Əlavə N1 Vətəndaş bərabərliyi və inteqrasiyanın dövlət strategiyası Giriş



Yüklə 90,91 Kb.
tarix27.10.2017
ölçüsü90,91 Kb.
#7071

Əlavə N1

Vətəndaş bərabərliyi və inteqrasiyanın dövlət strategiyası

Giriş

Demokratiyanın bərqərar olması və inkişaf etdirilməsi Gürcüstan cəmiyyətinin və hakimiyyətinin əsas məqsədlərindən biridir və bu məqsədə nail olmaq üçün fərdlərarası hüquq bərabərliyinin təmin edilməsi vacib amildir. Etnik azlıqların hüquqlarının müdafiəsi və rəngarəngliyə və plüralizmə əsaslanan cəmiyyətin dəstəklənməsi ölkənin demokratik kefiyyətini və inkişafını şərtləndirir.

Gürcüstan multietnik ölkədir, burada qanun hər bir kəsə bərabər hüquq və vəzifələr bəxş edir, onların identikliyini qoruyur. Gürcüstanın hər bir vətəndaşı ölkənin güc mənbəyi və sərvətidir. Tarixin müxtəlif mərhələlərində əsas etnik qrup olan gürcülərlə birlikdə ölkənin inkişafında ümumi əhalinin 16%-ni (Abxaziya və Sxinvali regionu/Cənubi Osetiyadan başqa) təşkil edən müxtəlif etnik qrupların nümayəndələri də əhəmiyyətli rol oynadılar .Onların böyük hissəsi –əsasən də etnik ermənilər və azərbaycanlılar –ölkənin cənubunda –Samsxe Cavaxeti və Kvemo-Kartli regionlarında, cənubda isə Kaxeti regionunda məskunlaşıblar. Gürcüstan onun ayrılmaz əraziləri olan Abxaziya və Sxinvali regionunda, Cənubi Osetiyada yaşayan əhalinin identikliyinin qorunub-saxlanılmasına xüsusi diqqət ayırır, çünki bu regionlar bugün Rusiya Federasiyası tərəfindən işğal olunmuşdur və orada yaşayan etnik qrupların assimlyasiyaya uğramaq təhlükəsi mövcuddur. Müvafiq olaraq, strategiyanın əsas postulatları Gürcüstan əhalisinin ayrılmaz hissəsi olan və bu regionlarda yaşayan bütün etnik qruplara aid edilir.

Etnik azlıqların kompakt məskunlaşdığı regionlarda onların identikliyinin qorunması təmin olunsa da, digər cəmiyyətlə onların inteqrasiyasının aşağı keyfiyyəti qalmaqdadır ki, bunu digər faktorlarla birlikdə, müəyyən qədər kompakt məskunlaşma da şərtləndirir. Bununla yanaşı, Gürcüstanın müxtəlif şəhər və ya regionlarında bəzi nisbətən azlıq təşkil edən etnik qrup nümayəndələri yaşayır, hansılar ki, ictimai həyatın müxtəlif sahələrinə əksərən tam şəkildə inteqrasiya olunmuşlar, lakin identikliyin qorunub saxlanılması üçün dəstəyə ehtiyacları vardır.

Son illər ərzində vətəndaş bərabərliyi nöqteyi-nəzərdən ölkədə mühüm inkişafa nail olundu. Hüquqi təminat və hüquq normalarının implementasiyası mexanizmləri yaradıldı. Eləcə də, etnik azlıqların mədəni identikliyi qorunub saxlanılıb. Lakin cari vətəndaş inteqrasiyası prosesində müəyyən ehtiyaclar və itaətsizlik mövcud olsa da, buna effektiv reaksiya ölkə əhalisinin mühüm hissəsinin potensialının tamşəkilli reallaşmasına və etnik azlıq nümayəndələrinin (Gürcüstanın tamhüquqlu vətəndaşları kimi) hüquqlarının həyata keçirilməsinə yardım edəcək.

Qarşıdakı strategiyanın başlıca məqsədini vətəndaş bərabərliyinin və inteqrasiyasının təmin edilməsi təşkil edir və bu məqsəd öz növbəsində Gürcüstan vətəndaşlarının etnik mənşələrindən asılı olmayaraq, ölkənin iqtisadi inkişafında, siyasi və ictimai həyatında, demokratik inkişafı prosesində öz töhfələrini vermələrinə xidmət edir. Vətəndaş bərabərliyinin və ineqrasiyasının təmin olunması, öz növbəsində, ölkədə etnoslararası və mədəniyyətlərarası sülhü və stabilliyi təmin edir.

Fərdlərarası bərabərlik və vətəndaş inteqrasiyasının təmin edilməsi Gürcüstan Konstitusiyasına və beynəlxalq müqavilələrə, konvensiyalara müvafiq olaraq, ölkə tərəfindən götürülmüş müsbət öhdəliklərdir və bu öhdəliklər müvafiq qanunvericilik məkanının yaradılmasını deyil, hüquqların həyata keçirilməsini nəzərdə tutur.

Gürcüstan hökuməti etnik azlıqların hüquqlarının müdafiəsi və gücləndirilməsi, eləcə də vətəndaş bərabərliyinə əsaslanan demokratik cəmiyyətin inkişafına dəstək istiqamətində qarşısında duran məqsədləri müəyyənləşdirir. Etnik azlıqların gücləndirilməsinin təmin edilməsinə yönəlmiş müsbət öhdəliklərin həyata keçirilməsi üçün Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının rəhbərliyi altında cari “Vətəndaş bərabərliyi və inteqrasiyanın dövlət strategiyası və 2015-2020-ci illər üçün Fəaliyyət Planı” işlənib hazırlandı. Bu strategiyada etnik azlıqların hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyasının təmin edilməsinin strateji və aralıq məqsədləri formalaşdırılmış və bu məqsədlərə çatmaq üçün dövlət idarələrinin vəzifələri müəyyənləşdirilmişdir. Sənədlərin qüvvədə olma müddəti 5 illə məhdudlaşır. Hər təqvim ilinin sonunda növbəti il üçün fəaliyyət planı hazırlanacaq və Gürcüstan hökumətinə təqdim ediləcək. Fəaliyyət planı cari strategiyanın vəzifələrinə əsaslanacaq və əlavə konkret tədbirləri nəzərdə tutacaq. Bundan başqa, strategiya ilə müəyyənləşdirilmiş məqsəd və vəzifələrə maksimal dərəcədə müvəffəqiyyətlə çatmaq üçün aralıq və yekun qiymətləndirmə də nəzərdə tutulub.

Dövlət idarələri tərəfindən etnik azlıqların müdafiəsi istiqamətində görülmüş işlərin dəstəklənməsi, idarələrarası koordinasiyalı fəaliyyətin təmin edilməsi və ictimai həyatın müxtəlif sahələrində etnik azlıqların iştirak səviyyəsinin yüksəldilməsi üçün vahid, dayanıqlı siyasətin formalaşdırılması və həyata keçirilməsi sənədin məqsədlərinə daxildir.

I. Vətəndaş bərabərliyi və inteqrasiya siyasətinə baxış\

2005-ci ildə “Milli azlıqların müdafiəsi haqqında” Avropa Çərçivə Konvensiyasına qoşulan Gürcüstan öz üzərinə aşağıdakı öhdəlikləri götürmüş oldu: azlıqların etnik özünəməxsusluğuna hörmət etmək və onların hüquqlarının reallaşması üçün müvafiq şəraiti yaratmaq. Burdan irəli gələrək, Gürcüstanın Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının məqsədi vətəndaş razılığı və bərabərliyini təmin etməkdən və etnik/mədəni rəngarəngliyin mühafizəsi yolu ilə vətəndaş inteqrasiyası siyasətinin effektiv həyata keçirilməsindən ibarətdir. Strategiya etnik, mədəni və ya digər əlamətləri nəzərə almadan bütün vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmişdir.

Gürcüstanda mədəni rəngarənglik çoxəsrlik ənənəyə, tolerant birgəyaşayışa və inkişafın müsbət təcrübəsinə malikdir. Rəngarəngliyin özü ölkənin sərvəti və demokratik və stabil inkişaf resursudur. Bununla yanaşı, vətəndaş inteqrasiyası prosesi beynəlxalq təcrübəyə və etnik azlıqların idarə olunmasının beynəlxalq standartlarını müəyyənləşdirən siyasi-hüquqi tənzimləmələrə əsaslanır. BMT, Avropa Şurası , ATƏT və digər beynəlxalq təşkilatların üzvü kimi Gürcüstan etnik azlıqların müdafiəsi və vətəndaş inteqrasiyası sahəsində uğurla həyata keçirilmiş beynəlxalq təcrübələri və tənzimləmələri nəzərə almağa, qəbul etməyə və Gürcüstanın spesifikasını nəzərə almaqla həyata keçirməyə hazır olduğunu bəyan edir. Gürcüstan 1999-cu ildə Avropa Şurasında üzvlüklə bağlı qəbul etdiyi öhdəliklərə sadiqliyini nümayiş etdirir. Strategiya müxtəlif beynəlxalq müqavilələri və sənədləri nəzərə alır:


  • Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;

  • Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğvi üzrə Konvensiya;

  • İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının tövsiyələri və rəhbər prinsipləri;

  • ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının London, Haaqa, Oslo, Lyublyana və Varşavanın tematik tövsiyələri və rəhbər prinsipləri.

Strategiya həmçinin Gürcüstanla Avropa Şurası arasında 2014-cü ildə imzalanmış Assosiasiya haqqında Müqaviləni də nəzərə alır. Müqavilənin başlıca məqsədlərindən biri etnik azlıqların hüquqlarının və mədəni rəngarəngliyinin qorunması və inteqrasiyası yolu ilə demokratik islahatların keçirilməsindən ibarətdir. Strategiya bütöv şəkildə etnik azlıqların vətəndaş bərabərliyi və rəngarəngliyinin təmin edilməsini nəzərdə tutan yanaşmaya əsaslanır. Bu strategiya etnik azlıqlarla bağlı yürüdülən dövlət siyasətini Gürcüstanın Avropa seçimi və siyasi islahatların keçirilməsi kontekstində müzakirə edir.

Strategiyada həmçinin illər ərzində ölkədə vətəndaş bərabərliyi nöqteyi-nəzərdən əldə edilmiş nailiyyətlər, o cümlədən “Dözümlülük və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər üçün Fəaliyyət Planı” çərçivəsində mövcud təcrübə, uğurlar və eləcə də müvafiq cavab reaksiyasını və həlli tələb edən məsələlər də nəzərə alınmışdır. Vətəndaş bərabərliyi və inteqrasiyası strategiyası elə bir baxışa əsaslanır, hansı ki, yalnız hüquqi sferada, qanunla və qanun qarşısında deyil, hətta real həyatda bütün vətəndaşların bərabərliyini nəzərdə tutur və bunun başlıca səbəbi hər kəsin bir vətəndaş kimi ictimai həyatın bütün sahələrində iştirakını təmin etmək təşkil edir. Müvafiq olaraq, strategiya hərtərəfli və kompleks yanaşmaya əsaslanır.

Strategiyanın başlıca məqsədi cəmiyyətin hər bir üzvünün mədəni dəyərlərinin və identikliyin qorunmasından ibarətdir. Vətəndaş inteqrasiyası bütün etnik qrupların nümayəndələrinin tamhüquqlu iştirakı üşün şəraitin yaradılmasını nəzərdə tutur. Bu məqsədlə dövlət beynəlxalq praktikada mövcud dəstəkdən və müxtəlif təşfiq metodlarından istifadə edəcək. Müdafiə etnik və mədəni identikliyin qorunub saxlanılmasını və təşfiqini nəzərdə tutur.

Mövcud strategiya və fəaliyyət planı yalnız etnik azlıq nümayəndələri ilə deyil, həmçinin gürcüdilli əhali ilə də inteqrasiyanı nəzərdə tutur. Vətəndaş inteqrasiyası prosesində cəmiyyətin bütün üzvlərinin iştirakı və cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Strategiyanın həyata keçirilməsi prosesində Gürcüstan hökuməti Gürcüstan Xalq Müdafiəçisi Aparatı yanında mövcud Milli Azlıqlar Şurası, QHT-lər, beynəlxalq təşkilatlar, etnik azlıq nümayəndələri və ekspertlərlə sıx əməkdaşlıq edəcəkdir.

Etnik azlıqların dövlət dili bilikləri məsələsi xüsusi diqqət tələb edir. Bu məsələ bu gün də ciddi çağırış kimi qalmaqdadır. 2002-ci ilin göstəricilərinə əsasən, qeyri-gürcüdilli əhalinin yalnız 30%-i gürcü dili biliklərinə malik idi. Dövlət dilini bilməmə onların ölkənin siyasi, iqtisadi və ictimai həyatında iştirakına əhəmiyyətli dərəcədə mane olur. Müvafiq surətdə, strategiya dövlət dilini bilmə məsələsini vətəndaş inteqrasiyasının əsas aləti kimi müəyyənləşdirir və gürcü dili biliklərinin yüksəldilməsinə istiqamətlənibdir.

II. Strateji məqsədlər

Sənəddə göstərilmiş məqsəd və vəzifələr etnik azlıqların hüquqlarının müdafiəsinin mühüm ilkin şərtini əks etdirir. Dövlət siyasətinin yekun məqsədi uzunmüddətli perspektivlərə nail olmaq üçün etnik azlıq nümayəndələrinin müxtəlif sistemlərdə –siyasi institutlar, dövlət qulluğu, vətəndaş cəmiyyəti, iqtisadiyyat, özəl sektor və ya təhsil sahəsində müvafiq iştirakını dəstəkləməkdən ibarətdir . Əsas strateji məqsədlər, yəni cəmiyyətdə arzuolunan uzunmüddətli dəyişikliklər, verilmiş sənədlə planlaşdırılmışdır. Bunlar aşağıdakılardır:



  • Etnik azlıq nümayəndələrinin mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirakı;

  • Etnik azlıq nümayəndələri üçün bərabər sosial və iqtisadi şərait və imkanlar yaradılmışdır;

  • Etnik azlıq nümayəndələri üçün keyfiyyətli təhsilin bütün səviyyələri əlçatandır və dövlət dili bilikləri yaxşılaşdırb;

  • Etnik azlıqların mədəniyyətləri qorunub saxlanılmış, tolerant mühit təşfiq edilmişdir.

1. Vətəndaş və siyasi həyatda bərabər və tamhüquqlu iştirak

Vətəndaş bərabərliyi nöqteyi-nəzərdən etnik azlıqların nümayəndələrinin vətəndaş mövqeyi, baxışları və ya ideyaları dövlət siyasətinin inkişafının təmin olunması strategiyanın məqsədini təşkil edir. Bu da öz növbəsində bərabərlik prinsiplərinin bərqərar olmasını və effektiv həyata keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, strategiya bərabər seçki mühitinin yaradılmasına yönəlib və etnik azlıqlar tərəfindən düşünülmüş şəkildə seçim etməyə yardım göstərir. Vətəndaş inteqrasiyası strategiyası bir tərəfdən etnik azlıqların formallıq, kəmiyyət nöqteyi-nəzərdən artmış nümayəndələrə və iştiraka, digər tərəfdən etnik azlıqların icma və cəmiyyətlərinin hüquqi, peşəkar və institusional güclənməsinə yönəlmişdir. Bu da müvaffəqiyyətli inteqrasiya siyasətinin həlledici ilkin şərtdir.

Qeyd edilən məqsədlər aşağıdakı sahələri əhatə edir:


  • Siyasi iştirakın yüksəldilməsi;

  • Vətəndaş iştirakının yaxşılaşdırılması;

  • Media və informasiyanın əlçatanlığının yüksəldilməsi;

  • Etnik azlıqların hüquqları barəsində maarifləndirmənin yüksəldilməsi.

Yuxarıda göstərilənlər ölkədə mövcud etnik və mədəni cəhətdən fərqli bütün qruplara, o cümlədən azsaylı və diaspor (dispersiya)şəklində yaşayan, sosial cəhətdən həssas qruplara aid edilir. Vətəndaş inteqrasiyası prosesində həmçinin etnik azlıqların icmalarında gender bərabərliyinin təmin edilməsi prinsipinin bərqərar olunması da nəzərə alınmışdır.

Əks olunmuş strateji məqsədə aşağıdakı aralıq məqsədlərə çatdıqdan sonra nail olunacaq:



    1. Azsaylı və sosial cəhətdən həssas etnik azlıqların dəstəklənməsi

Azsaylı və sosial cəhətdən həssas qruplarla bağlı məsələlər üzərində işləmək xüsusi diqqət tələb edir. Azsaylı etnik qruplar strategiya çərçivəsində ümumi vətəndaş inteqrasiyası siyasətinin bir parçasına çevrilir. Onların iştirakının gücləndirilməsi üçün Dövlət İdarələrarası Komissiyanın çərçivəsində azsaylı və sosial cəhətdən həssas etnik qrupların problemlərini öyrənən işçi qrupu yaradıldı, hansı ki, bu qruplar üçün konkret tövsiyələr və tədbirlər işləyib hazırlayacaq, həmçinin dövlət proqramlarının koordinasiyasını və institusional idarəçiliyin təkmilləşməsini həyata keçirəcək.

Qeyd edilmiş aralıq məqsədə çatmaq üçün mühüm vəzifə hesab olunur:



  • Azsaylı və sosial cəhətdən həssas etnik azlıq qrupları ilə bağlı siyasətin işlənib hazırlanması və həyata keçirilməsi.

1.2. Gender meynstriminqi

Gender problematikasını əks etdirmək nöqteyi-nəzərindən strategiya ölkənin gender siyasətini tamamlayan sənədi təşkil edir ki, bunun da əsas məqsədi həm etnik azlıqlara verilmiş qadın hüquqlarının müdafiəsi, ehtiyacların və inteqrasiyanın təmin olunması, həmçinin BMT-nin qadınlarla bağlı Ayrı-Seçkiliyin Ləğvi üzrə Komitəsinin tövsiyələrinin yerinə yetirilməsindən ibarətdir. Fəaliyyət Planında gender bərabərliyinin aradan qaldırılması və qadın hüquqlarının müdafiəsinə dəstəyin verilməsi, onların ictimai həyatda aktiv iştirakını dəstəkləmək və təşfiq etmək kimi məsələlər, həmçinin gender bərabərliyinin təmin olunması prosesində kişilərin də iştirakı nəzərə alınmışdır.



1.3. Etnik azlıq nümayəndələri üçün dövlət administrasiyaları, hüquq mühafizə orqanları və mexanizmlərinin əlçatan olmasının yüksəldilməsi

Qeyd edilmiş məqsədə çatmaq üçün mühüm vəzifələri aşağıdakılar təşkil edir: inzibati icraat, istintaq və məhkəmələrin əlçatan olmasını təmin etmək; hüquq mühafizə orqanlarında və Dövlət Qəyyumluq-Qubernator Administrasiyası səviyyəsində azlıqların nümayəndələrinin iştirakının yaxşılaşdırılması; etnik azlıqların nümayəndələri üçün ictimai xidmətlərin səviyyəsinin yüksəldilməsi, həmçinin etnik azlıqların dövlət idarəçiliyi mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması səviyyəsində iştirakı.

Bu cəhətdən etnik azlıqların dövlət dilini bilməmələri və ya qismən bilmələri, mühüm problem olaraq qalmaqdadır, hansı ki, bir tərəfdən onların informasion izolyasiyasına səbəb olur, digər tərəfdən isə dövlət orqanları ilə inzibati icraata təşəbbüs, yerli özünüidarə prosesində iştirak, ədalətin təcəlli etməsi və s. kimi hüquqi münasibətlərin qurulması prosesində maneələrə çevirilir.Müvafiq olaraq, müxtəlif dövlət orqanı ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə Fəaliyyət planı mövcud baryerlərin aradan qaldırılmasına və mərkəzi və ya hökumət ilə hüquqi münasibətlərin təkmilləşdirilməsinə yardım edəcək tədbirləri nəzərə alır. Bununla yanaşı, dövlət sektorunda işlə təmin olunmuş etnik azlıq nümayəndələrinin dövlət dili biliklərinin təkmilləşdirilməsinin təşfiqi də əhəmiyyət daşıyır.

Qeyd edilmiş aralıq məqsədə çatmaq üçün mühüm vəzifələri təşkil edir:



  • Etnik azlıqların kompakt məskunlaşdığı regionlarda etnik azlıq nümayəndələri üçün inzibati icraatın əlçatanlığının yüksəldilməsi

  • Etnik azlıq nümayəndələrinin Dövlət Qəyyumluq-Qubernatorlar Administrasiyası səviyyəsində iştirakının yüksəldilməsi;

  • Etnik azlıq nümayəndələri üçün ictimai xidmətlərin əlçatan olmasının mükəmməlləşdirilməsi;

  • Dövlət idarəçiliyi və dövlət qulluğunda, o cümlədən hüquq mühafizə orqanlarında, etnik azlıq nümayəndələrinin iştirakının təkmilləşməsi və peşəkar inkişafı .

1.4. Siyasi qərarqəbuletmə prosesində etnik azlıqların iştirakının həvəsləndirilməsi

Gürcüstan əhalisi arasında etnik azlıqların faiz göstəriciləri ilə müqayisədə onların ölkənin siyasi institutlarındakı göstəriciləri çox aşağıdır. Siyasi qərarın qəbul edilməsi prosesi etnik azlıq nümayəndələrinin iştirakı baxımından həlledicidir, ilk növbədə də Gürcüstan Mərkəzi Seçki Komissiyasının rolu qeyd olunmalıdır, çünki o seçki administrasiyasının hazırlanması çərçivəsində etnik azlıq icmalarının nümayəndələrinin seçki administrasiyasına cəlb edilməsini davam etdirəcək. Seçki hüquqları ilə birlikdə siyasi partiyalara etnik azlıq nümayəndələrinin cəlb olunması məsələsinə də diqqət yetirildi. Siyasi partiyalarla bağlı məqsədyönlü siyasətin yürüdülməsi də planlaşdırılıb ki, bu da öz növbəsində partiya siyahılarına etnik azlıq nümayəndələrinin qoşulmasına marağın artırılmasını təmin etməlidir. Həmçinin Fəaliyyət Planı ilə siyasi partiyaların mərkəzi və ya regional nümayəndəliklərində fəaliyyət göstərən üzvlər vətəndaş inteqrasiyası, etnik azlıqların siyasi iştirakı və rəngarəngliyin idarə olunması kimi məsələlər üzrə yüksək şəkildə maarifləndirilməlidirlər.

Hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə strategiya çərçivəsində xüsusi idarələrarası işçi qrupu da yaradıldı. İşçi qrup etnik azlıqların siyasi iştirakını dəstəkləyən və beynəlxalq praktikada mövcud hüquqi mexanizmləri öyrənir, Gürcüstanda bu mexanizmlərdən istifadə imkanlarını müzakirə edir və lazım gəldiyi təqdirdə müvafiq təşəbbüsü hazırlayır.

Qərar qəbul etmə prosesində etnik azlıqların iştirakının təşfiqi məqsədilə Avropa təcrübəsinə əsaslanaraq, regional və yerli səviyyələrdə İctimai Məsləhət Şuraları yaradılacaq. Qərar qəbul edənlər qarşısında etnik azlıqların nümayəndələri üçün əhəmiyyətli məsələlərin qaldırılması, tövsiyələrin və nəticələrin hazırlanması, konkret təkliflərin təşəbbüsü, həmçinin dövlət tərəfindən etnik azlıqların tələbatları ilə bağlı qərarların və ya proqramın monitorinqi və qiymətləndirilməsi Şuranın əsas funksiyasını təşkil edir. İctimai Məsləhət Şurası vətəndaş cəmiyyəti təşkilatları, icma nümayəndələri və müvafiq dövlət strukturlarının iştirakı ilə formalaşacaq.

Qeyd olunmuş aralıq məqsədlərə çatmaq üçün Planda müəyyənləşdirilmiş növbəti vəzifələr :


  • Etnik azlıqlar tərəfindən səsvermənin və məlumatlandırılmış seçimin edilməsini təmin etmək;

  • Partiya seçkiləri siyahılarında və siyasi partiyaların fəaliyyətində etnik azlıq nümayəndələrinin iştirakının təşfiqi;

  • Dövlət qulluğunda etnik azlıqların iştirakının yüksəldilməsi.

1.5. Etnik azlıq nümayəndələri üçün KİV-nin və informasiyanın əlçatan olmasının yaxşılaşdırılması

Vətəndaş inteqrasiyası prosesinin müvəffəqiyyətli icrası üçün həm etnik azlıqların mövzularının işıqlandırılması və onların iştirakını təmin etmək, həm də mediada nifrət dilindən istifadənin yolverilməzliyi ( belə olduğu təqdirdə isə faktlara sərt reaksiya) nöqteyi-nəzərdən KİV-ə xüsusi rol verilir. Bu kontekstdə dövlət İctimai Yayımın davranış məcəlləsinin populyarlaşdırılmasına vahid dəstək göstərmələri üçün media-təşkilatları ilə əməkdaşlıq edəcək, bu da öz növbəsində bütün idarələrə bərabərlik və dözümlülük prinsiplərinə riayət etmək öhdəliyini verir. Bununla yanaşı, etnik azlıqların siyasi sosiallığı və ümumi vətəndaş inteqrasiyası prosesində onlar üçün anlaşılan dildə və ya ana dilində informasiyanın əlçatan olmasının yaxşılaşdırılması və vahid informasiya məkanına qoşulması mühüm əhəmiyyət daşıyır.

Qarşıdakı strategiya İctimai Yayıma media və informasiyanın əlçatanlıq komponentinin aparıcı funksiyasını həvalə edir, hansı ki, cari sosial, iqtisadi və siyasi həyat haqqında etnik azlılqarın məlumatlandırılmasını, həmçinin ümummilli, demokratik dəyərlərin yayılmasını, təzahürünü, milli azlıqaların məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının yüksəldilməsini, etnik azlıqların tematikasının işıqlandırılması zamanı yüksək peşəkarlıq standartlarının tətbiqini dəstəkləməlidir.

Qeyd edilmiş aralıq məqsədlərə çatmaq üçün mühüm vəzifələri təşkil edir:



  • Etnik azlıqların dillərində yayım proqramlarının və elektron və ya çap mediasının əlçatanlığının təmin edilməsi;

  • Yayım proqramlarında etnik azlıqların tematikasının işıqlandırılması və azlıqların nümayəndələrinin iştirakının təmin olunması;

  • Mediada tolerantlıq və mədəni plüralizmin dəstəklənməsi.

1.6. Etnik azlıqların hüquqları barəsində ictimaiyyətin məlumatlandırılmasını təmin etmək

Qeyd edilmiş məqsədə nail olmaq “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Avropa Çərçivə Konvensiyası və onun yerinə yetirilməsi barəsində ictimaiyyətin –həm əhalinin çoxluğunun, həm də etnik azlıq icmalarının –məlumatlandırılmasını nəzərdə tutur. Bu proses həm də dövlət tərəfindən “Regional və ya Azlıqların Dillərinə dair Avropa Xartiyası”nın prinsipləri haqqında ictimaiyyətin –müxtəlif hədəf qruplarının, o cümlədən Dövlət Qəyyumluq-Qubernator Administrasiyasının, yerli özünüidarələrin, hüquq mühafizə orqanları və digər dövlət müəssisələrinin işçilərinin məlumatlandırılması məqsədilə informasiya kampaniyasının icraatını əhatə edir. Həmçinin, Çərçivə Konvensiyası əsasında müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatın hazırlanması və təqdim olunması da həyata keçiriləcək.



2. Bərabər sosial və iqtisadi şərait və imkanların yaradılması

Bütün vətəndaşların sosial-iqtisadi bərabərliyi Gürcüstan qanunvericiliyi ilə qorunur. Lakin bəzi səbəblərə görə (dövlət dilini bilməmə, coğrafi faktor, sosial və siyasi iştirakın aşağı səviyyəsi) etnik azlıq nümayəndələrinin öz hüquqlarının həyata keçirilməsi və sosial siyasətdən istifadə nöqteyi-nəzərindən qeyri-bərabər şəraitlə üzləşməsi riski də mövcuddur. Məhz buna görə, strategiyada konkret tədbirlər öz əksini tapmışdır.

Vətəndaş inteqrasiyası nöqteyi-nəzərindən etnik azlıqların gürcüdilli əhali ilə və dövlət orqanları ilə kommunikasiyasını artıran, eləcə də onların sosial xidmətlərdən istifadəsini təkmilləşdirən sosial-iqtisadi proqramların həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Dövlət idarələri öz sektor strategiyalarının işlənib hazırlanması, sosial-iqtisadi proqramların və xidmətlərin həyata keçirilməsi zamanı etnik azlıqların tələbatlarını da nəzərə alacaqlar.

Strategiya Gürcüstan və Avropa Şurası arasında 2014-cü ildə imzalanmış Assosiasiya haqqında müqaviləyə əsaslanır ki, onun da əsas başlıqlarından biri –“İşlə təmin etmə, sosial siyasət və bərabər imkanlar” –sosial cəhətdən həssas qruplar üçün, o cümlədən etnik azlıq icmaları, inklüziv iş bazarı, sosial təhlükəsizlik sistemi, sosial müdafiə, sosial qoşulma və anti-diskriminasiya siyasətinin həyata keçirilməsini nəzərdə tutur.



2.1. Sosial və regional mobilliyin təmin edilməsi

Strategiya etnik azlıqların sosial və regional mobilliyin təmin edilməsini nəzərdə tutur. Bu məqsədə çatmaq üçün etnik azlıqların məskunlaşdığı regionlarda infrastrukturun inkişafı və iş vermənin dəstəklənməsi, həmçinin dövlətin sosial proqramları və xidmətləri barəsində onların başa düşdükləri dildə məlumatın proaktiv formada verilməsi təmin ediləcəkdir.



2.2. Peşə və yetişkinlərin təhsilinin təmin edilməsi

Etnik azlıqların peşə və yetişkinlərin təhsili onları əmək bazarında adaptasiya və işləmək imkanı ilə təmin edir. Bu məqsədə çatmaq üçün müəyyənləşdirilmiş vəzifəyə əsasən müvafiq mexanizmlərin hazırlanması yolu ilə peşə müəssisələrində etnik azlıqlarının iştirakının yüksəldilməsi nəzərə alınmışdır. Bu isə öz növbəsində, keçirilmiş təcrübələr əsasında sosial cəhətdən həssas qrupların, o cümlədən etnik azlıqların peşəkar təhsilin əlçatan olmasının yüksəldilməsi məqsədilə müvafiq siyasətin hazırlanması və tətbiqini nəzərdə tutur. Etnik azlıqlar üçün peşə təhsilinin tam və qismən əlçatan olmasını yüksəltmək məqsədilə, peşə təhsili müəssisələri şəbəkəsinin genişləndirilməsi və keyfiyyətli peşə təhsilinin verilməsinin təmin edilməsi, ölkə miqyasında yeni peşə təhsili müəssisələrinin əsasının qoyulması, kolleclər üçün tələbə yataqxanalarında şəraitin qurulması, əmək bazarına istiqamətlənmiş peşə təhsili proqramlarının təklif edilməsi də əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanlardan başqa, yetişkin əhalinin müxtəlif peşə qrupları üçün müvafiq qrupun tələbatına uyğun metoddan istifadə edərək dövlət dilinin tədrisinin əlçatan olmasını təmin etmək mühüm əhəmiyyət kəsb edir.

Bu cəhətdən ÜHHŞ –Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin regional tədris mərkəzinin göstərdiyi xidmət əsasında istifadəçilər çevrəsinin genişləndirilməsi və ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi, müəllimlərin mobil qruplarının yaradılması və kənd əhalisi üçün dil kurslarının təşkil olunması planlaşdırılıb. Həmçinin etnik azlıqların peşə inkişafı proqramlarının etnik azlıqların vətəndaş inteqrasiyası üzrə ümumi siyasətinə uyğun olması, regionun iqtisadi inkişafın və əmək bazarının müvafiq peşə proqramlarının həyata keçirilməsi də əhəmiyyətlidir.

3. Keyfiyyətli təhsilin əlçatan olmasını təmin etmək və dövlət dili biliklərinin yaxşılaşdırılması

Cari sənəd Gürcüstan hökumətinin təhsil və dövlət dili sahəsində keçirdiyi siyasəti tamamilə nəzərə alır.

Həm məktəbəqədər, həm də ümumi, peşə və ali təhsilin əlçatanlığının yüksəldilməsi və keyfiyyətli təhsilin verilməsi dövlətin prioritet məqsədidir və vətəndaşları arasında milli dəyərlərin yayılmasını, iqtisadi rifahı və ölkədə vətəndaş bərabərliyi mədəniyyətinin yüksəldilməsini şərtləndirir.

Gürcüstanda iki yüzdən artıq qeyri-gürcüdilli məktəb fəaliyyət göstərir ki, bu da etnik azlıqların hüquqlarının müdafiəsi nöqteyi-nəzərindən mühüm nailiyyətdir. Lakin qeyri-gürcüdilli məktəblərdə təhsilin keyfiyyəti, xüsusilə də dərsliklərin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlığının artırılması kimi problemlər qalmaqdadır ki, bu da öz növbəsində etnik azlıqların mülki, iqtisadi, siyasi və regional iştirakını təmin etmək üçün əhəmiyyətli ilkin şərtdir. Təhsil sistemi nəinki təkcə ölkə vətəndaşlarının sosiallaşmasını və gələcək peşə imkanlarını müəyyənləşdirir, o həmçinin bu dövlət dilinin öyrənilməsi ilə də sıx bağlıdır və bugün vətəndaş inteqrasiyasının aşağı keyfiyyətini şərtləndirən başlıca faktordur. Cari strategiya yalnız kompakt məskunlaşmış yox, hətta dispersiv yaşayan qruplarla da bağlı təhsil siyasətini əhatə edir və onların ehtiyaclarına istiqamətlənmişdir. Müvafiq olaraq, etnik azlıqların maraqlarını nəzərə alaraq, işlənib hazırlanmış daha effektiv tədbirlər vasitəsilə sənəd keyfiyyətli təhsilin əlçatan olması üçün real imkanlar yaradır.



3.1. Məktəbəqədər təhsilin əlçatan olmasının yüksəldilməsi

Qeyd olunmuş aralıq məqsədə çatmaq üçün infrastrukturun mükəməlləşdirilməsi, tədris resurslarının yaradılması və müəllimin, inzibati heyətin peşəkar inkişafı yolu ilə məktəbəqədər təhsil pilləsində keyfiyyətli təhsilin təmin olunması yolu ilə keyfiyyətli təhsilin təmin edilməsi.

Məktəbəqədər təhsilin əlçatan olması və keyfiyyətli məktəbəqədər təhsil həm koqnitiv, sosial qabiliyyətlər və kompetensiyaların , həm də linqvistik qabiliyyətlərin inkişafı üçün, öz növbəsində məktəb təhsilinə hazırlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən, ilk növbədə, tədrisin müxtəlif modelləri, müvafiq inkişaf standartı və məktəbə hazırlıq planı əsasında məktəbəqədər təhsilin xüsusi proqramının işlənib hazırlanması əhəmiyyət kəsb edir. İşlənib hazırlanmış proqramın həyata keçirilməsi üçün məktəbəqədər müəssisələrdə müvafiq infrastruktur, eləcə də tədris resursları lazımdır. Bu məqsədə çatmaq üçün həmçinin rəhbərlər və pedaqoqlar üçün yardımçı tədris resurslarının hazırlanması, müəllimlərin yenidən hazırlanması mühüm əhəmiyyətə malikdir.

3.2. Həm dövlət, həm də Ana dilində keyfiyyətli ümumi təhsilin əlçatanlığının yüksəldilməsi

Vətəndaş inteqrasiyasının əhəmiyyətli ilkin şərtlərindən biri qeyri-gürcüdilli məktəblərdə təhsilin təkmilləşdirilməsi, həm dövlət, həm də ana dilində keyfiyyətli təhsilin əlçatan olmasını təmin etməkdir. Fəaliyyət planı ilə müəyyənləşdirilmiş tədbirlər aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəlibdir: Milli Tədris Planı və dərsliklərin təkmilləşdirilməsi və əlçatanlığının yüksəldilməsinin təmin edilməsi; qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; məktəb administrasiyasının peşəkar inkişafı və ikidilli təhsil islahatlarının dəstəklənməsi; etnik azlıq nümayəndələri üçün dövlət dili tədrisinin yaxşılaşdırılmasının dəstəklənməsi, o cümlədən onların ana dilinin qorunub saxlanmasının təmin edilməsi.

Məktəb dərsliklərinin Gürcüstanda mövcud rəngarəngliyi əks etdirməsi, stereotiplər və diskriminasiya elementlərini ehtiva etməməsi də əhəmiyyətli məsələdir.Təkmilləşdirilmiş ikidili dərsliklər hazırlanmalı və nəşr olunmalıdır. Fəaliyyət planı bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.

Keyfiyyətli təhsilin verilməsi üçün mühüm ilkin şərtlərdən biri də müəllimlərin peşəkar yenidən hazırlığıdır. Etnik azlıqların hüquqlarının müdafiəsi kontekstində göstərilənlər ilk öncə, qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkar inkişafı siyasətinin işlənib hazırlanmasını, onlar tərəfindən dövlət dilini bilmə, həmçinin gələcək müəllimlərin hazırlanmasını nəzərdə tutur. Qeyri-gürcüdilli məktəb müəllimlərinin, şagirdlərin dövlət dilini öyrənmələrinin təmin edilməsi, həmçinin onların ana dillərini qoruyub saxlamasına qayğının göstərilməsi vacibdir və prioritet təşkil edir.



3.3. Ali təhsilin əlçatan olmasının yüksəldilməsi

Etnik azlıqların gənc nümayəndələri üçün Gürcüstanda keyfiyyətli ali təhsil almaq imkanlarının yaradılması mühüm prioritet təşkil edir. Qüvvədə olan güzəştli siyasət (“1+4” sxemi) etnik azlıq nümayəndələrinin ali təhsilin əlçatan olmasının mükəmməlləşdirilməsində öz töhfəsini vermiş və müvafiq olaraq, siyasət davam etdiriləcək və onun növbəti təkmilləşməsi də baş verəcəkdir. Fəaliyyət Planı ilə Gürcüstan Elm və Təhsil Nazirliyinin öhdəlikləri də nəzərə tutulub –gürcü dili biliklərinin qiymətləndirilməsi sistemi və müvafiq alətlərin hazırlanması. Güzəştli sxem vasitəsilə məzunların qeyri-gürcüdilli məktəblərdə tədris prosesinə qoşulması, həmçinin elə bir universitet tədris proqramlarının inkişaf etdirilməsi və maliyyələşdirilməsi mühüm əhəmiyyət daşıyır, hansılar ki, qeyri-gürcüdilli məktəblərdə ümumi təhsilin keyfiyyətinin yüksəldiməsinə, ana dili və dövlət dilinin tədrisinə və etnik azlıq nümayəndəsi olan gənclərin Gürcüstanın prioritet sahələrində işlə təmin olunmasına xidmət edir. Ali təhsilin güzəşt sxemi qeyri-gürcüdilli məktəblərdə gürcü dili bilikləri və ümumi təhsil səviyyəsi yüksələnə qədər davam edəcək.



4. . Etnik azlıqların mədəniyyətinin qorunub saxlanılması və tolerant mühitin təmin edilməsi

Strategiya ilə müəyyənləşdirilmiş müdafiə etnik azlıqların mədəni identikliyinin tərkib elementlərinə -dil, ənənələr, yaradıcılıq nümunələri və mədəni irsin qorunmasına və inkişaf etdirilməsinə istiqamətlənmişdir. Bununla yanaşı, etnik azlıqların mədəniyyətlərinin populyarlaşdırılması vətəndaş inteqrasiyasına –əhalinin əsas hissəsində rəngarənglik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsinə yardım edəcək.

Qeyd edilmiş strataji məqsədə çatmaq üçün aralıq məqsədləri təşkil edir:

4.1. Mədəniyyət üzrə siyasətin işlənib hazırlanması və həyata keçirilməsində etnik azlıqların rolunun və əhəmiyyətinin əks etdirilməsi;

4.2. Etnik azlıqların mədəni irsinin qorunması və populyarlaşdırılması;

4.3. Mədəni rəngarəngliyin təşfiqi.

Qeyd edilmiş məqsəd etnik azlıqların maddi və qeyri-maddi mədəni dəyərlərinin müdafiəsini və inkişafının dəstəklənməsini nəzərdə tutur. Xüsusən də etnik azlıqların mədəni abidələrinin siyahıya alınması və inventarla təmin olunmasının davam etdirilməsi, abidələrin möhkəmləndirilməsi və restavrasiyası, eləcə də teatrların və muzeylərin fəaliyyətinin dəstəklənməsi, kitabxana tolerantlığı, interaktiv-təhsil inteqrasiya aləti şəklində istifadəsi nəzərdə tutulur. Mədəni rəngarənglik həmçinin etnik azlıq nümayəndələri, xüsusilə də gənclər tərəfindən gürcü mədəniyyəti ilə yaxından tanışlığı əhatə edir.

III. Strategiyanın həyata keçirilməsi, hesabatlar, monitorinq və qiymətləndirmə üsulları

Strategiyaya Fəaliyyət Planı da əlavə olunmuşdur və bununla 2015-2020-ci illəri əhatə edən dövr üçün konkret vəzifələr, proqramlar və ümumi xarakterli tədbirlər nəzərdə tutulmuşdur. Bununla yanaşı, hər ilin sonunda cavabdeh idarələr növbəti il üçün fəaliyyət planını tərtib edirlər, fəaliyyət planında qarşıdakı strategiya ilə müəyyənləşdirilmiş vəzifələr və ümumi tədbirlərə müvafiq olaraq, artıq əldə edilmiş nəticələr və aşkarlanmış boşluqları nəzərə almaqla konkret layihələr və tədbirlər öz əksini tapacaqdır. Strategiya ilə müəyyənləşdirilmiş vəzifələr və tədbirlərin həyata keçirilməsinin monitorinqi və fəaliyyəti haqqında hesabatın təmin edilməsi üçün Dövlət İdarələrarası Komissiya yaradılır və bu komissiyanı Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı koordinasiya edəcək. Strategiya və fəaliyyət planı əsasında müəyyənləşdirilmiş məqsəd və vəzifələri yerinə yetirilməsi öhdəliyi qoyulmuş bütün əsas dövlət idarələri Komissiyanın tərkibində göstəriləcəkdir. Bu idarələrə aiddir: Ədliyyə Nazirliyi, Gürcüstan Elm və Təhsil Nazirliyi, Gürcüstan Daxili İşlər Nazirliyi, Gürcüstan Mədəniyyət vı Abidələrin Mühafizəsi Nazirliyi, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik, Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi, Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi, Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi; Tbilisi şəh. bələdiyəsi və Batumi şəh. bələdiyyəsi Sakrebuloları; ÜHHŞ –Gürcüstan Daxili İşlər Nazirliyi Polis Akademiyası, ÜHHŞ –D.Ağmaşenebeli adına Milli Müdafiə Akademiyası, Kvemo Kartli, Samsxe Cavaxeti və Kaxeti regionlarının Dövlət qəyyumluq-Qubernator Administrasiyaları, İctimai Yayım və Gürcüstan Mərkəzi Seçki Komissiyası.

Komissiyanın işinə həmçinin Gürcüstanın Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıqlar Şurası da qoşulacaq. Dövlət İdarələrarası Komissiya çərçivəsində tematik işçi qrupları öz fəaliyyətlərini davam etdirəcəklər. Bu format müxtəlif məsələlərin müzakirəsinə qeyri-hökumət təşkilatlarının, ekspertlərin və digər maraqlanan şəxslərin qoşulmasına imkan yaradır.

Qeyd edilmiş cavabdeh idarələr öz kompetensiyaları çərçivəsində strategiya və fəaliyyət planının həyata keçirilməsini təmin edirlər.

Strategiyanın həyata keçirilməsinə mane ola biləcək risk-faktorların da nəzərə alınması mühüm məsələ təşkil edir. Beynəlxalq və ya regional iqtisadi qeyri-stabillik, həmçinin regionlarda neqativ siyasi hadisələrin inkişafı və yaxud digər fors-major vəziyyətin yaranmasıı bu cür faktorlar sırasında ola bilər və bu ölkənin maliyə-iqtisadi durumuna mənfi təsir göstərəcək. Hərçənd, yaxın keçmiş ona şahidlik edir ki, ölkə hüdudlarından kənar yaranmış neqativ hadisə və ya proseslər vətəndaş inteqrasiyası istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsini ləngitmədi və ya ciddi təhlükə yaratmadı.

Strategiyanın işlənib hazırlanması prosesində QHT-lər, beynəlxalq təşkiatların nümayəndələri, ekspertlər və müxtəlif etnik azlıq qrupları iştirak etdilər və onların tələb və təkliflərini nəzərə almaqla strateji və aralıq məqsədlər, həmçinin müvafiq məqsəd və vəzifələr müəyyənləşdirildi. Müvafiq olaraq, fəaliyyət planı həmçinin vətəndaş inteqrasiyasının effektiv həyata keçirilməsi istiqamətində bir sıra tədbirləri nəzərə alır. Fəaliyyət planının monitorinqi və yerinə yetirilməsi üzrə qiymətləndirmə prosesinə etnik azlıqların cəlb olunması da mühüm əhəmiyyət kəsb edir. Gürcüstan Xalq Müdafiəçisi yanında mövcud Milli Azlıqlar Şurası 2014-cü ilin dekabrında “Dözümlülük və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-20140cü illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi hesabatı haqqında alternativ monitorinqin nəticələrini təqdim etdi. Gürcüstan hökuməti Fəaliyyət Planının yerinə yetirilməsi üzrə alternativ monitorinqin həyata keçirilməsini, müvafiq hesabat və tövsiyələrin (Milli Azlıqlar Şurası, eləcə də maraqlanan aktorlar tərəfindən) dərc olunmasını salamlayır.

Bununla yanaşı, cari strategiya vətəndaş inteqrasiyası və etnik azlıqların hüquqlarının müdafiəsi məsələlərinin qiymətləndirilməsini və monitorinqinin əlavə mexanizmlərini də nəzərə alır. Strategiyanın qüvvədə qalma müddəti ərzində iki hərtərəfli qiymətləndirmə (kəmiyyət və keyfiyyət): aralıq və yekun qiymətləndirmə (strategiyanın həyata keçirilməsi başa çatdığında) keçiriləcəkdir. Qiymətləndirmənin məqsədini müqayisə aparmaq imkanı yaradan və öncədən işlənib hazırlanmış,elmi cəhətdən əsaslandırılmış indikatorlardan istifadə edərək strategiya ilə müəyyənləşdirilmiş məqsəd və vəzifələrin həyata keçirilməsi üzrə uzunmüddətli təsirinin yoxlanılması təşkil edir.

Qiymətləndirmə bütün strateji məqsədlər üçün Fəaliyyət planında formalaşdırılmış “məqsəd indikatoru” (hansılar ki, müvafiq sahə mütəxəssisləri tərəfindən işlənib hazırlanacaq) əsasında keçiriləcək. Qiymətləndirməni müvafiq təcrübəyə malik aktor keçirəcəkdir. Bununla yanaşı, hər ilin sonunda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı, Dövlət İdarələrarası Komissiyanın üzvləri ilə birgə, strategiya və illik fəaliyyət planı ilə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilmə “indikatorlarına” əsaslanaraq monitorinq və hesabatlarla təmin edir. Monitorinq və hesabatların nəticələri cavabdeh idarələr, QHT-lər və beynəlxalq təşkilatlarla birgə müzakirə ediləcək və onlar həm planın yerinə yetirilməsinin müşahidəçiləri, həm də planla müəyyənləşdirilmiş müəyyən tədbirləri həyata keçirənlərdir.




Yüklə 90,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə