Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
    Bu səhifədəki naviqasiya:
  • Elçin

Elçin
 
70 
 
adək  dünyanın  bir  çox  ölkələrində  yaşayan  şərqşünas 
(konkret  olaraq,  türkşünas,  daha  konkret  isə  azərbay-
canşünas) alimlərlə, nüfuzlu qələm sahibləri ilə yara-
dıcılıq əlaqəsi saxlayır, yuxarıda yazdığım kimi, Azər-
baycanla  bağlı  hər  hansı  məlumatı  əldə  etmək  üçün 
müxtəlif ünvanlara məktub yazmaqdan, rabitə şöbəsi-
nə gedib-gəlməkdən yorulmur, yeni çıxan bədii kitab-
larımızdan,  eləcə  də  tariximizlə,  dilimizlə  bağlı  nəşr 
olunan  kitablardan  ibarət  bağlamaları  xarici  ölkələrə 
göndərirdi...  
Unudulmaz  akademik  Həmid  Araslı  Abbas  müəl-
limin  «Sabir  gülür»  kitabının  redaktoru  idi  və  həmin 
kitabın kiçik müqəddiməsində yazırdı: «Abbas Zama-
novun elmi maraq dairəsi son dərəcə genişdir».  
Mən  həmişə  fıkirləşmişəm  və  bu  gün  də  bu  fikir-
dəyəm ki, Abbas müəllimin həmin «son dərəcə geniş» 
elmi maraq dairəsinin əsasında onun, az qala, cismani 
surətdə daima hiss etdiyi vətəndaşlıq borcu dayanırdı. 
Məhz  belə  bir  «Abbas  Zamanov vətəndaşlığının nəti-
cəsidir ki, Türkiyənin Ərzurum Universitetində qarşı-
sındakı  lövhədə  «Abbas  Zamanov  bağış  kitablığı» 
sözləri yazılmış üçotaqlı bir kitabxana artıq iyirmi il-
dir fəaliyyət göstərir.  
O  üçotaqlı  kitabxanadakı  bütün  kitabları  Abbas 
Zamanov  öz  şəxsi  hesabına  alıb,  şəxsi  hesabına  da 
Türkiyəyə göndərmişdi.  
Təbrizdəki  Tərbiyə  kitabxanasında  Abbas  müəlli-
min  Cənubi  Azərbaycana  göndərdiyi  mindən  artıq 
kitab saxlanılır və istifadə olunur.  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
71 
 
Və bütün bu işlərin hamısını Abbas müəllim Sovet 
İttifaqında  görmüşdü,  hakim  ideologiyanın  türkçü-
lüyü,  milli  təəssübkeşliyi  təqib  etdiyi  bir  mühitdə 
görmüşdü.  
Eyni zamanda, Abbas müəllim Azərbaycanla bağlı 
bir  çox  kitabları,  mətbu  materialları,  sənədləri  xarici 
ölkələrdən Azərbaycana gətirdə bilmişdi. «Əli və Ni-
no» romanını mən ilk dəfə (və təbii ki, gizli surətdə!) 
Abbas müəllimdən hələ 80-ci illərin əvvəllərində alıb 
oxumuşdum, sonralar da bu barədə yazmışdım.  
Yaxud, Abayın «Füzuli» pyesini də mənə ilk dəfə 
Abbas müəllim vermişdi.  
70-ci illərdə, Kommunist partiyasının və KQB-nin 
qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda, Abbas 
müəllim, deyək ki, Parisdə yaşayan azərbaycanlı rəs-
samı tapmışdı, onunla əlaqə yaratmışdı, onun bir neçə 
əsərinin  orijinalını  Fransadan  Azərbaycana  gətirmiş 
və  Nizami  adına  Ədəbiyyat  Muzeyinə  hədiyyə 
etmişdi.  
Bu fakt, bəlkə, bir o qədər də heyrətamiz olmazdı, 
əgər  həmin  rəssam  hakim  sovet  ideologiyasının  qatı 
düşmən  elan  etdiyi  Əli  bəy  Hüseynzadənin  doğmaca 
oğlu Səlim Turan olmasaydı!  
Tale  belə  gətirdi  ki,  1988-ci  ilin  bir  payız  gecəsi 
mən  Parisdə  Səlim  Turanın  kiçik  emalatxanasında 
oturub,  az  qala,  səhərə  kimi  söhbətləşərkən,  bu  iste-
dadlı  rəssamın  və  yüksək  mədəniyyətli  bir  insanın 
Abbas müəllimə necə hörmət və məhəbbət bəslədiyini 
onun öz dilindən eşitdim.  


Elçin
 
72 
 
«-Abbas  bəyin  sayəsində  Azərbaycanı  yenidən 
tanıdım» bu, rəhmətlik Səlim Turanın o zaman mənə 
dediyi sözlər idi.  
Bu  cümlələri  yazıram  və  hələ  60-cı  illərin  sonu, 
70-ci illərdə Abbas müəllimgilin mənzilində o zaman-
kı  Cənubi  Sovet  meydanı,  5  nömrəli  binada  Abbas 
müəllimin qayğıkeş və mehriban xanımı Asya xalanın 
çayını  içə-içə  Abbas  müəllimin  Məhəmməd  Əmin 
Rəsulzadə, Fətəli xan  Xoyski, Əlimərdan bəy  Topçu-
başov,  Ceyhun  bəy  Hacıbəyov  kimi  milli  siyasi  xa-
dimlərimiz  haqqındakı  söhbətləri  yadıma  düşür.  Ab-
bas  müəllim  bu  adamlar  haqqında  elə  təfərrüatla  və 
elə  bir  səmimiyyət  və  həvəslə  danışırdı  ki,  elə  bil, 
onları  görmüşdü,  nəinki  görmüşdü,  hətta  elə  bil,  on-
larla uzun illərin dostu olmuşdu.  
Ona  görə  ki,  Abbas  müəllim  onlarla,  həqiqətən, 
əqidə, məslək, əməl dostu idi.  
Abbas  Zamanov  hələ  1967-ci  ildə  yazdığı  bir 
məqaləsini  «Əməl  dostları»  adlandırmışdı  (məqalə 
mollanəsrəddin-çilərdən  bəhs  edirdi).  Onun  1979-cu 
ildə nəşr olunmuş məqalələr toplusu da bu cür adlanır-
dı. Abbas müəllim həmin məqalənin hissələrindən biri 
üçün  Cəlil  Məmmədquluzadənin  həmişəki  səmimiy-
yət  və  təvazökarlıqla  yazdığı  bu  sözləri  epiqraf  seç-
mişdi:  «Darülmüəllimi  qurtaran  zaman  Naxçıvanda 
özümdən artıq huşyar dostlarıma rast gəldim».  
XX əsr Azərbaycan ədəbi-ictimai həyatındakı belə 
bir  «huşyar  dostluq»  get-gedə  böyüdü,  mənəvi-məf-
kurəvi dostluğa əməl dostluğuna çevrildi, o dostluğun 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
73 
 
coğrafi  ərazisi  bütün  Azərbaycanı  əhatə  etdi,  əməl 
dostluğu  yaşından,  xasiyyətindən,  istedadından  asılı 
olmayaraq  bir  çox  qələm  sahibini  birləşdirdi  və  indi 
mən  bu  qeydləri  yazarkən  həmin  böyük  əməl  dost-
luğunu ona görə bir daha nəzərə çatdırıram ki, elə bil, 
əməl dostlarından yazan və ömrünü bu dostluğun həm 
siyasi-ictimai, həm də bədii estetik ifadəsinin tədqiqi-
nə həsr edən Abbas Zamanov özü də o dostluq estafe-
tini böyük sələflərindən alıb XX əsrin sonlarına gətir-
mişdi, elə bil, o özü də əsrin əvvəlindəki həmin əməl 
dostlarından biri idi.  
Abbas  müəllim  zəmanəsinin  vulqar  sosiologiz-
mindən  uzaq  bir  tədqiqatçı  və  dövrünün  konyunktu-
rasından  uzaq  bir  insan  idi.  Yəqin  elə  buna  görə  də, 
onun  monoqrafiyaları,  məqalələri  xarici  ölkələrdə 
Türkiyədə,  İraqda,  İranda,  Avstriyada,  Almaniyada 
nəşr  edilir,  çap  olunurdu.  «Sabir  və  müasirləri»  adlı 
monoqrafiyası 1979-cu ildə Təbrizdə fars dilində nəşr 
olunmuşdu və burası da, yəqin, oxucular üçün maraqlı 
olar  ki,  həmin  əsəri  fars  dilinə  Səməd  Behrənginin 
qardaşı Əsəd Behrəngi çevirmişdi.  
Abbas  müəllim  filologiya  elmləri  doktoru,  Azər-
baycan  Dövlət  Universitetinin  professoru,  əməkdar 
elm  xadimi,  Elmlər  Akademiyasının  müxbir  üzvü,  o 
zaman  mühüm  informasiya  imkanlarına  malik  «Xə-
bərlər»  Mətbuat  Agentliyi  Azərbaycan  Şurasının  səd-
ri,  xarici  ölkələrdəki  bir  sıra  nüfuzlu  qurumların,  o 
cümlədən,  Türk  Dil  Qurumunun  üzvü  idi,  Səlcuq 
Universitetinin fəxri doktoru seçilmişdi.  


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə