Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə15/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

Eşq dənizləri qovuşanda 
 
47 
Mövlananın  diqqəti  bütünlüklə  Mürşidi-kamilin  üzünə 
dikilmişdi. Şəms Təbrizi isə söhbətinə davam edirdi: 
– Əgər bir könül Allah-təalanın sevgisiylə yanıb, onunla 
həyat tapırsa, bu, Mərifətdir. Mərifətə çatana Həqiqətin qa-
pısını göstərərlər. Mərifəti yalnız bədəni tərk edərək əldə et-
mək olar. Çünki Allah-təala ilə onun qulu arasındakı pərdə 
bədəndir. İnsanın Allah-təalaya çatmasına mane olan dörd 
əlamət var, – o, sözünün dalını söyləmək üçün sağ əli ilə sol 
əlinin barmaqlarını saymağa başladı, – bunlardan birincisi, 
şəhvət, ikincisi, çox yemək, üçüncüsü, mal və mövqe, dör-
düncüsü isə ucb və qürurdur, – Şəms Təbrizinin bu sözlə-
rindən sonra Mövlana Cəlaləddin, – əlbəttə ki, bunlar Alla-
hın sevmədiyi şeylərdir, – deyərək, onun sözlərini təsdiqlə-
di. Bu zaman Şəms Təbrizi əli ilə ona “gözlə!” işarəsi verə-
rək sözünə davam etdi: 
–  Dörd  şəxsin  qiyməti Allah-təala qatında  yüksəkdir. 
Bunlardan birincisi, şükür edən zəngin, ikincisi, qənaətli və 
səbir  edən  kasıb,  üçüncüsü,  etdiyi günahlara  peşman  olub 
Allah-təalanın  əzabından  qorxanlar,  dördüncüsü isə  təqva 
və zühd sahibi, yəni, haram şeylərdən çəkinib, tərəddüdləri, 
mübahları tərk edərək dünyaya zərrə qədər meyl etməyən 
alimdir.  Bu  qiymətli  insanların  içində  ən  üstünü  elm  və 
helm sahibi olan bir dəstə üləmadır, – Şəms Təbrizi bu söz-
lərdən sonra azca fasilə verdi. Bu vaxt Mövlana Cəlaləddin 
nə  isə  demək istədi,  lakin  bayaq ustadın  “dayan!”  işarəsi 
verməsini xatırlayıb dinmədi. Mürşidi-kamil bir az düşün-
dükdən sonra ustalıqla dilləndi: 
– Comərdliyin də sayı dörddür. Bunlardan isə birincisi, 
mal comərdliyidir. Bu əlamət zahidlərə, yəni dünyanın fani 
olduğuna zərrə qədər də şübhə etməyənlərə, dünya malının 
əsiri olmayanlara məxsusdur.  Onlar malı  verərlər,  mərifəti 
qazanarlar. İkincisi, bədən comərdliyidir. Bu əlamət müctə-
hidlərə  –  yüksək mənəvi-əxlaqi siması  olan  alimlərə  məx-
susdur. Onlar Allah-təalanın yolunda bədənlərini xərcləyər-
lər və hidayəti qazanarlar. Üçüncüsü, can comərdliyidir. Bu, 
şəhidlərə  məxsusdur.  Onlar haqq-ədalət yolunda  canlarını 


Elbəyi CƏLALOĞLU 
48 
verərək cənnəti qazanarlar. Axrıncısı isə ürək comərdliyidir 
ki, bu da ariflərə məxsusdur. Onlar da Tanrıya könül verə-
rək söhbəti qazanarlar. Vəlilər Allah-təalanı zikr etməkdən 
yorulmazlar və  Onun  söhbətindən  doymazlar.  Onların  ya-
nında səbəb dünyasının heç bir qiyməti yoxdur, onlar axirət 
dünyasına  qiymət verərlər.  Zikr  edərkən  üç  mərhələ 
keçəcəksən. Birincidə, “dünyada bir mən varam”, ikincidə, 
“məndə bir  dünya  var”,  sonda  isə  “nə  dünya  var,  nə mən 
varam”  deyə  düşünəcəksən.  Ariflər hər  an  Allah-təalanı 
zikr edərlər, şükür edərlər və ibadətə davam edərlər. Çünki 
bir ürəkdən bütün arzu və istəklər çıxarılarsa, orada yalnız 
Allah-təalanın sevgisi qalar!.. 
Bütün  bu  bir-birindən  gözəl,  nəsihətamiz sözlər,  təli-
matlandırıcı  cümlələr otaqda  füsünkar bir ab-hava yarat-
mışdı. Mövlana Cəlaləddin indi Allahın böyüklüyünə Şəms 
Təbrizi ucalığından  baxırdı.  Bu  dəfə  Şəms Təbrizi  nəzərini 
Mövlanadan  çəkməyərək özünün  qeyri-adi  təfəkkürünün 
mahiyyətini əks etdirən bir sualla ona müraciət etdi: 
– Kim daha böyükdür: Bəyazid Bəstami, yoxsa Məhəm-
məd  peyğəmbər?  –  hər  iki  dahi salavat çevirdi.  Bu  sual 
Mövlanada  baş  qaldıran  ruhi-mənəvi  dəyişikliyi  bir  daha 
kökündən silkələdi və: 
–  Əlbəttə,  Peyğəmbər  əfəndimiz. Bütün  məxluqat,  o 
cümlədən Bəyazid Bəstami də Onun xatirinə yaradıldı, – o, 
belə cavab verdi. Bu dəfə Şəms Təbrizi sualı bundan əvvəl-
kinin xırdalıqları üzərində quraraq belə dedi: 
–  Onda  niyə  Məhəmməd  peyğəmbər  “mənim  qəlbim 
pasla örtülür və  gündə  yetmiş  dəfə  Allaha tövbə  edirəm” 
dediyi halda, Bəstami “Cübbəmin altında Allahdan qeyrisi 
yoxdur” deyib? 
–  Məhəmməd  peyğəmbər hər  gün  yetmiş  məqam qət 
edərək hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdə-
ki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bəstami isə 
bir mərhələni  keçib vəcdə  gəldiyindən  bu sözləri  deyib,  – 
Mövlana Cəlaləddin belə cavab verdi.  
Şəms Təbrizinin  gözlənilməz sual leysanı  az  qala  onu 


Eşq dənizləri qovuşanda 
 
49 
çaşdıracaqdı: 
– Həzrəti Məhəmməd deyir: “Ya Rəbbi, biz Səni layiqin-
cə dərk etmədik”, ancaq Bəyazid Bəstami “Sübhana, mənim 
şanım  nə  ucadır”  deyir,  bunu  necə  açıqlayarsan?  –  Şəms 
Təbrizi sualı  bu  cür  verərkən  Mövlana  Cəlaləddin  onu  da 
cavabsız qoymadı: 
–  Peyğəmbərimizin  qəlbi elə  bir  dərya  idi  ki,  onda  nə 
qədər mərifət, ilahi eşq təcəlla etsə, nə qədər məhəbbət, Al-
lah sevgisi olsa belə, onu içinə alardı, hətta doymadığından 
daha artığını  istəyərdi.  Bəyazid  Bəstaminin  qəlbi  onunku 
qədər geniş olmadığı üçün kiçik bir təcəlladan dolub-daşar-
dı, – Mövlana Cəlaləddin belə dedi. Şəms Təbrizi Mövlana-
dakı  heyrəti  duyaraq fikrinə  bir  az  da  aydınlıq  gətirməyə 
cəhd göstərməklə sözünə davam etdi: 
–  Peyğəmbərin  yolu ilə  getmək zahirən  onu  təqlid  et-
mək deyil, məsələn, o qovun yeməyibsə, sən də yeməməli-
sən?  –  Şəms Təbrizi belə  söyləyərək,  Məhəmməd  peyğəm-
bərin  qovun  yemədiyini  əlində  bayraq  edən  məşhur sufi 
şeyxi Bəyazid Bəstaminin də qovun yemədiyinə işarə elədi. 
Sonra da o, – və ya Peyğəmbərin bir dişi düşübsə, sən dişlə-
riyin hamısını sökdürməlisən? – bu cür deyərək, Veysəl Qa-
raniyə  işarə  etdi.  Hədislərdən  birində  deyildiyi kimi,  Pey-
ğəmbərin döyüşdə düşmən zərbəsindən salınmış dişini xal-
çanın  üzərində  asılı  vəziyyətdə  görən  Veysəl Qarani  Ona 
məhəbbətini  göstərmək məqsədilə  dişlərinin  hamısını  çək-
dirmişdir.  Şəms Təbrizi,  –  Peyğəmbərin  yolu ilə  getmək 
odur ki, O, Meraca gedibsə, sən də onun ardınca get! – sö-
zünü belə bitirdi. Mövlana Cəlaləddin Rumi bu sual-cavab-
dan  və  mükalimədən  təsirlənib  bir  qədər özünə  qapıldı. 
Şəms Təbrizini  isə  Mövlana  Cəlaləddinin  verdiyi cavablar 
heyran qoymuşdu. Elə bu zaman Mövlana Cəlaləddin yeni-
cə  yuxudan  oyanırmış  kimi,  yerindən  durdu  və  dərhal  da 
huşunu itirərək Şəms Təbrizinin ayaqlarına döşəndi. Lakin 
Şəms Təbrizi ona toxunmadı, o, bilirdi ki, Mövlana Cəlaləd-
din aşiq olduğu ulu Tanrıyla ruhən təmasda olduqdan son-
ra ayılacaq. Bu hal mürşidlərin ilahi eşqi müridinə təlqin et-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə