ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

72 
 
Qeyd edək ki, "Prometey" ideyası getdikcə daha çox ölkədə özünə dayaq 
tapırdı. Belə ölkələrdən biri də Ġtaliya idi. Ġtaliyada yaĢayan gənc alim, Yaxın ġərq 
və Uzaq ġərq problemlərinin tanınmıĢ bilicisi Lauro Maynardi  əsasən "Prometey" 
xalqlarının  problembrindən  bəhs  edən  "Notiziario  Orientale"  adlı  mətbuat  orqanı 
nəĢr  etməyə  baĢlamıĢdı.  (168,  s.  43).  Jurnalın  fəaliyyət  istiqamətləri  haqqında 
redaktorun  yazdığı  baĢ  məqalədən  öyrənmək  mümkündür:  "ġərq  problemlərinin 
diqqətli  müĢahidəçisi  Uzaq  ġərqdəki  vəziyyətə  diqqət  yetirməyə  bilməz.  Biz  hər 
Ģeydən əvvəl Yaponiya ilə Rusiya arasındakı mümkün konflikti nəzərdə tutmuruq. 
Məhz  bu  konflikt  mərkəzi  bolĢevik  hakimiyyətini  yıxıb,  Rusiya  imperiyasının 
çoxmillətli  dövlətlərə  parçalanmasına  səbəb  ola  oilər.  Rusiyanın  parçalanmaq 
formasını  baĢa  düĢmək  üçün  mütəxəssis  olmaq  da  lazım  deyildir.  Bu,  belə 
olacaqdır:  Ukrayna,  Kazaklar  ölkəsi,  Qafqaz  (4  xalqla:  Azərbaycan,  Gürcüstan, 
Ermənistan,  ġimali  Qafqaz  və  ya  Çərkəzistan),  Türküstan,  Sibir  və  s.  Və  bunun 
əsasında  müstəqil  dövlətlər  yaranır.  Bütün  bunlar  ġərqi  Avropada,  Qara  dənizdə, 
Yaxın və q ġərqdə yeni situasiya yaradır. 
O ki qaldı Ġtaliya imperiyasına, biz təsdiq edirik ki, o, bu ölkələrin hər birində 
"status-kvo"nun  dəyiĢdirilməsində  tamamilə  maraqlıdır.  Onu  məcbur  edirik  ki, 
bizdə  Ukraynanın, Kazak torpaqlarının və Qafqazın tarixi, coğrafiyası iqtisadiyyatı ilə 
məĢğul olsunlar. Və həm də bu ölkələrin  milli  hüquqlarını, tələblərini, gələcəkdə azad 
xalqlar sırasındakı əhəmiyyətini aydınlaĢdırsınlar" (168, s. 43). 
Göründüyü  kimi,  Ġtaliyada  da  artıq  Rusiya  əsarəti  altında  qalan  xalqların 
problemlərinə diqqət yetirilirdi. 
"Prometey" jurnalına siyasi və mənəvi dəstəyi verənlər arasında aĢağıdakılar 
vardı:  bu  dəstəyi  ilk  verən  VarĢavadakı  ġərqĢünaslıq  Ġnstitutu  idi.  Ġnstitutun  "Vosxod-
Orient" adlı mətbuat orqanı da çap olunurdu. Ġsveçrədəki dəstəyi isə "Jurnal de Jenev" 
qəzetinin baĢ redaktoru Jan Marten idi. Lakin "Prometey"in ən nüfuzlu Jobbisti, 20 
ilə qədər Ġsveçrənin Xarici ĠĢlər Naziri və Millətlər Liqasında əsas məruzəçisi olmuĢ 
Cüzeppe Motta idi. Məhz onun fəallığı ilə 1922-ci ildə Gürcüstanın  Millətlər  Liqasına 
daxil olması haqqında qərar qəbul edilmiĢdi. Cüzeppe Motta SSRĠ-nin 1934-cü ildə 
Millətlər Liqasına daxil edilməsinin qəti əleyhdarı idi. 
Fransada isə "Prometey"i  Senatın prezidenti  Pol Dummerin  baĢçılıq  etdiyi 
"Frans-Orian"  Komitəsi,  eləcə  də  Əlimərdan  bəy  TopçubaĢov,  Ceyhun  Hacıbəyli, 
Türkiyənin Parisdəki səfiri Fəthi bəy, Mustafa Çokayoğlu, türkoloq Jozef Kastanye 
və baĢqaları müdafiə edirdilər... 
Qeyd  olunmalıdır  ki,  "Prometey"  redaksiyası  SSRĠ  ilə  bağlı  əksər  məlumatı 
Türkiyədən alırdı. Jurnalın bu bölməsinin əsas müəllifləri M. Ə. Rəsulzadə, Miryaqub 
Mehdiyev, Mustafa Çokayoğlu, S. Menaqari və A. Asatiani idilər. "Prometey"; ən 
çox  "Ġstiqlal"dan  (Berlin,  redaktor  M.  Ə.  Rəsulzadə  -  red.),  "Azərbaycan  Yurd 
Bilgisi", "Yeni Qafqasiya", "Yeni Türküstan" və "Odlu Yurd"dan (Ġstanbul) yazılar çap 


73 
 
edilirdi.  Prometey"in  xidməti  sayəsində  Avropa  ictimaiyyəti  Zaqafqaziyadakı 
sürgünlər, həbslər haqqında məlumat əldə edirdilər... Qeyd etdiyimiz kimi, 1938-ci 
ildən  baĢlayaraq  "Prometey"  jurnalı  adında  və  formatında  dəyiĢiklik  etdi.  Həmin 
ildən jurnal bu adla nəĢr edilməyə baĢladı: "La Revyu de Prometey". 
Yeni  adla  nəĢr  edilən  jurnal  daha  çox  Prometey  hərəkatının  ensiklopediyası 
tendensiyasına  üstünlük  verirdi.  Jurnalın  yeni  nəĢrinin  ilk  sayında  VarĢava 
Universitetinin professoru A. Lotoçskinin 1905-ci ildə Rusiya Müsəlmanlarının keçirdiyi 
ilk  toplantıya  həsr  edilən  məqaləsi  çap  olunmuĢdur.  Müəllif  bu  ideyanın  inkiĢaf 
etdirilərək  1917-1918-ci  illərdə  bəhrə  verdiyini  yazırdı.  Məhz  bu  ideya  rus 
olmayan xalqların Rusiyadan tamamilə ayrılmasına və milli dövlətlərini qurmasına 
Ģərait yaradırdı. Müəllif yazırdı: "Muxtariyyatçı-federalistlərin Birliyi və əzilən xalqların 
müasir təĢkilatların yalnız bir Ģüarı vardır... Millətçiliyimiz uğrunda, hamı birimiz üçün, 
birimiz hamı üçün!" (224). 
Həmin  sayda  "Jurnal  de  Geneve"  jurnalının  Ģef-redaktoru,  qafqazlı 
mühacirlərin  yaxın  dostu  J.  MarĢenin  də  maraqlı    məqaləsi  çap  olunmuĢdur. 
Müəllif  təəssüf  edir  ki,  Ġspaniya  və  Çində  olan  müharibələr  və  digər  Avropa 
problemləri Qafqaz məsələsini arxa plana atmıĢdır. Lakin o, göstərir ki, Qafqaza diqqət 
yenidən  artacaqdır:  "Qafqaz  yenidən  dirçələcəkdir.  Mən  buna  tam  Ģəkildə 
inanıram.  Ġnanıram  ki,  ayrı-ayrı  Qafqaz  dövlətlərinin  patriotları  həmrəy  olub, 
birlikdə iĢləyəcəklər" (224). 
Jurnalın  ədəbiyyat  bölməsində  isə  azərbaycanlı  mühacir  doktor 
Miryaqubun  Füzuli  və  ġah  Ġsmayıl  Xətainin  yaradıcılığının  dərin  təhlili 
verilmiĢdir. 
1939-cu ildə PolĢanın nasist Almaniyası tərəfindən iĢğal ilə bağlı "Revyu 
de  Prometey"  jurnalının  nəĢri  üçün  də  problemlər  yarandı.  Mustafa  Çokay,  A. 
ġulqin,  Miryaqub  Mehdiyev,  Noy  Jordaniya  bütün  həmyerlilərinə  müraciət  edib, 
onları  alman-sovet  koalisiyasına  qarĢı  müqavimətə  çağırırdılar.  Sonuncu  sayın 
redaksiya  məqaləsində (8-9 aprel, 1940-cı il) oxuculara təklif edilirdi ki, cuma və 
xolera  xəstəlikləri  arasında  seçim  etmək  lazım  deyil,  sadəcə  Finlandiyanın 
qəhrəmanlıq mübarizəsindən nümunə götürmək lazımdır" (192, s. 66-67-68). 
"Prometey"in  yaradılmasında  ilk  təĢəbbüsçülər  sırasında  M.  Ə. 
Rəsulzadənin  də  adı  çəkilir.  Tədqiqatçı  X.  Ġbrahimlinin  "Azərbaycan  siyasi 
mühacirəti"  kitabında  yazılır:  "Hələ  1923-cü  ilin  iyunun  26-da  çıxan  "Yeni 
Qafqasiya"  məcmuəsinin  birinci  nömrəsində  M.  Ə.  Rəsulzadə  Zevsin  Prometeyi 
Qafqaz  dağlarına  zəncirlənməsini  və  qartalın  onun  ciyərlərini  hər  gün  didməsini, 
Azərbaycanın,  eyni  zamanda  Qafqazın  mövcud  siyasi  durumu  ilə  əlaqələndirərək 
yazırdı: "Qafqasiyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir xassə indiki 
vəziyyətini  ifadə  etmək  üçün  bu  əsatirdən  daha  gözəl  bir  rəmz  tanımaq  mümkün 
deyil, Azərbaycanı və Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə