Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə7/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   2   3   4   5   6   7   8   9   10   ...   69

Elbəyi CƏLALOĞLU 
22 
gözündən salmşdı. Həmin hadisədə böyük sufi şeyxi Məc-
dəddin Bağdadi də Xarəzmşahı yolundan döndərmək üçün, 
ona  anası  Türkan  xatunun  vasitəsilə  təsir etmək istəyirdi. 
Bununla bağlı Şeyx Məcdəddin, Türkan xatunla tez-tez gö-
rüşürdü.  İşlərin  alınacağından  ehtiyatlanan  ruhanilər  Şeyx 
Məcdəddin Bağdadinin Türkan xatuna eşq elan etməsi ba-
rədə  şaiə  yaydılar. Bu səbəbdən  Xarəzmşah  Əlaəddin  Mə-
həmməd, Məcdəddin Bağdadini suya atdırdı. Həmin hadi-
sədən  ciddi  təsirlənən  və  buna  etiraz  edən  Bahaəddin  Və-
ləd, Xarəzmşah Məhəmmədin dövrün tanınmış sufilərindən 
biri, Kubravi təriqətinin yaradıcısı Nəcməddin Kubraya nif-
rət etməsinə görə də təəssüflənirdi. Nəcməddin Kubra həm 
də  Bahaəddin  Vələdin  mürşidi  olmuşdur.  Xarəzmşah 
Əlaəddin  Məhəmmədin  Bağdada  yürüş  etdiyi zaman  on-
minlərlə əsgərini güdaza verməsi isə onu xalqın gözündən 
salmışdı. Beləliklə, Xarəzmşah Məhəmmədlə münasibətləri-
nin korlanmış bir dövründə Bahaəddin Vələdin minbərlər-
də alimləri kəskin tənqid və ittiham etməsi bu ocağı bir az 
da alışdırdı. O dövr alimlərindən biri, Xarəzmşah Əlaəddin 
Məhəmmədin ustadı olmuş Məhəmməd ibn Ömər Fəxrəd-
din  (Fəxri) Razi,  Bahaəddin  Vələdin  kəskin  tənqidinin  dö-
zülməz olduğunu  görüb  Xarəzmşahla  onun  arasını  vurur. 
Bununla da, Bahaəddin Vələdlə Fəxri Razi arasında baş ve-
rən qalmaqal Bahaəddin Vələdlə Xarəzmşah Məhəmmədin 
arasında kəskin ədavətə səbəb olur. Aradan bir müddət keç-
miş  60  yaşlı  Fəxrəddin  Razinin  Heratda  Haqq  dünyasına 
qovuşduğu xəbərini alan Xarəzmşah Məhəmməd bir qədər 
sarsılır. Lakin onun Bahaəddin Vələdlə arasında olan nifaq 
səngimir, əksinə bir neçə il ərzində ən yüksək nöqtəyə çatır. 
Bu zaman, Əlaəddin Məhəmməd Xarəzmşah, Sultan Vələdə 
belə bir istehzalı ismarıc göndərir: “Şeyximiz əgər Bəlx ölkə-
sini qəbul edirsə, bu gündən padşahlıq, ölkə və ordu onun 
olsun. Allah ona iki cür səltənət vermişdir. Birincisi dünya, 
ikincisi isə axirət səltənətidir. Mənə də başqa bir ölkəyə ge-
dib yerləşmək üçün vaxt versin, çünki bir ölkədə iki sultan 
olmaz. Əgər o, dünya səltənətini bizə verərsə, bizimçün bö-


Eşq dənizləri qovuşanda 
 
23 
yük lütf olar”...  
Elçi ismarıcı  oxuyarkən  Bahaəddin  Vələd  xalça üzərin-
də,  Buxaradan  gətirilmiş  narın  qaragül  dərisinin  üstündə 
bardaş  qurub  onu  dinləyirdi.  İndi  isə  ismarıcın  oxunması 
bitmişdi, elçi cavab gözləyirdi. Bahaəddin Vələd fikirli-fikir-
li səkkiz künclü mədrəsə hücrəsinin divarlarını gözdən ke-
çirtdi,  sonra  da  sağ  əlini  açıb  ehmalca  burnunun  altına 
dayadı  və  həmin  vəziyyətdə  başını  yavaşca  qaldıraraq, 
baxışlarını  tavandan  asılmış,  səkkiz  şamdanlı  qəndildə 
gəzdirdi. Az sonra başını aşağı saldı, yanına yığdığı kitab-
lardan  bir  neçəsini  qaldırıb-saldı  və  qarşısında  açıq  vəziy-
yətdə olan kitabı rəhildən götürüb bağlayaraq, onu xalçanın 
üzərinə qoydu. Bundan sonra qırmızı kətan parçaya bükül-
müş Quranı götürərək, üç dəfə öpüb alnına toxundurdu və 
onu açıb qarşısındakı qoz ağacından düzəldilmiş həmin rə-
hilin  üstünə  qoydu.  Bahaəddin  Vələd  gözünü  Qurandan 
çəkməyərək bir qədər dayandı, üzünə salavat çevirdi və nə-
hayət, yönünü elçiyə tutub, onu çox gözlətməyərək dedi: 
– Sultanına salam de! Bu dünyada fani olan nə varsa – 
ölkələr,  əsgərlər,  xəzinələr,  taxt-tac  padşahlara yaraşır,  biz 
elm adamı və dərvişik, bizə məmləkət və səltənət yaraşmaz. 
Elə isə mən çıxıb gedirəm, lakin Sultan unutmasın ki, o, bəzi 
üzdəniraq alimlərin  səhv fikirlərinin,  yanlış  mülahi-
zələrinin qurbanına çevrilmiş, onların qərəzli məsləklərinə, 
məkrli niyyətlərinə uymuşdur. Unutmasın ki, Moğol ordu-
sunun  tüğyanı  ona  da  çatacaq.  Onun  günahları  üzündən 
Xarəzmşahlar ölkəsi zəbt ediləcək, Bəlx əhalisi ölümün ağrı-
lı-acılı  şərbətini  dadacaq. Bu günahların  cavabını  isə  Tanrı 
qarşısında onun özü verəcək! – o, bu sözləri deyərkən Xarə-
zmşahlarla Moğolların arasında baş vermiş çəkişmələri nə-
zərdə tuturdu. Bu qarşıdurma bölgə siyasətinin qarmaqarı-
şıq  bir  vaxtında,  qeyri-adi  bir  vəziyyətdə  yaranmışdı.  Belə 
ki, Əlaəddin Məhəmmədin atası Əlaəddin Təkişin vaxtında 
Xarəzmşahlar ölkəsinin  hüdudları  Şərqi  Anadoludan  Ma-
vürənnəhrə qədər genişlənmişdi. Qara Hitayı, Qərbi və Şər-
qi Qaraxanlıları  da  məğlub  edib  öz  torpaqlarına  qatmış 


Elbəyi CƏLALOĞLU 
24 
Əlaəddin Məhəmmədin isə ən böyük arzusu Çini ələ keçir-
mək idi. Lakin bu, Moğolların Çini böyük söz sahibi etdiyi 
vaxta düşüdüyündən və moğol təhlükəsi hiss edildiyindən 
Xarəzmşah  Əlaəddin  Məhəmməd  onlarla  dil  tapmaq məc-
buriyyətində qalmış və ticarət razılaşması imzalamışdır. Be-
lə bir şəraitdə Xarəzmşahlar hakimi İnalcık bahalı əşyalar və 
qiymətli mallarla yüklənmiş  və  Çingiz  xan  tərəfindən 
göndərilmiş  moğol  ticarət karvanını  talatmış,  karvan 
üzvlərinin  çoxunu  qılıncdan  keçirmiş,  qalan  tacirlərin  isə 
saqqalını  yandıraraq,  onları  təhqir  edilmiş  vəziyyətdə  geri 
göndərmişdir.  İnalcıkın  düşünülməmiş  atdığı  bu  addım 
moğollarla əlaqələrin kəskin pozulması ilə nəticələnmişdir. 
Belə  ki,  Çingiz  xan  həmin  hadisədən  xəbər  tutan  kimi, 
günahkarın ona təhvil verilməsini istədi. Lakin onun israrlı 
tələbi  yerinə  yetirilmədiyinə  görə,  Moğol  qoşunu  Sırdərya 
sahilində  yerləşən,  Oğuzların  ən  önəmli  şəhərlərindən  biri 
olan Otrar üzərinə hücuma keçərək əhalisini demək olar ki, 
bütünlüklə  qılıncdan  keçirtdi  və  şəhərə  od  vuraraq  yerlə 
yeksan etdi. Beləliklə də, “Otrar faciəsi” adlanan bu hadisə 
Moğol istilası üçün bir bəhanəyə çevrilmiş və Xarəzmşahlar 
ölkəsi işğaldan yaxa qurtara bilməmişdir... 
Bahaəddin Vələd sözünü dedikdən sonra Əlaəddin Mə-
həmməd Xarəzmşahın elçisini yola saldı... 
Atası bütün bunları danışıb qurtarmışdı. Balaca Cəlaləd-
din  fikirli-fikirli  əynindəki fərəcəsinin  əllərinin  üstünə  qə-
dər örtmüş uzun qollarını dartışdırırdı. İndi ona doğma Bəl-
xi tərk etmələrinin səbəbi tamamilə aydın oldu, eyni zaman-
da onun körpə qəlbində Xarəzmşah Məhəmmədə, Fəxri Ra-
ziyə və onların ətrafındakı ruhanilərə qarşı xoşagəlməz ov-
qat baş qaldırdı... 
Nəhayət, onlar Nişapura çatdılar. Sultan Bahaəddin Və-
ləd  burada  tanınmış  ilahiyyatçı  alim  Fəridəddin  Əttar ilə 
qarşılaşmış  və  onunla aralarında  yaxın  münasibət yaran-
mışdır. O zaman Cəlaləddin kiçik yaşlı olsa da, Fəridəddin 
Əttarın diqqətini çəkmiş, ağlı, ədəb-ərkanı ilə onun rəğbəti-
ni  qazanmışdır.  Atasının  moizələri Cəlaləddin  Bəlxinin 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə