Əlavə №2 Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclərin tarifləri



Yüklə 68,2 Kb.
tarix27.03.2018
ölçüsü68,2 Kb.
#34960

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1997-ci il 16 iyun

tarixli 62 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Əlavə № 2

Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclərin tarifləri



Göstərilən xidmətlər

Gömrük xidməti üzrə ödənclər ABŞ dolları ilə

Gömrük rəsmiləşdirilməsi yerindən kənarda, o cümlədən müəssisə və təşkilatların ərazisində onların qoruduqları və gömrük nəzarətində olan malların gömrük işlərini rəsmiləşdirmək üçün gömrük işçisinin çağırılması, hər işçinin gündüz (iş vaxtı) bir saatlıq işi hesabı ilə

2


İş vaxtından əlavə (18.00-dan 09.00-a kimi), şənbə, bazar və bayram günləri (fasiləsiz işləyən müəssisələr istisna olmaqla)

5


Sərgi yüklərinin rəsmiləşdirilməsi üçün hər işçinin gündüz (iş vaxtı) bir saatlıq işi hesabı ilə

2


İş vaxtından əlavə (18.00-dan 09.00-a kimi), şənbə, bazar və bayram günləri

5

Qabaqcadan yazılı olaraq xəbər vermədən, sifariş olunan xidmətlərdən imtina etdikdə

5


Vətəndaşların Azərbaycan Respublikası ərazisinə gətirdikləri (o cümlədən müvəqqəti olaraq gətirilən) nəqliyyat vasitələrinin qeydə alınmasına vəsiqə verilməsi üçün:

yük və minik avtomobilləri, mikroavtobuslar, avtobuslar

motorsuz nəqliyyat vasitələri (qoşqu, yarımqoşqu araba və s.)

motosikllər, motorollerlər

mopedlər (qeydə alınmalı olanları)

20

15



10

8


Əşyaların aparılması (gətirilməsi) barədə rəsmi arayış (təsdiqedici) bəyannamə surəti, əşya və valyutanın qeydi kitabçaları və qanunda nəzərdə tutulan hallar barədə başqa məlumat sənədi üçün

1


x) Gömrük xidməti üzrə ödənclər gömrük tələbnaməsinin verildiyi günə ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə manatla ödənilir.


___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1997-ci il 16 iyun

tarixli 62 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Əlavə № 3

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük

idxal rüsumuna cəlb olunmayan malların

siyahısı


Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun kodları


Malın adı

8432

Kənd təsərrüfatı, bağçılıq, meşəçilik üzrə maşın və mexanizmlər

8433

Kənd təsərrüfatı məhsullarının yığımı və döyülməsi, otu və küləşi yığan və qablaşdıran, otbiçən maşınlar, habelə toyuq yumurtasını, meyvəni və başqa kənd təsərrüfatı məhsullarını tənzimləyən və növlərə ayıran maşınlar

8434

Süd sağan qurğu və aparatlar, kənd təsərrüfatında və sənayedə südü istehsal və emal edən avadanlıqlar

8435

Şərabçılıq, meyvə şirələri və digər içkilərin istehsalında istifadə edilən pres, döymə və başqa analoji maşın və mexanizmlər

8436

Kənd təsərrüfatı, bağçılıq, arıçılıq üçün digər avadanlıqlar

8437

Toxum təmizləyən, seçən, presləyən maşınlar və avadanlıqlar

8701

Traktorlar

8706

8701 mal mövqeyində göstərilən traktorlar üçün şassilər

8708

8701 mal mövqeyində göstərilən traktorlar üçün ehtiyat hissələri

İşlər müdiri A.Hacıyev

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1997-ci il 16 iyun



tarixli 62 nömrəli qərarına

Əlavə № 4

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük dəyərinin 5 faizi

həcmində gömrük idxal rüsumuna cəlb olunan malların siyahısı




Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun kodları




Mallın adı

Qrup 01

Canlı heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)

Qrup 10

Taxıl və dənli bitkilər

Qrup 26

Filizlər, şlaklar və küllər

Qrup 28

Qeyri-üzvü kimya məhsulları

Qrup 29

Üzvü kimya birləşmələri

Qrup 36

Partlayıcı maddələr, pirotexnik məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr

Qrup 38

Başqa kimyəvi məhsullar

Qrup 44

Oduncaq və oduncaq məmulatları, ağac kömürü

Qrup 47

Oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları və makulatura

Qrup 48

Kağız, karton və onlardan düzəldilmiş məmulat, 4803; 4810; 4814; 4817; 4818 10 - 4818 30; 4819; 4821

Qrup 53

Başqa bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış parça

Qrup 54

Kimyəvi saplar

Qrup 55

Kimyəvi ştapel lifləri

Qrup 72

Qara metallar

Qrup 73

Qara metallardan məlumatlar 7323 mal mövqesindən başqa

Qrup 74

Mis və mis məmulatı

Qrup 75

Nikel və nikel məmulatı

Qrup 78

Qurğuşun və qurğuşun məmulatı

Qrup 79

Sink və sink məmulatı

Qrup 80

Qalay və qalay məmulatı

Qrup 82

Qeyri-qiymətli metallardan hazırlanmış alət, bıçaq məmulatı, qaşıqlar, çəngəllər; onların hissələri

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri

8414 51 900; 8415 10 000; 8415 81 900; 8417 20

8418 10 900; 8418 21 - 8418 29 000; 8418 30 910; 8418 30 990; 8418 40 910; 8418 40 990; 8418 50; 8418 91 000

8422 11 000; 8423 10 000; 8423 81 500; 8450; 8452 10; 8469

8470; 8471 10; 8471 20 000 - 8471 20 600; 8471 91 000 –

8471 91 900; 8471 99

8472; 8476 mal mövqelərindən başqa


1

2

Qrup 85

Elektrik maşınları və avadanlığı, onların hissələri

8507 10 910; 8508 10; 8509; 8510; 8511; 8512; 8516; 8517 10 -8517 20 000; 8517 81 100; 8518; 8519; 8520; 8521; 8522; 8523; 8524; 8527 19 000; 8527 21; 8527 31; 8527 32; 8527 39; 8528 10 000 -8528 10 690; 8528 10 730 - 8528 10 980; 8528 20 000 –

8529 20 200; 8228 20

730-8528 20 990; 8529 10 200 - 8529 10 700;

8539 mal mövqelərindən başqa


Qrup 86

Dəmir yolu lokomotivləri və vaqonları, tramvay, onların hissələri və ləvazimatı, dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri

8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən başqa



Qrup 88

Uçuş aparatları, kosmik aparatları, onların hissələri

Qrup 89

Gəmi, qayıq və başqa üzən vasitələr 8903 mal mövqelərindən başqa

Qrup 90

Təbabətdə istifadə olunan cihaz və qurğular

9004; 9006 mal mövqelərindən başqa





İşlər müdiri A.Hacıyev
Yüklə 68,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə