Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

Elbəyi CƏLALOĞLU 
50 
diyi zaman dəfələrlə sınaqdan çıxmışdı. Belə ki, təsəvvüf el-
mində ilahi eşq şərab və ya mey şövqü ilə müqayisə olunur. 
Bu baxımdan  həmin  “şərab”ı  paylayan  “saqi” və  ya  “mit-
rab” mürşiddir.  Mürşidə  eyni  zamanda  “tərsa”  da  deyilir, 
bu ifadə  inadkar,  əzmkar  anlamındadır,  çünki ilahi  eşqin 
təlqini Mürşiddən ilk növbədə inadkarlıq, əzmlilik və fəda-
karlıq tələb edir. Şərab və ya mey burada Tanrı eşqini anla-
dan  elmə  işarədir.  Lakin  bu  elmin  də  miqdarı  var.  Həmin 
ölçü isə  badə,  qədəh və  ya piyalədir.  “Saqi”nin  gətirdiyi 
“badə” ilə “mey” içib “sərxoş” və ya “məst” olan, yəni ilahi 
eşqə tutulan isə müriddir, dərvişdir. Mürid həmin bu “sər-
xoşluq”la  özündən  gedir  və  az  sonra yenidən  özünə  qayı-
dır.  Şəms Təbrizi bütün  bunları  xatırlamaqdaykən,  doğur-
dan  da  çox  çəkmədən  Mövlana  Cəlaləddin  Rumi  oyandı, 
amma  indi  o,  tamam  başqa  əlamətləri ilə  diqqət çəkirdi. 
Şəms Təbrizinin sehri, ilahi eşq təlqini onun təfəkkür dün-
yasını sanki iki dəfə böyütmüşdü, bir sözlə onu alimlikdən 
aşiqlik mərtəbsinə yüksəltmişdi... 
Beləliklə,  Şəms Təbrizi Mövlana  Cəlaləddinin  qarşısına 
çətin  bir  tapşırıq,  müqəddəs bir məqsəd  qoydu.  Mövlana 
Cəlaləddin Rumi anlamağa başladı ki, o, Peyğəmbərin fikir-
lərini, hədislərini və Qurani-Kərimin bütün surə və ayələri-
ni  əzbərdən  bilməklə  kifayətlənməməli,  həm  də  bu ucsuz-
bucaqsız ümmanı dibindəki ən xırda sədəflərinəcən öyrənib 
onları yenidən dərk etməlidir. Elə bu zaman Mövlana Cəla-
ləddinin fikirindən belə bir şey keçdi: “Biz səmavi və elmi 
kitablardan öncə özümüzü oxumağı bacarmalıyıq, helmimi-
zin və elmimizin səfərbərliyi ilə özümüzü dərk etməliyik”. 
Bundan  başqa,  Allaha qovuşmağın  üç  yolu vardır  ki, 
Mövlana Cəlaləddin bunların hər üçünün üzərində bir alim 
kimi mükəmməl işləmiş, özü üçün ümumi nəticəyə gəlmiş-
dir.  Bu  yollardan  biri Qurani-Kərimə  və  sünnəyə  tabe ol-
maqla mümkün hesab edilirdi ki, buna “Təriqul-əxyar” de-
yilir. İkincisi, riyazət və zühd yolu ilə mümkün hesab edilən 
“Təriqul-əbrar”, üçüncüsü isə Mürşidi-kamil Şəms Təbrizi-
nin də təlqin etdiyi kimi Allaha eşqlə, məhəbbətlə vasil ol-


Eşq dənizləri qovuşanda 
 
51 
maqdır. Bu yola “Təriqul-şuttar” deyilir. İndi Şəms Təbrizi 
ilə  olan  söhbətləri Mövlana  Cəlaləddini  üçüncü yola ayrıl-
maz tellərlə bağlamışdı... 
Şəms Təbrizi ilə Mövlananın söhbətləri o qədər dəyərli
o qədər mənalı və ibrətamiz gedirdi ki, az qala günlərin ne-
cə ötüb keçdiyindən xəbərləri olmurdu. Lakin bütöv bir ta-
rixi öz təsiri altına salacaq fitrətində olan bu iki dahinin mü-
kalimələri bir-birindən  xoş,  bir-birindən  qiymətli  keçirdi. 
Mövlana  Cəlaləddin  Rumi sirr mülkü hesab etdiyi Təbriz-
dən doğmuş bu “Din günəşi”nin təsiri altında gündən-günə 
dəyişirdi,  başqalaşırdı,  cilalanırdı.  Bu  müqəddəs görüşlər 
onun üçün bir növ ilahi çiləyə də bənzəyirdi... 
Hər iki dahi yenə də həmin hücrədə bardaş qurub söh-
bətlərini  davam etdirirdi.  Mövlana  Cəlaləddin  daha  çox 
dinləməyi üstün tutduğundan söhbəti Şəms Təbrizi başladı: 
– Axirəti qazanmaq üçün fədakarcasına çalışmaq lazımdır. 
Bu, insanı cənnətə aparıb onun Allah-təalanın camalını gör-
məklə şərəflənməsinə səbəb olar. Allah-təalanın istəklisi və 
Ona  qovuşmaq arzusu  içində  olanlara,  möhnət,  məşəqqət, 
dərd və bəlalara dözməkdən başqa çarə yoxdur. Dünyapə-
rəstlər axirəti tərk edib, mal qazanıb zəngin olmaqdan baş-
qa çarə görmədikləri kimi, axirətinin abad olmasını istəyən-
lərə də ölməkdən əvvəl ibadət edərək, İslam dininə xidmət 
edib, Allah eşqi yolunda yorulmadan çalışmaqdan başqa ça-
rə yoxdur, çünki aşiq olmayana eşq quru bir sözdür. Aşiqlər 
ucsuz-bucaqsız  ilahiyyat  dənizində  üzürlər,  onlar  nə  cən-
nətdə  mükafatlandırılma  arzusu  ilə,  nə  də  cəhənnəmdə 
əzab çəkmək qorxusu ilə yaşayırlar. Aşiqlər hər yerdə inci-
dilir və kənarlaşdırılırlar, lakin özləri heç kimsəni nə incidə, 
nə də kənarlaşdıra bilməzlər. Sufilər heç kəsi mühakimə et-
mədən öz içinə baxar və orada özünü eşqdən məhrum edən 
afətləri aradan qaldırmağa can atarlar. Sofular isə bunun ək-
sinə olaraq, başqalarında qüsur axtarar və onları tapıb üzə 
çıxartmaqla  məşğul  olarlar,  –  Şəms Təbrizi sözünü  bitirib, 
bir az ara verdiyi zaman, Mövlana Cəlaləddin onun sözünə 
qüvvət verərək dilləndi: 


Elbəyi CƏLALOĞLU 
52 
–  Allaha gedən  yolda  insanın  öz  mənliyindən  keçməsi 
vacibdir, – Mövlana Cəlaləddinin bu müdaxiləsindən sonra 
Mürşidi-kamil, – bu yolda elm və ədəb də vacibdir, – dedi 
və bir az dayanıb təmkinlə yenidən söhbətinə davam etdi: 
–  İnsanoğlunun  ədəbi  yoxdursa,  o,  insan  deyil!  İnsanı 
heyvandan fərqləndirən cəhət ədəbdir. Elm isə üç şey – zikr 
edən dil, şükür edən ürək, səbir edən bədən deməkdir, – o, 
fikrini bitirib bir qurtum çay aldıqdan sonra, – dünya insanı 
hava və həvəsinə qapdırar, nəfsin arzularına uydurar, nəti-
cədə isə cəhənnəmə aparar, – deyərək yenidən dayandı. Elə 
bu zaman  bayırda  azan  səsi  eşidildi.  Onlar  namaz  qılmaq 
üçün ayağa durdular... 
Ertəsi gün onların söhbətləri eyni ritmdə, mükalimələri 
eyni ahəngdə davam etdirildi. Şəms Təbrizi bu dəfə sufiliyə 
və ya təsəvvüfə subyektiv baxışını Həllacı Mənsurun timsa-
lında bir qədər konkret ifadə etdi: 
– Mənsura hələ ruh bütün camalını göstərməmişdi. Yox-
sa “Ən əl-Həqq”, yəni “Haqq mənəm!” deyərdimi? “Haqq” 
hara, “mən” hara? Bu “mən” nədir? Əgər bu adi bir sözdür-
sə, onda “söz” nədir? Ruh aləmində qərq olan, sözə sığardı-
mı? – o, fikrini belə izah etdi. Mövlana Cəlaləddin ustadının 
bu fikirinə düzəliş etmək məqsədilə “Ən əl-Həqq” kəlməsi-
nə öz izahını vermək, öz yanaşmasını söyləmək istədi, lakin 
buna  cürət etmədi,  o,  həmin  izahı  sonralar öz müridlərinə 
edəcəkdi. Hələlik isə o, ustadın fikri ilə razılaşmasa da, sus-
mağa üstünlük verdi. Elə bu zaman Sultan Vələd məşğul ol-
duğundan, Mövlananın ev xidmətçisi Kimya hicabda içəri-
yə daxil oldu və çay süzülmüş stəkanları buğlana-buğlana 
onların  qabağına  qoydu.  Şəmsin  zahiri gözəlliyi  onun  da 
diqqətini çəkdi. Şəms Təbrizinin cavan görkəmi onun gözəl-
liyini bir az da artırırdı. Bu zaman 59 yaşında olan Mürşidi-
kamilə 45-dən çox yaş vermək olmazdı. Onun da qarşılıqlı 
olaraq gözucu Kimyanın boy-buxununu süzməsi Mövlana-
nın  gözündən  yayınmasa  da,  o,  üstünü  vurmadı.  Əslində 
bu səhnədə onun söz deməsinə bir səbəb də yox idi. Kimya 
isə  Şəmsin  qarşısına  möminlə  şeytanın  qarşılaşması  kimi 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə