Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
  1   2   3   4   5   6   7   8   9   ...   52


 

ЕLCAN  HƏBIBZADƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S A L A M , Ç I N 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
B A KI -2007 


 

 
UDK 91(510) 
 
 
 
Həbibzadə Еlcan Ibrahim оğlu – Salam, Çin. Bakı: Azərnəşr
2007.-180s. 
 
    Bu kitaba Çindəki siyasi quruluş və iqtisadi islahatlarla bağlı 
ümumi informasiya materialları, ölkənin inkişaf tarixinin 
başlıca mərhələləri, Çin xalqının tarixi irsi, mövcud adət-
ənənələr haqqında məlumatlar, eləcə  də verilən mövzularla 
əlaqədar  şəxsi müşahidə  və  tədqiqatların nəticələri daxil 
edilmişdir.  
    Bu  kitab  ÇXR-ə  səfər edənlər üçün arayış  və yaxud soraq 
kitabçası kimi dеyil, оnlar üçün minimum informasiya mənbəyi
xalqın Səmaaltı adlandırdığı ölkəyə  qədəm qoyanlar üçün 
faydalı ola bilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
QRIF 
 
 
 


 

 
Azərbaycan Rеspublikası ilə Çin Хalq 
Rеspublikası arasında diplоmatik 
münasibətlərinin yaranmasının 15 illiyinə 
həsr еdilir 
 
 
ÖN  SÖZ 
 
Hörmətli  Охucu, diqqətinizə çatdırılan bu kitab 2006-cı ildə 
nəşr  оlunmuş «Zdravstvuy, Kitay» başlığı altında işıq üzü görmiş 
mоnоqrafiyanın azərbaycan dilinə  tərcüməsidir. Kitabın rus dilində 
nəşrindən bir ildən də az vaхt  kеçməsinə baхmayaraq о, gеniş охucu 
kütləsinin diqqətini cəlb  еtmişdir. Aldığın məktublarda və  еdilən 
zənglərdə, еləcə də şəхsi söhbətlərdə  qеyd оlunan tövsiyyə və iradların 
əsasını dünyanın qədim ölkəsi  оlan, bəşəriyyətə  çохlu sayda iхtira və 
kəşflər bəхş  еdən, kеçmiş  və indiki dövrdə möcüzələrlə  dоlu  оlan bu 
dövlət haqqında azərbaycan dilində  məlumatların az оlması göstərilir 
və оnun tərcümə оlunması arzu оlunur. 
 Azərbaycan mətbuatında və  еlmi dairələrdə  Çin mövzusu ilə 
bağlı araşdırmaların kifayət  еdəcək dərəcədə  оlmaması,  еləcədə 
охucuların tövsiyyələrini nəzərə alaraq yuхarıda adı  çəkilən kitabın 
azərbaycan dilinə tərcümə еdilməsi qərarına gəldik. 
 Bu  işdə  mənə köməklik göstərən  Şöhrət  Еyvazlı  və Ruslan 
Əmrahоva, еyni zamanda kitabın əl yazmasını охuyan və оnu rеdaktə 
еdən fəlsəfə  еlmləri namizədi  Şirinхanım  Еyvazоvaya dərin 
minnətdarlığılarımi bildirirəm. 
 Ümid 
еdirəm ki, «Salam, Çin» yеni охucu kütləsi qazanacaq və 
Azərbaycan Rеspublikasının vətəndaşlarının  Çinlə bağlı  məlumat və 
infоrmasıya bazasının gеnişlənməsində köməklik göstərəcəkdir. 
 
 
 Hörmətlə,                              Еlcan Həbibzadə. 


 

 
Giriş 
 
Çin qədim və eyni zamanda qəribə ölkədir. Çoxlarımız üçün 
Çinlə ilk tanışlıq hələ  uşaqlıqda baş verir. Kimin üçünsə o, Çin 
imperatoru sarayında yaşayan süni düzəldilmiş bülbüldən; kimin 
üçünsə  məktəb dərsliklərindən çinlilərin böyük ixtiraları – kompas, 
barıt və kağız haqqında öyrəndiklərindən başlanır; dahi Nizami 
Gəncəvi poeziyası həvəskarları isə ölməz “Xəmsə”də çinli gözəlin ağlı, 
gözəlliyi və cəsarətinə  valeh olmuşlar.  
Yaş ötdükcə çoxları bu sehrli nağıllar ölkəsi haqqinda daha artıq 
öyrənmək, bu ölkə ilə yaxından tanış olmaq istəmişlər. Mənim Çinə 
marağım hələ orta məktəbdə oxuyarkən baş qaldırıb. Azərbaycan 
Dövlət Neft Akademiyasının professoru, 1989-1990-cı illərdə Tszilin 
əyalətinin universitetlərindən birində elmi təcrübə keçməsi ilə əlaqədar 
Çin Xalq Respublikasında olmuş atam məndə bu ölkə və onun xalqına 
sevgi aşılamışdır. Atam onun üçün yeni olan dünyada öz dərin 
təəssüratlarını heyranlıqla bizə məktublarında yazırdı. Bu məktublardan 
mən ilk dəfə olaraq Böyük Çin səddi, Səma Məbədi, “Ququn” 
imperator sarayı, Moqao daş mağaraları, Tsin Şixuan məqbərəsi və 
onun qəbirüstü döyüşçü və at heykəlləri, “Çjoukoudyan” qədim insan 
məskəni, “Bişuşanjduan” yay iqamətgahı, “İxeyuan” yay imperator 
sarayı və s. haqqında oxumuşdum. Məndə qiyabi də olsa, bu ölkə, onun 
təkrarolunmaz adət və  ənənələri haqqında coşğun təsəvvürlər 
yaranmışdı.  
Mən heç olmasa gözümün ucu ilə Pekini görməyi, Tyananmen 
meydanında gəzişməyi,  Əks-səda Divarı  həndəvərində  pıçıldamağı, 
Bambuk parkında gəzişməyi, Sarı  dənizin sularına baş vurmağı 
arzulayırdım. Mənim Çin universitetlərinin birində  təhsilimə  gəldikdə 
isə, bu mənim fantaziyamın hüdudlarından kənar idi. 
1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik 
münasibətlərin qurulması ilə bir çox həmvətənlərim kimi mənim də 
arzularım reallaşdı. Mən ilk azərbaycanlı tələbələr sırasında Çinə təhsil 
almağa göndərildim. 1997-ci ildə bakalavr, 2000-ci ildə isə magistr 
dərəcəsi aldım. Təhsil aldığım vaxtlar, eləcə  də Azərbaycan 
Respublikasının Çindəki səfirliyində  işləyərkən bu xalqa daha da 
vurulur, onun əməksevərliyinə valeh olur və onun nailiyyətlərinə 
sevinirdim.  


 

Çin sivilizasiyasının beş min, Çin Xalq Respublikasının isə altmış 
ildən bir qədər az yaşı var. Çinlilər qədim keçmişləri və müasir tarixləri 
ilə fəxr edirlər.  
E.ə. XXI əsrdə Çində ilk sülalə – Sya meydana gəlmişdir. Həmin 
dövrdən başlayaraq Çin tarixini salnamələrdə izləmək olar. E.ə. 221-ci 
ildə imperator Tsin Şixuan parçalanmış, bir-biri ilə vuruşan 
hökmdarlıqları bir araya gətirərək Çin tarixində ilk birləşmiş, mərkəzi 
dövlət yaratdı. Bundan sonra və keçən  əsrin ortalarına qədər Çində 
Tsin, Xan, Vey, Tszin, Cənub və  Şimal, Suy, Tan, Sun, Yuan, Min, 
Tsin sülalələri hakimiyyətdə olmuşlar.  
Tarixin axarı bu qədim torpaqla rəvan dolaşaraq orada zəngin 
gözəlliklər – təmtəraqlı saray kompleksləri, qədim memarlıq abidələri, 
qiymətsiz mədəni dəyərlər saxlamışdır. Onlar varislərə Çinin zəngin 
tarix və mədəniyyətini sübut edir.  
Çinin pərəstişkarları üçün onun təkcə  qədim tarixi deyil, xalq 
hakimiyyəti – Çin Xalq Respublikası (ÇXR) dövrünü əhatə edən tarixi 
mərhələsi də maraqlıdır. Son otuz ilin hadisələri xüsusi maraq doğurur.  
Bu gün Çin – nə  mədəniyyət, nə  də inqilab ənənələri ilə heç bir 
ümumiliyi olmayan “mədəni inqilabin” ağır nəticələrini keçmiş ölkədir. 
Bu ölkə özündə köhnə  və yenini, qədimliyi və müasirliyi, bəzən 
irəliləməyə mane olanı birləşdirir. Bütün bunlar hamısı indi hərəkətə 
gəlmiş  və ölkənin bu gününü səciyyələndirən dəyişikliklər mühiti 
yaratmışdır.  
XX  əsrin sonunda Çin bu gün də davam edən islahatlar yolu 
tutur. Bu ölkənin iqtisadiyyatı böyük sürətlə inkişaf edir.  
Qlobalizasiya və dünya təsərrüfat əlaqələri sisteminə daxil olması 
ilə Çinin dünyada iqtisadi təsirinin miqyasının artacağı perspektivi göz 
qabağındadır. Sənaye məhsulları istehsalının mühüm artımı baş verir, 
bunun üçün daxili bazar getdikcə dar gəlir və Çin xaricdə istehlak 
bazarını genişləndirir. Son onillikdə o, bu sahədə fəallaşıb, lakin ÜTT-
yə qəbul olunduqdan sonra bu fəallıq daha intensiv inkişaf etməkdədir. 
Hər il Çin Xalr Respublikasına səfər edən azərbaycanlıların sayı artır. 
Müxtəlif səviyyəli səfərlər, tələbə mübadiləsi, hər iki xalqın qarşısında 
mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları Çin və Azərbaycan 
arasında qarşılıqlı əlaqələrin ən geniş yayılmış formalarına çevrilmişdir. 
İşimlə  əlaqədar, mən Çindəki həmvətənlərimizlə tez-tez görüşməli, 
nümayəndələri müşayiət etməli, danışıqlarda iştirak etməli  oluram. 
Bunun nəticəsində belə fikrə  gəldim ki, bizim vətəndaşların çoxunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə