ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

29 
 
danıĢırdılar ki, polyaklar çar Rusiyasına nifrət edirlər və azərbaycanlılara nümunə 
göstərərək nümayiĢkaranə Ģəkildə rusca danıĢmaq istəmirdilər. 
Bakı  neft  sənayesi  rayonunda  polyak  kapitalistlər  də  çıxıĢ  edirdilər  ki, 
onların arasında Rılski qardaĢlarını göstərmək olar. Əsədullayev qardaĢlarının neft 
Ģirkəti PolĢaya neft daĢıyırdı və orada çoxlu anbarları vardı. 
PolĢa  ilə  olan  əlaqələr  iqtisadi  məzmunda  deyil,  həm  də  mədəni  sahədə 
inkiĢaf edirdi. Xüsusən gənc nəsil hələ XX əsrdən baĢlayaraq PolĢa ədəbiyyatı ilə 
maraqlanmağa  baĢlamıĢdı.  Adam  Mitskeviçin  və  Senkeviçin  adları  milli 
mətbuatımızın oxuçuları üçün artıq yad deyildi. .. M. Ə. Rəsulzadə yazırdı: "1917-
ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı keçirilirdi. Həmin 
qurultayda  yerli  polyakların  nümayəndəsi  vəkil  Vonsoviçlə  fəhlə  və  kəndli 
deputatlarının nümayəndəsi olan bir kapitanın maraqlı polemikasının Ģahidi oldum. 
Onların hər ikisi qurultayı təbrik etmək üçün dəvət olunmuĢ qonaqlar idi. 
 Kapitanın  çıxıĢında  milli  məsəbnin  zəiflədilməsinə  meyl  qətiyyən  hiss 
olunmurdu.  O,  yeni  Rusiyadan  "Böyük  ümumxalq  azadlıq  Piramidası"  yaratmaq 
istəyirdi.  Kapitanın  çıxıĢından  sonra  PolĢa  komitəsi  adından  Vonsovic  çıxıĢ  etdi. 
Və o, özünün patriotcasına gözəl sözləri ilə toplaĢanların ümumi entuziazmı altında 
belə  piramidanın  tikilməsinin  mücərrədliyini  bildirdi  və  "Vavilyonun"  kədərli 
təcrübəsini  təkrarlamamasını  xatırlatdı.  Qeyd  etdi  ki,  beynəlxalq  piramida  tikmək 
lazım deyil, yalnız müasir dövlət Ģəraiti olan ayrıca binalar tikmək lazımdır. 
Bakıdakı  yerli  komitədən  olan  polyaklar  özlərinin  xeyirxah 
nümayəndələri  ilə  axıra  qədər  bu  Ģüara  sadiq  qaldılar  və  Azərbaycan  milli 
liderlərinin fəaliyyətini tam Ģəkildə müdafiə etdilər. Rusiya Müəssisələr Məclisinə 
seçkilərdə  polyaklar  Müsavat  Partiyasının  və  Milli  Komitənin  təmsil  edildiyi 
ümumi  10  saylı  siyahıya  səs  verdilər.  Mən  indi  VarĢavada  həmin  polyaklarla 
qarĢılaĢıram və onlar mənim seçicim olduğunu deyirlər" (84, s. 171). 
Əslən  polyak  olan  vəkil  Vonsoviç  isə  1918-ci  ildə  formalaĢan  ilk 
Azərbaycan  Parlamentinin  üzvü  idi.  AXC  dövründəki  (1918-1920)  mövcud 
qaydalara  görə  milli  azlıqların  nümayəndələri  yalnız  bir  mandata  sahib  olurdular. 
Polyak  Vonsoviç  parlament  iclaslarındakı  çıxıĢlarında  həmiĢə  Azərbaycan 
dövlətçiliyinin və milli partiya olan Müsavatın mövqeyini müdafiə edirdi. 
Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında da polĢalı ziyalılar 
yaxından  iĢtirak  edirdilər.  Mühəndislər,  hüquqĢünaslar  bu  sahədə  böyük  fəallıq 
göstərirdilər. Azərbaycan ordusunun formalaĢmasında isə polyak zabitlərin böyük 
rolu  vardı.  Sonradan  bolĢeviklər  tərəfindən  güllələnən  polyak,  tatar  əsilli  general 
Sulkeviç Azərbaycan ordusunun qərargahına baĢçılıq edirdi. 
Qeyd  olunmalıdır  ki,  Azərbaycanda  1918-1920-ci  illərdə  ilk  demokratik 
dövlət  qurulmasında  və  möhkəmlənməsində  PolĢa  tatarlarının  da  mühüm  rolu 
olmuĢdu.  Onların  arasında  1919-cu  ilin  martında  bolĢevik  iĢğalına  qədər 


30 
 
Azərbaycan  ordusunun  ilk  Ümumi  Qərargah  rəisi  vəzifəsində  iĢləmiĢ  general-
leytenant  Masey  Sulkeviç  (1865-1920),  Nazirlər  ġurası  dəftərxanasının  rəisi, 
publisist  və  tarixçi  Leon  Kriçinski  (1887-1939),  onun  qardaĢı  Ədliyyə  Nazirinin 
müavini Olgerd Kriçinski (1885-1939) və baĢqalarının fəaliyyəti diqqəti cəlb edirdi 
(79,  72,  25).  Ümumilikdə  isə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hərbi  və  dövlət 
strukturlarında 20 nəfərə qədər PolĢa tatarı çalıĢırdı. 
Azərbaycanda  güclü  bir  ordunun  qurulmasında  isə  general-leytenant 
Masey  Sulkeviçin  (bəzi  mənbələrdə  o,  Məhəmməd,  bəzilərində  isə  Süleyman 
Sulkeviç kimi göstərilir) əvəzsiz xidmətləri vardı. 1919-cu ilin martın 19-da Hərbi 
Nazir  Səməd  bəy  Mehmandarovun  əmri  ilə  Azərbaycan  ordusunun  Ümumi 
Qərargah  rəisi  təyin  olunan  M.  Sulkeviç  milli  ordu  quruculuğu  iĢlərində  əsl 
fədakarlıq göstərmiĢdi. (26, 27, 28, 29, 30). 
PolĢa  tatarlarının  digər  nümayəndəsi  olan  Nayman  Mirzə  Kriçinski, 
Bakıda əvvəl apellyasiya məhkəməsindo prokuror, sonradan isə Ədliyyə nazirinin 
müavini  iĢləmiĢdi.  Onun  qardaĢı  Leon  Nayman  Mirzə  Kriçinski  isə  Nazirlər 
Kabinetində  dəftərxana  direktoru  və  hökumətin  rəsmi  orqanının  redaktoru 
vəzifəsində  çalıĢmıĢdı.  Digər  bir  polyak    Xarici  ĠĢlər  Nazirliyində  kanselyariya 
direktoru  olaraq  əmıĢdi.  Polyak  Muxranski  Nəzarət  Nazirliyinin  dəftərxana 
direktoru, 
Aleksandr 
Poltoji 
isə 
Sənaye 
və 
Ticarət 
Nazirliyinin 
departamentlərindən birinin rəhbəri idi. (91, s. 87-88). 
M.  Ə.  Rəsulzadə  polyak  dilində  nəĢr  edilmiĢ  "Azərbaycan  Müstəqillik 
uğrunda  mübarizədə"  kitabında  isə  əslən  polyak  olanların  adı  sadalayır: 
"Azərbaycanın  müəssisələrində  mən  yalnız  tatar  polyaklarını  deyil,  eyni  zamanda 
əsl polyakları da görmüĢdüm. Biz əlbəttə ki, texniki səbəblərə görə burada həmin 
adamların böyük bir siyahısını vermək fikrində deyilik. Lakin Azərbaycanın dövlət 
həyatında  iĢtirak  etmiĢ  bəzi  polyakların  adlarını  çəkmək  istəyirəm:  Çeslav 
Qutovski  -təhqiqat  hakimi,  Çeslav  Klossovski  -  prokuror  köməkçisi,  Kazimej 
Jepski - prokuror köməkçisi, Komarovski - prokuror köməkçisi, Ziqmund Belinski 
-  notarius,  Zaxobiç  -  hakim,  Paçeviç  -  hakim,  Kiselevski  -  Ədliyyə  Nazirliyinin 
kanselyariya direktoru və s. 
Göründüyü  kimi,  polyaklar  hüquq  sahəsindəki  iĢlərdə  üstünlük  təĢkil 
edirdilər.  Lakin  onlardan  bəziləri  dövlət  müəssisələrində  də  müxtəlif  vəzifələr 
tuturdular". (84, s. 173-175). 
Qeyd  edək  ki,  çar  hökumətinin  Azərbaycanda  yürütdüyü  siyasət  milli 
kadrlardan ibarət olan mütəxəssislərin hazırlanmasını qeyri-mümkün etmiĢdi. Odur 
ki,  Azərbaycan  Xalq Cümhuriyyəti dövründə  yeni cəmiyyət quruculuğu  prosesinə 
baĢqa millətlərin nümayəndələri ilə yanaĢı polyaklar da cəlb edilmiĢdi. 
Azərbaycan  ərazisində  digər  peĢələrdə  iĢləyən  polyaklar  da  az  deyildi: 
həkimlər, vəkillər, mühəndislər və s. Bakının ən gözəl memarlıq abidələrindən biri 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə