Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə5/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   ...   69

Eşq dənizləri qovuşanda 
 
15 
tıq  hökm  çıxıb,  yerinə  yetirilib,  daha buna  əlac  edə  bilmə-
rəm,  lakin  onun  imanla ölməsi,  axirət  əzabı  görməməsi 
üçün dua edərəm, – deyir. Doğrudan da iki gün keçməmiş 
o, müəzzinin dünyasını dəyişdiyini eşidir. Şəms Təbrizinin 
seyfullahlığı onun bu cür kəskin haqsızlıqlarla qarşılaşdığı 
zaman özünü büruzə verirdi... 
Buna bənzər bir hadisə də Bağdadda baş vermişdi. Şəms 
ardıcıl  olaraq bunu  da  yaddaşında  vərəqlədi.  1241-ci ildə 
Bağdadda  olarkən  hikemiyat  bilginləri ilə  uzunmüddətli 
mükalimələrini başa vurduqdan sonra Şəms Təbrizi mədrə-
sədən çıxıb yola düzəlir. O, bir sarayın qarşısından keçərkən 
həzin saz səsi eşidir və ayağını saxlayır. Şəms Təbrizi ifaçı-
nın kim olduğunu təxmin edə bilməsə də, çaldığı “Ürfanı” 
saz havasının feyzi ilə aşığın ruhlar aləminə qapıldığını yə-
qinləyir.  Çünki  aşıq  bu  havanı  o  qədər gözəl  şövqlə,  ruh 
yüksəkliyi ilə  ifa  edirdi  ki,  burada  dayanmamaq mümkün 
deyildi.  Şəms Təbrizi ürəkaçan,  insanın  ruhunu  Haqqa 
aparan musiqini dinləmək üçün ayaq saxlayır və bu zaman 
onun qəlbindən belə bir hiss keçir, – bəli, diqqətlə baxdıqda 
nur  damlasına  bənzəyən  saz  mənim  ulu  babalarımın  mü-
qəddəs ruhunun  görünən  üzüdür...  Şəms Təbrizi bu fikir-
dəykən sazın həzin səsi ovsunlayaraq özünə çəkdiyindən o
sarayı əhatə edən hasarın qapısından içəriyə doğru bir neçə 
addım atır. Sarayın sahibi onu görcək nökərlərindən birinə 
əmr edib, qışqırıqla, – vur o dərvişi, qovala buradan, rədd 
olub getsin! – deyir. Saray sahibinin bu nalayiq sözlərini eşi-
dən Şəms Təbrizinin içində ona qarşı nifrət baş qaldırır. Hər 
an ağasının əmrində müntəzir dayanan nökər isə buyuruğu 
eşidən kimi tələm-tələsik Şəms Təbriziyə yaxınlaşır və əlini 
qaldırıb onu vurmaq istəyir. Lakin bu zaman ovqatı pozul-
muş  Şəms Təbrizi  “sizi saz vursun!”  deyərək  onları  dərin 
nifrətlə qarğıyır. Söz dərvişin ağzından çıxan kimi nökərin 
qolu tutulur və o, ağasının əmrini yerinə yetirə bilmir. Bunu 
görən saray sahibi digər köləsinə dərvişi qovmaq əmri verir. 
Lakin kölə yaxınlaşmağa cəhd edən kimi elə yerindəcə qıc 
olur. Qəlbində saray sahibinə hədsiz dərəcədə nifrət doğan 


Elbəyi CƏLALOĞLU 
16 
Şəms Təbrizi saraydan uzaqlaşmağa başlayır. Lakin hadisə-
dən heyrətə gələn saray qulluqçularının heç biri daha onun 
ardınca qaçmağa  cürət etmir.  Şəms Təbrizi  xeyli əvvəl  baş 
vermiş  bu xoşagəlməz hadisəni  xatırlayarkən  saray sahibi-
nin  onu  qovdurmasını  bu  gün  olubmuş  kimi yadına  saldı 
və  bunları  düşünə-düşünə  hiddətindən  yanaqları  qızardı. 
Lakin Şəmsin yaddaşına birdəfəlik həkk olunmuş bir həqi-
qət var idi. Belə ki, həmin hadisədən iki gün keçməmiş sara-
yın fironlaşmış sahibi də əvvəlki hadisədəki müəzzin kimi 
keçinmişdi... 
Şəms Təbrizi  çoxsaylı  səfərləri gedişində  o  dövrün  ən 
məşhur elm və  ürfan  adamları  ilə  görüşüb  müzakirələr 
aparmış, istər müasirləri, istərsə də əvvəlki dövrlərdə yaşa-
mış görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini aydın, qə-
rəzsiz,  bəzən  də  çox  sərt və  kəskin  şəkildə  ifadə  etmişdir. 
Bütün  bunları  xatırlamaqdaykən  onun  yadına  “ən  böyük 
şeyx”  ləqəbi ilə  tanınan,  75  il  ömür  sürərək cəmi  dörd  il 
bundan qabaq – 1240-cı ildə rəhmətə getmiş Mühyiddin İbn 
Ərəbi düşdü. O, böyük alimlə olan söhbətlərini təfsilatı ilə 
xatırladı. Bəzən onun məntiqi qarşısında çaşıb qalan böyük 
alimi düşünərək gülümsədi, dodağı qaçdı: “Sözünün əvvə-
lində  də  mənə  “övladım!”  deyirdi,  axırında  da.  Sonra  da 
batini aləmlə bağlı olan düşüncələrimi, qeyri-adi fikirlərimi 
heyranlıqla  dinləyərək,  –  belə  də  övlad  olarmı?!  –  deyərdi 
və gülərdi. Şəms Təbrizi bununla yanaşı, İbn Ərəbinin dahi-
liyinə  məftunluğunu  ifadə  edərək,  –  o,  bir  dağ  idi,  dağ! 
Heyrətamiz, ibrətamiz bir kişiydi. O, həm də, yaxşı həmsöh-
bət idi, – deyə düşündü. Birdən Şəms Təbrizi ayağını saxla-
dı,  ürəyindən  Mühyiddin  İbn  Ərəbinin  ruhuna  “Yasin” 
oxumaq keçdi. O, istəyini yerinə yetirdi... 
Şəms Təbrizinin köhnə xatirələri bu gün ona yol yoldaşı 
olmuşdu. İndi isə I Əlaəddin Keyqubadın 1221-ci ildə inşa 
etdirdiyi Konya qalasının yaxından görüntüsü onu xəyallar-
dan  tamamilə  ayırmışdı.  Şəms Təbrizi  bir  neçə  gün  bu  şə-
hərdə  qaldıqdan  sonra təkrar  Şama yola  düşəcəyi barədə 
düşünmüşdü.  Lakin  o,  bu  şəhərdə  başına  nələr gələcəyin-


Eşq dənizləri qovuşanda 
 
17 
dən hələ xəbərsiz idi. Bəlkə də onu bu şəhərə gətirən Haq-
qın bəlli olmayan sirli hökmü idi. Yoxsa uzaqdan Konyanın 
havasını  duyar-duymaz  o,  niyə  hövlləndi?  Ulu  Tanrının 
min bir hikmətinə vaqif olan “Dinin günəşi” bu hikməti, bu 
haləti çözməkdə  çətinlik çəkdi.  Birdən  o,  harasa tələsirmiş 
kimi yerişini sürətləndirdi, az qala yüyürürdü. Nədən belə 
etdiyini heç onun özü də bilmirdi. Bu sirr, bu hikmət isə hə-
ləlik yalnız Haqqın özünə bəyan idi. Bəlkə də bu, Tanrının 
ayırdığı  müqəddəslik payının  Konyaya  Şəms Təbrizinin 
timsalında verilməsi idi... Bax, bu baqi hökmlərdən dolayı, 
Mürşidi-kamil Şəms Təbrizinin Şama getməsi hələlik təxirə 
düşdü. Şəms Təbrizi bu gəlişində Konyada elə bir dahi ilə 
qarşılaşacaqdı ki, bu görüş onun həyatının ən maraqlı dönə-
mi, ən qiymətli etapı olacaqdı... 


Elbəyi CƏLALOĞLU 
18 
I I   F Ə S İ L  
Bəlxdən Konyaya 
Mövlana  Cəlaləddin  Rumi səhər lap erkən  durmuşdu. 
Ovqatı  təlx  vəziyyətdə  həyətdə  gəzişirdi,  bu  gecə  yuxuda 
gördükləri halını  bir  qədər qarışdırmışdı,  mədrəsəyə  get-
mək belə  yadına  düşmürdü.  Payızın  son  ayı  olduğundan 
şaxtalı hava az qala adamın üzünü qarsalayacaqdı. Mövlana 
kürkünün  yaxısını  çəkib,  göyə  boylandı.  Səma o qədər 
şəffaf idi ki, xırdaca bir bulud ləkəsi belə onun üzünə yapışa 
bilməmişdi.  Saçlarını  səhərin  mehi  dağıtmış  nazlı  qızlar 
kimi  üfüqdən  boylanan  Günəşin  qızılı  şəfəqləri  göyün 
aydınlığına xüsusi bir parıltı vermişdi. Mövlana Cəlaləddin 
zövq  oxşayan  bu  gözəllikləri  seyr  edə-edə,  sanki yuxuda 
gördüklərini indi canlı olaraq yenidən yaşayırdı. 
Bu gecə  onun  yuxusuna  Bəlx  şəhərinə  bitişik  olan  do-
ğulduğu  Hacı  Golaq kəndi  girmişdi.  Cəlaləddin  doğma 
kəndini  tərk  edəndə  cəmi  beş  yaşı  var  idi.  Bəlkə  elə  buna 
görəydi  ki,  yuxusunda  doğma kəndini,  körpə  vaxtlarında 
uşaqlarla qaçdı-tutdu oynadığı məhəlləni dumanlı görmüş-
dü.  İndi  isə  onu  xiffət bürümüş,  atalı-analı  günləri yadına 
düşmüşdü,  Bəlxdən  Konyaya qədər uzanan  ömür  yolları 
gözünün  qabağından  keçirdi.  Mövlananın  atası  Bahaəddin 
Vələd sağlığında danışmışdı ki,  bir həftə olarmış onun Sə-
mərqənddən Vaxşa, oradan da evə qayıtdığı, yol yorğunlu-
ğu canını təzəcə tərk edibmiş ki, elə bu vaxt – 1207-ci il sent-
yabrın  30-da  Möminə  Xatunun  sancısı  tutduğundan  evə 
əvənçi çağırılıb. Bahaəddin Vələd fikirli-fikirli evlərinin qa-
bağındakı bağda gəzişdiyi vaxt, qonşunun uşaqlarından biri 
ondan “oğlun oldu” deyərək xələt istəyib. Muştuluqçu xələ-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə