Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

Eşq dənizləri qovuşanda 
 
25 
uşaqlıqdan dünyagörüşünün formalaşmasına güclü təsir et-
mişdir. Beş yaşından alim və övliya atasından və böyük tə-
səvvüf alimi Sənaidən  dərs almağa  başlayan  Cəlaləddin 
Bəlxi, burada məşhur təsəvvüf alimi Fəridəddin Əttarın da 
biliklərindən  kifayət qədər faydalanmışdır.  Lakin  çox  çək-
mədən,  1219-cu ildə  onlar  Həcc ziyarəti məqsədilə  səfərə 
çıxdılar. Bu zaman Cəlaləddinin 12 yaşı vardı. Sonuncu gö-
rüşlərində  Fəridəddin  Əttar atasının  arxasınca gələn  Cəla-
ləddinə diqqətlə baxaraq üzünü onlara tutmuş və – dənizin 
arxasınca bir ümman  gəlir,  –  demişdi.  O,  həmin  görüşdə 
“Əsrarnamə”  adlı  əsərini  Cəlaləddinə  hədiyyə  etmiş  və 
üzünü dostu Bahaəddin Vələdə tutaraq, – sənin oğlun Allah 
aşiqlərinin içərisində atəşlər yandıran bir çıraq olacaq, – de-
mişdi. Lakin sonralar 100 yaşlı bu böyük alimin moğollar tə-
rəfindən  amansızcasına  qılıncdan  keçirilməsi Cəlaləddini 
hədsiz dərəcədə sarsıdacaqdı... 
Bahaəddin Vələdin dəstəsi Nişapurdan Həcc ziyarətinə 
yola düşən zaman Moğollar Buxara və Səmərqəndi yandırıb 
darmadağın  edərək Bəlxdən  13-14 fərsəh məsafədə  olan 
Ceyhun çayının o biri tayına qədər gəlib çatmışdılar. Onlar 
1220-ci ilin payızı Termizi yerlə yeksan etdikdən sonra qışı 
burada keçirdib, 1221-ci ilin yazbaşında Bəlxin 36 fərsəh şi-
mal-şərqində  yerləşən  Vaxş  qəsəbəsinə  doğru hərəkət et-
mişdilər... 
Sultan  Bahaəddin  Vələdin  karvanı  Bəlxdən  546  fərsəh 
məsafədə yerləşən Bağdada çatanda onlar moğolların Bəlxi 
darmadağın etdikləri xəbərini aldılar. Bu xəbərdən çox üzü-
lən  Alimlər sultanı,  Xarəzmşah  Əlaəddin  Məhəmmədi  lə-
nətlədi  və  –  Bəlxdə  qalmış  olsaydıq,  bəlkə  də  sözümüzün 
qüdrəti ilə nəyəsə nail olardıq, – deyərək fəryad etdi... 
Çingiz  xanın  başçılığı  altında  olan  moğol  qoşunlarının 
hücumu zamanı Bəlx şəhəri yerlə-yeksan edildi. Xarəzmşah 
Əlaəddin  Məhəmməd  başqa  çıxış  yolu tapmadığından,  şə-
rəfsizcəsinə qaçıb Xəzər dənizindəki adaların birinə sığındı 
və ömrünü burada tənha olaraq başa vurdu. Böyük sufi şey-
xi Fəriddədin Əttar isə moğol işğalçılarına əsir düşdü. Mo-


Elbəyi CƏLALOĞLU 
26 
ğol əsgərlərinin başçısı əsirin böyük ilahiyyat alimi olduğu-
nu bildikdə, onu yüz gümüş sikkəyə satmaq qərarına gəldi. 
Lakin  dahi  şeyx,  –  bu,  mənim  qiymətim  deyil,  –  demişdi. 
Sonra bir kasıb alıcı həmin əsiri bir tay saman qiymətinə al-
maq istəyəndə, Fəriddədin Əttar “Bax, bu mənim üçün la-
yiqli qiymətdir” söyləmişdi. Bundan qəzəblənən moğol əs-
gəri Şeyxi amansızcasına qılıncla doğramışdı... 
Bağdaddaykən  Sultan  Bahaəddin  Vələd,  oğlu Cəlaləd-
dinlə birlikdə bu şəhərdə fəaliyyət göstərən məşhur “Niza-
miyyə” mədrəsəsinə  də  baş  çəkdi.  Burada  bir  çox  elm  və 
din  adamları  ilə  görüşüb  fikir mübadiləsi apardı.  Bundan 
sonra isə Bahaəddin Vələd şəhərdəki digər “Əbu-n-Nəcib” 
mədrəsəsinə  yollandı  və  burada  dövrün  böyük alimlərin-
dən biri, sufi mürşidi Şeyx Şihabəddin Əbuhəfs Ömər Süh-
rəvərdi ilə görüşdü. Həmin vaxt həm də xəlifə ən-Nasir li-
Dinillahın vəkili və elçisi olan Şeyx Şihabəddin Sührəvərdi 
qonağını xəlifənin məxsusi olaraq onun üçün tikdirdiyi sa-
raya dəvət etdi. Şeyx Sihabəddinin sarayı zəngin kitabxana, 
hamam və onun ailəsi üçün salınmış böyük bağ da olan bir 
məcmudan ibarət idi. O, sarayında yaradıcılıqla məşğul ol-
maqla yanaşı, həm də başına üləma və müridlərini toplaya-
raq müzakirələr aparar, söhbətlər edərdi. İndi isə Şeyx Şiha-
bəddin  öz sarayında  qonağı  Bahaəddin  Vələdlə  üz-üzə 
oturmuşdular.  Onlar elm,  təsəvvüf və  din  yönündə  uzun 
söhbətlər edir, mühakimələr yürüdürdülər. Cəlaləddin Bəl-
xi dahilərin söhbətini diqqətlə izləyirdi. O, böyük bir xəzinə 
üstünə çıxıbmış kimi, bü günkü söhbətlərdən çox məmnun 
idi.  Yeniyetməlik  yaşında  olan  Cəlaləddinin  bu  görkəmini 
gözdən  qaçırmayan  Şeyx  Şihabəddin  söhbətin  sonunda 
üzünü ona tutaraq, gülümsəmiş halda belə bir sual verdi: 
– Ey böyük alimin oğlu, azla çoxun fərqi nədir? – Cəla-
ləddin bu sualdan azca diksinən kimi oldu və tezcə də atası-
nın  üzünə  baxdı.  Bu  zaman  Bahaəddin  Vələdin  də  diqqəti 
oğlunun nə cavab verəcəyində idi. Cəlaləddin özünü topar-
layıb sualı məntiqlə cavablandırmağa çalışdı və azca düşü-
nərək, – az çoxdur, çox da azdır, deyə cavab verdi. Şihabəd-


Eşq dənizləri qovuşanda 
 
27 
din Sührəvərdi razılıq əlaməti olaraq başını irəli-geri yırğa-
ladıqdan  sonra,  –  fikirini  bir  az  aydınlaşdıra bilərsənmi?  – 
deyə ona sualla müraciət etdi. Artıq Cəlaləddin suala cavab 
verməyə hazır idi: 
–  Allahın  verdiyi hər  bir  qum  dənəsinə  də  qane  olub 
şükür etmək borcumuzdur, bu mənada az da çoxdur, lakin 
uca Tanrını dərk etməmiz üçün nə qədər çox oxuyub bilik 
alsaq, bu yenə də azdır, – Cəlaləddin Bəlxi belə dedi. Şeyx 
Şihabəddin  onun  cavabından  razı  qaldı,  onu  tərif etdi  və 
sonra da üzünü Sultan Vələdə çevirərək, – bərəkallah, əgər 
sənin 14 yaşlı oğlun bu gün belə düşünürsə, demək o, gələ-
cəyin böyük alimi və mütəfəkkiri olacaq, – dedi... 
Bahaəddin Vələdin ailəsi bu səfər zamanı Bağdaddan çı-
xaraq, Kufədən keçib Kəbəyə yollandılar. Həcc fəzilətlərini 
yerinə  yetirdikdən  sonra  onlar Mədinə  şəhərinə  gedərək 
Həzrəti Peyğəmbərin  müqəddəs məzarını  ziyarət etdilər. 
Bundan sonra Alimlər sultanının karvanı Şama, oradan da 
Malatyaya,  Ərzincana,  Sivasa,  Qeysəriyyəyə,  Niğdə  və  nə-
hayət, 1221-ci ilin payızında Larəndə şəhərinə gəldi.  Şəhər 
valisi Əmir Musa bir qrup ziyalı və məmurlarla Bahaəddin 
Vələdi qarşıladı və sarayına dəvət etdi. Lakin heç bir yerdə 
bir kimsəyə yük olmaqdan xoşlanmayan “Alimlər sultanı” 
onun  dəvətini  qəbul etməyərək,  özünə  uyğun  bir  mədrəsə 
göstərilməsini  xahiş  etdi.  Əmir  Musa illərdir  adını  eşitdiyi 
bu  şöhrətli qonağa  mədrəsə  tikilməsini  əmr etdi.  Beləliklə, 
qısa zamanda mədrəsə hazır oldu, Bahaəddin Vələdin ailəsi 
oraya yerləşdirildi və onlar yeddi il burada yaşadılar. Bu il-
lər  ərzində  ailənin  yerləşdiyi ayrı-ayrı  şəhərlərdə  Cəlaləd-
din Bəlxi mükəmməl mədrəsə təhsilinə yiyələnmişdir. 
Larəndəyə gəldikdən iki il sonra Cəlaləddinin anası Mö-
minə  Xatun  dünyasını  dəyişdi  və  bu arzuolunmaz hadisə 
ailə üzvlərini bir qədər sarsıtdı. Lakin Cəlaləddinin xatirələ-
rində ömür boyu silinməz iz salacaq möhtəşəm görüşlərin-
dən biri də həmin il  –  1223-cü ildə olmuşdur. Belə ki, gün-
lərin bir günü atasının yanına gələn Cəlaləddin, onu qərib 
bir qonaqla görür. Bu qonağın Ay kimi nurlu və yumru sifə-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə