Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

Elbəyi CƏLALOĞLU 
34 
kinti və abadlıq işləri aparılırdı. Bir sözlə, Konyada füsün-
kar bir canlanma var idi... 
Şəms Təbrizi iyirmi bir il qabaq da bu şəhərdə olmuşdu
lakin  kamil sənətkarlıq  nümunəsi  olan  bu  günkü abidələr, 
tikililər,  abadlıq  işləri o vaxt  bu  səviyyədə  deyildi.  Qamış 
sapaqları ilə qarışdırılmış sarı torpaqdan kəsilmiş kərpiclər-
lə hörülü olan kiçik həcmli daxmaların sayı o vaxtkı ilə mü-
qayisədə ya azalmışdı, ya da onlar təzə tikililərin arasında 
belə  görünürdü.  Bu  cür  evlərin  damları  da  qamışla örtülü 
idi.  Bu  mənzərəni  bir  qədər  nəzərdən  keçirdikdən  sonra 
Şəms Təbrizi ürəyində Anadolu Səlcuqlu hökmdarının gör-
düyü  işlərə,  etdiyi  dəyişikliklərə  “afərin”  dedi.  Sonra  da 
onun ürəyindən daha vacib hesab etdiyi bir şey keçdi və – 
şəhər əhalisinin, xüsusilə də gənclərin maariflənməsi, onla-
rın elm öyrənməsinə yönəlik işlər görülsəydi, mədrəsələrin 
sayı  artırılsaydı,  bu,  daha gözəl olardı,  –  deyə  düşünərək 
boynunu azca sağa-sola döndərdi... 
Şəms Təbrizinin seyr etdiyi Konya gözəllikləri Anadolu 
Səlcuqlu sultanı I Əlaəddin Keyqubadın keçirdiyi islahatla-
rın  nəticəsiydi.  Sultan  I  Əlaəddin  Keyqubad  tarixdə  fəxrlə 
anılacaq türk sultanlarından olmuşdur. O, ölkəni yadelli iş-
ğalçılardan təmizləmiş, hətta qoşunlarını Krıma qədər yerit-
mişdir.  I  Əlaəddin  Keyqubadın  45  yaşındaykən  bir  ziyafət 
məclisində  zəhərləndirilərək öldürülməsindən  sonra  taxt-
taca onun uşaq yaşlarında olan oğlu II Qiyasəddin Keyxos-
rov sahib olmuşdur.  Lakin  onun  səriştəsizliyi ucbatından 
Anadolu Səlcuqlu  dövləti  çökmüşdür.  Keyxosrovun  etdiyi 
böyük səhvlər, Xarəzmliləri idarə edə bilməməsi, moğolla-
rın qarşısından qaçması, “it” ləqəbi ilə tanınan Səadət İdin 
adlı birini özünə təlxək, nədim olaraq götürməsi və ona son 
dərəcə inanması buna səbəb olmuşdur. O, “it”in fitvası ilə 
bir çox alim və dövlət adamlarını öldürtmüşdür. Xarəzmli-
lər  dedikdə  isə  sonuncu  Xarəzmşah  Cəlaləddinin  ölümün-
dən  sonra  I  Əlaəddin  Keyqubadın  razılığı  ilə  1228-ci ildə 
Anadoluda yerləşdirilən Xarəzmşahların nüfuzlu sərkərdə-
ləri və  dövlət  adamları  nəzərdə  tutulurdu.  Xarəzmlilərin 


Eşq dənizləri qovuşanda 
 
35 
arasında Türkmən qrupları da var idi. II Qiyasəddin fitvaya 
gedərək onları ölkədən sürdükdən sonra bu, yersiz-yurdsuz 
qalan türkmənlərin etirazına və onların qaldırdığı qiyamla-
ra səbəb olmuşdur. Qiyamın başında Sucaəddin Əbu Bəha 
Baba İlyasın müridi, həm də məşhur yaradıcı aşıq Paşanın 
babası  olmuş  Baba  İshaq  dururdu.  “Babasilik”  adlanan  bu 
hərəkatın  şamançılıq  xüsusiyyətləri  onları  xalqa  daha  sıx 
bağlayırdı. 1238-ci ildə Xarəzmlilər Qıpçaq və Qanqlı tayfa-
ları ilə birləşərək Antəp və Hələb tərəfə irəliləyərkən türk-
mən babasilərdən yüz min nəfərə yaxın adam onlara qoşul-
du.  Əvvəlcə  Səlcuqlu Sultanının  göndərdiyi ordunu  türk-
mənlər məğlub etdi. Lakin sonradan çətinliklə üsyanı yatır-
dan II Qiyasəddin Keyxosrov 1239-cu ildə Baba İshaqı yaxa-
layaraq  edam  etdirdi.  Hacı  Bektaş  Vəlinin  qardaşı  Məntəş 
də həmin vuruşmalar zamanı Sivasda şəhid oldu... 
Anadolu Səlcuqlu dövlətinin iflasına gəldikdə isə Çingiz 
xanın qoşunlarının Anadolu Səlcuqlu Dövlətinin hökmdarı 
I Əlaəddin Keyqubaddan çəkindiklərindən onun dövlətinə 
hücum  edə  bilməməsi tarixi  faktdır.  Bu,  Moğol  qoşunları 
üçün yalnız I Əlaəddin Keyqubadın ölümündən sonra onun 
yerinə  keçən  oğlu II Qiyasəddin  Keyxosrovun  zamanında 
mümkün oldu. 
Moğollar Anadolunun içinə doğru səfərlər təşkil etmək 
məqsədilə İran ərazisindəki Moğol orduları baş komandan-
lığına Bəyçi Noyanı gətirdilər. Gürcü, erməni və digər xris-
tian  qüvvələrindən  də  kömək  alan  Bəyçi Noyan  Anadolu 
Səlcuqluları  üzərinə  hücum etmək  üçün  fürsət gözləməyə 
başladı. Türkmənlərin Səlcuqlu rəhbərliyinə qarşı qaldırdığı 
üsyandan və II Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən 
faydalanan Bəyçi Noyan 1242-ci ildə Ərzuruma hücum etdi. 
O,  qorxunc  zülmlər və  qırğınlar törədərək müsəlmanların 
mallarını yağmaladı. Bu xəbəri alan gənc və təcrübəsiz Sul-
tan  II  Qiyasəddin  Keyxosrov səksən  min  nəfərlik ordu  ilə 
Sivasda ordugah qurub gözləməyə başladı. Sultanın Sivas-
da olduğundan xəbər tutan Bəyçi Noyan otuz minlik ordu 
ilə  oraya hərəkət etdi.  Bu  zaman  Keyxosrov öz mövqeyini 


Elbəyi CƏLALOĞLU 
36 
Sivasın 15 fərsəh şərqində yerləşən Kosadağa çəkərək ordu-
gahını burada yerləşdirdi. Səlcuqlu ordusu dağ keçidlərini 
tutaraq düşmənin gəlməsini gözləyirdi. Lakin sultan təcrü-
bəsizlik  edərək hərbi  əhəmiyyəti  olan  mövqeləri buraxıb 
düşmənin qarşılanmasını əmr etdi. O, qalib gələcəyinə əmin 
olaraq heç bir əlavə tədbir görmədən irəlilədi və az sonra, 
1243-cü il iyulun  1-də  Moğol  ordusuyla qarşılaşdı.  Bu  za-
man əvvəlcə geri çəkilən Moğol qoşunu birdən hücuma ke-
çərək Keyxosrovun  öndə  gedən  qüvvələrini  məğlubiyyətə 
uğratdı.  O  vaxta qədər heç bir hərb görməmiş,  təcrübəsiz 
sultan öndəki qüvvələrin məğlubiyyətini eşidincə ordunun 
tamamilə məğlub olduğunu sandı. O, düşmənin əlinə keç-
məmək üçün çadırını və xəzinələrini hərb meydanında bu-
raxıb Yumruğa, oradan da Konyaya doğru qaçmağa başla-
dı.  Sultanın  hərb meydanından  qaçdığını  heç  vaxt  eşitmə-
yən və təsəvvür belə etməyən Səlcuqlu əsgərləri axşam qa-
ranlıq düşənə qədər düşmənlə vuruşmaqda davam etdilər. 
Lakin onlar Sultanın hərb meydanını tərk etdiyi barədə mə-
lumat alan kimi çadırları buraxıb meydanı tərk etdilər. Ertə-
si gün səhər, çadırlarda bir hərəkət görməyən moğollar bu-
nun  bir  hərb hiyləsi olduğunu  zənn  edərək oraya  iki  gün 
yaxınlaşa bilmədilər. İyulun 3-də ehtiyatla çadırlara yaxın-
laşan moğol əsgərləri orada heç kimin olmadığını gördülər. 
Beləliklə, kiçik bir vuruşma nəticəsində asanlıqla Sivası yağ-
malayan  moğollar  Ərzincan,  Yumruq və  Qeysəriyyədə  də 
qırğınlar  edərək,  qadın,  uşaq,  qoca  demədən  saysız-hesab-
sız qətllər törətdilər. II Qiyasəddin Keyxosrov səksən minlik 
ordusu ilə Kosadağ savaşında moğolların otuz minlik ordu-
suna uduzaraq şərəfsiz bir tarix yazdı. Həmin məğlubiyyə-
tin nəticəsində Kosadağda yaşayan türk boylarının bir çoxu 
Hələbə  köç etdilər.  Bununla  da,  Suriyada  yerləşən  türklər 
qırx  min  civarında  çadır  qurdular. Kosadağ  məğlubiyyəti 
sonralar Anadolu Səlucuqlu dövlətinin bütünlüklə Moğolla-
ra təslim olmasına  gətirib  çıxartdı.  Lakin  məğlubiyyətdən 
dərhal sonra hədiyyələrlə Amasiyaya gedib Bəyçi Noyanla 
görüşən təcrübəli Səlcuqlu vəziri Mühəzzibəddin Əli vergi 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə