Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
  1   2   3   4   5   6   7   8   9


ELÇİN 

CƏHƏNNƏM SAKİNLƏRİ 

 

 



 

BİRİNCİ HİSSƏ 

 

BİRİNCİ ŞƏKİL 



 

Səhnə qaranlıq və sükut içindədir.  

 

Pauza. 


 

Zala tuşlanmış əl fənəri yanır. Bir az arxa planda nisbətən zəif daha iki əl fənəri yanır. Fənərlər 

səhnə boyu hərəkət edir. Qaranlıq içində üç nəfər NKVD işçisinin silueti güclə sezilir: bir nəfər - 

görünür, daha yüksək rütbəli zabitdir - qabaqda, iki nəfər onun ardınca irəliləyirlər. Fənərlərin 

işıqları səhnənin dibində itir. 

 

Pauza. 



 

Qaranlıq içində qəflətən müxtəlif qışqırıq səsləri eşidilir. 

 

QADIN ÇIĞIRTISI. Yox!.. Yox!.. 



KİŞİ SƏSİ. Mən xalq düşməni deyiləm!.. 

QADIN ÇIĞIRTISI. Buraxın onu!.. Aparmayın!.. 

QADIN ÇIĞIRTISI. Qoymaram!.. 

KİŞİ SƏSİ. Mən heç vaxt Stalin yolundan dönməmişəm!..  

KİŞİ SƏSİ. Mənim vətən qarşısında, partiya qarşısında, yoldaş Stalin qarşısında həmişə alnım 

açıq olub!.. 

QADIN ÇIĞIRTISI. Vay!.. 

KİŞİ SƏSİ. Mən təqsirsizəm!..  

KİŞİ SƏSİ. Qorxmayın!.. Mən qayıdacağam!.. 

QADIN ÇIĞIRTISI. Aparmayın onu!.. 

KİŞİ SƏSİ. Mən heç vaxt partiyaya xəyanət etməmişəm!.. 

QADIN ÇIĞIRTISI. Yox!..Aparmayın!.. 

KİŞİ SƏSİ. Bu, səhvdir!..  

QADIN ÇIĞIRTISI. Aparmayın!.. 

KİŞİ SƏSİ. Mən qayıdacağam!.. 

Və qaranlıq səhnədə bir müddət o son sözlərin əks-sədası eşidilir: 

- Mən qayıdacağam!.. 

- Mən qayıdacağam!.. 

- Mən qayıdacağam!.. 

 

İKİNCİ ŞƏKİL 



 

Beşinci mərtəbədəki mənzilin qonaq otağı. Gecə düşüb. 

 

Bir küncə qoyulmuş küknar ağacı Yeni il münasibətilə bəzənib. Divarda İosif Stalinin 



gülümsəyən böyük portreti, başqa kiçik ailəvi fotoşəkillər asılıb. Qabaq planda miz və iki kürsü, 

bir az kənarda isə arxası zala tərəf olan kreslo var. 




 

Q a d ı n, K i ş i, Q o n a q. 

 

Qadın cürbəcür yeməklər, boşqab, çəngəl-bıçaq düzərək, mizin üstünü səliqəyə salır. 



 

QADIN (divar saatına baxaraq). Saat on oldu!.. Harda qaldı belə?.. Yəqin yenə iclas çağırıblar... 

(Dərindən köks ötürür.) Eh... Nə deyim, vallah... 

Eşikdən hay-küy, qışqırtı eşidilir. 

QADIN ÇIĞIRTISI (səhnə arxasından). Yox!.. Yox!.. Onunla işiniz olmasın!.. O, Allah 

adamıdır!.. 

Qadının əlindəki boşqab yerə düşüb, sınır. 

QADIN ÇIĞIRTISI (səhnə arxasından). Qoymaram!..  

KİŞİ SƏSİ (səhnə arxasından). Qorxma, Allah qoysa, məlum olar ki, səhv ediblər...  

Qadın həyəcanla qapıya tərəf gedir. 

QADIN (pıçıltı ilə). Namərdlər!.. Yeni il gecəsi də gəlib, adamları aparırlar... (Qulağını qapıya 

dirəyib, qulaq asır.) 

QADIN ÇIĞIRTISI (səhnə arxasından). Hara aparırsız onu? Onun yetimlərini kim saxlayacaq?.. 

Onun namazı sizə qənim olar!.. Aparmayın!.. 

KİŞİ SƏSİ (səhnə arxasından). İnşallah, yaxşı olar... Sakit ol, uşaqlar qorxur... 

QADIN (pıçıltı ilə). Yazıq Axund Seyid Rza... 

QADIN ÇIĞIRTISI (səhnə arxasından). Mən qoymaram!.. Mən qoymaram onu aparasız!..  

QADIN (pıçıltı ilə). Bədbəxt Zeynəb... 

QADIN ÇIĞIRTISI (səhnə arxasından). Yox!.. Yox!.. Aparmayın!.. 

KİŞİ SƏSİ (səhnə arxasından). Qorxma... İnşallah, qayıdaram... Məndən nə xalq düşməni?..  

Kobud addım səsləri eşidilir. 

(Bərkdən qışqırır.) Özünüzdən muğayat olun!.. İnşallah, tez qayıdaram!.. 

Addım səsləri əvvəlcə yaxınlaşır, sonra uzaqlaşmağa başlayır.. 

QADIN (pıçıltı ilə). Apardılar... 

Addım səsləri tamam uzaqlaşıb, itir. 

(Doluxsunur.) Apardılar... Ay Allah, bu nə müsibətdi belə?.. (Səhnədən çıxır və tez də süpürgə-

xəkəndazla qayıdaraq, boşqab qırıntılarını süpürüb xəkəndaza yığır.) Bədbəxt Zeynəb... (Divar 

saatına baxır.) Nə oldu? Tez gəl... Sən Allah, tez gəl... Adamın ağlına yüz cür fikir gəlir... Uzaq 

olsun!.. Bütün dərd-sər, bütün xata-bəla 37-də qalsın!.. 38 bütün aparılanların qapısını açsın!.. 

(Süpürgə-xəkəndazı apararaq, səhnədən çıxır.) 

Qapı yavaşdan döyülür. 

(İti addımlarla səhnəyə daxil olub, qapıya tərəf gedir.) Gəldi... (Qapını açır.) Axır ki, gəldin!.. 

İclas çağırmışdılar? 

KİŞİ (içəri girib, əlindəki portfeli yerə qoyur.) Hə... 

QADIN. Yenə ifşa idi? 

KİŞİ (şlyapasını asılqandan asıb, paltosunu çıxara-çıxara). Hə... (Paltosunu da asılqandan asır.) 

QADIN (qeyri-ixtiyari bərkdən). Ay aman!.. Bu müsibət nə vaxt qurtaracaq? Yeni il gecəsi də 

ifşa iclası keçirirlər!.. İnsaf yox, mürvət yox... 

KİŞİ (qapıya tərəf baxaraq). Yavaş... 

QADIN. Gəl... (Pencəyini çıxarmağa kömək edir.) Gəl, yuyun, rahatlan bir az... 

KİŞİ. Acından ölürəm... 

QADIN (dərindən köks ötürür). Gəl, gəl, hər şey hazırdır... Yuyun, gəl. 

Kişi səhnədən çıxır. Qadın mizin üstünü səliqəyə salır. 

QADIN (bərkdən). Kimi ifşa elədilər? 

KİŞİ (məhrəba ilə əl-üzünü qurulaya-qurulaya səhnəyə daxil olur). Bir az yavaş... Mürsəli... 

QADIN. Mürsəli? Hansı Mürsəli? 

KİŞİ. Əbilovu... 

QADIN (sarsılmış halda). Mürsəl Əbilovu? 




KİŞİ. Hə... 

QADIN. O yazıq ki, sakit, dinməz-söyləməz bir adam idi...  

KİŞİ. Kimdi indi dinməz-söyləməzə baxan?.. 

QADIN. O da xalq düşmənidi? 

KİŞİ. Hə...  

Qadın başını bulaya-bulaya məhrəbanı ondan alır. 

QADIN. Ona nə ad qoydular? 

KİŞİ. Dedilər ki, İspaniya əksinqilabçılarının casusudu... 

QADIN (heyrətlə). İspaniya əksinqilabçılarının? 

KİŞİ. Hə... Frankonun... 

QADIN. Frankonun? 

KİŞİ (başı ilə təsdiq edir). Dolores İbarruriyə sui-qəsd hazırlayırmış... 

QADIN. O kimdi elə? 

KİŞİ. İspaniya kommunistlərinin lideri... 

QADIN. Mürsəl müəllim bədbəxt hara, Franko hara, Dolores İbarruri hara? 

KİŞİ. 23-cü ildə bir ispan kommunisti Bakıya gəlib, Mürsəl də onu burda müşayiət edib... 

QADIN. 23-cü ildə? 

KİŞİ. Hə... 

QADIN. Onda Lenin sağ idi ki... 

KİŞİ. Nə olsun? (Yavaşdan.) Lenin sağ olsaydı, elə bilirsən NKVD onun özünü tuta bilməzdi? 

(Elə bil ki, özü öz dediklərindən qorxaraq, o tərəf-bu tərəfə baxır, dərindən köks ötürür, sonra 

mizə işarə edərək.) Gəl, gəl, oturaq...  

QADIN. Hə... Oturaq... Ancaq... Ancaq o kommunist idi axı... 

KİŞİ. Kim? Mürsəl? Nə olsun kommunist idi? O biriləri kommunist deyil bəyəm? Dedilər ki, 

İspaniya faşistlərinin maskalanmış casusudu... 

QADIN. Yox... İspanı deyirəm... 23-cü ildə Bakıya gələni... Demirsən o kommunist idi? Yəqin 

tapşırıblar, Mürsəl bədbəxt də onu müşayiət edib də... 

KİŞİ. Nə olsun? Dedilər ki, yəqin o da maskalanmış faşist agenti imiş... Faşistlər elə o vaxtdan 

Mürsəl müəllimi ələ alıblar...  

QADIN. Hamı Mürsəl müəllimi ifşa etdi? 

KİŞİ. Hə... 

QADIN (ürkmüş halda). Sən danışmadın ki? 

KİŞİ. Mən? Yox... 

QADIN (onu qucaqlayaraq). Nə yaxşı ki, sən varsan bu dünyada... Yoxsa adam dəli olar... Bəs 

Mürsəl müəllim özü danışmadı? Demədi ki, mən hara, İspaniya hara? 

 

Kiçik pauza. 



 

Hə? 


 

KİŞİ. Tribunaya qalxdı, amma danışa bilmədi...  

 

Kiçik pauza. 



 

QADIN. Niyə? 

KİŞİ. Ağladı... 

QADIN (doluxsunur). Ay bədbəxt... 

KİŞİ. Bu bir burulğandı... Ehtiyatlı olmaq lazımdı...  

QADIN (yavaşdan). Qəribzadənin güllələnməyi xəbəri düz çıxdı?  

KİŞİ (yavaşdan). Hə... 

QADIN. Arvadını da? 

KİŞİ. Hə, onu da güllələyiblər... Rəsmi xəbər verildi... (Daha da yavaşdan.) Guya o da qadınları 



Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə