51
VarĢava uğrunda həlledici döyüĢ baĢ verdi. DöyüĢlərdə general Yozef Qaller,
general TadeuĢ Rozvadovski, marĢal Pilsudski qəhrəmanlıq göstərdilər. Pilsudski
bütün cəbhə xəttində uğurlu qələbə qazandı. General Tuxaçevski isə ağır
məğlubiyyət içərisində bolĢevik ordusuna geri çəkilmək əmri verdi. 1920-ci ilin
oktyabrında PolĢa-Rusiya tərəfı sülh müqaviləsi bağlamaq razılığına gəldilər.
1921-ci ilin martında hər iki dövlət arasında sülh müqaviləsi imzalandı. Bu sülh
müqaviləsinin yalnız polyaklar üçün deyil, eləcə də bütün Avropa üçün böyük
əhəmiyyəti vardı. Belə ki, PolĢa bolĢeviklərin qarĢısını almaqla yalnız öz
müstəqilliyini qoruyub saxlamadı, həm də bütün Qərbi Avropanı ona doğru
yayılmaqda olan bolĢevik inqilabından xilas etdi.
PolĢada ciddi dövlət quruculuğu prosesi baĢladı. Seymə və Senata seçkilər
keçirildi. Bu prosesdən sonra 1922-ci ildə Y. Pilsudski fəal siyasi həyatdan
uzaqlaĢdı. 1923-cu ilin mayında o, VarĢavanı da tərk edib Suleyuvekdə yaĢadı.
Dövlət və hərbi iĢlərdən kənarlaĢsa da, ayrı-ayrı siyasətçilərlə, ona sədaqətli
hərbçilərlə əlaqəsini davam etdirirdi. Pilsudski parlamentin fəaliyyəti ilə
maraqlanır və qəzet səhifələrində bəzi deputatları hətta təhqir edirdi. Aparıcı
partiyaların liderləri də parlamentin fəaliyyətini tənqid edirdilər. Pilsudski və
onun tərəfdarları bu vəziyyətdən istifadə etdilər.
1926-cı il mayın əvvəllərində növbəti hökümət böhranından sonra
prezident Voyçexski ilə mərkəz partiyaların təmsilçilərindən ibarət hökumət
kabinəsi formalaĢdırıldı. Bu hadisə Pilsudskiyə və onun tərəfdarlarına hərəkət
siqnalı oldu. Mayın 12-də Pilsudski ona sadiq olan hərbi hissələrlə çevriliĢ etdi.
MarĢal Pilsudski bir necə gün sonra bildirdi ki, biz əsgərlər
baĢ verənlərə sakit
baxa bilməzdik. Tezliklə o, baĢda Kazımej Bertel olmaqla yeni hökumət kabineti
formalaĢdırdı.
1926-cı ilin mayında isə məĢhur kimyaçı və tanınmıĢ ixtiraçı Pilsudskinin
ciddi tərəfdarı olan Ġqnati Mositski prezident seçildi Lakin ölkədə faktik
hakimiyyət Pilsudskinin nəzarətində idi.
MarĢal Pilsudski PolĢanın müstəqilliyinin qorunmasında daxili
təhlükələri aradan qaldırmaqla yanaĢı, xaricdən, xüsusən bolĢevik Rusiyasından,
1922-ci ilin dekabrından isə SSRĠ adlanan imperiyadan həmiĢə ehtiyatlanırdı.
Və bundan ötrü o, bolĢevik iĢğalına məruz qalan ölkələrin mühacirətdə yaĢayan
təmsilçilərinin gücündən faydalanmağa çalıĢırdı. Onun məqsədi bu təmsilçilərin
vasitəsi ilə bolĢeviklərə qarĢı siyasi-hərbi güc mərkəzləri yaratmaq və mübarizə
aparmaq idi.
Bu məqsədlə də PolĢa dövlətinin Xarici ĠĢlər Nazirliyinin ġərq
departamenti bilavasitə bu iĢlərlə məĢğul olurdu. Həmin departamentin 20-ci
illərdən baĢlayaraq mühacirlərlə yazıĢmaları bu ideyanın təsdiqini tapır.
52
Departament Ukrayna, Belorusiya mühacirləri ilə yanaĢı Qafqazdan olan
siyasilərlə ciddi əməkdaĢlıq edirdi.
Əslində Pilsudskinin bolĢevizmə qarĢı güclü müqavimət planı
geniĢlənirdi. PolĢa Ukrayna ilə çox ciddi munasibətlər qurmuĢdu və bu əslində
1921-ci ildə imzalanan ittifaqın davamı idi. MarĢal Pilsudskinin isə Ukrayna BaĢ
naziri Simon Petlurca ilə yaxın dostluq əlaqələri vardı. Simon Petlurca ilk
Prometeyçi dərgilərdən birini -“Trisub"u çap edirdi (154, s. 28).
1926-cı ildə Simon Petlurca Parisdə qətlə yetirildi. Lakin PolĢada bütün
hakimiyyət strukturlarına ciddi nəzarət edən Pilsudski SSRĠ-nin rəqiblərinin
qoruyucusu rolunu oynayırdı. Bu sırada Qafqaz mühacirləri ilə də iĢ birliyini
gücləndirirdi.
M. Ə. Rəsulzadə 1935-ci ildə "KurtuluĢ” jurnalının 7-8-ci sayındakı
"Jozef
Pilsudski"
məqaləsində
yazırdı: "Həyatında inqilabçılıqdan və
istiqlalçılıqdan baĢqa bir zövq duymayan bu adamın ən böyük idealı Lehistanı
(PolĢanı- red. N. Y.) təkrar müstəqil görmək, Ana-Vətəni çarmıxdan qurtarmaq idi.
Sosialistliyə bağlılığı belə onu bu yoldan çəkindirməmiĢ, bilakəs o,
sosializmi milli qayə yolunda müvəffəqiyyətlə inkiĢaf etdirmiĢdir. Lehistan
sosialist partiyasını ikiyə bölərək ona milli-sosializm ideolojisini aĢılayan və
proqramına Lehistan istiqlalının müdafiəsi maddəsini qoyan özüdür.
Məğrur lehlinin acıları ilə sızlayan bu böyük inqilabçının yanıq qəlbindəki
kinin ən böyük hissəsi çarlıq Rusiyasına çevrilmiĢdi. Çunki O, özünə slavyanlığın
hamisi dediyi halda, islav Lehistanın milli fəlakətində ən fəal bir rol oynamıĢdı.
Muravyov kimi cəlladları Lehistanın baĢına müsəllət edən, Moskvaya xas bir
vəhĢətlə milli Leh ruhunu boğaraq, milli qiyam yanğınlarını qan selləri ilə
söndürməyə qalxan da o idi.
Ġnqilabçı Pilsudski təbliğatçılığındakı bütün hərarəti və terrorçuluqdakı
bütün qüdrət və məharəti ilə iĢdə bu xain qatilə saldırmıĢ, həbslərinə, zülmlərinə və
təqiblərinə baxmayaraq onun körpülərini partlatmıĢ, valilərini öldürtmuĢ, yollarını
kəsərək xəzinələrini basmıĢdır.
Nəhayət böyük cahan müharibəsi gəlincə, təĢkil etmiĢ olduğu legionları
ilə ilk mübarizəsini yenə bu xain duĢmənə qarĢı yapmıĢdır.
Tarix bəklənən zamanı gətirmiĢ, çökən imperatorluqların yerində Lehistan
Cümhuriyyəti, bəylik oğullarının qanlarını axıdaraq, umduqları bəzi badəlməvtini
bulmuĢ, yenidən qurulmuĢdur.
Yeni qurulmuĢ Cümhuriyyətin rəisliyi ilə milli orduların baĢında dayanan
Pilsudski yenə eyni düĢmənlə qarĢılaĢmıĢ-1920-ci ildə VarĢavanı təhdid edən qızıl
rus ordusuna çaldığı məruf qələbəsi ilə, həm yeni dirilmiĢ yurdunun taleyini, həm
də qızıl təhlukə altında olan Avropa mədəniyyətini qurtarmıĢdır.
Dostları ilə paylaş: |