Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə69/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Eşq dənizləri qovuşanda 
 
215 
mağa  can  atdı.  Beləliklə,  Aşiqlər sultanı  Mövlana  Cəlaləd-
din  Rumi  müridləri qarşısında  heç özünün  də  bilmədiyi
sonuncu söhbətinə davam etdi: 
– Hər bir şeyin qarşılıqlı olmasına şübhən olmasın. Pis 
bir  şey  yeyən  adam  onu  qaytarana  qədər ürəyi bulanar. 
Yaxşı  bir  şey  yeyən  adam  yediyindən  ləzzət alar. Həyatda 
da belədir, pislik edən pisliklə qarşılaşar, lakin o, qarşılığın 
haradan, necə gələcəyini duymaqda acizdir. 
Həzrəti İsa buyurur ki, ağıza girən hər bir şey yuyulma-
mış əllərlə edilsə belə, bu, insanı murdar etməz, çünki onlar 
qarına  keçir və  ordan  da  çölə  atılır.  Fəqət  insanı  murdar 
edən ağızdan çıxanlardır, onların kökü ürəkdə, budağı be-
yində yerləşir. Pis fikirlər, əcaib düşüncələr, qatilliklər, zina-
lar,  əxlaqsızlıqlar,  oğurluqlar,  yalançı  şahidliklər və  bütün 
digər küfrlər ağızla ifadə olunmaqla insanı murdar edərlər. 
Ürək özü maddi və ya fani olduğundan, onun doğurduğu 
hisslər  də  keçicidir.  Keçici hisslər  insanı  murdarlığa  çəkir. 
Allah isə könüllə seviləndir. Könül ruhun ürəyidir, o, mənə-
vidir,  əbədidir,  ölməzdir.  İnsanın  hissləri ürəkdən  könülə 
yüksələrsə, onun sevdiyi tək uca Allah olar, o, əbədilik qa-
zanar. Yaxşı adamın ürəyində yaxşılıq xəzinəsi, pis adamın 
ürəyində pislik xəzinəsi olar. Pis adamın ağzından çıxanlar 
onun  özünü  murdar  edər.  Ona  görə  də,  yaradılanı  sev  ki, 
Yaradan da səndən razı qalsın! Tanrının mərhəməti hər kə-
sə  şamildir,  ona  görə  də,  O,  özündən  ümidini  kəsənlərin 
ibadətdən  üz  çevirməmələrini  istəyir.  Ey  ümidi  kəsilənlər, 
səbir edin, unutmayın ki, kərəm də elə dərd olan yerdədir! 
Qeybə  olan  imanın  görünən  şeyə  olan  inamla müqayisədə 
təsəvvürəgəlməz fəziləti, üstünlüyü vardır. İnsanların igid-
liyi  uşaqların  igidliyi kimidir.  Fərq isə  birdir,  belə  ki,  Dəli 
Domrul kimi bir igidin  savaşına  nisbətdə  uşaqların  savaşı 
oyuncaqdan ibarətdir. Xalqın savaşı da uşaqların savaşı ki-
mi mənasız və əsassızdır. Dəyənəklə, qılıncla silahlanıb bir-
birini məhv etmək üçünmü doğuldunuz? Tanrı hikmət xə-
zinələrinin gizli qalmaması, onların meydana çıxması üçün 
insanları  yaratmışdır.  Ağac  meyvəsindən  tanınar!  Ağacın 


Elbəyi CƏLALOĞLU 
216 
dəyəri isə verdiyi barla, gətirdiyi meyvələrlə bilinər. Allahın 
böyüklüyü də yaratdıqları ilə, yaratdıqlarının ən möhtəşəmi 
olan insanla bəllidir, Onun qüdrəti isə yaratdığı insanın mü-
kəmməlliyindən,  əzəmətindən,  möcüzəli yaranışından  bili-
nir.  Tikan  kolu  əncir gətirməz,  göyəm  ağacı  da  üzüm,  ya-
xud, yaxşı ağac pis meyvə verməz, pis ağac da yaxşı meyvə 
gətirməz. Tanrı sizi özünün güzgüsü olaraq yaratdı ki, siz-
lərə baxıb öz gözəlliyini seyr etsin. Lakin siz Onu çirkin gös-
tərməkdəsiniz. Özünüzə qayıdın! Allahı olduğu kimi gözəl, 
rəhimli,  sədaqətli,  nurlu,  sevgilərlə  zəngin  olaraq göstərin, 
nəfsinizi məğlub  edin,  həvəsinizi  yox  edin,  dünya malına 
nifrət edin! Siz bu savaşları torpaqlar zəbt etmək, hökmdar-
lığınızın çevrəsini genişləndirərək daha böyük xəzinəyə sa-
hib olmaq məqsədilə etdiniz, lakin onlar yenə də sizin olma-
dı. Axirət üçün deyil, dünya üçün yaşayanlar diriykən ölü-
dürlər. Allahdan var-dövlət, sərvət toplamaq deyil, ruzinizi 
diləyin! Könül əhlinin elmi onu çiynində daşıyar, bədən əh-
linin isə elmi özünə yükdür. Bədən əhli nəfsinə və həvəsinə 
hakim ola bilməyənlərdir. Şəhvətin doğurduğu hər bir hiss 
şərab və tiryək kimi ağıla pərdədir. Ağılı başdan alan, insa-
nı sərxoş edən təkcə şərab deyil ki, şəhvətə aid nə varsa ha-
mısı gözü, qulağı bağlayar. Şeytan şərab içməkdən uzaqdı, 
lakin təşəxxüslə, inad və üsyanla sərxoş olmuşdur. Sərxoşla-
rın gözləri misi, dəmiri qızıl olaraq görər! – sonuncu cümlə-
dən sonra Mövlana Cəlaləddin öskürəyini yığışdıra bilmirdi 
və  bu get-gedə  daha  da  şiddətlənirdi.  Hüsaməddin  Çələbi 
ona  yaxınlaşanda  Mövlana  özü  getməyə  qərar verdi.  Ba-
haəddin, Hüsaməddin və digər bir neçə mürid Aşiqlər sul-
tanını evə qədər müşayiət etdilər... 
 


Eşq dənizləri qovuşanda 
 
217 
X X V I I   F Ə S İ L  
Düyün gecəsi 
Mövlana Cəlaləddin Rumi mədrəsədən evə qayıtdıqdan 
sonra vəziyyəti son  dərəcə pisləşmişdi. Səlcuqlu hökmdarı 
ona nəzarət etmək üçün xüsusi təbiblər, loğmanlar təyin et-
mişdi.  Hökmdarın  vəziri Muinəddin  Süleyman  Pərvanə
Konya qazilərinin  qazisi Siracəddin  Əbus-Səna  Urməvi və 
təsəvvüf alimi Sədrəddin Konyavi tez-tez ona baş çəkir, çox 
zaman isə uzun müddətli yanında qalır, onun söhbətlərini 
dinləyirdilər. Mövlana  Cəlaləddinin  müridləri  də  onunla 
mütamadi  maraqlanır,  eyni  zamanda  ona  hörmət  əlaməti 
olaraq təkkəyə gedib Səma rəqsləri edirdilər. Rəqslər zama-
nı onlar mürşidləri üçün dua edir, Allahdan ona sağlıq dilə-
yirdilər. Mövləvi müridləri “Məsnəvi”nin fatihəsi, yəni baş-
lanğıcı hesab etdikləri ilk on səkkiz beytini əzbərdən birlik-
də oxuduqdan sonra Səma rəqslərinə başlayırdılar. Bu ənə-
nə də sonuncu günlər başlanılmışdı... 
“Məsnəvi” cəmi üç il öncə, 1270-ci ildə tamamlanmışdı. 
Onun ilk on səkkiz beytindən başqa qalan hissəsini Mövla-
na demiş, onun müridi və yaxın dostu Hüsaməddin Çələbi 
qələmə almışdı. Hər bir hissəni Mövlana bir daha nəzərdən 
keçirib  düzəliş  etdikdən  sonra  Hüsaməddin  onun  üzünü 
yenidən  köçürmüşdü.  İndi  isə  “Məsnəvi”nin  ilk  on  səkkiz 
beytini  bütün  möminlər  əzbərdən  söyləyirdilər.  Bundan 
başqa, onlar on səkkiz rəqəminə hər zaman riayət edirdilər
hətta bir mövləvi dərvişinə, bir yoxsula və ya təkkəyə veri-
lən nəzir-niyazın miqdarında da bu rəqəm qorunurdu. Veri-
lən  ianələr  on  səkkiz quruş,  on  səkkiz yarım  lirə  və  ya  on 
səkkiz lirə miqdarında olurdu. Bir sözlə, mövləvi müridləri 


Elbəyi CƏLALOĞLU 
218 
on səkkiz rəqəminə müqəddəslik gətirməkdə idi... 
1273-cü il dekabrın 17-si, həftənin bazar günü idi. Möv-
lana Cəlaləddin Rumi yatağında uzanmış, dostları isə başı-
nın üstündə dayanmışdılar. Qızdırmasının get-gedə şiddət-
lənməsi onun səhhətini daha da ağırlaşdırırdı. Lakin onlar 
ara-sıra söhbətlər edirdilər, Mövlana vəsiyyətlərini deyirdi. 
Lakin elə bu vaxt birdən hər yan silkələnməyə başladı. Əv-
vəlcə bu gözlənilməz haldan hamı diksindi, sonra isə zəlzə-
lə baş verdiyi məlum oldu. Mövlana gülümsünürək öz canı-
na işarə edib, – torpaq bir yağlı tikə istəyir, onu yerə basdı-
randan sonra sakitləşəcək, – dedi. Onun bu sözündən Kərra 
xatunun gözləri doldu, atasının sözündən təsirlənən Məley-
kə  xatun  anasının  boynunu  qucaqlayıb  ağlamağa  başladı. 
Onların bu halına ilk dözməyən Hüsaməddin Çələbi oldu, o 
da kövrəldi. Bunları gözaltı seyr edən Mövlana Cəlaləddin 
gülümsəyərək dedi: 
–  Mən  də əzizlərim  Şəms,  Kimya və  Səlahəddinlə  eyni 
ay, eyni əyyamda Haqqıma qovuşuram. Bu, gözəlliyi, ahən-
gi və əsrarəngizliyi ilə seçilən əyyamın mənə olan son vədi-
nə  sədaqətidir. Məni  ağlamayın,  mənə  yas tutmayın!  Mə-
nim  ölümüm  əslində  “şəbi-arus”dur  –  toy  axşamı,  düyün 
gecəsidir. Məzar elə bir pərdədir ki, onun arxasında cənnə-
tin  hüzuru vardır.  Bu,  mənim  ulu  Tanrıya qovuşduğum 
gündür, – o, bu sözləri deyib ətrafa nəzər saldı, bir az du-
ruxdu və yenidən dilləndi: 
–  Öldüyüm  gün  tabutumu çiyinlər üzərində  gördü-
yünüz  zaman,  sanmayın  ki,  məndə  bu cahanın  dərdi  var! 
Mənim üçün ağlamayın! Ah-vay etməyin! Nə zaman şeyta-
nın  tələsinə  düşərsənsə,  o  zaman  ah-vay et! Məzar cənnət 
qapısının pərdəsidir. Batmağı gördün, indi doğmağı da seyr 
et! Bu görünüş bu yanda ölümdürsə, o biri yanda doğum-
dur. Günəş və Aya batmaqdan, qürub etməkdən ziyan gə-
lərmi?! Bu, sənə batmaq kimi görünər, əslində yenidən doğ-
maqdadır.  Məzar isə həbsxana  kimi görünər,  lakin  əslində 
canın həbsdən qurtuluşudur. Torpağa hansı sağlam toxum 
əkildi ki, o, bitmədi?! Nə üçün insan toxumuna gəlincə, onu 


Eşq dənizləri qovuşanda 
 
219 
bitməyəcək sanırsan?  Sağlam toxum  həmişə  bitir,  bunu 
unutmayın! – bu, Mövlana Cəlaləddin Ruminin son sözləri 
oldu. Onun üzü güldü. Gülə-gülə də qürub edən günəş ki-
mi saralmağa başladı. Sonra da onun gözqapaqlarının xəf-
fifcə bağlanmağa başladığını görən Hüsaməddin Çələbi təş-
viş içində Quran ayələri oxumağa başladı. Lakin onun ürəyi 
mürşidinin  bu  halına  tab  gətirmədiyindən  yarımçıq  daya-
nıb,  özünü  hönkürtü ilə  ağlamaqdan  saxlaya  bilmədi.  Bu 
zaman onu Şeyx Sədrəddin Konyavi əvəz etdi... 
Mövlananın dəfnində yalnız müsəlmanlar deyil, Konya-
da və Konya ətrafında yaşayan xristianlar, yəhudilər, digər 
millətlərin nümayəndələri, eləcə də papazlar və keşişlər də 
iştirak edirdilər. Mərasimi təsəvvür edilməyən bir qələbəlik 
müşayiət  edirdi.  Böyük-kiçik,  kişi-qadın  –  hamı  ağlayırdı, 
mövləvi müridləri  çığrışıb  paltarlarını  cırırdılar.  O  gün  qi-
yamət gününü xatırladırdı... 
Möminlər cənazə  namazına  durmuşdular. Namazı 
Mövlananın vəsiyyətinə görə Sədrəddin Konyavi qıldırma-
lıydı.  Lakin  o,  çox  sevdiyi Mövlana  Cəlaləddinin  itgisinə 
dözə  bilməyib qəşş  elədi.  Buna  görə  də,  cənazə  namazını 
qazi Siracəddin qıldırdı. 
Cənazə götürüldükdə izdiham Gül bağçasına tərəf yön 
aldı. Günorta namazı vaxtı qaldırılan cənazə ikindi namazı 
vaxtı Gül bağçasında yerləşən məqbərinə çatdırıldı. Mövla-
na Cəlaləddin Rumini atasının yanında torpağa tapşırdılar. 
Beləcə, adı min illərə gedəcək böyük mütəffəkir və ulu övli-
yanın bədəni torpağa, ruhu Tanrıya qovuşdu. 
Bundan bir qədər sonra isə Sultan Vələd Səlcuq hökm-
darından  atasının  qəbri üzərində  türbə  tikmək təklifi aldı. 
O, təklifi qəbul etdikdən sonra Təbrizdən dəvət olunan me-
mar Bədrəddin, deyilən yerdə Yaşıl türbənin inşasına başla-
dı.  Türbə  fil ayağını  xatırladan  dörd  qalın  sütün  üzərində 
ucaldıldı... 


Elbəyi CƏLALOĞLU 
220 
E P İ L O Q   Ə V Ə Z İ  
Xoş gəldin könlümə,  
xoş gəldin, Allah! 
Göz yumdum dünyanın ləl-gövhərinə, 
Ağladım “Haqq” deyə, tuş gəldin, Allah! 
Bir ağıl oyatdım ağıl yerinə, 
Bütün dəyərlərdən baş gəldin, Allah! 
 
Dərk etdim cismimin hər əzasını, 
Tanrı qədərini, Haqq qəzasını. 
Açdım idrakımın darvazasını, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Səni təfsir etdi zəkama “Quran”, 
Məhəmməd yoluna qədəm qoydu can. 
Helmimi bağlarkən elmimə vicdan, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Qəlbim şükredəndir, dilim zikredən, 
Səbrim müzəffərdir hər işgəncədən. 
Həqiqət evinə qulundur gedən, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Qəlbim təmizləndi, arındı kirdən, 
Könlüm agah oldu hər cürə sirdən. 
Feyzim yox çiçəkdən, güldən, ətirdən, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 


Eşq dənizləri qovuşanda 
 
221 
Könül Kəbəsinə etdim meracı, 
Doyura bilmədi eşqin bu acı. 
Sənin təcəllandı başımın tacı, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Dünyanın həvəsi yandı gözümdə, 
Nəfsin məzarı da yoxdur izimdə. 
Qeyri bir istəyi gəzmə sözümdə, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Oxşamaz ruhumu nə şəhvət, nə var, 
Mənlik aramıza çəkər sərt divar. 
Sənin tək bir yarım, bir sevgilim var, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Ədəblə yürüdüm Fənafillaha, 
Eşqinlə çatmışam Bəqabillaha. 
Sən ki, canımdasan, nə dərdim daha, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
Elbəyi uymadı şana, şöhrətə, 
Səbr edir yolunda hər cür möhnətə. 
Axirət gözümdə dönüb cənnətə, 
Xoş gəldin könlümə, xoş gəldin, Allah! 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
222 
 
 
 
MÜNDƏRİCAT 
 
PROLOQ  ƏVƏZI
 
Gəlmişdi ............................................................................. 3 
I FƏSİL
 
Dinin günəşi ...................................................................... 4 
II FƏSİL
 
Bəlxdən Konyaya ............................................................ 18 
III FƏSİL
 
Hikmət “sövdəgəri” ........................................................ 33 
IV FƏSİL
 
Allahın nuru ..................................................................... 41 
V FƏSİL
 
Xiffətdən doğan möcüzə ................................................ 54 
VI FƏSİL
 
Cənnət və ölümsüzlük rəqsi ......................................... 59 
VII FƏSİL
 
Şamda bir gecə ................................................................. 66 
VIII FƏSİL
 
Nəbiz ................................................................................. 72 
IX FƏSİL
 
Allahla vəhdətdə olmağın sirri .................................... 78 
X FƏSİL
 
Ürək birliyi, ruh dili ....................................................... 82 


Eşq dənizləri qovuşanda 
 
223 
XI FƏSİL
 
İzdivac ............................................................................... 93 
XII FƏSİL
 
Şəms Təbrizinin qısqanclığı ......................................... 99 
XIII FƏSİL
 
Eşqin şərhi ...................................................................... 106 
XIV FƏSİL
 
Seyfullahın qüdrəti ...................................................... 113 
XV FƏSİL
 
Sahibsiz suç .................................................................... 121 
XVI FƏSİL
 
Getməyin vaxtı .............................................................. 130 
XVII FƏSİL
 
Hal və məqam ................................................................ 134 
XVIII FƏSİL
 
Ariflərin könlündə dəfn .............................................. 140 
XIX FƏSİL
 
Eşq və iman .................................................................... 146 
XX FƏSİL
 
Aşiqlər sultanı və xəlifə ............................................... 155 
XXI FƏSİL
 
Konyada yaranmiş xaos ............................................... 161 
XXII FƏSİL
 
Anadolu çaxnaşır ........................................................... 173 
XXIII FƏSİL
 
Dekabr ayının Mövlanaya vədləri ............................. 184 


Elbəyi CƏLALOĞLU 
224 
XXIV FƏSİL
 
Əskişəhərdən gələn qonaq.......................................... 194 
XXV FƏSİL
 
Varlıq darlıqdır ............................................................. 202 
XXVI FƏSİL
 
Can və bədən .................................................................. 212 
XXVII FƏSİL
 
Düyün gecəsi .................................................................. 217 
EPİLOQ ƏVƏZİ
 
Xoş gəldin könlümə,  xoş gəldin, Allah! ................... 220 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Eşq dənizləri qovuşanda 
 
225 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elbəyi Cəlaloğlu 
 
EŞQ DƏNİZLƏRİ QOVUŞANDA 
(dərvişnamə
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
226 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəşriyyatın direktoru:  
Nəşriyyat redaktoru:  
Bədii redaktor:  
 
Çapa imzalanıb: 27.03.2013. 
Formatı 60x90 
1
/
16
. Fiziki ç.v. 14,0.  
 
 
 
 
 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə