29
danıĢırdılar ki, polyaklar çar Rusiyasına nifrət edirlər və azərbaycanlılara nümunə
göstərərək nümayiĢkaranə Ģəkildə rusca danıĢmaq istəmirdilər.
Bakı neft sənayesi rayonunda polyak kapitalistlər də çıxıĢ edirdilər ki,
onların arasında Rılski qardaĢlarını göstərmək olar. Əsədullayev qardaĢlarının neft
Ģirkəti PolĢaya neft daĢıyırdı və orada çoxlu anbarları vardı.
PolĢa ilə olan əlaqələr iqtisadi məzmunda deyil, həm də mədəni sahədə
inkiĢaf edirdi. Xüsusən gənc nəsil hələ XX əsrdən baĢlayaraq PolĢa ədəbiyyatı ilə
maraqlanmağa baĢlamıĢdı. Adam Mitskeviçin və Senkeviçin adları milli
mətbuatımızın oxuçuları üçün artıq yad deyildi. .. M. Ə. Rəsulzadə yazırdı: "1917-
ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı keçirilirdi. Həmin
qurultayda yerli polyakların nümayəndəsi vəkil Vonsoviçlə fəhlə və kəndli
deputatlarının nümayəndəsi olan bir kapitanın maraqlı polemikasının Ģahidi oldum.
Onların hər ikisi qurultayı təbrik etmək üçün dəvət olunmuĢ qonaqlar idi.
Kapitanın çıxıĢında milli məsəbnin zəiflədilməsinə meyl qətiyyən hiss
olunmurdu. O, yeni Rusiyadan "Böyük ümumxalq azadlıq Piramidası" yaratmaq
istəyirdi. Kapitanın çıxıĢından sonra PolĢa komitəsi adından Vonsovic çıxıĢ etdi.
Və o, özünün patriotcasına gözəl sözləri ilə toplaĢanların ümumi entuziazmı altında
belə piramidanın tikilməsinin mücərrədliyini bildirdi və "Vavilyonun" kədərli
təcrübəsini təkrarlamamasını xatırlatdı. Qeyd etdi ki, beynəlxalq piramida tikmək
lazım deyil, yalnız müasir dövlət Ģəraiti olan ayrıca binalar tikmək lazımdır.
Bakıdakı yerli komitədən olan polyaklar özlərinin xeyirxah
nümayəndələri ilə axıra qədər bu Ģüara sadiq qaldılar və Azərbaycan milli
liderlərinin fəaliyyətini tam Ģəkildə müdafiə etdilər. Rusiya Müəssisələr Məclisinə
seçkilərdə polyaklar Müsavat Partiyasının və Milli Komitənin təmsil edildiyi
ümumi 10 saylı siyahıya səs verdilər. Mən indi VarĢavada həmin polyaklarla
qarĢılaĢıram və onlar mənim seçicim olduğunu deyirlər" (84, s. 171).
Əslən polyak olan vəkil Vonsoviç isə 1918-ci ildə formalaĢan ilk
Azərbaycan Parlamentinin üzvü idi. AXC dövründəki (1918-1920) mövcud
qaydalara görə milli azlıqların nümayəndələri yalnız bir mandata sahib olurdular.
Polyak Vonsoviç parlament iclaslarındakı çıxıĢlarında həmiĢə Azərbaycan
dövlətçiliyinin və milli partiya olan Müsavatın mövqeyini müdafiə edirdi.
Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında da polĢalı ziyalılar
yaxından iĢtirak edirdilər. Mühəndislər, hüquqĢünaslar bu sahədə böyük fəallıq
göstərirdilər. Azərbaycan ordusunun formalaĢmasında isə polyak zabitlərin böyük
rolu vardı. Sonradan bolĢeviklər tərəfindən güllələnən polyak, tatar əsilli general
Sulkeviç Azərbaycan ordusunun qərargahına baĢçılıq edirdi.
Qeyd olunmalıdır ki, Azərbaycanda 1918-1920-ci illərdə ilk demokratik
dövlət qurulmasında və möhkəmlənməsində PolĢa tatarlarının da mühüm rolu
olmuĢdu. Onların arasında 1919-cu ilin martında bolĢevik iĢğalına qədər
30
Azərbaycan ordusunun ilk Ümumi Qərargah rəisi vəzifəsində iĢləmiĢ general-
leytenant Masey Sulkeviç (1865-1920), Nazirlər ġurası dəftərxanasının rəisi,
publisist və tarixçi Leon Kriçinski (1887-1939), onun qardaĢı Ədliyyə Nazirinin
müavini Olgerd Kriçinski (1885-1939) və baĢqalarının fəaliyyəti diqqəti cəlb edirdi
(79, 72, 25). Ümumilikdə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi və dövlət
strukturlarında 20 nəfərə qədər PolĢa tatarı çalıĢırdı.
Azərbaycanda güclü bir ordunun qurulmasında isə general-leytenant
Masey Sulkeviçin (bəzi mənbələrdə o, Məhəmməd, bəzilərində isə Süleyman
Sulkeviç kimi göstərilir) əvəzsiz xidmətləri vardı. 1919-cu ilin martın 19-da Hərbi
Nazir Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan ordusunun Ümumi
Qərargah rəisi təyin olunan M. Sulkeviç milli ordu quruculuğu iĢlərində əsl
fədakarlıq göstərmiĢdi. (26, 27, 28, 29, 30).
PolĢa tatarlarının digər nümayəndəsi olan Nayman Mirzə Kriçinski,
Bakıda əvvəl apellyasiya məhkəməsindo prokuror, sonradan isə Ədliyyə nazirinin
müavini iĢləmiĢdi. Onun qardaĢı Leon Nayman Mirzə Kriçinski isə Nazirlər
Kabinetində dəftərxana direktoru və hökumətin rəsmi orqanının redaktoru
vəzifəsində çalıĢmıĢdı. Digər bir polyak Xarici ĠĢlər Nazirliyində kanselyariya
direktoru olaraq əmıĢdi. Polyak Muxranski Nəzarət Nazirliyinin dəftərxana
direktoru,
Aleksandr
Poltoji
isə
Sənaye
və
Ticarət
Nazirliyinin
departamentlərindən birinin rəhbəri idi. (91, s. 87-88).
M. Ə. Rəsulzadə polyak dilində nəĢr edilmiĢ "Azərbaycan Müstəqillik
uğrunda mübarizədə" kitabında isə əslən polyak olanların adı sadalayır:
"Azərbaycanın müəssisələrində mən yalnız tatar polyaklarını deyil, eyni zamanda
əsl polyakları da görmüĢdüm. Biz əlbəttə ki, texniki səbəblərə görə burada həmin
adamların böyük bir siyahısını vermək fikrində deyilik. Lakin Azərbaycanın dövlət
həyatında iĢtirak etmiĢ bəzi polyakların adlarını çəkmək istəyirəm: Çeslav
Qutovski -təhqiqat hakimi, Çeslav Klossovski - prokuror köməkçisi, Kazimej
Jepski - prokuror köməkçisi, Komarovski - prokuror köməkçisi, Ziqmund Belinski
- notarius, Zaxobiç - hakim, Paçeviç - hakim, Kiselevski - Ədliyyə Nazirliyinin
kanselyariya direktoru və s.
Göründüyü kimi, polyaklar hüquq sahəsindəki iĢlərdə üstünlük təĢkil
edirdilər. Lakin onlardan bəziləri dövlət müəssisələrində də müxtəlif vəzifələr
tuturdular". (84, s. 173-175).
Qeyd edək ki, çar hökumətinin Azərbaycanda yürütdüyü siyasət milli
kadrlardan ibarət olan mütəxəssislərin hazırlanmasını qeyri-mümkün etmiĢdi. Odur
ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni cəmiyyət quruculuğu prosesinə
baĢqa millətlərin nümayəndələri ilə yanaĢı polyaklar da cəlb edilmiĢdi.
Azərbaycan ərazisində digər peĢələrdə iĢləyən polyaklar da az deyildi:
həkimlər, vəkillər, mühəndislər və s. Bakının ən gözəl memarlıq abidələrindən biri
Dostları ilə paylaş: |