Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   ...   69

Elbəyi CƏLALOĞLU 

məti – fitri istedadı, ilahi sevgini hamı sezirdi. Din alimləri, 
elm  adamları,  eləcə  də  özünü  onun  müridi  hesab  edənlər 
ona ərəbcədən tərcüməsi “dinin günəşi” olan “Şəmsəddin” 
ayamasını və ya sadəcə “Şəms” ləqəbini vermişdilər. 
Bütün bunlar 1244-cü ilin xoş bir payız səhərində Konya 
şəhəri yaxınlığında yerləşən bir karvansaranın yanında baş 
verirdi. Şəms Təbrizi həmin karvansarada gecələmişdi. İndi 
isə göyün üzü açıq idi. Üfüq boyunca düzülmüş ara-sıra qa-
raltılardan başqa göydə bulud görünmürdü. Saralmış otla-
rın üstünə düşmüş qırov Günəşdən qopmuş zərrəciklər ki-
mi parıldayırdı. Şəms ətrafında barını təmənnasız olaraq in-
sanlara uzadan meyvə ağaclarını gözdən keçirdi. Burada al-
ma, armud, şaftalı, heyva agacları ilə yanaşı, üstü una bən-
zər tozla örtülü gavalılar yetişdirən agaclar da gözə çarpır-
dı. Lakin payızın son ayı olduğundan heyvadan savayı di-
gər  ağacların  budaqlarında  meyvələr seyrəlmiş,  qalanların 
çoxu isə taleyindən gileyli insanlar kimi bürüşmüşdü. Buna 
baxmayaraq, bar verə bilmək qabiliyyətinə malik olan mey-
və ağacları çinar və söyüd ağacları ilə müqayisədə daha cəl-
bedici görünürdü.  Bu  mənzərə  Şəms Təbrizinin  fikrini  bir 
az başqa səmtə yönəltdi. Belə ki, əvvəlcə, – meyvə ağacdan 
sonra vücuda gəlir, fəqət həqiqətdə əvvəl odur, çünki ağa-
cın  bitirilməsində  məqsəd  o  meyvələrdir,  –  deyə  düşünən 
Şəms Təbrizi  sonra  da,  –  insanlar isə  bu meyvələri  dərib, 
pul və ya mal qarşılığında digərlərinə satırlar, – deyə isteh-
za ilə gülümsündü. Bundan sonra o, çinar və söyüd ağacla-
rının hikməti barədə düşündü və onlara bəraət qazandırır-
mış  kimi,  –  bu  ağacların  yayın  qızmarında  tək bircə adam 
üçün kölgəlik olması böyük savabdır, – deyib başnı irəli-ge-
ri  yırğaladı.  Elə  bu zaman  Şəms Təbrizi gecə  yuxusunda 
gördüklərini  xatırladı.  Yuxusunda  ritualdaykən  ağsaçlı, 
ağsaqqallı  nurani  bir  kişi  ona  yaxınlaşıb,  –  səni  bir  vəliyə 
dost edəcəyik, – deyib uzaqlaşdı. Şəms onun və dost edəcə-
yi vəlinin kimliyini soruşmaq məqsədilə ayağa durub, tələ-
sik bir qədər irəli getdi, lakin qoca artıq yox idi... 
Şəms Təbrizi neçə gündür ki, yol gəlirdi. Bu dəfə Təbriz-


Eşq dənizləri qovuşanda 
 

dən yola düşüb Şamı, Hələbi, Bağdadı, Qeysəriyyəni, Ağsa-
rayı, Sivası, Ərzurumu, Ərzincanı gəzib dolaşan Şəms, Səl-
cuqlar dövlətinin baş kəndi olan Konya tərəfə yön almışdı. 
O,  davamlı  olaraq,  yorulmadan  müxtəlif  şəhərlərə  gedər, 
məscidlərdə gecələyər, rituallarda iştirak edər, başına topla-
şanlara Allah sevgisindən  söhbət  açar,  ədəb və  əxlaqdan 
bəhs edər, bədahətən  hikmət dolu şeirlərini söyləyərdi. Si-
nədən dediyi şeirlərini yazılı şəkildə istəyənlərə isə, – mən 
yazmıram, ancaq söyləyirəm, – deyərdi. Buna bənzər suala 
başqa bir məclisdə isə, – məndə heç vaxt yazmaq adəti ol-
mayıb, söz məndə qaldıqca hər an başqa bir üz göstərir, – 
deyə cavab vermişdi. Ona görə də şeir söyləyərkən Şəmsin 
dediklərini gizli qələmə alanlar da az deyildi... 
İndi Şəms Təbrizini Konyadan təxminən üç fərsəh
1
 ya-
rım məsafə ayırırdı ki, dayanmadan getsəydi dörd saata ça-
tardı.  Lakin  Konyaya tərəf uzanıb  gedən  bu  yolda,  sanki 
onun əlinə bir girəvə düşmüşdü. Belə ki, tənhalıq, sakitçilik, 
heç kimin mane olmaması Şəms Təbrizini özünə qapandırır, 
ona öz keçmişini, uşaqlıq çağlarını xatırladırdı. Ara-sıra bir 
az aralıdan  tacirlərin  yük  karvanları  görünsə  də,  bu,  ona 
mane  olmurdu.  Şəms aram-aram özünün  uşaq  vaxtlarını, 
atalı  günlərini  və  sonrakı  dərvişlik fəaliyyətini  saf-çürük 
edirdi. Bu, həm də altmış yaşını haxlamış dahinin özünə he-
sabat verməsi üçün yetərli bir fürsət idi. 
Onun künyəsi
2
 Məhəmməd ibn Əli ibn Məlikdad, nisbə-
si
3
 Təbrizi, ləqəbi isə Şəmsəddindir. O, XII əsrin sonlarında 
–  1185-ci ildə  Təbrizdə  bəzzaz ailəsində,  toxucu ocağında 
doğulub. Ailənin yeganə övladı olduğundan bir qədər ərkö-
yünlüyü  də  vardı.  Şəmsin  qeyri-adi  xüsusiyyətləri hələ 
uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə baş-
ladı. Belə ki, o, qəribə yuxular görür, anlaşılmaz hallara dü-
                                                 
1
 1 fərsəh – təxminən 5-6 km-ə yaxın məsafə. 
2
 Künyə – şəxsin adı və əsli-nəsəbi. 
3
 
Nisbə – təxəllüs növü olub, doğulduğu yer adının şəxsin isminin ya-
nında göstərilməsidir. 


Elbəyi CƏLALOĞLU 

şür,  bəzən  üç-dörd  gün  heç  nə  yemirdi.  Lakin  balaca Mə-
həmməd  bundan  zəifləmir,  əksinə,  daha  da  gümrahlaşır, 
şüuru  daha aydın,  zəkası  daha iti olurdu.  Bundan  başqa, 
gözlərinə Tanrı və mələkləri görünür, eyni zamanda o, yük-
sək və alçaq dünyanın qeyblərini müşahidə edirdi və bütün 
bunları  hər  bir  insanın  da  gördüyünü  zənn  edirdi.  Lakin 
sonda insanların bunu görmədikləri ona məlum oldu. Bala-
ca Məhəmmədin  haldan-hala  düşməsi alnının  təri,  əlinin 
zəhməti ilə ailəsini saxlayan atası Əlini bərk narahat edirdi. 
Lakin Məhəmməddəki bu halları duyan babası – din bilgini 
Məlikdad ona ilk təhsil verməyə başladı. Məlikdad nəvəsini 
batini  yöndə  təlim  edirdi.  Bundan  başqa atası  Əli  də  Mə-
həmmədi  dini  bilgilərlə  yaxından  tanış  edirdi.  Lakin  oğlu-
nun keçirdiyi hallar Əlini heç rahat buraxmırdı. Buna görə 
də, günlərin birində xiffətə dözməyən atası ondan, – sənə nə 
olub?  –  deyə  soruşdu.  Məhəmməd  cavabında,  –  mənə  heç 
nə  olmayıb,  dedi.  Sonra  da  aramla,  –  bəyəm  dəliyəm? Ki-
minsə  paltarını  cırmışam?  Sənin  üstünə  düşmüşəm? Sənin 
paltarını  cırmışam?  –  deyə  uşaqcasına  yarızarafatla,  bəlkə 
də bir az qeyzlə əlavə etdi. Əlbəttə, indi bunları xatırlayan-
da Şəmsin alnına tər gəldi, ataya bu cür cavab verdiyinə bir 
az  da  təəssüfləndi,  köksünü  ötürdü,  atasının  önündəymiş 
kimi  uşaq  məsumluğuyla yanaqları  qızardı,  əlini  alnına, 
üzünə çəkdi və yenə də o günü xatırlamaqda davam etdi. 
Atası bu dəfə, – bəs bu nə vəziyyətdir? Bilirəm, dəli de-
yilsən,  amma  bu  davranışını  başa  düşmürəm,  –  deyərək, 
sual dolu baxışlarını ona zillədi, lakin oğlunun dinmədiyini 
görüb, fərqli fikirləri beynində vuruşdurmağa başladı. Şəms 
onda  susmuşdu,  fikirləşib  mütəəssir olmuşdu.  Atasının 
sualını  bu  cür  cavablandırdığı  üçün  onda  da  peşmançılıq 
hissi keçirmişdi.  Elə  həmin  anda,  birdən  onun  gözləri qaz 
cücələri çıxarıb, bəsləyən qırt toyuğa sataşmışdı. Bu dəm ki-
çik Məhəmmədin ağlına yeni bir fikir gəlmişdi, lakin o, ata-
sına izahat vermək istəsə də, bunu ona qarşı həqarət hesab 
etdiyindən  özündə  bir gücsüzlük hiss  edib  susmuşdu.  O, 
öz-özlüyündə  düşünmuşdü  ki,  toyuğun  çıxarıb  bəslədiyi 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə