Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
  1   2   3   4   5   6   7   8   9   ...   69


Elbəyi CƏLALOĞLU 
 
 
 
 
 
 
 
 
 
EŞQ DƏNİZLƏRİ  
QOVUŞANDA
  
(dərvişnamə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013 


Elbəyi CƏLALOĞLU 

Kitabın  ərsəyə  gəlməsində  göstərdiyi  maddi  dəstəyə 
görə Hüseyn Artıkoğluna təşəkkür edirəm.                Müəllif 
 
 
Redaktorlar: 
Vaqif Yusifli, 
filologiya elmləri doktoru 
Asif Ozan, 
fəlsəfə üzrə fəlsəfə doktoru 
 
Məsləhətçi:  
Rüstəm Kamal 
 
 
 
 
 
 
Elbəyi Cəlaloğlu. Eşq dənizləri qovuşanda (dərviş-
namə) Bakı, 2013. – 226 səh. 
 
Şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun oxucu-
larla sayca altıncı  görüşü  olan  bu  dərvişnaməsi  dahi Türk sufi 
şairləri  Şəms Təbrizi və  Mövlana  Cəlaləddin  Rumiyə  həsr  olun-
muşdur. Müəllif bu əsərində təsəvvüf fəlsəfəsindən ətraflı söz aç-
maqla yanaşı, XIII əsr Anadolu Səlcuqlu tarixinə də kifayət qədər 
işıq salmışdır. 
 
 
C  4700000000 — 097  Qrifli nəşr 
057 — 12 
 
 
 
 
© Elbəyi Cəlaloğlu, 2013 


Eşq dənizləri qovuşanda 
 

P R O L O Q   Ə V Ə Z İ  
Gəlmişdi 
Aləmi-röyada bu gecə, dostlar, 
Varlıqların gövhər kanı gəlmişdi. 
Dodağından dürrü-gövhər yağırdı, 
Ruhumuzun tərcümanı gəlmişdi. 
 
Zəmi verər bircə dənə darıdan, 
Bəndələri odur sevən, yarıdan. 
Zənginləri hikmətiylə arıdan, 
Yoxsulların şah gümanı gəlmişdi. 
 
Allah eşqi cilalamış canını, 
Dörd xəlifə kəsdirmişdi yanını. 
Coşdurmağa ərənlərin qanını, 
Qoltuğunda sirr Quranı gəlmişdi. 
 
Yoxlayırdı bədənimdə səbrimi, 
Göstərirdi düşəcəyim qəbrimi. 
Anladırdı hər məqamda cəbrimi, 
Baqi Ruhun bir ümmanı gəlmişdi. 
 
Fitri zəka, ədəb verdi hər dəmi, 
Vəcd anında seyr eylədik ədəmi. 
Haqq yoluna basmaq üçün qədəmi
Elbəyinin imtahanı gəlmişdi. 


Elbəyi CƏLALOĞLU 

I   F Ə S İ L  
Dinin günəşi 
Həmin səhər Günəş, öz qızıl şəfəqləri ilə qozasından ye-
nicə çırtlamış qızılgülü xatırladırdı. Onun hər iki tərəfində 
yarpağa  bənzər bir əlçim bulud  görünürdü.  Kül  rəngində 
olan  bu  bulud  topaları  Günəşin  istisində  yanıb  külə  dönə-
rək,  küləklə  sovrulmuş  gecənin  qalıqlarına  da  bənzəyirdi. 
Bu gecənin  də  günahı  əvvəlkilərdə  olduğu  kimi,  insanları 
yuxuya verib, çox şeydən məhrum etməsində idi. İndi Gü-
nəş yenə də hər səhər olduğu kimi, ona “tövbə” dedirdirdi. 
Lakin  axşamüstü Günəşin  üfüqlərə  çəkilməsindən  istifadə 
edən qaranlıqlar “tövbə”sini bir daha pozacaqdı. Bu, Yara-
danın bineyi-qədimdən qoyduğu əbədi bir gərdişdir. Lakin 
bundan  fərqli olaraq,  cəmiyyətdə  kiminsə  tutduğu  yüksək 
mövqeyindən sui-istifadə edərək niyyətinə nail olmaq üçün 
insanları  günün  günorta çağında  məcazi mənada  yuxuya 
verməsi,  yəni  aldatması  məkrlilikdən  xəbər verir.  Çünki 
orada  Tanrıya  xoş  gəlməyən  bir  məqsəd  var.  Bu  məqam 
vaxt  baxımından  bildiyimiz  gecənin  yox,  məhz  qaranlığın 
çirkin insanlıq əlaməti kimi formalaşmış mənəvi anlamıdır. 
Əslində isə ulu Tanrı hər şeyi yoxdan yaradıb, deməli, yox-
luq qədər görünməz  olan  gecə  və  ya Günəşin  batmasıyla 
yaranan qaranlıq maddənin yaranması və gücün toplanma-
sına  xidmət  edır.  Gündüz,  yaxud  işıq  isə  hərəkət və  gəliş-
mədir. Hərəkətin meydana gəlməsi üçün gücün toplanması 
vacib şərtdir, gecə və gündüzün eyni ardıcıllıqla davam et-
məsi də elə bunu göstərir. Həmişəki kimi başına buxara şiş 
papaq qoyub, əyninə qara rəngli keçədən xirqə – yun libas 
geymiş Məhəmməd belə bir düşüncələr içində bu mənzərə-


Eşq dənizləri qovuşanda 
 

ni xeyli seyr etdi və “Əl-Quranul-Kərim”dən “Yunus” Surə-
sinin  67-ci ayəsini  dilinə  gətirdi:  “Gecəni  dincəlməyiniz 
üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) 
işıqlı edən Odur. Həqiqətən, bunda (Allahın kəlamını) eşi-
dənlər üçün (ibrətamiz) dəlillər vardır”. 
O, həmişəki kimi bu səhər də erkən durub əvvəlcə dan 
ulduzuna nəzər salmışdı, sonra da üfüqdə sübhün nuru gö-
rünməmişdən “sübh namazı”nı qılmışdı. İndi isə onun za-
hiri gözəlliyi Günəşin şəfəqləri altında bir az da cilalanmış-
dı. Məhəmməd əllərində açıq vəziyyətdə kitab tuturmuş ki-
mi dayanıb, pıçıltı ilə dualar oxudu və salavat çevirdi. Sonra 
isə bir-iki addım atıb dayandı və bu mənzərəni bir daha nə-
zərindən  keçirdi.  Birdən  onun  dodaqlarına  xəfif təbəssüm 
qondu,  –  mənim  əcdadım  olan  ulu  babam  da  milyon  illər 
öncə, bax beləcə, bu Günəşin doğduğu yerdən gəlmişdi, ta-
rixi yaratmışdı, Günəşə də sitayiş edərək, ona “Şərqin sulta-
nı” demiş və onun hərəkəti istiqamətində fəthlərini davam 
etdirmişdi,  –  deyə  düşündü.  Sonra  da,  –  elə  ona  görə  də, 
oğuz babalarımız özlərinə eyni zamanda “Göy oğulları” da 
deyiblər, axı “göy” ifadəsi “səma” anlamına gəlməklə yana-
şı, həm də cəhət olaraq “şərq” anlamındadır, oradakı “sul-
tan” ayini isə millətimə yarandığı gündən başlayaraq bütün 
zamanların əbədi sultanlığını, daimi hökmranlığını bəxş et-
di,  –  Məhəmməd  bu  cür  düşünərək fikirlərinə  bir  az  da 
açıqlama gətirdi. Özünü hər yerdə, hətta ata ocağında belə 
“qərib” adlandıran bu qəribə adam öz-özünə yavaş səslə, – 
mən  də  Günəşə  bənzəmək,  aləmi  işıqlandırmaq istəyirəm
insanlığın,  inamın,  imanın,  dinin  günəşinə  çevrilmək üçün 
ulu yaradandan sevdalı olmağı arzulayıram, Haqqa qovuş-
maq, adını daşıdığım Peyğəmbərin yoluyla meraca getmək 
niyyətindəyəm, bütün çabalarım da elə bununla bağlıdır, – 
dedi. Sonra isə, – mənim fəthlərim insanların düşüncəsində, 
dərrakəsində olacaq, edəcəyim çevriliş isə onların təfəkkü-
ründə  baş  verəcək,  lakin  mən  kimsəyə  əbədi  hökmranlıq 
yox, bütün bəşəriyyətə Allah eşqi, Tanrı sevgisi bəxş etmək 
arzusundayam, – deyə əlavə etdi... Əlbəttə, ondakı bu əla-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə