Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   ...   69

Eşq dənizləri qovuşanda 
 
19 
ti aldıqdan dərhal sonra kəndin bitişik olduğu Bəlx şəhərinə 
doğru qaçmağa başlayıb. Bahaəddin Vələd arif adam oldu-
ğundan  muştuluqçunun  onun  qayınatası  Rüknəddinin  ya-
nına  tələsdiyini  anlayıbmış.  Əlbəttə  ki,  Möminə  Xatunun 
atası Rüknəddin, Bəlx şəhərinin əmiri olduğu üçün, muştu-
luqçu ondan daha çox ənam alacaqdı... 
Atasının bu dediklərini yadına saldıqdan sonra Mövla-
na Cəlaləddin Rumi oturmaq üçün həyətin o biri başındakı, 
mişarla hər iki tərəfdən səliqəylə doğranmış iri palıd kötü-
yünə yaxınlaşdı. Onlar bu kötüyün üstündə sobada yandır-
maq üçün odun yarardılar. Həmin kötük doğranmaq vaxtı 
çatmış çox odunlar görmüşdü, ona görə də qıraqları hamar 
olsa da, ortası bir qədər çökmüş idi. Təbii ki, özündə çox də-
rin mənalar ifadə edən bu görüntü Mövlananın diqqətindən 
yayınmadı, eyni zamanda, bu düşüncə onun beynindən il-
dırım  sürətilə  keçib  unuduldu.  Çünki  indi  onu  bütünlüklə 
qapsayan,  özünə  çəkən  daha vacib  olan  uşaqlıq  illəri və 
gənclik xatirələriydi. 
Mövlana  Cəlaləddin  əvvəlcə  istədi  ki,  həyətdəki  taxtın 
üstündən  balaca keçəni  götürüb altına  sərsin.  Lakin  buna 
hövsələsi çatmadığından o, az qala buza dönmüş həmin kö-
tüyün üstünə düşmüş qırovu əllərilə o yan-bu yana dağıtdı. 
Sonra  da  qırovun  qalıqlarını  üfürüb  sovuraraq,  ehmalca 
orada oturub ətrafına nəzər saldı. Bu arada heç kimsə onun 
gözünə  dəymədi.  İndi  xəyallarla  baş-başa  qalan  Mövlana 
ata-baba yurdunu  çox  erkən  tərk etdiyini  və  buna  səbəb 
olan hadisələri atasının nağıl etdiyi kimi xatırlamağa başla-
dı. Onun bu qeyri-adi tarixçəsi iztirablarla yüklənmişdi, la-
kin bu əzablı ömür yolu onun təcrübəli alim, böyük mütə-
fəkkir kimi yetişməsində yüksək əhəmiyyət kəsb etmişdi. 
Bundan  başqa,  Mövlananın  doğulduğu  məkan  dövrün 
diqqət mərkəzində olan bölgələrindən idi. O zaman sərhəd-
ləri  indiki  Özbəkistan,  Tacikistan,  Türkmənistan,  Əfqanıs-
tan və İranı əhatə edən Xorasan vilayətinin Bəlx şəhəri bö-
yük  əhəmiyyətə  malik  olan  bir  ticarət qovşağı  idi.  Hindis-
tandan çeşidli mallar gətirən karvanlar Səmərqəndə, Buxa-


Elbəyi CƏLALOĞLU 
20 
raya, Ürgəncə və daha şimalda yerləşən digər şəhərlərə get-
mək üçün məhz Bəlxdən keçməli idi. Ona görə də “şəhərlər 
anası”  adlandırılan  Bəlx  həm  də  fərqli mədəniyyətlərin, 
fərqli  dünyaların  qovşağı  idi.  Cəlaləddin  də  hər cəhətdən 
daim inkişaf yolu keçməkdə səngiməyən həmin bu şəhərdə 
dünyaya göz açmışdı. 
Mövlana Cəlaləddin Ruminin atası, ilahiyyat alimi Hü-
seyn  Xətibinin  oğlu Bahaəddin  Vələd  hələ  sağlığındaykən 
“Alimlər sultanı” – Sultani-üləma kimi tanınmışdı. Bahaəd-
din Vələdin digər “Sultan Vələd” adı da elə buradan gəlirdi. 
Sultan Bahaəddin Vələd Hacı Golaq kəndində kərpicdən ti-
kilmiş  köhnə  mədrəsədə  müdərrislik  edirdi. Mədrəsə  çox 
da  böyük olmayan  zaldan  və  səkkiz kiçik hücrədən  ibarət 
idi. Sağ tərəfində pəhləvan kimi dayanmış yoğun tut ağacı 
böyük budaqlarından birini mədrəsənin qübbəsi üzərinə elə 
gərmişdi ki, sanki bu varlığı cəhalətdən qoruyurdu. Mədrə-
sənin Bəlxin mərkəzində yox, məhz ucqarında yerləşdiyinə 
baxmayaraq, buraya kimlər gəlmirdi ki: Bahaəddin Vələdin 
alim  dostları,  onun  söhbətlərini  dinləmək arzusunda  olan 
bilim adamları, o dövrün sufiləri, onun biliyinə yiyələnmək 
istəyənlər, eləcə də, məsləhət almaq məqsədilə təşrif buyu-
ran saray əşrəf-əyanları. Sultan Bahaəddin Vələd hər bazar 
ertəsi və  cümə  günləri mədrəsədə  xalqa moizələr  oxuyur
onlara ilahi bilgilər söyləyirdi.  Bir  sözlə,  o,  dərin  biliyi, 
müdrikliyi və təcrübəsi ilə bütün fikir adamlarının diqqətini 
cəlb etmişdi... 
Bir gün Bahaəddin Vələd yuxuda görür ki, döyüş mey-
danında ehtişamlı bir çadır qurulub. O, çadıra daxil olarkən 
orada Həzrəti Məhəmməd ( s.ə.s) peyğəmbəri görür. Ən ya-
xın  dostlarını  başına  yığıb  söhbət  edən  Peyğəmbər,  iltifat 
göstərərək  sağ  tərəfində  oturması  üçün  ona  yer  göstərir. 
Sonra  da,  –  bizim yanımızda  Bahaəddin  Vələdin  dəyər və 
hörməti çox böyükdür, bundan sonra onu “Alimlər sultanı” 
deyə çağırın! – O, ətrafında olanlara bu cür müraciət edir... 
Yuxudan oyanan Bahaəddin Vələd bunun uydurma ol-
ması zənn edilər deyə, yuxusunu gizli saxlamaq istəyir. La-


Eşq dənizləri qovuşanda 
 
21 
kin ertəsi gün eyni yuxunu görən alimlər Bahaəddin Vələ-
din  mədrəsəsinə  gəlib həmin  gecə  gördükləri yuxunu  da-
nışmaq  üçün  ondan  icazə  alırlar. Alimlər yuxunu  danışar-
kən Bahaəddin Vələd onları saxlayıb davamını özü danışır. 
Bununla da, ətrafaındakılar ona “Alimlər sultanı” deyə mü-
raciət edirlər... 
Sultan Bahaəddin Vələd dini-elmi bilikləri, fitri istedadı 
və müdrikliyi sayəsində ucsuz-bucaqsız, ləngərli bir dənizi 
xatırlatması ilə yanaşı, əxlaqi-mənəvi dəyərləri ilə də Xora-
san vilayətinin ən mötəbər şəxslərindən biri idi. 
Xarəzmşah Əlaəddin Məhəmmədlə aralarında baş verən 
ixtilafların  və  qarşıdurmanın  nəticəsi olaraq,  1212-ci  il  no-
yabr ayının sonuncu günlərindən biri, həftənin şənbə günü 
Bahaəddin Vələd ailəsi və bir qrup yaxın dostları ilə birgə 
Bəlxdən ayrılıb ticarət yolu ilə Nişapur şəhərinə yola düşdü. 
Səfər zamanı  qiymətli kitablar,  yol  azuqəsi,  ev  əşyaları  və 
karvanın üzvləri 343 dəvəyə yüklənmişdi. Dəstəyə 40 nəfər 
müfti və  zahid  də  qatılmışdı  ki,  bunlar  əsasən  Bahaəddin 
Vələdin müridləri idi. Sarvanı Alimlər sultanı olan bu kar-
vanın  yolu  Şibirgan,  Əl  Yəhudiyyə  (Maymana),  Murgap, 
Mərv, Serahs və Tusdan keçəcəkdi. Karvan günə təxminən 
5-6 fərsəh yol qət edirdi, axşam düşdükdə isə onlar gecələ-
mək üçün bir karvansarada dayanırdılar. 
Bu səfarət zamanı Cəlaləddinin 5 yaşı var idi. Hadisələri 
o qədər də anlaya bilmədiyi üçün Cəlaləddin atasından baş-
verənləri təfsilatı  ilə  danışmasını  xahiş  etdi.  Sultan  Vələd 
olub-keçənləri oğluna və ailəsinə nağıl etməyə başlayarkən 
əvvəlcə onun “Alimlər sultanı” deyə çağırılmasını Əlaəddin 
Məhəmməd Xarəzmşahın qısqanclıqla qarşıladığını qeyd et-
di. Eyni zamanda Sultan Vələdin günü-gündən artan şöhrə-
ti və xalqın ona olan sevgisi də Xarəzmşah Məhəmmədi ger-
çəkdən narahat edirdi. O biri tərəfdən, təkəbbürlü və həd-
dən-ziyadə iddialı olan Xarəzmşah Məhəmmədin Bağdadda 
xəlifəni devirib bütün müsəlmanların yalnız şahı deyil, həm 
də dini rəhbəri olmağa çəhd etməsi, hətta Bağdada öz adına 
xütbə oxunması tələbini göndərməsi onu Alimlər Sultanının 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə