Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
    Bu səhifədəki naviqasiya:
  • Elçin

Elçin
 
74 
 
Əlbəttə,  bu  adlar,  vəzifələr  hörmətli  idi,  Abbas 
müəllim onları istedadı və zəhməti ilə qazanmışdı və 
elə  buna  görə  də  mənim  üçün  Abbas  müəllimin  şəx-
siyyəti  ilə  «zəhmətkeş»  sözü  arasında  çox  üzvi  bir 
bağlılıq  var.  Abbas  müəllim  zəhmətkeş  idi,  ədəbiy-
yatımızın,  mədəniyyətimizin  təşəbbüskar,  yorulmaq 
bilməyən fəhləsi (və fədaisi!) idi. 
*** 
Mən  aspirant  olarkən,  «Azərbaycan  bədii  nəsri 
ədəbi  tənqiddə»  mövzusunda  namizədlik  dissertasi-
yasının  müdafiəsinə  hazırlaşarkən  tez-tez  Abbas 
müəllimlə görüşürdüm, 30-40-50-ci illər ədəbi prose-
sinin  fəal  iştirakçısı  kimi  onunla  məsləhətləşirdim. 
Nizami  adına  Ədəbiyyat  İnstitutunda  əvvəlcə  kiçik, 
sonra  baş  elmi  işçi  işlədiyim  vaxtlar  isə  70-ci  illərin 
əvvəllərindən  etibarən,  Abbas  müəllimlə  ünsiyyəti-
mizdə xüsusi bir hərarət yarandı.  
Mən  1969-cu  ildə  namizədlik  dissertasiyasını 
müdafiə  etdim  və  o  müdafiəyə  hazırlıqda,  müdafiə 
mərasiminin  özündə  elmi  rəhbərim  Mir  Cəlal  müəl-
lim, rəsmi opponentlərim Mirzəağa Quluzadə və Meh-
di Məmmədovla birlikdə Abbas müəllim də çox aktiv 
iştirak  etdi,  çıxış  etdi,  xüsusi  rəy  yazdı  və  təklif  etdi 
ki, bu dissertasiyaya görə namizədlik yox, birdən-birə 
doktorluq dərəcəsi verilsin.  
Müdafiədən  sonra  mən  Abbas  müəllimə  təşəkkü-
rümü bildirəndə, o mənim qoltuğumdakı 500 səhifəlik 
dissertasiyanı göstərərək:  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
75 
 
-Mən  sənə  görə  yox,  bax,  bu  işə  görə  o  təklifi 
verdim, -dedi.  
Bəlkə  də,  bir  başqasının  dilində  bu  sözlər  təmtə-
raqlı,  ya  süni  səslənə  bilərdi,  bəli,  başqasının,  amma 
Abbas müəllimin yox, çünki Abbas müəllim sözü şax 
üzə deyən az adamlardan, az ziyalılardan biri idi.  
Abbas müəllim ilə mənim aramda, yuxarıda yazdı-
ğım kimi, otuz ildən artıq bir yaş fərqi var idi, amma 
bu gün mən daxili bir qürur hissi keçirirəm ki, biz dost 
idik.  
Hal-əhval tutmaq üçün ona zəng edirdim:  
-Necəsiniz, Abbas müəllim?  
Bu sualın cavabı həmişə eyni olurdu:  
-Şikayətim yoxdur.  
Onun  o  cavabı  mənim  üçün  mənalı,  hətta  rəmzi 
səslənirdi uzun (və şərəfli!) bir həyat yolunda keşmə-
keşlər, çətinliklər, təqiblər çox olsa da, şəxsi həyatın-
da kədərli problemlər yaransa da, səhhəti bəzən sözü-
nə  baxmasa  da,  Abbas  müəllimin  heç  kimdən  və  heç 
nədən  şikayəti  yox  idi,  çünki  Abbas  müəllim  həyatı 
sevirdi,  həyat  isə  onun  üçün  ilk  növbədə,  ədəbiyyat 
demək idi, xalqın mənəvi sərvətinin keşiyində dayan-
maq  və  xalqa  xidmət  etmək,  bu  xidmətlə  də  xalqı 
müdafiə etmək demək idi.  
Abbas  müəllimin  həyat  eşqi  ədəbiyyat  eşqi,  xalq 
məhəbbəti idi.  
Bir də ki, yaratmaq şövqü, fəaliyyət ehtirası...  


Elçin
 
76 
 
Abbas  Zamanovun  yüksək  qiymətləndirdiyi  və 
tez-tez  haqqında  danışdığı  böyük  şairlərimizdən  biri 
Məhəmməd Hadi yazırdı:  
Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mənasın,  
Həyatından sənin bir mətləbü mənzur lazımsa...  
Abbas müəllim bizim o qələm sahiblərimizdən idi 
ki,  onların  həmin  «mətləbü  mənzur»u  xalqın  marağı 
ilə yaşamaq idi. 
*** 
Abbas müəllim nə qədər nikbin, dözümlü, əyilməz 
bir adam idisə, bir o qədər də kövrək, ürəyinazik adam 
idi.  
Abbas müəllim: «Şikayətim yoxdur!» deyirdi, heç 
bir sıxıntısını büruzə vermirdi, amma, xüsusən, 80-ci 
illərdə  mən  onun  içində  bir  kədər, bir  nostalgiya  hiss 
edirdim.  
Hərdən, axşam telefonla zəng edirdi:  
-Yaxşı konyakım var. Dur gəl bizə.  
Və kiçik qədəhlərdə o «yaxşı konyak»dan içə-içə, 
Asya xalanın xüsusi bir səliqə sahmanla mizin üstünə 
düzdüyü  gözəl  nemətlərdən  dada-dada  Abbas  müəl-
limlə söhbət edirdik.  
Abbas  müəllim  Mirzə  Cəlildən,  Sabirdən,  Hadi-
dən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, 
İsmayıl  bəy  Qaspirinskidən,  Üzeyir  bəydən,  Ceyhun 
bəydən,  Həmidə  xanımdan,  Məmməd  Tağı  Sidqidən, 
Nəriman  Nərimanovdan,  Sultan  Məcid  Qənizadədən, 
Əzim  Əzimzadədən,  Səməd  Mənsurdan,  Müznibdən, 
Caviddən,  Nəzmidən,  Seyid  Hüseyndən,  başqa  əhli-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
77 
 
qələmdən,  eləcə  də  Məhəmməd  Əmindən,  Atatürk-
dən,  Yusif  bəydən,  Xan  Xoyskidən,  Əlimərdan 
bəydən, Fətəli bəy Düdənginskidən, başqalarından da-
nışırdı  və  o  anlarda  mənə  elə  gəlirdi  ki,  Abbas 
müəllimin  ürəyini,  çoxunu  ömründə  heç  görmədiyi, 
bilavasitə  ünsiyyətdə  olmadığı  o  insanların  xiffəti 
bürüyüb.  
Mənə  elə  gəlirdi  ki,  Abbas  müəllim  onlar  üçün 
darıxır... 
*** 
Hərdən zarafatla Asya xalaya deyirdim:  
-  Abbas  müəllim  deyir  ki,  daha  kitab  almayaca-
ğam. Bundan sonra pulları büllur qablara verəcəyəm.  
- Asya xala:  
-  Keçdi daha! deyirdi. Bizim  büllur  yığmağımızın 
vaxtı keçdi...  
Əvvəlcə  Asya  xala  vəfat  etdi,  bir  müddət  sonra 
Abbas müəllim.  
Axırıncı  dəfə  Abbas  müəllimi  yoluxanda  yataqda 
əzab əziyyət içindəydi və mən yavaşdan onu çağıran-
da bir neçə an, elə bil ki, o əzab-əziyyətdən yaxa qur-
tarıb zəndlə mənə baxdı və mən bütün içimlə, fikrimlə 
hiss etdim ki, Abbas müəllim məni tanıdı, gözləri ilə 
mənə: «Elçin...» dedi və onun gözləri ilə dediyi o bir 
kəlmədə  də  o  qədər  söz  dedi  ki,  dünyanın  faniliyi 
cismani bir şey kimi özünü mənim varlığıma təpdi.  
Sonra  o  olmazın  əzab  əziyyət  yenə  Abbas  müəl-
limi yaxaladı.  


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə