Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

Eşq dənizləri qovuşanda 
 
53 
çıxmışdı.  Onun  tuba  kimi  qaməti,  yaraşıqlı  əndamı,  incə 
beli,  yeridikcə  ahənglə  yırğalanan  yanbızları,  ağ  və  nazik 
əlləri az qala Şəmsin ağlını başından çıxardacaqdı. Lakin o, 
zorla da olsa bu şeytani hissləri öz içində boğa bildi... 
Kimya çayı  onların  qabağına  qoyduqdan  sonra  dərhal 
da  hücrədən  çıxmağa  üz  qoydu.  Mövlana  Cəlaləddin  isə 
Kimyanın  çıxmasını gözləyirmiş kimi, Şəms Təbrizinin ba-
yaqdan  söylədiklərini  beyninin  süzgəcindən  keçirərək ya-
vaş və təmkinli səslə, – siz doğrudan da dinin, haqqın və ca-
nın  Təbrizdən  doğmuş  günəşisiniz!  –  dedi.  Şəms Təbrizi 
onun  sözünü  cavabsız  qoymayaraq,  –  mən  Təbrizdən  çıx-
mış  kişilərin  ən  kiçiyiyəm,  –  bu sözləri  deyib,  dayandı  və 
əlini təzəcə çay süzülmüş stəkana uzatdı. Mövlana Cəlaləd-
din  isə  mürşidinin  müdriklik ümmanından  sahilə  çıxmaq, 
hikmət göylərindən yerə enmək istəmirdi. O, indi “Allahın 
nuru”nun ona karvansarada dediyi “deyirsən ki, Allah bir-
dir. Nə olsun, sən ki, fikir ayrılığında, təfriqə içindəsən, bir 
deyilsən!”  bu  kəlmələri  xatırlayırdı  və  ağzını  açmadan  öz-
özlüyündə danışırdı, müzakirə aparırdı: 
– Doğrudan da, bu vaxta qədər bir olmamışammış, lakin 
innən belə bütün varlığımı bu bütövlüyə yönəldib, ona xid-
mət eləməyə çalışacağam, – Mövlana Cəlaləddin Rumi belə 
düşünürdü. Birdən onun xəyalından keçdi ki, neçə gündür 
müridləri ilə  məşğul  olmayıb,  möminlərlə  söhbət etməyib. 
Lakin o, bu fikrə cəmi bircə an sərf etdi və bir çoxları tərə-
findən  ciddiyyətlə  qəbul olunan  bu  hadisə  Mövlana  Cəla-
ləddin Rumini heç maraqlandırmadı da. Hərçənd bu vaxta 
qədər  o,  müridlərini  yetişdirmək,  onların  biliyini  artırmaq 
üçün bir an belə məsuliyyətindən qaçmamışdı... 
 
 


Elbəyi CƏLALOĞLU 
54 
V   F Ə S İ L  
Xiffətdən doğan möcüzə 
Mövlana  Cəlaləddin  Rumi bir aya yaxın  idi  ki,  Şəms 
Təbrizinin  hikmətlərini  dinləyir,  onun  təlimini  öyrənirdi, 
bir sözlə  o,  Şəms Təbrizi sehrinə  düşmüşdü.  Bu  səbəbdən 
də müridləri ilə görüşmür, onlara dərs keçmirdi. Bu da get-
gedə onun müridlərinin narazılığına, eləcə də onların vali-
deyinlərinin  etirazına  səbəb olurdu.  Onların  tələblərini  isə 
Mövlanaya  gah  oğlu Sultan  Vələd,  gah  kənizi Kimya,  gah 
da xanımı Kərra Xatun çatdırırdı. Mövlana onların dediklə-
rini dinləyir, lakin heç bir cavab vermirdi. Bu hadisə günlər-
lə uzansa da, o, tək bircə dəfə oğluna, – hələ mən özüm öy-
rənirəm, – deyə cavab vermiş, sonra da, – hələ ki, mən Mür-
şidi-kamilə talibəm, təfəkkürümün növbəti yüksəliş yatabı-
na keçməkdəyəm, – demişdi. 
Bütün bunlara baxmayarq, hər iki dahi bir guşəyə çəki-
lib Həzrəti Musa ilə Xızır peyğəmbərin görüşlərini xatırla-
dan söhbətlərini davam etdirirdilər. Onların bu inzivası, bu 
guşənişinliyi  nə  az,  nə  də  çox,  düz  üç  ay  çəkdi.  Sonuncu 
gün, Şəms Təbrizi üzünü Mövlana Cəlaləddin Rumiyə tuta-
raq,  –  mən  özümdən  yorulduğum  üçün  qəlbimi yaxından 
duya bilən bir dost axtarırdım. Nəhayət, dediklərimi anlaya 
bilən, onları tam mənasıyla qavraya bilən bir insanı tapdım, 
o da sənsən  –  Mövlana Cəlaləddin Rumi! – dedi... 
Mövlana Cəlaləddin Ruminin keçirdiyi hallar oğlu Sul-
tan  Vələdin  böyük marağına  səbəb olmuşdu.  Bu səbəbdən 
bir gün o, atasından hal-əhval tutmaq məqsədiylə onun ya-
nına gəldi. Sultan Vələd atasından Şəms Təbrizinin ona ne-
cə təsir etdiyini soruşdu. Mövlana isə, – oğlum, Şəms Təbri-


Eşq dənizləri qovuşanda 
 
55 
zi özgə  bir aləmdir,  o,  əsl günəşdir,  onun  fitrətində  qeyri-
adi incilər var. O, Allaha daha yaxın bir insandır, mələk ki-
midir,  –  deyə  dostunu  bu  cür  dəyərləndirdi. Atasının  bu 
sözlərindən  heyrətə  gələn  Sultan  Vələd  həmin  gün,  axşam 
tərəfi Şəms Təbrizinin hücrəsinə yollandı. O, daxil olarkən 
Mürşidi-kamilə  təzim  edib,  bağır  basdı.  Onunla  bir qədər 
söhbətləşdikdən sonra Sultan Vələd atasının dediklərini ifa-
də etməyə başladı: 
– Atam bu gün Sizin uca xislətləriniz barədə çox yüksək 
təriflər söyləyərək,  sizdə  hələ  də  aşkara  çıxarılmamış  dəfi-
nələrin  olduğunu  vurğuladı,  –  Sultan  Vələdin  bu  sözlərini 
dinləyən Şəms Təbrizi köksünü ötürdü, sağ əlini bir qədər 
qıvrım  saçlarında  gəzdirdi,  sonra  da  salavat çəkirmiş  kimi 
gözünü,  üzünü  oxşadı  və  saqqalını  barmaqlariylə  sıxışdır-
dıqdan sonra təmkinlə dedi: 
– Allaha and olsun ki, haqqımda söylədiyindən min qat 
artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir dam-
la  da  deyiləm!  –  Şəms Təbrizinin  bu  sözlərini  eşidən  gənc 
oğlanı maraq bürüdüyündən orada çox qərar tutub dayana 
bilmədi və durub dərhal atasının yanına qayıtdı. Sultan Və-
ləd  eşitdiklərini  heyrətlə  ona  danışdı.  Mövlana  Cəlaləddin 
Rumi müdrikcəsinə üzünü oğluna tutub belə cavab verdi: 
-Bax,  oğlum,  Şəms Təbrizi  öz  nurunu  da  tərif etdi,  bö-
yüklüyünü  də  göstərdi.  O,  həqiqətdə  söyləmiş  olduqların-
dan da yüz kərə artıqdır. Nə qədər böyükdürsə, bir o qədər 
də sadədir, nə qədər təvazökardırsa, bir o qədər də ucadır... 
Şəms Təbrizi ilə olan üç aylıq təlim sona çatdıqdan son-
ra düşüncə, fikir, davranış, hətta deyim tərzi belə dəyişmiş 
Mövlananı  görənlər təəccüb  edirdilər.  Onun  müridləri isə 
etirazlarını  yavaş-yavaş  Şəms Təbriziyə  yönəltməyə  başla-
mışdılar. Müridlər əməlli-başlı özlərinə əl qatmışdılar. On-
lardan  biri,  –  qonaq  da  bu  qədər qalarmı?  –  deyə  səsini 
ucaltmışdı, digəri, – o, bizim şeyximizi əlimizdən aldı, – de-
yərək etirazını belə bildirmişdi. Həmin ərəfədə bir başqala-
rı, Şəms Təbrizini sehrbazlıqda, fırıldaqçılıqda suçlandırırdı. 
Hətta birisi, – o, şeyximizi ovsunlayaraq özünə məftun etdi, 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə