr  edilən  məqalələrdir.  Bu  mətbuat  orqanlarına  aĢağıdakılar 
daxildi:  1.  "Odlu  Yurd"  jurnalı.  2)  "Ġstiqlal"  qəzeti.  3)  "KurtuluĢ"  jurnalı.  4) 
"Müsavat"  Bulleteni.  5)  "Azərbaycan"  jurnalı.  6)  ġimali  Qafqaz"-  "Severnıy 
Kavkaz"  jurnalı.  7)  "Qafqaz"    jurnalı.  8)  "Prometey"  jurnalı.  9)    “Rodçik 
Tatarstvo”  jurnalı.  Bu  mətbuat  vasitələrində  (1.  2.  3.)  çoxlu  sayda  yazılar  nəĢr 
edilmiĢdir  ki,  bu  da  mövzumuzun  araĢdırılması  baxımından  olduqca  faydalıdır 
(155 – 165; 166 – 183; 218; 224 – 229; 90 – 92; 134).  
 
 
 
 
 
 
Azərbaycan arxivləri   
 
Bundan  əlavə  Azərbaycan  Respublikası  Dövlət  Arxivinin  Ġncəsənət  və  
Ədəbiyyat  bölməsində  maraqlı  sənədlər  mühafizə  olunur.  Bu  arxivdə  C. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə