Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Elçin
 
78 
 
O vaxtdan keçən bütün günlər ərzində mən o son 
görüşün acısı içində idim, eşidəcəyim çox kədərli bir 
xəbərin  ərəfə  qorxusu  məni  bürümüşdü,  sarsıtmışdı, 
səksəkəyə  salmışdı,  evimizdə  səslənən  hər  telefon 
zəngi elə bil ki, o qara xəbərin sorağı idi.  
Və  o  amansız,  acılı-ağrılı  xəbəri  eşidəndə  birdən-
birə  qoca  Aşıq  Alının  haçansa  yaddaşımda  ilişib  qal-
mış sadə və tamam əlacsız misraları yadıma düşdü:  
Bu fani dünyadan bir köç eylərəm
Aran qəmgin olub, dağ inciməsin... 
Abbas  müəllimi  dəfn  etdikdən  sonra,  qəbiris-
tanlıqdan  atamgilə  getdim  və  o  gecə  İlyas  Əfəndiye-
vin  dərin  bir  kədərlə  dediyi  sözlər  də  həmişəlik 
yadımda qalıb:  
-Abbasla birlikdə çox şey getdi...  
Abbas müəllim haqq dünyasına köçdü və bizim bu 
fani dünyamızda öz missiyasını alın açıqlığı ilə yerinə 
yetirib  getdi,  insanlıq  borcunu,  vətəndaş  borcunu, 
maarifçi borcunu ödədi, getdi.  
Abbas  müəllim  XX  əsrin  əvvəllərindən  xalqına 
xidmət  edən  böyük  Azərbaycan  ziyalıları  nəslindən 
aldığı əxlaq, əqidə, cəsarət estafetini ən qorxulu-qada-
lı illərdə belə, əlindən salmayan bir qələm sahibi, bir 
ağsaqqal dost idi, etibarlı idi, təpərli idi, ona güvənir-
dik.  
Babaların zaman sınağından çıxmış deyimi ağlıma 
gəlir:  «Sənə  güvəndiyim  dağlar,  sənə  də  qar  yağar-
mış!»,  amma  Abbas  müəllim  ucalığına  heç  vaxt  qar 
yağmazdı...  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
79 
 
O  bizim  ziyalı  keçmişimizlə  bugünümüz  arasında 
canlı bir körpü idi və nə yaxşı, nə qənimət ki, həmin 
milli  ziyalı  mənəviyyatını  təcəssüm  etdirən,  onun 
üçün  çox  qiymətli  olan,  bəlkə  də  bütün  ömrü  boyu 
içində gəlişini gözlədiyi üçrəngli bayrağımızın bir da-
ha ucaldığını gördü, getdi.  
Abbas  müəllim  çoxlu  xahiş  eləyərdi,  amma  mən 
bu onilliklər ərzində bir dəfə də görmədim ki, onun o 
xahişlərinin hansısa özü ilə bağlı olsun.  
Telefon  zəng  çalardı,  Abbas  müəllimin  təkrarsız 
səsi  eşidilərdi:  «Elçin,  Əziz  Şərifin  xatirələrini  nəşr 
etmək  lazımdır...  Qulam  Məmmədlinin  salnaməsinin 
çapı  ləngiyir,  köməkləşək,  görək  neyləyirik...  Ərzu-
rum  Universitetinə  təzə  kitablar  göndərmək  lazım-
dır...»  
Beləcə  Abbas  müəllim  narahatlığı.  1993-cü  ildə 
Abbas müəllim vəfat edərkən mən yazmışdım:  
«İllər  keçəcək...  Abbas  müəllimi  tanıyan  sonuncu 
insan  yaşayana  qədər  Abbas  müəllim  də  bu  dünyada 
yaşayacaq.  Sonrakı  illər  də  Abbas  müəllim  unudul-
mayacaq. Nə qədər ki, Mirzə Cəlil yaşayacaq, o qədər 
də  Azərbaycan  elminin,  ədəbiyyat  tarixinin  səhifələ-
rində  Abbas  müəllimin  adı  çəkiləcək,  onun  o  böyük 
qələm sahibləri haqqındakı tədqiqatları xatırlanacaq.  
İllər  keçəcək...  Və  gənc  bir  tədqiqatçı,  Həmidə 
xanımın  xatirələrini  oxuyanda,  Sabirin  müasirləri  ilə 
tanış olanda, «Molla Nəsrəddin»çiləri öyrənəndə, bü-
tün bunları üzə çıxaranlardan biri olan Abbas müəlli-
min  də  əməyinə  qiymət  verəcək,  amma  min  təəssüf, 


Elçin
 
80 
 
min  təəssüf  ki,  o  gənc  alim  Abbas  müəllimin  səsini 
eşitməmiş, canlı simasını görməmiş, onunla yola çıx-
mamış, onunla məsləhətləşməmiş olacaq...»  
Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır.  
Abbas müəllimin vəfatından on il keçir.  
Artıq XXI əsr başlayıb.  
Və Abbas müəllimin kitabları bu gün də nəşr edilir 
və bu nəşrlər onun ömrünün yaradıcılıq ömrünün XXI 
əsrdəki davamıdır.  
Abbas  müəllim  bizim  ailəmizin  ehtiram  bəslədiyi 
məhrəm adamlardan biri idi.  
1988-ci  ilin  dekabrında,  Yeni  il  ərəfəsində  Abbas 
müəllim  mənim  kiçik  qızım  Aysuya  həmişəki  duzlu 
yumorla  qələmə  aldığı  belə  bir  təbrik  məktubu 
göndərib:  
«Aysu  xanımın,  onun  valideynlərinin  və  bacıla-
rının  Yeni  ili  mübarək!  İnanıram  ki,  təzə  ildə  Aysu 
xeyli  böyüyəcək  və  evdəkilərə,  nisbətən  az  əzab 
əziyyət  verəcəkdir.  Hələlik  Allah  sizə  səbr  versin. 
Aysunu çox istəyən babası Abbas Zamanov. 25. XII. 
88».  
O vaxtdan on beş il keçib.  
O  zaman  Aysunun  üç  yaşı  var  idi.  Bu  gün  isə 
Aysunun 18 yaşı var.  
Və  Abbas  Zamanov  bu  gün  də  Aysunun  (və 
aysuların!)  mənəvi  babası  olaraq  qalır,  çünki  bu 
mənəvi  səlahiyyəti  və  iqtidarı  Abbas  müəllimə  onun 
amalı, əməlləri və əsərləri qazandırıb.  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
81 
 
Mən  lap  bu  yaxınlarda  SSRI  KQB-sinin  keçmiş 
sədri, 1964-cü il dövlət çevrilişində Nikita Xruşşovun 
hakimiyyətdən  kənarlaşdırılmasında  xüsusi  rol  oyna-
mış  Vladimir  Semiçastnının  kitabında  Abbas  müəlli-
min həmin çıxışı ilə bağlı xatirələrinə rast gəldim.  
Sovet  İttifaqında  müttəfiq  respublikaların  partiya 
rəhbərliyinə  ikinci  katib  kimi,  adətən,  Moskvadan 
milliyyətcə  rus  olan  partiya  işçisi  göndərilirdi  və 
vaxtilə  sovet  komsomolunun  rəhbəri  olmuş  Vladimir 
Semiçastnı 1959-1961-ci illərdə Azərbaycan KP MK-
nın  ikinci  katibi  vəzifəsində  işləyirdi  və  onun  xatirə-
lərindən  belə  məlum  olur  ki,  o  zaman  respublikanın 
faktiki rəhbəri Vəli Axundov yox, bu adam olub.  
V.Semiçastnı  gənc  yaşlarından  etibarən  Nikita 
Xruşşovun daima irəli çəkdiyi və nəhayət, ən etibarlı 
bir  adam  kimi,  1961-ci  ildə  Azərbaycandan  çağırıb 
birbaşa  KQB-yə  sədr  qoyduğu  general-polkovnik  idi 
(bu  rütbəni  də  ona  Nikita  Xruşşov  vermişdi!), 
xeyirxah  patronunun  axırına  çıxan  da,  əslində,  real 
güc  sahibi  kimi  Leonid  Brejnev  yox,  elə  bu  adam 
oldu.  
V.Semiçastnı  kitabında  qəzəblə  (və  başa  düşülən 
bir  qərəzlə!)  Səməd  Vurğunun  xatirə  gününə  həsr 
olunmuş  həmin  tarixi  məclisin  təfərrüatını  xatırlayır, 
Abbas  müəllimin  çıxışının  yaratdığı  təlatümdən  bəhs 
edir və sən demə, Azərbaycan KP MK-nın o zamankı 
ideoloji katibi tamam sarısını udmuş halda və belə bir 
ürkmüş  harayla  ikinci  katibin  Semiçastnının  kabine-


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə