ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə8/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

27 
 
I FƏSİL 
 
Azərbaycan-Polşa əlaqələrinin təşəkkülü, formalaşması. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) 
polyakların Azərbaycanda fəaliyyəti 
 
Azərbaycanın  görkəmli  dövlət  xadimi,  Azərbaycan  Milli  QurtuluĢ 
Hərəkatının  ideoloqu  və  ilk  demokratik  dövlətimizin  banisi  M.  Ə.  Rəsulzadə 
Azərbaycan-PolĢa  əlaqələrinin  üç  baĢlıca  səbəbini  göstərirdi:  "Azərbaycanın 
Qafqaz  xalqları  ailəsinə  mənsubluğu,  ölkədə  yerli  türk  əhalisinin  çoxluğu  və 
nəhayət bu xalqın rus imperializmi tərəfindən əzilməsi" (84, s. 165). 
Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, azərbaycanlıları PolĢanın on 
yaxĢı  oğullarının  ġamilin  qəhrəmanlıq  mübarizəsi  ilə    maraqlandıqları    dövrü  
həmiĢə    heyranlıqla    xatırlayırlar.  Məlum      olduğu      kimi      həmin      dövrdə  
polyaklar      bu      ölməz  qəhrəmanın      azadlıq      mübarizəsinə      kömək    üçün   
artilleriya  istehsalını  təĢkil  etmiĢdilər.  Eyni  zamanda  Qafqazda  knyaz  Adam 
Çartorıskinin  Zax  və  Jordan  kimi  agentləri  də  fəaliyyəl  göstərirdilər.      Polkovnik   
Teofil      Lapinskinin      200      nəfərlik  dəstəsi  üç  il  Qafqazın  azadlığı  uğrunda 
mübarizə  aparmıĢdılar.  M.  Ə.  Rəsulzadə  yazırdı:  "Qərbə  qayıtdıqdan  sonra 
Lapinskı  Qafqazın  azad  edilməsi  planları  haqqında  bir  kitab  yazmıĢdı.  Hər  bir 
əlveriĢli Ģəraitdə PolĢa mühacirəti, xüsusən Parisdəki mühacirlər Qafqaz problemi 
ilə  ciddi  maraqlanırdılar.  1937-ci  ildə  Lapinski  Parisdə  "Qafqazda  inqilab"  adlı 
broĢura  nəĢr
 
etdi.    Həmin  broĢurda  o,  çərkəslərin  üsyançılar  yox,  əsrlər  boyu 
yaĢadıqları  torpaqların  müdafiəçiləri  olduğunu  sübut edirdi.    Eyni   zamanda   
o,      butun      Qafqaz      xalqlarının      azad  edilməsi      vacibliyini        subut      edirdi.    
Rusiyanın        təhlükədə  saxladığı  Qafqaz  və  Türk  xalqları  PolĢa  mühacirətinin 
inqilabi  taktikasını  Moskva      ilə mübarizədə vacib amillərdən biri  sayırdılar.  Bu 
mənada,    1912-ci  ildə  Krakovda  vəfat  etmiĢ,  1863-cu    il    üsyanının      iĢtirakçısı   
Jozef  Adam      Qverkovicin  ölümündən  sonra  tapılan  tarixi  sənəd  çox  maraqlıdır. 
Həmin sənədi sonradan Leonid Vasilevskinin redaktorluğu ilə nəĢr edilən "Ġstiqlal" 
(Niepodleglosc) jurnalında (N4, 1932-ci il) çap etdilər. Həmin sənəddə göstərilirdi 
ki,  "Rusiya-Türkiyə  müharibəsi  zamanı  (1879-cu  il)  Qafqazda  baĢ  verən      üsyanı 
eĢidən      qoca     döyüĢçü      Qafqazdakı      milli-azadlıq      hərəkatını  müdafiə      üçün      
PolĢa diviziyasını   formalaĢdırmağı  planlaĢdırdı". 
Qeyd  olunmalıdır  ki,  Türkiyənin  PolĢanın  bölünməsi  faktını  tanımaması 
da bu xalqın türk xalqlarına daimi rəğbətinə səbəb olmuĢdur. 
Rusiya  əsarəti  altında  əzilən  xalqlar  arasında  Azərbaycanın  siyasət 
xadimləri  də  PolĢanın  siyasətçiləri  ilə  ciddi  əlaqələr  qurmuĢdular.  Bu  əlaqələr 


28 
 
daxilində  hələ  car  Rusiyasının  Dövlət  Dumasında  bizim  nümayəndələrlə  PolĢa 
təmsilçilərinin  münasibətlərini  qeyd  etmək  mümkündür.  Eyni  zamanda  bu 
əməkdaĢlıq  o  dövrün  məĢhur  "Federalistlər  cəmiyyətində  də  davam  edirdi.  Bu 
cəmiyyəti  isə  Birinci  dövlət  Dumasının  baĢqa  əyalətlərdən  olan  nümayəndələri 
yaratmıĢdılar. Həmin cəmiyyətin rəyasət heyətində PolĢanın tanınmıĢ siyasi xadimi  
A. Lednitski ilə sonradan Azərbaycan Parlamentinin sərdi  olan   Əlimərdan    bəy    
TopçubaĢov əyləĢirdi" (84, s. 165-167). 
        Hər  iki  xalqın  oxĢar  tale  yaĢadığını  qeyd  edən  M.  Ə.  Rəsulzadə  yazırdı: 
"Gəncə  mühasirəsinə  rəhbərlik  etmiĢ  Sisiyanov  Ģəhəri  iĢğal  etdikdən  sonra  bu 
Ģəhərin müdafiəçiləri ilə yanaĢı, dinc sakinlərinə də amansızcasına divan tutmuĢdu. 
Gəncəli  Cavad  xana  göndərdiyi  ultimatumda  isə  rus  silahını  tərifləyərək 
qorxudurdu  ki,  bəs  "PolĢalılarla  müharibədə  böyük  qələbələr  qazanmıĢam".  (84,s. 
167-168).  Azərbaycanlıları  polyaklarla  əlaqələndirən  çoxlu  sayda  faktları 
sadalamaq  mümkündür.  Məlumdur  ki,  tanınmıĢ  Azərbaycan  mütəfəkkiri 
Abbasqulu  Ağa  Bakıxanov  XIX  əsrdə  səyahətə  çıxarkən  VarĢavada  da  olmuĢdu. 
Bu  ölkə  və  Ģəhər  haqqında,  oradakı  insanlar  ilə  bağlı  xoĢ  təəssüratını  bildirmiĢdi. 
MəĢhur  polyak  ĢərqĢünası  Vladislav  KostyuĢki  isə  1858-ci  ildə  çap  edilmiĢ 
yazılarında  məĢhur  alim  və  Ģair  Mirzə  Kazım  bəy  haqqında  maraqlı  məlumatlar 
vermiĢdir.  O,  göstərmiĢdir  ki,  Mirzə  Kazım  bəy  18  il  PolĢada  yaĢamıĢ  və  polyak 
dilini  əsaslı  Ģəkildə  öyrənmiĢdir.  Eyni  zamanda  o,  VarĢavaya  gözəl  Ģerlər  həsr 
etmiĢdir.  Mirzə  Kazım  bəyin  poetik  nümünələri  içərisində  polyak  dilində  dini 
mövzuda yazdığı bir neçə Ģer də vardır. 
M.  Ə.  Rəsulzadə  polyaklarla  olan  Ģəxsi  əlaqələrinin  tarixinə  toxunaraq 
yazırdı:  "  Mənim  yadıma  Bakı  qarnizonunun  hərbi  həkimi,  səhv  etmirəmsə 
Menjinski  familiyalı  bir  polyak  düĢür.  Yerli  əhaliyə  qarĢı  münasibətdə  o,  çox 
səmimi idi. Mənim rəhmətlik axund olan atamla isə six dostluq münasibətində idi. 
Atam  isə  Menjinski  haqqında  həmiĢə  "O,  əsl  müsəlman  olmalı  imiĢ"  fikrini 
iĢlədərdi.  Mən  bizim  fizika  və  riyaziyyat  üzrə  professorumuz  Boyçevskini 
xatırlayıram.  O,  bizə  yalnız  fizika  və  riyaziyyatı  öyrətmirdi,  eyni  zamanda  bizdə 
rejimə  qarĢı  nifrət  yaradırdı.    Həmçinin  bizdə  çarizmə  qarĢı  olan  inqilabi  ruhu 
müdafıə edirdi". (84, s. 169). 
Əslində  çar  Rusiyasının  amansız  rejimi  Ģəraitində  yaĢayan  polyaklar 
azərbaycanlılara  qarĢı  imkan  olanda  xeyirxahlıq  göstərirdilər. Milli mətbuatımızın 
ilk  nümunəsi  olan  "Əkinçi"  qəzetinin  nəĢrinə  milliyyətcə  polyak  əsilli  Bakı 
qubernatoru Staroselski xeyirxahlıqla yanaĢmıĢdı. 
Artıq  XX  əsrin  əvvəllərində  Bakıda  Ģəhərin  müsəlman  dairələri  ilə  sıx 
əlaqələri  olan  PolĢa  təĢkilatları  mövcud  idi.  Həmin  vaxt  azərbaycanlı  tacirlər  də  
PolĢaya tez-tez gedirdilər. Bakı VarĢava ilə sıx iqtisadi əlaqə saxlayırdı. O dövrdə 
bəzi  azərbaycanlı  tələbələr  VarĢava  Politexnik  Ġnstitutunda  təhsil  alırdılar.  Onlar 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə