99
Kitaba giriĢ sözünü PolĢanın tanınmıĢ ictimai xadimi, senator,
Şərq
İnstitutunun direktoru Stanislav Sedlitski yazmıĢdı. S. Sedlitski qeyd edirdi ki,
son illərdə Polyak dilində Rusiyanın iĢğal etdiyi xalqların tarixinə dair bir neçə
kitab nəĢr edilmiĢdir. Bu kitabların əhəmiyyəti PolĢa ictimaiyyətini ġərqlə, onun
ayrı-ayrı ölkələri və xalqları ilə tanıĢ etməkdir. , yazırdı ki, biz polyaklar imkan
verməliyik ki, həmin ölkələrin nümayəndələri öz xalqlarının ruhu və obrazları
haqqında bizə məlumat versinlər.
Senator Sedlitski M. Ə. Rəsulzadənin polyak dilində nəĢrə hazırladığı
kitabı da yüksək qiymətləndirirdi: "Məni hədsiz dərəcədə sevindirir ki,
"Azərbaycan Milli NəĢriyyatı" tərəfindən nəĢr edilən bu kitab Azərbaycan xalqının
öz müstəqilliyinin bərpası uğrunda apardığı qəhrəmanlıq mübarizəsini iĢıqlandırır.
Bu, həm də ona görə xoĢdur ki, yazılmıĢ kitab öz azadlığı uğrunda mübarizə aparan,
Ģərq xalqlarından daha birisinin tarixini göstərən bu kitabın müəllifi Azərbaycan
milli hərəkatının ideoloqu və Milli Müsavat Partiyasının lideri, nıüstəqil
Azərbaycanın Milli ġurasının keçmiĢ sədri, görkəmli dövlət xadimi və patriotu
Məhəmməd Əmin bəy Rəsulzadədir. Mən inanıram ki, Azərbaycan xalqının öz
müstəqilliyi uğrunda apardığı ağır mübarizəni təsvir edən bu kitab PolĢa
ictimaiyyəti tərəfindən yaxĢı qarĢılanacaq. Bu ona görə baĢ verəcək ki, hər bir
xalqın müqəddəs hüququ olan böyük azadlıq ideyası PolĢadakı kimi baĢqa heç
yerdə hiss olunmayacaq və baĢa düĢülməyəcək, alimlər tərəfindən aydın-
laĢdırılmayacaq, Ģairlər tərəfindən yazılmayacaq və artistlər tərəfindən
oxunmayacaq.
Odur ki, heç kimi təəccübləndirməməlidir ki, 10 il əvvəl rus bolĢevizminə
qarĢı duran xalqların azadlıq hərəkatı adı məhz PolĢada yarandı. Və həmin hərəkatı
"Prometeyçi" adlandırdılar.
Bu, əlbəttə ki, boĢ və səsləniĢi gözəl sözlər deyildir, əksinə, bu hərəkatın
öz məzmununa və vəzifəsinə dəqiq uyğun gələn dərin məntiqi mənası vardır.
Prometey hərəkatı kommunizmin təcavüzkar ideyalarına qarĢı
bir reaksiya deyildir,
bu, Rusiya bolĢevizminin utopik və qaranlıq qüvvələrinə qarĢı olan proqressiv və
inqilabi münasibətdir.
Odur ki, mən Azərbaycan türklərinin və Qafqaz Konfederasiyasının
həyatiliyinin və gücünün sübutu olan bu kitabı alqıĢlayıram. Bununla yanaĢı böyük
Prometeyizm hərəkatının üzvü olan, müqəddəs alovları haqqında əfsanələr dolaĢan
"Odlar Yurdu" Azərbaycanı salamlayıram.
Qoy bu Prometey odunun parlaq alovları Sizin hamınız üçün, bu Yer
Kürəsinin insanları üçün missiya olan milli birlik hisslərini isitsin və
möhkəmlətsin. Bu hisslər isə ümüdünya mədəniyyətinin və insan sivilizasiyasının
güclü və hərəkətdə olan yaradıcısıdır (84. s. 4-5).