Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

Eşq dənizləri qovuşanda 
 
69 
rafında dolaşdı, onun hikmət ümmanından incilər çıxarma-
ğa çalışdı, bir qədər sonra isə öz keçmişinə qayıtdı. Bu za-
man  Bahaəddin  Vələd  əvvəlcə  anasını  xatırladı.  Anası  – 
Gövhər  Xatun  ikinci  oğlu  Əlaəddini  dünyaya gətirdikdən 
bir qədər sonra Haqq dünyasına qovuşdu. Qardaşlar kiçik 
yaşlarından  anasız  qaldılar,  lakin  atasının  ikinci evliliyin-
dən sonra bu ağrıdan qismən uzaqlaşa bildilər. Belə ki, on-
lar ögey anaları Kərra Xatundan bir ögeylik görmədilər. Tə-
bii ki, üləma ailəsinin nizam-intizamı, ədəb və tərbiyəsi elə 
bu cür olmalıydı... 
Sultan Vələd bu dəfə atası ilə aralarında olanları xatırla-
mağa  başladı.  İlk  yadına  düşən,  günlərin  birində  atasının 
onu yanına çağırtdırması oldu. Əmrə tabe olarkən Mövlana 
onu  başdan-ayağa  elə  bir sehirli rəğbət hissi ilə  süzdü  ki, 
Bahaəddin özündən getdi, huşunu itirmədi, məhz özündən 
getdi.  Az  sonra  o,  ayıldı,  lakin  atasının  sevgiylə  sehirlənib 
ona yönəlmiş nəzərlərini görüb yenə də özündən getdi. Bir 
azdan  yenə  də  özünə  gələn  Sultan  Vələd  atasının  eyni  ba-
xışlarını təkrar görərkən bir daha özündən getdi. O, bu dəfə 
özünə gələndə isə atası ona belə dedi: 
– Oğlum, əvvəlki təvəccöhümdə
1
 səndə elə bir gözəllik, 
elə bir yüksək məqam gördüm ki, onu başqasında tapmaq 
mümkün deyil. İkinci baxışımda, başında gözəl Süleymani 
tac gördüm.  Üçüncü  dəfə  isə  qulağında  sırğa  asılmışdı  ki, 
gün kimi ətrafa işıq saçırdı, – Mövlana oğluna belə demişdi. 
Lakin  Sultan  Vələd  bu  hikmətləri  xatırlasa  da,  onları  yoza 
bilmirdi. O, bütün bunları lap sonralar, Hüsaməddin Çələ-
bidən  sonra Mövləvi təriqətinə  xəlifəlik  edəndə  çözəcəkdi. 
O, atasının birinci baxışını, ona təsəvvüf yolunda ehsan et-
diyi yüksək qat, ikinci baxışını, atasının müridlərinin başın-
da  bir  zaman  özünün  duracağı,  üçüncü baxışını  isə  oğlu 
Arif Çələbinin böyük alim və vəli olacağına işarə kimi yoza-
caqdı.  Sultan  Vələd  bütün  bunları  həyatda  müşahidə  edə-
cəkdi. Atasının ölümündən sonra isə qayınatası Hüsaməd-
                                                 
1
 Təvəccöh – rəğbət, meyl, üz çevirib baxma 


Elbəyi CƏLALOĞLU 
70 
din Çələbi ona xəlifəlik etməsini təkid etsə də, Sultan Vələd 
bundan imtina edəcək, ilk xəlifəliyin Hüsaməddinin özünə 
məxsus olduğunu deyəcəkdi... 
Şəms Təbrizinin  Konyanı  tərk etəməsindən  bir  qədər 
sonra Sultan  Vələd  xəlvətə  çəkilib riyazətlə  məşğul  olmaq 
üçün, yəni çilə çıxarmaq üçün atasından icazə istədi. Mövla-
na bu halın dərvişlikdə qəbahət sayılmadığını bilirdi, lakin 
oğlunun qətiyyətini yoxlamaq məqsədilə ona, – Bahaəddin, 
xəlvətə çəkilmək Məhəmməd ümməti üçün deyil, bu hal İsa 
və Musa şəriətində nəzərdə tutulur, – dedi. Amma Mövlana 
oğlunun  fikrində  israrlı  olduğunu  görüb  ona  icazə  verdi. 
Qırx gün tamam olduqdan sonra Bahaəddin otaqdan çıxdı. 
Mövlana  oğlunun  üzünün  nur  saçdığını  gördü  və  ondan 
xəlvətdə  olarkən  hansı  sirlərdən  agah  olduğunu  soruşdu. 
Sultan Vələd isə əvvəlcə yerə yıxılıb özündən getdi, bir az 
sonra isə özünə gələrək belə söylədi: 
– Xəlvətin qırxınncı günü yüksək dağlar kimi rəngarəng 
nurların  bir-birinin  ardınca gözlərimin  önündən  keçdiyini 
gördüm.  Bu  nurların  ortasında  isə  belə  bir  yazı  göründü: 
“Sənin  məndən  üz  çevirməndən  başqa bütün  günahların 
bağışlandı”. Oğlundan bunları eşitdikdən sonra Mövlana, – 
oğlum,  sənin  bu  eşitdiklərin  doğrudur,  unutma  ki,  Allah 
eşqi bütün hiss və sevgilərin yeddi qat fövqündədir. Bunları 
bizə öyrədən şəriətin qorunması isə namus qorumaq qədə-
rindədir. Hələ bir fikir ver, hindcə (farsca) “namaz”, yunan-
ca  “nomos”,  ərəbcə  “namus”,  uyğurca  “nom” qanun  və 
qayda  anlamındadır,  –  deyərək,  bu  sözlərlə  Bahaəddinin 
dediklərinə qüvvət verdi. O, elə həmin gün bu münasibətlə 
məclis qurdurdu və ritualda mövləvi dərvişlərinin Səma rə-
qsləri başlandı... 
Sultan  Vələd  azan  səsinə  oyananda  onu  nə  vaxt  yuxu 
apardığını  heç  özü  də  dəqiqləşdirə  bilmədi.  Onlar  “Sübh 
namazı”ndan sonra yolçuluğa başladılar. Sultan Vələd Mür-
şidi-kamili öz atına mindirib, özü isə piyada getməyə başla-
dı. Yolun müqəddəsliyi bu dəfə də özünü göstərdi və yol-
boyu olan söhbətlər Sultan Bahaəddin Vələdə dunyanın ən 


Eşq dənizləri qovuşanda 
 
71 
qiymətli mükafatını bəxş etdi. Söhbət əsnasında Mürşidi-ka-
milin söz xəzinəsinin qapıları Sultan Vələdin üzünə tayba-
tay açılmışdı. Şəms Təbrizi buyururdu: 
– Yaradılmış nə varsa, hamısı insana fədadır. İnsansa ər-
şə də getsə, yerin yeddi qat dərinliyinə də girsə heç bir fay-
da  görməz,  bunun  üçün  könülə  və  könül  sahibinə  yar ol-
maq gərəkdir. Bütün peyğəmbərlərin, gerçək ərənlərin, övli-
yaların aradığı bax, bu hikmət idi, onların çalışıb, bu yolda 
can qoymaları da elə buna xidmət edirdi. Bütün aləm tək bir 
nəfərdədir. İnsanın özünü dərk etməsi, onun Haqqa gəlməsi 
və insanı insan olduğu üçün sevməsi deməkdir. Kəbə dün-
yanın ortasındadır və bütün mömin insanlar ibadət zamanı 
yönünü  ona  çevirirlər. Lakin  Bəyazid  Bəstami ilə  bağlı 
hədisdə deyildiyi kimi, Kəbəni ortadan qaldırsaq, insanların 
bir-birinin könüllərinə səcdə etdikləri meydana çıxar. Onun 
səcdəsi bunun, bunun səcdəsi də onun könlünədir. Kəbə də, 
ənbiyaların,  övliyaların,  Haqqa gəlmişlərin  könlü  də 
Allahın  evidir,  lakin  onların  arasında  bir  fərq var. Belə  ki
Kəbə evi qurulalı Allah bir dəfə də olsun onun içinə girmə-
yib, könül evi tikiləndən bəri isə əksinə, O, heç oradan çıx-
mayıb.  Demək,  Allah  doğru könüldədir.  Doğru könül  – 
içində Allahın kölgəsi olandır. Bu hal həm də böyük inam 
tələb edir. İnsan Allahdan başqa bir kimsəyə ehtiyacı olma-
dığına inanmalıdır. Bu zaman Allah onu başqasına möhtac 
etməz! Böyük inamın sonu imandır. 
Yolboyu onların arasında gedən mükamilələrdən Sultan 
Vələd əməlli-başlı dəyişmiş, daha çox kamilləşmiş və müd-
rikləşmişdi.  Yolda  Şəms Təbrizi  ona  ata  minməyi təkid 
edəndə isə o, belə cavab vermişdi: 
– Şah da atlı, kölə də, belə şey olarmı?! – Şəms Təbrizi 
bu cavabdan razı qalsa da, üzünü Bahaəddinə tutaraq, – nə 
mən şah deyiləm, nə də sən mənim köləm, hər ikimiz rəhm 
və mərhəmət sahibi olan uca Allahın sədaqətli qullarıyıq, – 
demişdi. Bu minvalla Sultan Vələd Konyaya qədər piyada, 
Şəms Təbrizi isə atın belində gəldi... 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə