Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   ...   69

Elbəyi CƏLALOĞLU 
12 
las  et,  onu  yaxşıya çevir  ki,  ibadətlə  məşğul  olsun,  qəlbini 
pislikdən təmizləsin” deyirəm, – Şəms bu hikmətləri dedik-
dən sonra yenə də başına yığılanlardan uzaqlaşdı. Təsadüfi 
deyil  ki,  bir  müddət  sonra  digər  mürşidi  Şəmsəddin  Xoyi 
ona  dərs  deməkdən  imtina  etmiş  və  bunu  belə  əsaslandır-
mışdı: “Ey Məhəmməd Şəms, mən Allahın yanında xəcil ol-
maq istəmirəm,  çünki  səndə  daha  üstün  bir  gövhər var. 
Mən o ilahi gövhərə nəsə əlavə bir nəqş edə bilmərəm”... 
Bundan  sonra  Şəms Təbrizinin  kamil  şeyx  axtarışı  ilə 
uzun-uzadı səfərləri başladı. Şam, Hələb, Bağdad, Qeysəriy-
yə, Ağsaray, Sivas, Ərzurum, Ərzincanla yanaşı bir çox şə-
hər və vilayətləri gəzib dolaşan dərviş tez-tez yerini dəyiş-
diyi,  qəfil gəldiyi kimi,  qəfil  də  yoxa  çıxdığı  üçün  “Uçan 
Günəş”,  yaxud  “Şəmsi-Parəndə”  ləqəbi ilə  məşhurlaşdı.  O 
dövrdə hər hansı şəhərə gələn tacirlər karvansarada, fəqih-
lər mədrəsədə  yerləşirdilər.  Dərvişlər isə  xanəgahda  qalır, 
qoyulmuş  qayda  üzrə  burada  pulsuz yeməklə  təmin  olu-
nurdular. Şəms Təbrizi isə özünü üstün saymadığından, tə-
mənnasız xidmətdən istifadə etməyi ağlına belə gətirmə-di-
yindən xanəgahlara getmirdi. O, ümumiyyətlə, özünün tə-
səvvüf əhli olduğunu büruzə vermirdi və bunun üçün adə-
tən sövdəgər qiyafəsində olurdu. 
Uzun müddət qaldığı şəhərlərdə Şəms Təbrizi əsasən tə-
mənnasız olaraq müdərrislik edirdi. Yaşam tərzinə gəldikdə 
isə  son  dərəcə  qənaətcil və  təvazökar bir həyat sürürdü. 
Şəms Təbrizi bunları düşünərkən bir aşbazla bağlı hadisəni 
xatırlayıb gülümsündü. Bu hadisə onun mürşid olmaq məq-
sədilə 1001 günlük sınaq təlimi keçdiyi zaman baş vermişdi. 
Bu təlim zamanı o, riyazət edir və bu sufi çiləçiliyi vasitəsilə 
nəfsini islaha uğradırdı. Onda Şəms Təbrizinin illik məsrəfi 
bircə dinar idi, yeməyi isə yeddi gündə bir çörəyin yarısını 
kəllə-paça suyuna doğrayıb aclığını yatırmaqdan ibarət idi. 
Onun  yadına  düşən  hadisə  də  həmin  günlərin  birində  baş 
vermişdi. Bir dəfə Şəms Təbrizinin bu cür yemək adətini se-
zən aşpaz guya savab və xeyirxahlıq edirmiş kimi, ona ver-
diyi kəllə-paça suyunun içərisinə bir parça yağlı ət də atır. 


Eşq dənizləri qovuşanda 
 
13 
Şəms Təbrizi yeməyə toxunmadan dərhal durub oranı tərk 
edir və o gündən etibarən həmin aşxananın qarşısından keç-
məyi belə ağlına gətirmir... 
Yüksək səviyyəli,  əhatəli biliyinə,  hazırcavablığına  və 
müdərrislik bacarığına görə hələ gənc yaşlarından “Mürşi-
di-kamil” adını almış Şəms Təbrizi qeyri-adi zahiri gözəlli-
yi, əxlaqi saflığı və mənəvi təmizliyi ilə də diqqət mərkəzin-
də olmuşdur. Təbrizin təriqət pirləri və həqiqət arifləri ona 
“Kamili Təbrizi”  adını  da  vermişdilər. Kamili Təbrizinin 
mürşidlikdə və müdərrislikdə özünəməxsus nizamı, xüsusi 
qaydası var idi. Belə ki, o, həmin üsulla təzə mədrəsəyə gəl-
miş uşağa üç ay ərzində Quranı öyrədir, onun mahiyyətini 
anladır və əzbərlədirdi. Dolanışığını isə qayış düzəltməklə, 
rəngsazlıq və suvaqçılıq etməklə, yəni əlinin zəhməti, alnı-
nın  təri ilə  təmin  edirdi.  Zəhmətə  qatlaşmaqdan  yorulma-
yan Şəms Təbrizi müftəxor “dərviş”ləri, əsassız təşəxxüslərə 
düşən  “mürşid”ləri,  alverçi  “şeyx”ləri,  eləcə  də,  Kəbəni 
ziyarət etməklə “Hacı” rütbəsindən və dindən öz məqsədlə-
ri üçün istifadə edən “minbər əhli”ni “Məhəmməd dininin 
quldurları”  adlandırırdı.  Bunları  yaddaşında  vərəqləyən 
Şəms Təbrizi,  günlərin  birində  sövdəgər libasında  Şamın 
küçələri ilə  hərəkət  edərkən  dərvişlibas olmuş  bir  nəfərin 
ona  yaxınlaşdığını  xatırladı.  Həmin  adam  əlində  tutduğu 
hind  qozundan  düzəldilmiş  quruş  qabını  Şəms Təbriziyə 
doğru uzadır. Şəms Təbrizi əvvəlcə onu mənalı-mənalı sü-
zür, lakin hirsini gizlədərək, səbirlə ondan nə istədiyini so-
ruşur.  Dərvişlibas olmuş  adam  “yaxşı  xəbər var”  deyərək 
kəşkülünü bir az da Şəms Təbriziyə doğru yaxınlaşdırır. Bu 
zaman Şəms Təbrizi üzünü ona tutub, – bilirəm, deyəcəksən 
ki,  filan  yerdən  bir  karvan  mal  gəlir,  sonra  da  deyəcəksən 
ki, paranı bir az da artırsan karvanın yükünün nədən ibarət 
olduğunu  da  deyərəm.  Yəni  saxta  dərvişliklə  dələduzluq 
edəcəksən.  Sənin  kimilər  “dinin  bünövrəsini  qazan  siço-
vul”durlar, sizlər dərvişliyə ləkəsiniz, Allaha, islama xəya-
nət  edənlərsiniz,  sən  cəhənnəmliksən,  axirətini  düşünmür-
sən, dəf ol, bir daha gözümə görünmə! – deyir. Bundan son-


Elbəyi CƏLALOĞLU 
14 
ra dərviş libası geymiş adam tərəddüdlər içində Şəms Təb-
rizidən uzaqlaşır... 
Şəms Təbrizini  dərindən  tanıyan  hər kəs  onun  Allaha
islama,  təsəvvüfə  və  bütövlükdə  öz  əqidəsinə  son  dərəcə 
bağlılığına  heyran  qalırdı.  O  dövrlərdə  görkəmli alim Mə-
həmmədəli Tərbiyət  onun  haqqında  “Şəmsəddin  Təbrizi 
ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi” cümlə-
lərini yazmışdı... 
Şəms Təbrizinin  varlığında  qəribəliklər  çox  idi.  İndi  o, 
özünün  həmin  cəhətlərindən  birini  göstərən  hadisələri  xa-
tırlayırdı ki, bu əlamətinə görə ona “Seyfullah” – Allahın qı-
lıncı adını da vermişdilər. Həmin hadisə belə baş vermişdi. 
Günlərin  birində  Qeysəriyyədən  Ağsaraya gələn  Şəms bir 
məscidə girərək orada gecələmək istəyinin olduğunu bildi-
rir. Lakin namaz bitdikdən sonra müəzzin bu nabələd ada-
ma tərəf  qanrılaraq  ona,  –  məscidi  tərk elə,  get,  qalmağa 
başqa yer axtar! – deyir. Şəms Təbrizi ona xahişlə belə deyir: 
– Məni məzur tut, qərib adamam, sizdən başqa bir uma-
cağım  da  yoxdur,  icazə  ver burada  yatım,  yorğunluğumu 
alım.  –  Onun  bu  sözlərinə  qulaq asmaq belə  istəməyən 
müəzzin Şəms Təbrizini kobudcasına yamanlayaraq dərhal 
kənarlaşmasını  tələb  edir.  Çarəsiz qalan  Şəms Təbrizi  ona 
“dilin şişsin!” deyib məsciddən çıxır və Konyaya tərəf yola 
düşür. O, bir az getdikdən sonra Melendiz çayının kənarına 
çıxır  və  irəliləməkdə  davam  edir.  Çayın  kənarında  Şəms 
Təbrizini  haqlayan  həmin  məscidin  imamı  ona  dil  tökür, 
üzr istəyir və müəzzinin günahından keçməsini rica etdik-
dən sonra olanları ona danışır. Demə, söz Şəms Təbrizinin 
ağzından çıxan kimi müəzzinin dili şişib. Bu zaman o, bo-
ğulurmuş  kimi çətinliklə  nəfəs almağa  başlayıb.  Ruhanilər 
onun başına toplaşsalar da, heç bir əlac eləyə bilməyiblər və 
bunu  birbaşa  bayaqkı  nabələd  adamın  dediyi sözlə  əlaqə-
ləndiriblər. Buna görə də, müəzzin bayaq qovduğu dərvişi 
tapmaq üçün məscidin imamını onun dalınca göndəribmiş. 
Bütün bunları nağıl edən imam yenidən Şəms Təbriziyə yal-
varmağa başlayır. Şəms Təbrizi isə ona, – iş-işdən keçib, ar-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə