Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

Elbəyi CƏLALOĞLU 
28 
ti, girdə yanaqları, qara gözləri, gülər üzü, dalğavari saçları, 
şax qaməti birdəfəlik  onun yaddaşına həkk olunur. Bu za-
man Cəlaləddinin on altı yaşı hələ tamam olmamışdı. Atası 
onu yanına çağırıb, – oğlum, “Dinin günəşi” ilə tanış ol! – 
demişdi. Sonra da, – bu, Mürşidi-kamil, şair Şəms Təbrizi-
dir,  –  deyə  əlavə  etmişdi.  Cəlaləddin  isə  Mürşidi-kamilin 
əlindən öpüb, boynuna sarılmışdı. Şəms Təbrizi bu dəliqan-
lının  biliyini  yoxlamış  və  Sultan  Vələdə  onunla  ciddi  məş-
ğul olduğuna görə razılığını ifadə etmişdi. Sonra da üzünü 
Cəlaləddinə tutan Mürşidi-kamil, – sən gələcəyin böyük ali-
misən, – demişdi. Və – unutma ki, elmin sonunda eşq, alim-
liyin  sonunda  aşiqlik  durur,  –  deyə  sözünə  əlavə  etmişdi. 
Cəlaləddin  Bəlxi  Mürşidi-kamilin  bu  sözlərindən  təsirlən-
miş və uzun müddət onun barəsində atasıyla söhbətlər et-
miş,  müzakirələr aparmışdı.  Bir  sözlə,  Şəms Təbrizi  onun 
gənc qəlbini fəth etmişdi... 
Cəlaləddin Bəlxi 1225-ci ildə Larəndənin tanınmış ziya-
lılarından  olan  Səmərqəndli  Şeyx  Şərafəddin  Lələnin  qızı 
Gövhər  Xatunla evləndi.  Onun  bu  evlilikdən  babasının  öz 
adını verdiyi Sultan Vələd və Əlaəddin Çələbi adlı iki oğlu 
oldu. İllər sonra xanımı Gövhər Xatun dünyasını dəyişdi və 
o, ikinci dəfə bir uşaqla dul qalmış Kərra  Xatunla evləndi. 
Bu qadından da onun Müzəffərəddin və Əmir Alim Çələbi 
adlı iki oğlu, Məleykə Xatun adlı bir qızı oldu... 
Həmin  illərdə  Anadolunun  böyük bir hissəsi Səlcuqlu 
dövlətinin  hökmranlığı  altında  idi.  Konya isə  bu  dövlətin 
baş  şəhəri  idi.  1038-ci ildə  Səlcuqoğullarının  qurduğu  nə-
həng türk-müsəlman Səlcuqlu Sultanlığı 1157-ci ildən kiçik 
sultanlıqlara, bəyliklərə və əmirliklərə parçalanmağa başla-
sa  da,  Səlcuqlu irəligələnləri qurduğu  yeni  dövlətləri lazı-
mınca idarə edirdilər. Mərkəzi Konya olan Anadolu Səlcuq-
lu sultanlığı  da  bu  dövlətlərdən  biri  idi.  Söhbət açdığımız 
dövrdə isə Anadolu Səlcuqluları öz tarixlərinin parlaq, yük-
səliş  illərini  yaşayırdılar.  Dövlətin  başında  1219-cu ildən 
taxta çıxmış, zəmanəsinin görkəmli sərkərdəsi və sənət, elm 
hamisi I Əlaəddin Keyqubad dururdu. Onun təşəbbüsü ilə 


Eşq dənizləri qovuşanda 
 
29 
ən  gözəl  elm,  sənət  adamları,  sənətkarlar,  alimlər  müxtəlif 
şəhərlərdən baş şəhərə dəvət alıb orada çalışdıqlarından, qı-
sa  müddətdə  Konya mədəniyyətin  sürətlə  gəlişdiyi  bir  şə-
hərə  çevrilmişdi.  Belə  bir zamanda  dövlətin  hökmdarı  I 
Əlaəddin  Keyqubad,  Sultani-üləma Bahaəddin  Vələdi  də 
Konyaya dəvət edərək orada yerləşməsini istədi. Bahaəddin 
Vələd  bu  təklifi qəbul etdi  və  1228-ci il mayın  3-də  yaxın 
dostları,  qohumları  ilə  birlikdə  Konyaya gəldi.  Sultan  I 
Əlaəddin  Keyqubad  əyan-əşrafı  ilə  birlikdə  onları  böyük 
təntənə ilə qarşıladı. Hökmdar ehtiramla yaxınlaşıb Bahaəd-
din  Vələdin  əlini  öpdü  və  onu  saraya  dəvət etdi.  Alimlər 
sultanı  isə,  –  ey  qüdrətli sultan,  əmirlərə  saray,  qəriblərə 
karvansara, şeyxlərə dərgah, sövdəgərlərə qonaq evi, alim-
lərə mədrəsə yaraşar. Buna görə də, mənim yerim mədrəsə-
dir, – deyərək, səmimiyyətinə görə sultana təşəkkür etdi. I 
Əlaəddin Keyqubad təklifində israrlıymış kimi görsənərək, 
təvazökarlıq nümayiş etdirərək dedi: 
– Ey Alimlər sultanı, dədələrimdən qalan taxt-tacı sənə 
təslim edirəm. Bu gündən sən sultan, mən də sənin rəiyyə-
tin oluram, – bu sözləri eşidən Sultan Vələd nəvazişlə onun 
alnından öpdü və – taxtında rahat otur, övladım, millətinə 
xidmət et! Biz dünya malına çoxdan göz yummuşuq. Bizim-
ki ibadətdir, – dedi. Bundan sonra hökmdar Altınpaşa – İp-
likçi mədrəsəsini  iqamətgah kimi Bahaəddin  Vələdə  verdi. 
Elə həmin vaxtdan Rum diyarında yaşadıqlarına görə gənc 
Cəlaləddin özünə “Rumi” təxəllüsünü götürdü. 
Sultan  I  Əlaəddin  Keyqubad  Konya qalasının  şərqində 
yerləşən  Gül  bağçasını  da  dərin  hörmət bəslədiyi Bahaəd-
din Vələdə bağışladı. Bahaəddin Vələd ilk dəfə bu Gül bağ-
çasını  seyrə  çıxarkən  nəzərləri oradakı  təpəyə  yönəldi.  Bu 
zaman o, üzünü dostlarına tutaraq, – bax, burada həm mə-
nim,  həm  də,  nəvə-nəticələrimin  məzarı  yerləşəcək. Bura 
ərənlər məqamına dönəcək, – dedi. Onun bu uzaqgörənliklə 
dediyi sözlər çox çəkmədən gerçəkləşəcəkdi... 
Bahaəddin  Vələd  Altınpaşa  mədrəsəsində  müdərrislik 
etməklə yanaşı, həm də məscidə rəhbərlik edirdi. “Alimlər 


Elbəyi CƏLALOĞLU 
30 
sultanı”nın başına çoxlu sayda müridləri toplaşmışdı. Onun 
oğlu Cəlaləddin  Ruminin  dünyagörüşü  də  öz  boşluqlarını 
elə burada doldurmuşdu. 
Cəlaləddin  Rumi burada  zəmanəsinin  ən  böyük kəlam 
və  təsəvvüf alimi,  Mühyiddin  ibn  Ərəbinin  yetirməsi  olan 
Sədrəddin Konyavidən dərs aldı. Lakin 1231-ci il yanvarın 
12-də  –  Konyaya gəlişindən üç il sonra onun atası, Bahaəd-
din Vələd 85 yaşındaykən vəfat etdi. Bu zaman ölkənin sul-
tanı dəfn yeri üçün Cəlaləddinin də arzuladığı Səlcuq sara-
yının  Gül  bağçasını  seçdi.  Bu,  hökmdarın  Sultani-üləma 
şəxsiyyətinə ən böyük ehtiramı oldu. Bundan başqa, Sultan 
Bahaəddin Vələdin ölümündən təsirlənərək üzüntülər için-
də  qalan  I  Əlaəddin  Keyqubad  bir  həftə  taxta  çıxmadı. 
Hökmdar  sonralar Cəlaləddinə  atasının  məzarı  üzərində 
türbə tikdirmək üçün müraciət etsə də, ondan “Göy qübbə-
sindən gözəl türbəmi var?!” cavabını aldı... 
Cəlaləddin atasının ölmündən sonra onun yerini tutma-
sına  baxmayaraq,  biliyini  artırmaqda  davam etdi.  Burada 
atasının  xəlifəsi və  vəkili Seyyid  Bürhanəddin  Mühəqqiq 
Termizidən  doqquz  il  dərs aldı.  Bürhanəddin  Termizi  ona 
təsəvvüf yolunun  sirlərini  açdı,  sufiliyi  bütün  incəliklərinə 
qədər  xırdaladı.  Bundan  başqa,  o,  Cəlaləddini  mürşidlik 
zirvəsinə qaldırmaq məqsədilə ona 1001 günlük sınaq təlimi 
keçdi. Seyyid Bürhanəddin ilk sınaq olaraq müridinə atası-
nın  “Maarif” kitabını  101  dəfə  oxumasını  tapşırdı.  Həmin 
kitabda Sultan Bahaəddin Vələd öz moizələrini toplamışdı. 
Sonrakı  mərhələdə  isə  mürşidi  –  Seyyid  Bürhanəddin 
Mühəqqiq Termizi Cəlaləddin Rumiyə iki dərvişlə birlikdə 
sufi təkkəsi üçün sədəqə toplamasını tapşırdı. Bu əlamətin 
əsas səciyyəsi isə sufi nəzəriyyəsinə əsaslanırdı. Belə ki, mü-
rid dilənməklə öz “mən”ini öldürməliydi. 
Növbəti etapda o, ayaqlarını və ya bədənini ən narahat 
vəziyyətlərdə saxlayaraq Quran surələrini saatlarla oxuma-
lıydı,  o  vaxta qədər  ki,  ayələrin  davamlı  oxunuşu  onda 
müxtəlif surət  və  görüntülərin  yaranmasına  səbəb olsun. 
Axrıncı mərhələdə isə Cəlaləddin qırx gün qaranlıq hücrəyə 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə