ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   2   3   4   5   6   7   8   9   10   ...   55

24 
 
Hacıbəyliyə, Yusif Ġsmayılzadəyə (fond 661) və Ramiz Abutalıbova (fond 648) aid 
fondlarda  bilavasitə  azərbaycanlı  mühacirlərlə  bağlı  çoxlu  sənədlər  vardır  (7,8). 
Problemin  araĢdırılması  zamanı  Azərbaycan  Respublikası  Dövlət  Arxivindəki 
aĢağıdakı fondların materiallarından da faydalanmıĢıq. Fond-28; Fond-410; Fond-
414; Fond-894; Fond-895; Fond-970 (1,2,3,4,5,6). 
Eyni  zamanda  Azərbaycan  Respublikası  Siyasi  Partiyalar  və  Ġctimai 
Hərəkatlar  Arxivində  (SPĠHDA)də  ciddi  sənədlər  saxlanılır:  Fond-276;  Fond-277 
(9,10). 
 
Polşa arxivləri 
 
 
 Problemi  araĢdırarkən  daha  çox  PolĢa  Respublikasının    arxivlərindəki 
sənədlərə      müraciət      etmiĢik.    Bundan  ötrü  PolĢada  elmi  ezamiyyətdə  olmuĢ, 
VarĢavadakı  “Yeni  Aktlar  Arxivi”ndə,  "Texniki  Sənədlər  Arxivi”  ndə  PolĢa 
Respublikası  Müdafiə  Nazirliyinin  Xüsusi  Arxivində,  VarĢava  kitabxanasında 
saxlanılan  materiallarla  tanıĢ  olmuĢdur.  Qeyd  edək  ki,  burada  azəıbaycanlıların 
PolĢadakı  fəaliyyətlərinə  aid  çox  zəngin  sənədlər  saxlanılır.  Azərbaycanlıların  M. 
Ə.  Rəsulzadənin,  Ə.  TopçubaĢovun,  M.  Vəkillinın  Pilsudski  hökuməti  ilə 
yazıĢmaları,  PolĢa  dövlətinin  mühacirlərə  dəstəyini  təsdiqləyən  sənədlər, 
Qafqazdan,  o  cümlədən  Azərbaycandan    olan    hərbçilərin      müqavilə      əsasında   
PolĢa  Silahlı  Qüvvələrinə  qəbulunu  göstərən  sənədlər  böyük  maraq  doğurur. 
Tədqiqatımızda  ilk  dəfə  olaraq  həmin  zabitlərin  Ģəxsiyyəti  haqqında  da  geniĢ 
məlumat  veririk.  Qeyd  edək  ki,  2004-cu  ilin  iyul  ayının  15-də  PolĢa 
Respublikasının  Dövlət  Arxivi  ilə  Azərbaycan  Respublikasının  Dövlət  Arxivi 
arasında bağlanan əməkdaĢlıq müqaviləsi burada çalıĢmağımıza Ģərait yaratdı (51, 
52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68). 
PolĢa  arxivlərində  saxlanılan  sənədlər  sırasında,  Sovetlər  rejimi  altında 
yaĢayan Azərbaycandakı hadisələrə ciddi diqqət yetirilməsidir. Arxiv sənədlərində 
mövzu ilə də bağlı diqqəti cəlb edən məlumatlar çoxdur. 
1920-1930-cu illərdə PolĢa dövləti bolĢevizmə qarĢı mübarizə aparırdı və 
təbii ki, Rusiya əsarəti altında qalan xalqların mühacirətdəki nümayəndələrindən də 
faydalanmağa  çalıĢırdı.  Odur  ki,  bu  mühacirətin  Qafqaz  Birliyi  adı  altında, 
sonradan  isə  "Prometey"  klubunda  birləĢib  fəaliyyət  göstərməsini  vacib  sayırdı. 
Həmin  illərdə  ayrıca  bir  "Prometey”
 
jurnalının  nəĢri  də  faktlara  sübutdur.  Bu 
proseslərdə isə azərbaycanlılar həmiĢə faydalı mövqedən çıxıĢ edirdilər. 
Qeyd  edək  ki,  PolĢa  dövləti  Xarici  ĠĢlər  Nazirliyinin  ġərq  Departamenti 
vasitəsi  ilə azərbaycanlı  mühacirlərin  nəĢr etdikləri  mətbuat  orqanlarına  da  maddi 
dəstək göstərirdi. 


25 
 
PolĢa arxivlərində, xüsusən "Yeni mexaniki dokumentlər" arxivində çoxlu 
sayda  fotolar  saxlanılır.  Həmin  fotoların  da  tədqiq  edilib  öyrənilməsi  vacibdir. 
Burada azərbaycanlılara aid fotolar da əldə etmək mümkündür. 
PolĢada  olarkən  VarĢava  kitabxanasındakı  materiallarla  tanıĢ  olduq. 
Burada  mühacirət  mətbuatı  ilə  çoxlu  sayda  nümunələr  saxlanılır.  Xüsusən 
"Prometey"  jurnalının  bütün  saylarını  burada  əldə  edib  bəhrələnmək  mümkündür. 
Eyni zamanda  "Qafqaz",   “ġimali Qafqaziya  - Severnıy Kavkaz"   jurnallarının  da 
əksər nüsxələri burada saxlanılır. 
 
Türkiyə arxivləri        
 
Problemi  araĢdırarkən  Türkiyə  Cümhuriyyətindəki      mənbələrdən        də 
faydalanmıĢıq. Belə ki, Türkiyədə CümhurbaĢkanlığı arxivində və Ankarada Milli 
Kitabxanada  Azərbaycandan  ümumilikdə  isə  Qafqazdan  olan  mühacirlərə  aid 
çoxlu sənədlər saxlanılır (93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 
106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115'116, 117). 
Kitabda  M.  Ə.  Rəsulzadənin  Azərbaycan-PolĢa  əlaqələrindəki  rolu  ilk 
dəfə  olaraq  xüsusi  elmi  mövqedən  tədqiq  edilir.  1918-1920-ci  illərdən  baĢlamıĢ 
1939-cu  ilə  qədər PolĢanın  Almaniya  və  Sovet  Ġttifaqı  tərəfindən  iĢğalına  qədərki 
dövr ardıcıl olaraq dəqiq və sistemli Ģəkildə araĢdırılır. 
Bundan  əlavə,  Azərbaycan-PolĢa  əlaqələrinin  müəyyən  çalarlarına 
toxunulur. 
Tədqiqat  iĢinin  elmi  yeniliyi  məhz  problemin  özünün  qoyuluĢu  ilə 
müəyyən olunur və əsasən aĢağıdakı müddəalarda öz əksini tapır: 
 
Azərbaycan-PolĢa  əlaqələri  ilə  bağlı  ayrı-ayrı  məqalələr,  əsərlər 
yazılsa  da,  M.  Ə.  Rəsulzadənin  və  azərbaycanlı  mühacirlərin  bu  ölkədəki  həyatı, 
mübarizəsi  və  çalıĢmaları  indiyədək  ciddi,  sistemli,  monoqrafik  Ģəkildə 
araĢdırılmıĢdır; 
 
kitabda  azərbaycanlı  mühacirlərin  PolĢadakı  hərbi,  siyasi  və  mətbu 
çalıĢmalarını əks etdirən ən  mühüm  mənbə  və qaynaqlara istinad edilmiĢ, onların 
ictimai-siyasi fəaliyyəti dövrün ümumi mənzərəsi fonunda tədqiq edilmiĢdir; 
 
 
tədqiq  olunan  problemə  yeni  tarixi,  siyasi  kontekstdən  yanaĢılmıĢ, 
sovet  dövrünün  kök  salmıĢ  ideoloji  bağlılığından  və  prinsiplərindən  azad  olmağa 
cəhd göstərilmiĢdir; 
 
M.  Ə.  Rəsulzadənin  və  digər  azərbaycanlı  mühacirlərin  PolĢada 
məskunlaĢmaları və siyasi, mətbu çalıĢmaları səbəbinə xüsusi diqqət yetirilmiĢdir; 


26 
 
 
tədqiqat  iĢində  M.  Ə.  Rəsulzadənin  və  digər  azərbaycanlı  mühacirlərin 
PolĢadakı  fəaliyyətinin  real  mənzərəsini  yaratmağa  kömək  edən  çoxlu  sayda 
sənəd və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiĢ, elmi-tarixi 
problemin  həllinə  kömək  edən  yeni  ədəbiyyat  və  mənbələr  tədqiqata  cəlb 
edilmiĢdir; 
 
kitabın materialları və nəticələri XX əsr Azərbaycan tarixinin daha dərindən 
öyrənilməsində,  mühacirət  irsinin  və  mətbuat  tarixinin  araĢdırılmasında, 
Azərbaycan  diasporunun  fəaliyyətinin  tədqiqində,  eləcə  də  təbliğat  və  təhsil 
iĢində istifadə oluna bilər; 
 
tədqiqatdan  alınan  nəticələr  Azərbaycanın  XX  əsr  tarixinin  iĢlənməsində, 
ümumiləĢdirici  əsərlər  yazılmasında,  təhsil  iĢində,  o  sırada  ali  məktəblərdə 
Azərbaycan  tarixinin  tədqiqində,  xüsusi  kursların  keçilməsində  mühüm 
mənbədir. 
Kitab  giriĢ,  11  fəsil,  nəticə,  istifadə  olunmuĢ  ədəbiyyatların  siyahısından 
və  əlavələrdən  ibarətdir.  GiriĢdə  mövzunun  elmi  aktuallığı        və        əhəmiyyəti 
əsaslandırılmıĢ,  problemin  öyrənilmə  səviyyəsi  geniĢ  Ģərh  edilmiĢdir. 
Monoqrafiyanın 11 fəslində araĢdırılan problem geniĢ tədqiq olunmuĢdur. Nəticədə 
XX  əsr  tarixində  M.  Ə.  Rəsulzadənin  və  digər  azərbaycanlı  mühacirlərin  tarixi 
mövqeyi əsaslandırılmıĢdır. 
Tədqiqatımızda araĢdırılan    tarixin    bəzi    məqamlarını aydınlaĢdırmaq 
məqsədi ilə təcrübəli alimlərlə, tədqiqatçılarla məsləhətləĢmələr də aparılmıĢdır. 
Açıqlanmasına ciddi ehtiyac duyulan bu mövzu tarix elmimzdə göstərilən 
ilk  böyük  cəhddir.  ġübhəsiz  ki,  zaman  keçdikcə,  imkanlar  olduqca  Almaniyada, 
Türkiyədə,  Fransada,  PolĢada,  Rusiyada  saxlanılan  çoxlu  sayda  yeni  arxiv 
sənədləri  öyrəniləcəkdir.  XX  əsr  tarixində  isə  bu  boĢluğu  doldurmağa  ehtiyac 
vardır. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə